Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1451/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( qərarın ləğv edilməsi, inzibati icraatın aparılmaması ) Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinə qarşı “İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.20 23-cü il tarixli, 2-1(106)-35/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" MMC cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarla 2021-ci ilin avqust, sentyabr və oktyabr ayları üçün 95610 manat mədən vergisi hesablanmış və məcburi qaydada ödənilməsi üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəs inə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin 95610,0 manat məbləğində mədən vergisi borcunun ödənilməsinə dair xx.xx.2021-ci il tarixli, 12 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 saylı qərarı ilə Bəcirəvan kənd bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs "xxxx" MMC-nin 95610 manat məbləğində mədən vergisi üzrə borcun məcburi qaydada alınaraq İmişli rayon Bəcirəvan bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmış və qərar icra olunması üçün İmişli rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İmişli rayon İcra və Proba siya Şöbəsinin “İcraata başlamaq haqqında” qərarı ilə vergi borcunun ödənilməsindən boyun qaçırdığı üçün İmişli rayon Bəcirəvan bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası kimi fəaliyyət göstərən "xxxx" MMC-dən 95610 manat mədən vergisi borcunun məcburi qaydada alınaraq bələdiyyənin büdcəsinə ödənilməsi üçün 10 gün müddət müəyyən olunmuşdur. Hesab edirlər ki, İmişli rayon Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 saylı qərarı əsassızdır. Belə ki, "xxxx" MMC hər il öz fəaliyyəti sahəsində yaranmış mədən vergisi üzrə borcunu cavabdehin hesabına ödəmişdir. "xxxx" MMC-nin cavabdehə mədən vergisi üzrə 95610 manat məbləğində borcu yoxdur. Cavabdeh heç bir vergi hesablanması qaydalarına və mühasibatlıq haqqında qanunun tələblərinə uyğun olmayan şəkildə, öz subyektiv mülahi zələri əsasında əsassız məbləğ hesablamışdır. Həmin vergi borcunun hesablanması üçün heç bir əsas mövcud deyildir. Mübahisəni məhkəmədənkənar qaydada həll edə bilmədiklərindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur.
4. Şirvan İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(120)751/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin olunmuş, İmişli rayonu Bəcirəvan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarı ləğv edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, bələdiyyə tərəfindən inzibati akt inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının icraatda iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçı dan hər hansı izahat və ya sübut tələb edilməmişdir. Cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsi "xxxx" MMC barəsində mədən vergisini hesablayan səlahiyyətli qurum (vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı) kimi 95610,0 manat mədən vergisi borcunun hesablanması barədə əlverişsiz inzibati akt qəbul edərkən vergi qanunvericiliyinin tələblərinə əməl etməmiş, eləcə də cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun 24, 25 və 61-ci maddələrinə zidd olmuşdur.
6. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
7. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-35/2023 nömrəli (hakimlər O.İsmayı lov\sədrlik edən və məruzəçi, S. Həsənov və M.Həsənov) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-751/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri 10. eynidir. Cavabdehin kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etiraza əsasən, iddiaçı kassasiya şikay ətinin təmin olunmamasını və Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(106)-35/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izaha tları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutla r, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərə findən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə v erilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. A li Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
17. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
18. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
19. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya münasibətdə cavabdeh İmişli rayonu Bəcirəvan bələdiyyəsi tərəfindən mədən vergisinin hesablanması ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
20. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq norm alarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı İmişli rayonu Bəcirəvan bələdiyyəsi tərəfindən iddiaçıya 95610,0 manat məbləğində mədən vergisinin hesablanmasına dair xx.xx.2021-ci il tarixli, 12 saylı qərarın ləğv edilməsinə yönəlmişdir.
23. İddiaçı bələdiyyə ərazisində qum-çınqıl istehsalı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Vergi Məcəlləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 217.5-ci maddəsinə görə, belə müəssisələr barəsində yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin hes ablanması bələdiyyənin səlahiyyətində idi. Hazırki mübahisəyə münasibətdə cavabdeh bələdiyyə tərəfindən iddiaçıya 2021-ci ilin avqust, sentyabr və oktyabr ayları üzrə 95610,0 manat mədən vergisi hesablanmışdır.
24. Bu zaman cavabdeh hər hansı inzibati icraat aparmadan yalnız nəticəni, yəni hesablanmış vergi məbləğini müəyyən etmişdir. Həmin vergi məbləğini nəzərdə tutan inzibati akt iş üzrə materiallarda yoxdur. Bununla da, cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı, 21-25-ci, 28-ci, 58-ci, 61-ci maddələrinin tələbləri pozulmuşdur. Başqa sözlə, inzibati akt onun mahiyyətinə əhəmiyyətli şəkildə təsir edən icraat qaydaları pozulmaqla qəbul olunmuşdur.
25. Belə ki, iş üzrə materiallarda yalnız xx.xx.2021-ci il tarixli, 12 nömrəli protokol mövcuddur. Məhkəmələr tərəfindən də inzibati aktı ləğv edilərkən məhz həmin tarixli və nömrəli protokol qeyd edilmişdir. Halbuki, protokolda bununla bağlı qərarın qəbuluna istinad olunmuşdur. İş üzrə materiallara isə həmin sənəd əlavə olunmamışdır. Qeyd olunan protokol məhkəmələr tərəfindən inzibati akt qismində qəbul edilmişdir. Nəzərə almaq lazımdır ki, həmin sənəd “İnzibati icraat haqqında” Qanunun 57-61-ci maddələrinin tələblərinə cavab vermir. Yəni həmin sənəd istinad olunan normalar baxımından hər hansı şəkildə əsaslandırılmamışdır və ümumiyyətlə, inzibati icraatın aparılmasına dair hər hansı bir sənəd iş üzrə materiallarda mövcud deyildir.
26. Bundan başqa, bələdiyyə tərəfindən inzibati icraat başlanılmadan, vergi yoxlamasına dair reyestrdə heç bir qeydiyyat aparılmadan (buna dair iş materialında heç bir məlumat yoxdur) bələdiyyə əməkdaşları sadəcə olaraq MMC-nin ərazisində maşınları kamera ilə qeydə alaraq və ərazidən çıxan maşınları sayaraq bu barədə aktlar tərtib etmişdir. Həmin aktlardan başqa hesablamaya dair iş materialında heç bir sənəd yoxdur.
27. Göründüyü kimi, cavabdeh tərəfindən yalnız qeyd olunan aktlara və müşahidə kameralarından çıxarışlara istinad olunmaqla iddiaçıya mədən vergisi hesablanmışdır. Halbuki, şəxsin üzərinə vergi öhdəliyi qoyan sənəd yalnız inzibati akt formasında və inzibati icraat nəticəsində qəbul edilə bilər.
28. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilm əsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, qeyd olunan sənəd onun mahiyyətinə əhəmiyyətli şəkildə təsir edən ciddi formal qüsurlara malik inzibati akt kimi qiymətləndirilməlidir. İPM-in 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qə rarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
30. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(106)-35/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.