Məhkəmə qərarları › İş №2-1(102)-1451/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1451/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1451/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apelyasiya şikayətinin mümkünlüyü, apelyasiya şikayəti üzrə müddətin buraxılması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin vəkili X2, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X4 oğlunun iştirakı ilə,

1. İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (bundan sonra mətndə cavabdeh) qarşı yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1010/2021 saylı, 3 may 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı) məhkəməyə mürac iət edərək, Azərbaycan Respublikası Prezidentinin 24.01.2017-cı il tarixli 1207 saylı Fərmanına, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna və iddiaçıların 20 təqvim ili xidmət edərək yaşa görə pensiya hüququ qazandıqları vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən büdcədən kənar ödənişlər və digər əlavələrin iddiaçının təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxs DSMF Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

4. Qərarla razılaşmayan iddiaçı ondan apelyasiya şikayəti vermiş, həmçinin, ərizə təqdim edə rək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 3 may 2021-ci il tarixli qərardadı ilə iddiaçının Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2020-ci il tarixli qərarından apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, müddətin bərpasından imtina edilmiş, apelyasiya mümkün sayılmamış, apelyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir.

6. İddiaçının vəkili 2 iyun 2020-ci il tarixdə apelyasiya məhkəməsinin qərardadını almış, qərardaddan verdiyi kasasiya şikayəti 14 iyun 2021-ci il tarixdə poçta təqdim edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

7. Apelyasiya şikayətinin qeyri-mümkün sayılması şikayət müddətinin ötürülməklə verilməsi, prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməməsi ilə əsaslandırılmışdır.

8. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən olduğundan, müddət bərpa edilməlidir. Pandemiya ilə əlaqədar vəkillərin də iş yükü artmış, bu səbəbdən şikayəti vaxtında tərtib etmək imkanı məhdudlaşdırılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kasasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının vəkili məhkəmə iclasında şikayətin təmin olunmasını xahiş etmişdir.

11. Cavabdeh və üçüncü şəxsin vəkilləri məhkəmə iclasında apelyasiya şikayətinin qanunda nəzərdə tutulan müddətdə verilmədiyini bildirib kasasiya şikayətinin rədd o lunmasını xahiş etmişlər. Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə: Maddə

20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. (-). Maddə

22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. (-). Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prose ssual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. (-). Maddə

24. Prosessual müddətlərin bərpa olunması 4.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gü n ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-). Maddə

85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayə tlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olar aq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.

16. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

17. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qərarı 15 oktyabr 2020-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə iddiaçıya rəsmi qaydada təqdim olunmuşdur.

18. Birinci instansiya məhkəməsinin qərarından şikayət vermə müddəti 30 gündür və bu müddət 13 noyabr 2020-ci il tarixdə (həftənin beşinci günü, iş günü) başa çatmışdır.

19. Məhkəmə qərarından apelyasiya şikayəti iddiaçının vəkili və nümayəndəsi tərəfindən imzalanmış, 17 yanvar 2021-ci il tarixdə poçt vasitəsi ilə bi rinci instansiya məhkəməsinə göndərilmişdir.

20. İddiaçı apelyasiya şikayəti üzrə müddəti 2 aydan çox buraxmışdır.

21. İddiaçı şikayət üzrə müddətin üzrlü səbəbdən buraxılması barədə hər hansı mötəbər sübut təqdim etməmişdir və apelyasiya şikayəti üzrə müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxması işdə olan sənədlərlə təsdiq edilmir.

22. İddiaçı şikayətində pandemiya ilə əlaqədar şikayəti vaxtında vermədiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar bu dövrdə vəkillik xidməti, poçt və məhkəmə dəftərxanaları fəaliyyət göstərdiyindən həmin dəlil müddətin üzrlü sayılması üçün əsas ola bilməz.

23. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

24. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticə yə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar.

25. İddiaçı apelyasiya şikayətini vaxtında vermədiyindən, müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxılması iş materialları ilə təsdiq edilmədiyindən və buraxılmış müddətin üzrlü sayılması üçün əsaslar olmadığından, qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası şərh oluna nları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1010/2021 saylı, 3 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar