Məhkəmə qərarları › İş №2-1(102)-1452/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1452/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1452/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkün sayılmaması, preyudisiallıq ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X2, üçüncü şəxsin vəkili X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müvafiq təminat xərcliyinin məbləği haqqında yeni hesablama vərəqəsinin DSMF-yə göndərilməsi, kompensasiyanın və müavinətin yenidən hesablan araq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.04.2021-ci il tarixli, 2-1(103)-1312/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2-1(84)30/2019 saylı qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1993-cü ildən polkovnik-leytenant rütbəsi, 2003-cü ildən polkovnik rütbəsinin verilməsinin təmin edilməsi, 1993-cü ilin əvvəlində Ağdərədə sıra qabağında elan edilən, amma şəxsi işinə yazılmayan tabor komandiri vəzifəsinin şəxsi işinə yazılması, yeni hesablama vər əqinin bu xidmət ilinə, polkovnik rütbəsinə və tabur komandiri vəzifəsinə uyğun tərtib edilməsi, işdən çıxarma pulu, geyim əşya kompensasiyası, ezamiyyət, məzuniyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiyanın da Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 saylı qərarının 3 və 5-ci bəndinə əsasən hesablanması, 6 ildə ayda 64 manat məbləğində artım indeksasiyası tətbiq olunmaqla hesablanıb ödənilməsinin təmin edilməsi, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29.04.1992-ci il tarixli Qanunun 15 “v” maddəsinə uyğun olaraq 300 faizlik və 23 “b” maddəsinə əsasən 100 faizlik yaşa görə minimum pensiya məbləğində əlavənin pensiyasına 1993-cü ildən indeksasiya edilməklə hesablanması, Prezidentin 26.12.2001-ci il tarixli 613 saylı Fərmanı və 29.12.2000-ci il tarixli 597 saylı sərəncamı ilə müəyyən edilmiş müvafiq olaraq 26 və 14 manatlıq aylıq müavinətin pensiyasına əlavə olunması, “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə görə müvafiq təminat xərcliyinin 100 faizi qədər müəyyən edilmiş məbləğin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına əlavə edilməsi, Konstitusiyanın 149-cu maddəsinə əsasən qanunun geriyə qüvvəsi olduğundan bu əlavənin indeksasiyasız 1993cü ildən pensiyasına hesablanmasının təmin edilməsi, həmin Qanunun 19.1.4-cü maddəsinə 1-ci qrup əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qulluq üçün 11 manat məbləğində aylıq əlavənin 2006-cı ildən indeksasiya edilməklə pensiyasına hesablanması, onun vəzifə maaşının müvafiq rütbə və vəzifəyə (polkovnik tabur komandiri) uyğun olaraq DİN-də ən yüksək səviyyədə təmi nat alan qurumun (Xüsusi Təyinatlı Qoşunlar ya da X8) təminat xərcliyinə uyğunlaşdırılmasının təmin edilməsi barədə iddiası mümkün sayılmamışdır.

2. Şəki İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkün saymamasının əsası kimi qeyd etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 23.01.2019-cu il tarixli 8 saylı arayışından və ona əlavə edilmiş şəxsi işdən, həmçinin DİN Daxili Qoşunlar Baş İdarəsinin 21.01.2019-cu il tarixli 73 saylı arayışından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayon İdarəsinin 25.12.2013-cü il tarixli arayışında texniki səhvə yol verilmiş, səhvən iddiaçının 17.12.1991-ci il tarixindən 18.06.2012-ci il tarixinə kimi Daxili Qoşunlarda xidmət keçməsi qeyd olunmuşd ur. Belə ki, iddiaçı 31.12.2011-ci ildə ehtiyatda olan zabitlərin son yaş həddinə görə uçotdan çıxarılmışdır. Həmçinin iddiaçı 28.01.1993cü il tarixdən 01.06.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. Buna qədər isə 17.12.1991-ci il tarixindən 1993-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi faktı müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya tələbinə dair iddiası 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 19.12.2013-cü il tarixli qərardadı ilə mümkün sayılmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2014-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının iddia ərizəsinin 4-7-ci bəndlərində qeyd olunan tələblər isə hazırki cavabdehə qarşı yönələ bilməz. Qeyd olunan tələblər iddiaçının pensiya ödənişini həyata keçirən DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə yönəlməlidir. İddiaçıya məhkəmə tərəfindən müvafiq yardım məktubu göndərilmiş, iddiaçı dəfələrlə iddia ərizəsinə dəqiqləşmələr vermiş və nəticədə cavabdeh kimi Daxil İşlər Nazirliyini göstərmişdir.

3. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2019-cu il tarixli, 2-1(84)30/2019 saylı qərardadı Şəki Apelyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2-1(107)237/2019 saylı qərardadı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmin qərardaddan verilmiş kassasiya şika yəti isə Ali Məhkəmənin 12.02.2020-ci il tarixli, 2-1(102)-444/2020 saylı qərardadı ilə mümkün sayılmamış və qərardad qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək xüsusi təyinatlı qoşunun tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq, hərbi xidmət illərinin Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli 631 saylı qərarına və 20.04.2000-ci il tarixli 73 saylı qərarına əsasən hesablanmaqla və 1993-cü ildən indeksasiya edilməklə, 2013-cü ildən ərzaq payının 128 manatdan hesablanmaqla təminat xərcliyinin məbləği haqqında yeni hesablama vərəqinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməs i öhdəliyinin cavabdehin üzərinə qoyulması, işdən çıxarma pulunun, geyim əşya kompensasiyasının, məzuniyyət və ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışının və əvəzində kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun hesablanaraq ödənilməsi, "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanunun 15v və 23b maddələrinə əsasən minimum pensiyanın müvafiq olaraq 300 və 100 faizi miqdarında əlavənin 1993-dən hesablanmaqla, Azərbaycan Respublikası Prezidentinin 29.12.2000 tarixli 597 saylı sərəncamı və 26.12.2001 tarixli 613 saylı fərmanı ilə müəyyən edilmiş müvafiq olaraq 14 və 26 manatlıq, toplam 40 manatlıq aylıq müavinətin həmin aktların qəbul edildiyi tarixdən hesablanmaqla pensiyasına hesablanmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun hü quqi marağı pensiyasının artırılmasına nail olmaqdan ibarətdir. Belə ki, onun iddia tələblərinin əsasını mahiyyət etibarı ilə tabur komandiri və polkovnik rütbəsinə uyğun olaraq pensiyasının yenidən hesablanması təşkil edir.

6. Birinci instansiya məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(112)-290/2021 nömrəli (hakim Elvin Əliyev- sədrlik edən) qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcuddur. X6-İqtisadi məhkəməsinin 15 fevral 2019-cu il tarixli 21(84)-30/2019 saylı qərardadı ilə iddianın mümkün sayılmaması ilə bağlı müəyyən edilmiş əsaslar aradan qalxmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır.

8. İddiaçı apely asiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.04.2021-ci il tarixli, 21(103)-1312/2021 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Vahid Sadıqov) qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək şikayətin təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikay ətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə 2 ilə yaxın süründürməçiliklə baxaraq tərəflərin hüquq bərabərliyi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və çəkişmə prinsiplərini, dinlənilmə hüququnu pozaraq, birinci instansiya məhkəməsinin 15.02.2019-cu il tarixli iddianın mümkün sayılmaması haqqında olmayan qərardadını "hüquqi presedent" kimi tətbiq edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin olmayan maddəsini əsas tutub, eyni tərəflər arasında, eyni predmet barəsində və əsaslar üzrə məhkəmə qərardadı olduğuna görə iddianın mümkün sayılmamasına dair qərar çıxarmışdır. Birinci instansiya məhkəməsi nin ona xəbər vermədən gizlin qəbul etdiyi qərardadı apelyasiya instansiyası məhkəməsi ləğv etmək əvəzinə daha böyük özbaşınalığa yol verib. Ali Məhkəmənin "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10.04.2015-ci tarixli 5 saylı Qərarının 8.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması haqqında qərardad mümkünlük şərtlərinə əməl etməklə yenidən eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını kobud şəkildə pozaraq MPM-nin 266.1-ci maddəsinə əsasən qərardadını rəsmi qaydada 5 günə verməyə borclu olduğu halda, 2 ay keçib, hələ də qərardad mənə ümumiyyətlə verilməyib. Bu kobud hüquq pozuntusudur və kassasiya şikayəti verməyimə qadağa qoymaq üçün verilib. Apelyasiya instansiyası məhkəməsi iddianın "mümkünl ük şərtlərinə əməl edilmədiyini" əsas götürərək qərar qəbul etmişdir. Bu açıqaşkar Ali Məhkəmənin Plenumunun Qərarına, Konstitusiyaya hörmətsizlikdir və həmin Qərarın düzgün təfsir edilməməsi deməkdir. Apelyasiya instansiyası məhkəməsi onun dinlənilmək hüququnu kobud şəkildə pozub, danışmağına imkan verməyib, düzgün olmayan, daha doğrusu, olmayan normativ hüquqi aktı tətbiq edib, Ali Məhkəmə Plenumunun qərarını düzgün təfsir etməyib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şika yətinin təmin olunmamasını xahiş etdi.

16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf şifahi məhkəmə iclasında təmsil olunmamışdır. Onlara təqdim olunmuş məhkəmə bildirişində, məhkəmə iclasında iştirak etmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə müba hisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq

19. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 9

6. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

20. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya ş ikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından təmin edilməməli və apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, məzmun və mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinin dəlillərinə uyğundur.

23. Bununla bağlı qeyd edlməlidir ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istin ad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Həmin hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

24. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir.

25. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olubolmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur.

26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddia nın mümkün sayılmaması hüquqi nəticə baxımından prinsipcə həmin iddia ilə yenidən aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək imkanını istisna etmir. Lakin bunun üçün iddianın mümkün sayılmasını istisna edən və ya iddianın mümkün sayılmamasını şərtləndirmiş halın və ya səbəbin aradan qalxması mütləqdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında iddianın növündən asılı olaraq (mübahisələndirmə, məcburetmə haqqında iddialar münasibətdə) müəyyən müddət məhdudiyyətləri mövcuddur və iddianın mümkünlüyü istisna edən səbəblər həmin müddət daxilində aradan qaldırılmalıdır. Əks təqdirdə, müddətin buraxıldığı hallarda da iddianın mümkün sayılmaması riski mövcuddur və iddiaçı müddəti üzürlü səbəbdən buraxdığını sübut etməlidir.

27. İş üzrə materiallardan göründüyü kimi, h azırkı mübahisəyə münasibətdə iddianın mümkün sayılmamasını şərtləndirən səbəb, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı hüquqi qüvvəsini saxlamaqdadır və həmin qərardadda iddianın mümkün sayılmamasına səbəb olan hallar aradan qalxmamışdır.

28. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2-1(84)-30/2019 saylı qərardadı ilə iddiaçının eyni cavabdehə qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə iddiası mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadı Şəki Apelyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2-1(107)237/2019 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmış, həmin qərardaddan verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12.02.2020-ci il tarixl i, 2-1(102)-444/2020 saylı qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qərardadı qüvvəyə minmişdir.

29. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvədə olan 15.02.2019-cu il tarixli 2-1(84)30/2019 saylı qərardadında qeyd olunmuşdur ki, iddiaçının işdən çıxarma pulu, geyim əşya kompensasiyası, məzuniyyət, ezamiyyət pulu, sığorta ödənişi, sanatoriya yollayışı və əvəzində kompensasiya verilməsi tələbinə dair analoji iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.12.2013-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.02.2014-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

30. Bundan başqa, iş üzrə materiallardan görünür ki, i ddiaçı mahiyyət etibarı ilə tabor komandiri vəzifəsinə və polkovnik rütbəsinə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb edir. Lakin bu tələbinə rəğmən iddiaçı xidmət dövründə səlahiyyətli orqan tərəfindən həmin vəzifəyə təyin edilməsini və həmin rütbənin ona verilməsini təsdiq edən hər hansı rəsmi sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının tabor komandiri vəzifəsini icra etdiyini və polkovnik rütbəsinin ona verilməli olduğunu sadəcə iddia etməsi onun tələblərinin təmin olunması baxımından yetərli sayıla bilməz. İddiaçının real olaraq həmin vəzifədə xidmət etdiyi və həmin rütbəyə malik olduğu qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş müvafiq sənədlərlə, o cümlədən onun vəzifəyə təyin olunması və ona rütbənin verilməsi barədə müvafiq ə mrlərlə təsdiq olunmalıdır. Yaxud da iddiaçı ən azından həmin sənədlərin mövcudluğuna istinad etməlidir.

31. Lakin iş üzrə materiallardan görünür ki, iddiaçı həmin vəzifəyə təyin edilməli olduğunu və rütbənin ona verilməli olduğunu bildirməklə kifayətlənmiş və bu zaman hər hansı müvafiq rəsmi sənədlərə istinad etməmişdir. İş üzrə materiallarda da belə sənədlər aşkar edilməmişdir. Onun tabor komandiri vəzifəsinə təyin edilməsi barədə Daxili Qoşunların arxivində sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir. İddiaçı 2009-cu ildə Nizami rayon Məhkəməsinə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etmiş və bu zaman nə ərizəsində, nə də həmin iş üzrə apelyasiya şikayətinə etirazında tabor komandiri olması barədə məlumat verməmişdir.

32. Bununla bağlı məhkəmə kollegiya sı qeyd edir ki, iddiaçının həmin vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ səlahiyyətli orqan tərəfindən onun vəzifəyə təyin edilməsi və ona rütbənin verilməsi barədə əmrlərdən, yəni inzibati aktlardan irəli gəlməlidir. Və iddiaçı özünün iddia ərizəsində həmin inzibati aktlara (əmrlərə) istinad etməlidir. Konkret mübahisəyə münasibətdə iddiaçının istinad edə biləcəyi inzibati aktların mövcud olmaması səbəbindən onun iddia etdiyi vəzifəyə və rütbəyə uyğun olaraq pensiyanın yenidən hesablanmasını tələb etmək imkanı da istisna edilir.

33. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı xidmətdə olduğu dövrdə iddia etdiyi vəzifəyə təyin edilməsinin rəsmiləşdirilməməsini və rütbənin verilməməsini mübahisələndirməmiş və səlahiyyətli orqanların bununla bağlı hər əkətlərinə və ya hərəkətsizliyinə qarşı qanunla nəzərdə tutulmuş müddət daxilində hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir. Halbuki həmin dövrdə qüvvədə olan mülki prosessual qanunvericiliyin istinad olunan normalarının müddət məhdudiyyəti ilə bağlı müddəaları iddiaçı tərəfindən nəzərə alınmalı və onlara riayət edilməli idi. Bununla əlaqədar nəzərə alınmalıdır ki, hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət məhdudiyyəti hüquqi müəyyənlik və hüquqi sabitlik məqsədlərinə xidmət edir və ictimai maraqlardan irəli gəlir. Məhz bu baxımdan müddət iddianın mümkünlük şərtləri sırasına aiddir və onun buraxılması iddianın mümkün sayılmaması ilə nəticələnir.

34. Qeyd edilməlidir ki, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları barədə müvafiq müddəalar nəzərdə tutulmuşdu. Həmin müddəalarda h üququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtdan başlandığı təsbit edilmişdir. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır).

35. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən yenidən mübahisələndirilə bilməzlər. Belə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddə ti buraxılmış hüquqi müdafiə imkanının təzələnməsini nəzərdə tutmur. İPM-in 24.4-cü maddəsinin tələbinə görə, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra ilkin hüquqi vəziyyətin bərpasına, yəni buraxılmış həmin müddətin bərpasına dair ərizənin verilməsi imperativ qaydada istisna olunur. Göründüyü kimi, iddiaçı xidmətdə olduğu dövrdə iddia etdiyi vəzifəyə təyin edilməsinin səlahiyyətli orqanlar tərəfindən rəsmiləşdirilməsini və rütbənin verilməsini, bununla bağlı müvafiq qərarların (konkret halda əmrlərin) qəbul edilməsini tələb etməmiş və beləliklə də, məcburetmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmü şdür. Hətta bundan sonra da iddiaçı qanunda nəzərdə tutulmuş bir il ərzində də məhkəməyə müraciət etməmiş və bu səbəbdən də buraxılmış müddətin bərpa edilməsi barədə onun vəsatət təqdim etmək hüququ da aradan qalxmışdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

37. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 4.04.2021-ci il tarixli 2-1(103)-1312/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar