Məhkəmə qərarları › İş №2-1(102)-1451/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1451/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1451/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasının yenidən təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (XX.XX.1948-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı “əmək pensiyasının yenidən təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-544/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı yaşa görə əmək pensiyasının təyinatı üçün 13 mart 2020-ci il tarixdə ərizə ilə 1 saylı “Dost” Mərkəzi vasitəsi ilə DSMF-yə müraciət etmişdir.

2. DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsinin 25 mart 2020-ci il tarixli, **********3 nömrəli bildirişinə əsasən, iddiaçıya əmək pensiyası hüququnun yarandığı 1 aprel 2017-ci il tarixdən 204,53 manat məbləğində yaşa g örə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği 1 yanvar 2018-ci il tarixdən 216,19 manat, 1 yanvar 2019-cu il tarixdən 222,68 manat, 1 yanvar 2020-ci il tarixdən 259,64 manat təşkil edir.

3. Cavabdeh sonuncu 3 iyun 2020-ci il tarixli bildirişində qeyd etmişdir ki, iddiaçıya 13 mart 2020-ci il tarixli müraciəti əsasında həmin tarixdən əvvəlki 3 ilin pensiyası hesablanmış və keçmiş dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə hər ay ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının 63 yaşdan təyin edilməsi və həmin tarixdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi ö hdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən DSMF-nin 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı aparılan zaman DSMF-nin Bakı Ərazi Şöbəsi tərəfindən bir sıra aşkar qanunsuzluqlara yol verilmişdir. Belə ki, 2017-ci ildə Qanuna edilmiş dəyişikliklərlə əlaqədar yeni qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1 və 37.7-ci maddələrinin ona (iddiaçıya) münasibətdə tətbiq edilməsi, onun hüquqi vəziyyətini pisləşdirmişdir. xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1 və 37.7-ci maddələri iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Buna bax mayaraq, cavabdeh orqan Azərbaycan Respublikası Konstitusiyasının 147, 149-cu maddələrinin tələblərinə zidd olaraq onun (iddiaçının) hüquqlarını kobudcasına pozmuşdur. Ona, yaşa görə əmək pensiyası hüququnun yarandığı 2011-ci il tarixdən deyil, xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi, qanunsuz olaraq ona münasibətdə 32.1.1-ci maddənin tətbiq edilməsi barədə dəfələrlə 1 saylı DOST Mərkəzi vasitəsilə DSMF-yə müraciət etsə də, onun (iddiaçının) müraciətlərinə, şikayətinin mahiyyətinə uyğun və əsaslandırılmış cavab verilməmişdir.

6. İddiaçı məhkəməyə “iddia ərizəsinə əlavə” təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununun 32.1.1-ci maddəsinə əsasən pensiya məbləği hesablanarkən, nəinki ona (iddiaçıya) münasibətdə düzgün tətbiq edilməmiş, hətta 2017-ci ilin aprel ayından 2020-ci ilin aprel ayınadək sosial sığorta nömrəsinə ödənilən məcburi dövlət sosial sığorta haqları mövcud qaydaların əksinə olaraq hesablanmış pensiya məbləğinə əlavə edilməmişdir. Əlavə olunan məbləğ 3 ildə cəmi 1.176,11 x 1,8 = 2.116,9 manat, 3 il müddətində aylıq isə 2.116,9 manat: 36 = 58,8 manat təşkil edir. İddiaçı 3 il müddətində aylıq pensiya məbləğinə əlavə edilməmiş həmin 58,8 manatın aylıq pensiya məbləğinə hesablanaraq əlavə olunması məsələsinə xüsusi diqqət yetirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının həmin ərizəsini iddianın dəyişdirilməsi (həcminin artırılması) kimi icraata qəbul etmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilərək bildirilmiş dir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının ola bilər ki, hüququ 2011-ci ildə yaranmışdır. Lakin o, öz hüququndan vaxtında istifadə etməmişdir. Belə ki, vətəndaş (iddiaçı) 2011-ci ildə müraciət etməli olduğu halda, xx.xx.2020-ci il tarixdə yaşa görə pensiya üçün müraciət etmişdir. Müraciət etdiyi vaxtdan, yəni 2020-ci ildən artıq hüquqi nəticə yaranır. Bu hüquqi nəticənin yarandığı zaman qüvvədə olan qanunvericilik tətbiq olunur. Qüvvədə olan qanunvericiliyə əsasən də, şəxsə müraciət etdiyi tarixdən ən çox 3 il üçün yaşa görə pensiya təyin edilmiş və hal-hazırda da ödənilir. Bir hal da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqi nə dair qərardadında da bu məsələ ətraflı şəkildə tənzimlənir. Həmin qərardada əsasən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5478/2020 nömrəli, 13 noyabr 2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5478/2020 nömrəli, 13 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddia tələbi təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaç ının əmək pensiyası hüququ 2011-ci il tarixində yaransa da, cavabdeh haqlı olaraq iddiaçıya müraciət etdiyi xx.xx.2020-ci il tarixindən əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissəsinin ödənilməsini təmin etmişdir. Pensiya təyin edilərkən onun 2017-2020-ci illərdə işlədiyi vəzifə üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması tələbi ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, həmin dövr 6 ildən artıq olsa da, iddiaçının 2011-ci ildən sonrakı dövr üzrə müvafiq ödəmələrinin nəzərə alınmaması hazırkı inzibati məhkəmə icraatında müəyyən edilmədiyindən bu tələb əsaslı sayıla bilməz.

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-921/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və A.B.Nuriyeva) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat

15. Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1697/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova /sədrlik edən və məruzəçi/, İ.K.Hüseynov və K.N.Bədəlov) kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

16. Ali Məhkəmə qeyd etmişdir ki, iddiaçıya nə vaxt və hansı qaydada pensiya təyin olunduğu, pensiya təyini zamanı hansı dövrün nəzərə alındığı və işin düzgün həlli üçün əhəmiyyəti olan digər hallar müəyyən olunmalı, bununla bağlı eləcə də iddiaçının pensiya işi tələb edilməlidir. apellyasiya instansiyası məhkəməsində ikin ci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-544/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.İ.Bəktaşi) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. İddiaçının kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğundur. Şikayət onunla əsaslandırılmışdır ki, 2017-ci ildə Qanuna edilmiş dəyişikliklərlə əlaqədar yeni qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinin ona (iddiaçıya) münasibətdə tətbiq edilməsi, onun hüquqi vəziyyətini pisləşdirmişdir. Nəticədə hesablanmalı olan pensiya məbləğinin qanunsuz olaraq dəfələrlə azaldılması və ödənilməməsi, nəinki onun vəziyyətini aşkar pisləşdirmək, hətta hazırkı xəstə durumunda yaşamaq hüququndan məhrum etmək deməkdir.

21. İddiaçının Dövlət Sosial Müdafiə Fonduna 2011-ci ildən 2018-ci ilədək köçürülmüş əmək haqqından sosial ayırmaların miqdarı da (Dövlət Sosial Sığorta Şəhadətnaməsi SSN **********479) aydın şəkildə göstərir ki, həmin illərdə iddiaçın ın orta aylıq əmək haqqı 165.0 manat olmuşdur. Aylıq əmək haqqı 165.00 manat olan şəxsə münasibətdə onun pensiya təminatına ehtiyacının olmadığını iddia etmək, əlbəttə düzgün hesab edilə bilməz.

22. Eyni zamanda xx.xx.2022-ci il tarixli məhkəmə qərarında qeyd edilir ki, "Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilk dəfə cavabdeh şöbəyə pensiyasının təyin edilməsi üçün yalnız 8 may 2021-ci il tarixdə müraciət etmişdir. Bu tarixədək iddiaçı cavabdeh şöbəyə pensiyanın təyin edilməsi üçün müraciət etməmiş və əmək fəaliyyətini davam etmişdir. İddiaçının ambulator müalicələri haqqında tibbi sənədlər 2016-cı və 2019-cu illəri əhatə edir. Sonuncu məhkəmə iclasında iddiaçı 2001-ci ildən şəkərli diabet xəstəsi olduğunu, 2010-cu ilin sonlarından aterosklerozdan əziyyət çək diyini bildirsə də, bu halları təsdiq edən hər hansı tibbi sənəd təqdim etməmiş və bu hallara görə pensiyanın təyin edilməsi üçün maneələr olmasını sübut edə bilməmişdir. Əksinə, işin hallarından görünür ki, iddiaçı bu xəstəliklərə baxmadan hələ 10 il müddətində əmək fəaliyyətini davam etmişdir".

23. İddiaçı cavabdeh şöbəyə 8 may 2021-ci ildə deyil, 13 mart 2020-ci il tarixdə müraciət etmişdir. 8 aprel 2022-ci il tarixdə məhkəməyə təqdim edilən tibbi sənəd olan “Ambulator kitabça”dan çıxarışda İddiaçı 2001-ci ildən şəkərli diabetlə, 2012-ci ildən Aterosklerozla, Aorta-İliak xəstəliyi (Leriş sindiromu), hər iki qalça arteriyalarının stenozu, Sol dizaltı baldır arteriyalarının okluziyası, Sol aşağı ətrafın İV dərəcəli xroniki işemiyası, Sol ayağın nekrotik xorası, Sağ aşağı ətrafın İİİ dərəc əli xroniki işemiyası diaqnozu ilə xəstə olduğu aydın göstərilmişdir (Bu xəstələr daim amputasiya olunma təhlükəsi altında otur).

24. Xəstənin 22 fevral 2012-ci ildə aşağı ətraf arteriyalarının Dupleks Skanlaşdırılmış və doppleroqrafiyası müayinəsi barədə ayrıca sənəd Bakı Apellyasiya Məhkəməsinə 8 aprel 2022-ci ildə digər sənədlərlə birgə təqdim edilsə də, məhkəmənin qərarında öz əksini tapmayıb. Xəstə 2010-cu ildən olmasa da, 2012-ci ildən xəstə olduğunu həm də tibbi müayinə sənədi ilə sübut edib (Qoşma 2 həmin tibbi sənədin surəti təqdim edilir).

25. Qeyd etmək yerinə düşər ki, hazırkı məhkəmə işinin sənədləri içərisində olan iddiaçının əmək kitabçasının nüsxəsindən göründüyü kimi, 2006-cı ilin iyun ayından 2011ci ilin aprel ayına qədər iddiaçı səhhəti imkan vermədiyi üçün əmək fəaliy yəti İlə məşğul olmamışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Qanun Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pens iyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sa yına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələr inin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

28. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə t utulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dai r iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.

32. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

33. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir) tətbiq olunmasının mümkünlüyü ilə bağlı məsələ Ali Məhkəmənin həmin i ş üzrə əvvəlki qərarında nəzərdə tutulmuş göstərişlər nəzərə alınmaqla, apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

36. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə ra zılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

37. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən yenidən təyin olunmasına və həmin tarixdən yaranmış fərqin birdəfəyə ödənilməsinə nail olmaqdan ibarətdir. Bu zaman iddiaçı pensiya hüququnun 2011-ci ildə yarandığına, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin cavabdeh tərəfindən tətbiqinin onun hüquqi vəziyyətini ağırlaşdırdığına və bu baxımdan yolverilməz olduğuna istinad edir.

38. Bununla bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan normaya görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç i l üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

39. Hazırkı mübahisəyə münasibətdə istinad olunan həmin normanın tətbiqi ilə bağlı məsələyə qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.11-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadı nəzərə alınmalıdır. Həmin qərardada əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017 -ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, Ali Məhkəmənin həmin qərardadda ifadə olunmuş hüquqi mövqeyinə görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində təsbit edilmiş norma pensiya hüququ həmin dəyişikliyin qüvvəyə mindiyi tarixədək yaranmış, lakin pensiyanın təyin olunması üçün qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2017-ci il tarixdən sonra müraciət etmiş şəxslərə də şamil olunur. Həmçinin qeyd edilməlidir ki, baxılan işlə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinin tətbiqi də həmin yanaşmaya uyğun olaraq həyata keçirilməlidir.

40. Mübahisəyə dair işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının pensiya hüququ xx.xx.2011-ci il tarixdə yaranmışdır. İddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə əsasən, xx.xx.2006-cı ilədək təhsil illəri (06 il) nəzərə alınmaqla ona 38 il 10 ay sığorta stajına və pensiya kapitalına uyğun olaraq 380.31 manat pensiya təyin edilmişdir. Eyni zamanda keçmiş dövr üzrə (əvvəlki 3 il üçün) yaranmış fərq məbləğinin cari pensiyaya əlavə edilərək ödəniləcəyi barədə iddiaçıya məlumat verilmişdir.

41. Eyni zamanda sorğu əsasında məhkəməyə təqdim olunmuş və mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş 982054 nömrəli pensiya işinə əsasən müəyyən edilmişdir ki, iddiaçı pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə ilk dəfə y alnız xx.xx.2021-ci il tarixdə müraciət etmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müxtəlif vaxtlarda ambulator qaydada müalicə alması barədə tibbi sənədlərdə qeyd edilən xəstəliklərin onun hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etməsinə mane olduğunu və ya onu istisna etdiyini təsdiq edən hər hansı sənəd iş üzrə materiallara əlavə olunmamış, iddiaçı da bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Əksinə, iş üzrə materiallardan iddiaçının cavabdehə müraciət tarixinədək əmək fəaliyyəti ilə məşğul olduğu təsdiq olunmuşdur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanun i və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-544/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar