Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1450/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azerbaijan Pharma MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş gömrük ödənişinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı (üçünçü şəxs Maliyyə Nazirliyi) “artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1( 103)763/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı artıq ödənilmiş gömrük rüsumlarının geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsi və rəy verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini 2 iyun 2021-ci il tarixli məktubla cavablandıraraq bildirmişdir ki, müraciətdə qeyd olunan malların gömrük dəyəri əsasında gömrük ödənişləri ödənilmiş, gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilmiş, gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx. 2021-ci il tarixli, **********3134 nömrəli, **********3127 nömrəli və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük rüsumlarının İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 dekabr 2020-ci il tarixdə İddiaçı MMC ilə “X1 Ticaret ve Senaye Limited Şirketi” arasında bağlanmış “fason üretim” müqaviləsinə əsasən 5010 ədəd “Renepas Oral 200 ML”, 10800 ədəd “Vitacold Ester C Tablet № 20” və 2995 ədəd “Muttarin Tablet № 30” dərman məhsulu İddiaçı MMC-yə satılmışdır. 5010 ədəd “Renepas Oral 200 ML” dərman məhsulunun invoys dəyəri 5010 ABŞ dollar, göm rük dəyəri 9231 manat təşkil etdiyindən İddiaçı MMC 3472,47 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 24347,40 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 9116,82 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 5644,35 manat (9116,82-3472,47=5.644.35) artıq gömrük ödənişi etmişdir. Həmçinin 10800 ədəd “Vitacold Ester C Tablet № 20” dərman məhsulunun invoys dəyəri 12960 ABŞ dollar, gömrük dəyəri 22423 manat təşkil etdiyindən İddiaçı MMC 8323,61 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 46704,10 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 17027,37manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 8703,76 manat (17027,37- 8323,61=8703,76) artıq gömrük ödənişi etmişdir. Bununla yanaşı 2995 ədəd (38 qutu) “Muttarin Tablet № 30” dərman məhsulunun invoysdəyəri 5990 ABŞ dollar, gömrük dəyəri 10268 manat təşkil etdiyindən İddiaçı MMC 4019,68 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 20926,07 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 7824,61 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözüg edən məhsulun gömrük dəyərinin yüksək göstərilməsi nəticəsində iddiaçı 3804,93 manat (7824,61-4019,68=3804,93) artıq gömrük ödənişi etmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqlarını) gömrük orqanına təqdim edilmişdir. Göründüyü kimi, dərman məhsullarının alınması ilə bağlı edilən ödənişlər 5010 ədəd “Renepas Oral 200 ML” məhsulu üçün 5010 ABŞ dollar, 10800 ədəd “Vitacold Ester C Tablet № 20 məhsulu üçün 12960 ABŞ dolları və 2995 ədəd “Muttarin Tablet № 30” məhsulu üçün 5990 ABŞ dolları təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumat dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. İddiaçı həmin sənədlərdə göstərilən məlumatlara əsasən gömrük ödənişlərini hesablayaraq gömrük bəyannaməsini vergi orqanına təqdim etsə də, gömrük orqanı həmin bəyan namədən imtina etmiş, malların gömrük dəyərini əsassız yerə daha yüksək qiymətləndirmiş, əvvəlki bəyannamədən imtina etməsinin səbəbləri barədə bildiriş təqdim edilməmişdir. Odur ki, gömrük orqanı tərəfindən bəyannamədə məhsulların gömrük dəyərlərinin müvafiq olaraq 24347,40 manat, 46704,10 manat və 20926,07 manat kimi göstərilməsi tələb olunmuş, son nəticədə gömrük orqanı tərəfindən şirkətdən hər məhsul üzrə 5644,35 manat, 8703,76 manat və 3804,93 manat artıq pul tutulmuşdur. Odur ki, artıq ödənilmiş həmin məbləğlərin geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsi və rəy verilməsi üçün rəsmi qaydada Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuş,ancaq həmin müraciət 17 may 2021-ci il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsinə baxmayaraq bu günə kimi cavablandırılmamışd ır. Göründüyü kimi, gömrük orqanının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış və məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda nəyə əsasən gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, həmçinin hansı səbəbdən malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtina edilməsi barədə hər hansı bildiriş də təqdim edilməmişdir
4. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmış və həmin bəyannamələrin 46-cı qrafasında göstəri lmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməsi tərəfindən təsdiq edilmişdir. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilən tələb mümkün sayılmamalıdır.
5. Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)-8528/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia tələbi rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən deyil iddiaçı tərəfindən dolduruld uğundan, həmçinin iddiaçı təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********3134 nömrəli, **********3127 nömrəli və **********2674 sorğu nömrəli bəyannamələrdə göstərilən məlumatların düzgünlüyünü özü gömrük orqanına təqdim etdiyindən, gömrük orqanı da öz növbəsində təqdim edilən bəyannamələri təsdiq etdiyindən, hazırkı iddia əsassızdır və təmin olunmamalıdır.
7. İddiaçı həmin qərardan аpеllyаsiyа şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 2-1(103)-763/2022 nömrəli qərarı ilə (hakimlər: A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) аpellyаsiyа şikаyəti təmin edilmiş, birinci instansiya məhkəmə sinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin iddiaçıya qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən malların gömrük dəyəri hesablanarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. İş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün heç bir yazılı bildiriş təqdim edilməmiş, eləcə də iddiaçıya gömrük ərazisinə gətirilən malların g ömrük dəyərinin hansı üsullarla müəyyən edildiyi bildirilməmişdir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişləri ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. Həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfi ndən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.
12. Bununla da iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında heç bir mübahisə qalmamışdır. Buna rəğmən iddiaçı iradəsi ilə düzgünlüyünü təsdiqlədiyi və gömrük orqanına təqdim etdiyi, gömrük orqanının da öz növbəsində təsdiqlədiyi və hüquqi əhəmiyyətə malik sənəd sayılan bəyannaməni sonradan mübahisələndirmiş və məhkəməyə müraciət etmişdir. İddiaçı idxal edilən mallar üçün gömrük ödənişlərini mövcud gömrük qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük d əyəri əsas götürülməklə bəyan edilən malların gömrük dəyərindən hesablamış və ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən öz növbəsində təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və sərbəst dövriyyəyə buraxılmışdır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. İddiaçı ərizəsində bu hallardan hansının baş verdiyini əsaslan dırmamışdır.
14. Bununla da müəyyən olunur ki, məhkəmə tərəfindən •' Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 92.0.6-cı maddəsinin tələbləri pozularaq əsaslandırılması zəruri olan qərar əsaslandırılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddəti ndə yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.... 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır.... 6.10. Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçü rülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. vMaddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə
91. Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları dərindən, tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olm ayan qərar qəbul etmişdir.
21. Belə ki, məlum olduğu kimi iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük rüsumlarının İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
22. Beləliklə yuxarıda göstərilənlərdən birmənalı şəkildə göründüyü kimi, iddiaçının iddiası iki tələbdən, yəni iddiaçının qənaətinə görə ödənişlərin iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsi (birinci tələb) və artıq ödənilmiş gömrük rüsumlarının iddiaçıya qaytarılmsası barədə rəy verilməsi (ikin ci tələb) cavabdehin üzərinə qoyulmasından ibarətdir.
23. Lakin apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edib məhkəmə qərarı qəbul edərkən prosessual hüquq normalarının pozulmasına yol vermişdir.
24. Belə ki, apellyasiya məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarının nəticə hissəsində məhkəmə İddiaçı MMC-nin iddiasının təmin edilməsini göstərsə də, iddiaçının iddiasında irəli sürülmüş, yuxarıda artıq yazılmış birinci tələb üzrə hansı nəticəyə gəlməsi barədə heç nə qeyd etməmiş, həmin birinci tələbə hüquqi qiymət verilməmişdir, apellyasiya məhkəməsi öz qərarında “xx.xx.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin” yazmaqla kifayətlənmişdir.
25. Halbuki İPM-in 1.2-ci maddəsinə istinadən, MPM-in 218.3-cü maddəsinə müraciət edildikdə müəyyən olunur ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Lakin yuxarıda artıq göstərildiyi kimi apellyasiya məhkəməsi tərəfindən iddiaçının iddiasında irəli sürülmüş birinci tələb üzrə məhkəmə qərarı çıxarılmamışdır.
27. Halbuki Gömrük Məcəlləsinin 266.1-ci maddəsinə görə Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.
28. Həmin məcəllənin 270.3-cü maddəsinə müvafiq olaraq Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qəra r, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.
29. Hazırkı qərarın 16-cı bəndində qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, gömrük ödənişlərinin qaytarılması üçün gömrük orqanı tərəfindən ilk öncə inzibati akt olan qərar qəbul edilməli, gömrük rüsumunun qaytarılması barədə rəy isə sözügedən qərardan irəli gəldiyinin və faktiki olaraq qərarın icra edilməsinin həyata keçirilməsinə dair sənəd olduğundan, iddiaçının iddiasında yer almış birinci tələbə məhkəmə tərəfindən hüquqi qiymət verilmədən, rəyə dair münasibət bildirməsi qanuna uyğun sayıla bilməz.
30. Lakin sözügedən məsələni apellyasiya məhkəməsi nəzərə almamış və ümumiyyətlə araşdırmamışdır.
31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
32. Şərh edilənlərə və İPM-in 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2022-ci il tarixli, 21(103)-763/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.