Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1451/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı oğlunun (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-484/2020 saylı, 11 mart 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin 31.05.2008-ci il tarixli, 02/368 saylı müraciə tini və 14.03.2008-ci il tarixli, 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006- 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 27.02.2009-cu il tarixli, 93 saylı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.20 09-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” sərəncamında çıxarış ilə Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 125 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərti ilə adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinə icazə verilmiş və B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların ara sındakı 360 kv.m. torpaq sahəsinə vətəndaş Nümayəndə Məhsul oğluna, X1 və İddiaçı ticarət obyektinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İddiaçı sözügedən torpaq sahəsinə çıxarışın verilməsinə dair 4 fevral 2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin 22.02.2019-cu il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina olunmuş və imtina onunla əsaslandırılmışdır ki, poçt vasitəsilə daxil olmuş sənədlər surətdir və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir. İddiaçı 5 mart 2019-cu il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ün van küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ona ayrılmış 80 kv.m. torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Əzizbəyov (indiki “Koroğlu”) metro stansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə ünvan küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsində vətəndaş Nümayəndə, X1 və İddiaçı torpaq sahə si ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən iddiaçıya ünvan küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ayrılmış 80 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması üçün cavabdehə yazılı şəkildə poçt vasitəsilə müraciət etmişdir. İddiaçının müraciəti həmin orqanın 22 fevral 2019-cu il tarixli məktubu ilə imtina edilmişdir ki, guya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir, həmçinin elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi yaşayış bi nalarının qarşısındakı park tipli yaşıllıq ərazisinin bir hissəsidir. İddiaçı hesab edir ki, cavabdehin həmin imtinası (hərəkətsizliyi) qanunsuz və əsassızdır, məhkəmə tərəfindən həmin torpaq sahəsinə dair plan ölçünün və mülkiyyət hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddianın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci, 10.2-ci, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci, 2.0.2-ci, 58.1-ci, 67.1-ci, İPM-in 2.2.1-ci, 8.1.2-ci, 14.1-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(82)-1493/2019 saylı iş) 10 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək ünvan küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ayrılmış 80 kv.m. torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, cavabdeh qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməmiş və iddiaçının tələbinə qarşı hərəkətsizlik göstərərək onun Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş mülkiyyət hüququnu pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyat ına alınmasından imtina edilə bilər. Cavabdeh 22.02.2019-ci il tarixli məktubu ilə dövlət qeydiyyatına alınmasından imtinası qeyriqanunidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X6-məruzəçi, X5 və X2, 2-1(103)-484/2020 saylı iş) 11 mart 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, müvafiq torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı bir hüquqmüəyyənedici sənəd inzibati orqana təqdim olunmadığından və ərizəyə əlavə edilmiş sərəncamda torpaq sahəsinin ayr ılması haqqında hər hansı bir qeyd olmadığından cavabdeh orqanın imtinası əsaslı olmuşdur. İddiaçı 6 aprel 2020-ci il tarixdə qərarın surətini almış, 6 may 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş və əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, torpaq ayırma sənədləri ilə bağlı məhkəmənin gəldiyi nəticə əsassızdır. İddia ərizəsində qeyd edilən sərəncam hazırda qüvvədədir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmi şdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ünvan küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 80 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qe ydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdə 80 kv.m torpaq sahəsinin onun adına qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri olmadığına istinad edərək hüququn qeydə alınmasından imtina edilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Əzizbəyov metrosu ətrafında fəali yyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamından məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə bir sıra ünvanlarda, o cümlədən B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində iddiaçıya, U.F.Haqverdiyevaya və Nümayəndə ticarət obyektinin tikintisinə icazə verilmişdir. İddiaçıya aid sənədlərə görə onun tikilisinin sahəsi 360 kv.m daxilində 80 kv.m təşkil edir. İddiaçı ona tikinti üçün ayrılmış 80 kv.m sahəsinə görə torpaq sahəsinə hüququnun qeydə alınmasını arzu etmişdir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşın maz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiy yət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2 007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istif adədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra haki miyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 80 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəmələrə sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi sənədlərdə, o cümlədən “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində iddiaçıya 80 kv.m torpaq sahəsi ayrılmasından bəhs edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutu lmuş digər əsaslarla yaranır. İddiaçının bəyan etdiyi 80 kv.m torpaq sahəsi ilə bağlı hər hansı qərar, müqavilə və ya əqd mövcud olmamışdır. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilə (qərar) təqdim etməmişdir. Odur ki, apelyasiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuşdur. Apelyasiya instansiy ası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı oğlunun kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-484/2020 saylı, 11 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1451/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1451/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver