Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1450/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Ermənistan SSR-də əmək fəaliyyəti sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi hakim), Məmmədov Xəqani Səyyad oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sos ial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-655/2024 nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qərarından cavabdehin kassasiya şikayətinə əsasən inzibati işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, ona xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə əmək pensiyası yenidən hesablanmış, lakin iddiaçının xx.xx.1979-xx.xx.1989-cu illərə aid əmək fəaliyyəti əmək pens iyasının hesablanması zamanı nəzərə alınmamışdır.
2. İddiaçı iş stajının təsdiqi kimi hərbi biletini, əmək kitabçasını, habelə mübahisələndirilən dövrə aid arayış, orta məktəb məzuniyyət vinetkaları, köhnə əmək kitabçasına aid vərəqi və Quqark rayon xalq təhsil şöbəsinin fəxri fərmanını təqdim etmişdir.
3. İddiaçının xx.xx.1991-ci il tarixdə tərtib olunan əmək kitabçasında Azərbaycan SSR Xalq Təhsili Nazirliyi 80 nömrəli texniki-peşə məktəbinin möhürü ilə təsdiq edilmiş qeydə əsasən məcburi olaraq daimi yaşayış yerini (Ermənistan SSR Quqark rayonu Gözəldərə kəndi) tərk edərkən əmək kitabçasını rayon Xalq-maarif şöbəsindən götürə bilməmişdir. İlk əmrin surətini (əmr № 344, xx.xx.1979-cu il), toplanmış lazımi sənədləri (3 nəfərin zəmanəti və əmək kitabçasının surəti) və məktəb üzrə tərtib ed ilmiş xx.xx.1991-ci il tarixli aktı nəzərə alaraq pedaqoji stajı xx.xx.1979-cu ildən hesablansın.
4. İddiaçı 1979-1989-ci illərdə Ermənistan SSR Quqark rayonu Gözəldərə kənd orta məktəbində işlədiyi müddətin sığorta stajına daxil edilməklə yenidən hesablanmasını tələb edir.
5. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, imtinada ona istinad etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeyd edilən müəssisənin arxiv sənədləri Nazirliyin Arxiv Fonduna təhvil verilmədiyinə görə araşdırılması mümkün olmamışdır, iddiaçının əmək kitabçası xx.xx.1991-ci il tarixdə tərtib olunub və iddiaçının qeyd etdiyi illər həmin tarixdən əvvələ aid olduğuna görə göstərilən illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Biri nci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979cu ildən xx.xx.1989-cu ilədək Ermənistan SSR Quqark rayonu Gözəldərə kənd orta məktəbindəki əmək fəaliyyətini sığorta stajına daxil edilməklə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4693/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “... qanunvericiliyin normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesabl anarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq əmək fəaliyyəti dövründən (1979 – 1980-cü illər) sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının digər vasitələrlə, o cümlədəm arayışlar, şahid ifadələri müəyyən edilməsini mümkün saymışdır. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq, həmin norma iddiaçıya münasibətdə tətbiq edilməlidir. Məhkəmə v urğulayır ki, iddiaçıya məxsus əmək kitabçasında müvafiq qeydlər sonradan aparılsa da, onun 1979-1989-cü illərdə Ermənistan SSR-də müəllim işləməsi əksini tapmışdır. Həmin qeydlərin hansı əsaslarla aparıldığı hazırda dəqiq müəyyən edilməsə də, iddiaçıya məxsus əmək kitabçasındakı həmin qeydlərin vaxtilə şahid ifadələri, arayışlar və ya digər vasitələrlə aparılması istisna olunmur və bu hal qanuna zidd də sayıla bilməz. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək kitabçasındakı 1979-1989-cu illərə dair müvafiq qeydlər qeyri-mötəbər sayıla bilməz.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-655/2024 nömrəli iş üzrə 11 y anvar 2024-cü il tarixli qərarı ilə (hakimlər A.Oruczadə (sədrlik edən və məruzəçi), X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsinin qərarının əsaslarına görə, “İş materiallarında olan İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçının 7 sentyabr 1979-cu il tarixdən Ermənistan SSR Quqark rayonu Gözəldərə kənd orta məktəbdə əmək fəaliyyətinə başlaması növbəti işəgötürən -86 N-li peşə məktəbinin kadrlar inspektoru tərəfindən aparılan qeydlə təsdiqini tapmışdır. Həmin qeyddə məcburi olaraq yaşayış yerini (Ermənistan SSR Quqark rayonu Gözəldərə kəndi) tərk edərkən əmək kitabçasını rayon xalq maarif şöbəsindən götürə bilməmişdir. İlk əmrin surətini (əmr № 344 07 sentyabr 1979-cu il), toplanmış lazımı sənədləri (3 nəfərin zəmanəti və əmək kitabçasının surəti) və məktəb üzrə tərtib edilmiş 28 sentyabr 1998-ci ilin tarixli aktı nəzərə alınaraq pedaqoji staj 07 sentyabr 1979-cu il tarixindən hesablanması qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, müvafiq qeydlər sonradan aparılsa da, onun 1979 – 1989-cü illərdə Ermənistan SSR-də müəllim işləməsi əksini tapmışdır. Həmin qeydlərin aparılanma əsasları (1989-cu ildə) hazırda aşkar edilməsə də, iddiaçıya məxsus əmək kitabçasındakı həmin qeydlərin vaxtilə ilkin əmrin surəti, şahid ifadələri, arayışlar və ya digər vasitələrlə aparılması istisna olunmur və bu hal qanuna zidd də sayıla bilməz. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən təqdim edilmiş 1982-1983, 1986-1988-ci il lərə aid Quqark rayonu Gözəldərə kənd məktəbinə dair verilmiş müxtəlif şəxslərə məxsus vinetkalardan görünür ki, İddiaçı adı məktəbin müəllimlərinin adlarının qeyd edildiyi hissədə qeyd olunmuşdur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən təqdim edilmiş 30 yanvar 1985-ci il tarixdə verilmiş hərbi biletdəki qeydlərdən görünür ki, iddiaçı 1979-cu ildə Bakı Pedaqoji İnstitutu bitirmiş, peşəçə pedaqoqdur. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən təqdim edilmiş fəxri fərmandan görünür ki, Gözəldərə kənd orta məktəbinin müəllimi Becanov X1 Təhsil Şöbəsi və Həmkarlar İttifaqının rayon komitəsi tərəfindən böyüməkdə olan nəsil üçün təhsil sahəsində əldə etdiyi uğurlara görə təltif edilmişdir. Qeyd olunan sənədlər də iddiaçının 7 sentyabr 1979- cu il tarixdən 1 sentyabr 1989cu il tarixədək Ermənistan SSR Quqark rayonu Gözəldərə kənd orta məktəbində müəllim kimi çalışdığını və ona məxsus əmək kitabçasındakı 1979-1989-cu illərə dair müvafiq qeydlərin mötəbərliyini bir daha təsdiq edir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ
12. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının işlədiyini iddia etdiyi, sonradan əmək kitabçasına qeyd olunmuş xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövrlərin doldurulmasına əsas olan sənədlər məlum olmadığı üçün qeyd olunan illər sosial sığorta stajına daxil edilməmişdi r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır; İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhk əmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Madə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır); Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 18. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007- ci il 6 mart tarixli Qanunla qüvvədən düşmüşdür): Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayara q ümumi iş stajına daxil edilir; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti ümumi iş stajına daxil edilir; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir; Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır; Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır; Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 19. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; Maddə
12. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir; Maddə 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır; Bənd
17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir; Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda p ensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə).
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müd dətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. F iziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onla ra məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar; Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelly asiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qa rşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü
24. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri
25. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasın da baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunv ericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” iş üzrə qərarı).
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən pensiyanın yenidən hesablanması ilə bağlı işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və həmin məhkəmənin qərarında şərh olunmuş məsələləri yenidən müzakirə etməyə lüzum yoxdur. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə d ə kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Kassasiya şikayətinin iddiaçının 1979-1989-cü illər arasındakı dövr ərzində Ermənistan Respublikasında işlədiyi dövrün arxiv sənədləri əsasında dəqiqləşdirilməsi mümkün olmaması barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məsuliyyət sferasına aid olmadığı və təqsirli davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması, xüsusən də hazırkı mübahisəyə münasibətdə iddiaçının əmək fəaliyyətinin müəyyən dövrü ilə bağlı müvafiq sənədlərin başqa ölkənin səlahiyyətli qurumlarına aid olduğu nəzərə alındıqda, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
31. Digər tərəfdən, mövcud məhkəmə və bununla bağlı formalaşmış inzibati praktikalar ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və sair) aşkarlanmaması, dövlət arxivinə təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Əmək kitabçasında qeyd olunan dövrdə iddiaçının əmək haqqı almamasına gəldikdə isə, həmin dövrdə əmək haqqı verilməsə belə iddiaçının başqa qurumda iş lə təmin olunma imkanından məhrum olması onun işlədiyi müddətin sığorta stajına daxil edilməsin zəruri edir. Onun müvafiq dövrdə əmək haqqı almaması işləməməsi kimi qəbul oluna bilər, lakin belə hal iddiaçının iradəsi ilə bağlı olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
32. Pensiya qanunvericiliyinin normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Nəzərə alınmalıdır ki, iddiaçının müvafiq əmək fəaliyyəti dövründən (1979-1989-cü illər) sonrakı vaxtda qüvvədə olan qanunvericilik (§19) əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının digər vasitələrlə, o cümlədəm arayışlar, şahid ifadələri müəyyən edilməsini mümkün saymışdır.
33. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına görə, iddiaçının 7 sentyabr 1979-cu il tarixdən Ermənistan SSR Quqark rayonu Gözəldərə kənd orta məktəbdə əmək fəaliyyətinə başlaması növbəti işəgötürən tərəfindən aparılan (məcburi olaraq yaşayış yerini (Ermənistan SSR Quqark rayonu Gözəldərə kəndi) tərk edərkən əmək kitabçasını rayon xalq maarif şöbəsindən götürə bilməməsi barədə) qeydlə təsdiqini tapmış, ilk əmrin surəti (№344, xx.xx.1979-cu il), toplanmış lazımı sənədlər (3 nəfərin zəmanəti və əmək kitabçasının surəti) və məktəb üzrə tərtib edilmiş xx.xx.1998-ci ilin tarixli akt nəzərə alınaraq, pedaqoji stajın xx.xx.1979-cu il tarixdən hesablanması qeyd olunmuşdur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, müvaf iq qeydlər sonradan aparılsa da, onun 1979-1989-cü illərdə Ermənistan SSR-də müəllim işləməsi əksini tapmışdır. Həmin qeydlərin aparılma əsasları (1989-cu ildə) hazırda aşkar edilməsə də, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin vaxtilə ilkin əmrin surəti, şahid ifadələri, arayışlar və ya digər vasitələrlə aparılması istisna olunmur.
35. Həmçinin, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”də (§19) əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. O da nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün mötəbər sübut kimi qəbul edir. Odur ki, iddiaçıya məxsus əmək kitabçası onun əm ək fəaliyyəti ilə məşğul olduğunu və 25 ildən artıq sığorta stajına malik olduğunu təsdiq edir.
36. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-655/2024 nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu püblik hüquqi şəxsin Sosial ödənişlərin təyin atı üzrə mərkəzi filialının kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.