Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1452/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fövqəladə hallar orqanlarından xaric edilmə barədə əmrin ləğvi; orqanizmdə narkotik vasitənin aşkar olunması; işə bərpa; işin hallarının araşdırılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-620/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Nazirliyin X2 və X4 Xidməti “Qızılqum” sularda xilasetmə məntəqənin matros-xilasedicisi daxil xidmət çavuşu olmuşdur.
2. Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş ifrazatında narkotestlərin təyini analizinə əsasən, iddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur.
3. Həmin nəticə iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim olunmuş, iddiaçı nəticə ilə razı olmadığını qeyd etmişdir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 tərəfindən hazırlanmış aktdan görünür ki, xx.xx.2021-ci il tarixli 12/xx-xx/02519 №li göndərişə əsasən xidmətə zərurətlə əlaqədar Cavabdeh X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros-xilsedici, daxili xidmət siravisi İddiaçı müayinədən keçirtməklə qan və sidik nümunələrində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələr olub-olmaması yoxlanılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının nəticəsinə əsasən, İddiaçı götürülmüş qan və ifrazat nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Metamfetamin” aşkar edilmiş, bu barədə 1308.2021-ci il tarixli akt tərtib edilmi və həmin tarixdə iddiaçıya göndərilmişdir.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 tərəfindən hazırlanmış aktla tanış olmuş və məhkəmə-kimyəvi ekspertizanın nəticəsilə razı olmadığını bildirmişdir.
6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 2904 nömrəli Akta əsasən, İddiaçı OPİ, MET, AMP, MTD, COC, TUC, EDD, BZO, BAR, PCP, TML aşkar edilməmişdir.
7. İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Cavabdeh xx.xx.2021-ci il tarixli 1286/ş saylı əmrinə əsasən, 28 iyul 2021-ci il tarixində tibbi müayinə zamanı iddiaçı tərəfindən psixotrop maddədən istifadə edilməsi aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq “Narkolojı xidmət və nəzarə t haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkolojı xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən Fövqəladə hal orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanununun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh” haqqında' Əsasnamənin 10.10.22-ci bəndini rəhbər tutaraq iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əsas: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X6 1 3 avqust 2021-ci il tarixli 2219/K nömrəli aktı İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməyi barədə Azərbaycan Respublikasının Cavabdeh 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməyi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixindən FHN-nin X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros-xilasedici daxili xidmət çavuşu kimi xidmətə başlamışdır. Xidmət etdiyi 1 il 8 ay müddətində heç bir nöqsana yol verməmiş və hər hansısa zərərli vərdişi (siqaret çəkmək, içki içmək, narkotik vasitələrdən istifadə və s.) olmamışdır. xx.xx.2021-ci il tarixində FHN-nin və idarənin bir qrup əməkdaşı xidmət etdiyi kollektivin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinəsini keçirdilər. İddiaçı da kollektivlə birlikdə analiz verdi. Daha sonra Daxili Təhqiqat İdarəsinin əməkdaşı narkotik vasitədən istifadə etdiyi bildirdi. Lakin iddiaçı bu nəticəylə razılaşmadığı üçün təkrar müayinənin keçirilməsini xahiş etmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2021- ci il tarixində Daxili Təhqiqat İdarəsinin əməkdaşı mayor Bayramov İlkin onu Pataloji Anatomiya Bürosuna apardı və Mətanət adlı şöbə rəisi ilə otaqda 10-15 dəqiqə danışdıqdan sonra ondan təkrar analiz götürdülər. Həmin vaxt iddiaçı şöbə rəisinə həm allergiya, həm də uroloji müalicə aldığını bildirdi. Bununla yanaşı qəbul etdiyi dərman ların adını qeyd edərək reseptin şəklini də göstərdi. Onlar verdiyi testin cavabının 10 gün müddətində çıxacağını bildirdilər və iddiaçı 10 gündən sonra cavabı öyrənmək üçün Pataloji Anatomiya Bürosuna yaxınlaşdı. Lakin hələ testin cavabının çıxmadığı, cavab çıxdığı zaman özlərinin göndərəcəyini qeyd etdilər. Bundan 44 gün sonra, yəni xx.xx.2021-ci il tarixində iddiaçını FHN-nin Daxili Təhqiqat İdarəsinin əməkdaşı Zalov Zaur dəvət etdi və analizin cavabında metamfetamin aşkar olunduğunu bildirdi. İddiaçı çıxan cavabla razılaşmayaraq etiraz etdi və yenidən tibbi müayinədən keçmək qərarına gəldi. xx.xx.2021-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”- nə, xx.xx.2021 -ci ildə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi ”-nə müraciət edərək, tibbi müayinədən keçdi. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında müvafiq olaraq 2904 və 896 nömrəli aktlara əsasən heç bir narkotik vasitə və psixotrop maddə aşkarlanmadı. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 13 avqust 2021-ci il tarixli, 1286/ş nömrəli əmri ilə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir.
10. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-480/2023 nömrəli qərarı ilə (hakim G. Sevdimalıyeva) iddia təmin edilərək Naz irliyin X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqənin matros-xilasedicisi daxili xidmət çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi barədə Azərbaycan Respublikasının Cavabdeh üzrə 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmr ləğv edilməsi və İddiaçı xidmətə bərpa edilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində götürülmüş analizin nəticələri ilə xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. Qeyd olunan tarixlər arasındakı dövrdə iddiaçının analizlərdə narkotik vasitənin aşkar olunduğundan məlumatı olmadığı üçün müvafiq müdafiə vasitələrindən dərhal (“isti izlərlə”) istifadə etmək imkanı da olmamışdır. İddiaçı nəticələrlə tanış olduqdan sonra isə dərhal təkrar müayinələrdən keçmiş (xx.xx.2021-ci il tarixdə, daha sonra tək rarən xx.xx.2021-ci il tarixdə) və müayinələrdə narkotik vasitənin aşkar olunmadığı müəyyən edilmişdir. Bundan əlavə, qeyd edilmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023- cü il tarixli qərardadları əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 tərəfindən keçirilmiş məhkəmə tibbi ekspertizalarının nəticələrinə əsasən də iddiaçıdan götürülmüş nümunələrdə narkotik vasitə aşkar edilməmişdir. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehinin tətbiqinin konkret əsasları: - vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, - habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tut ulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin halların mövcudluğu mübahisələndirilən qərarda əsaslandırılmamışdır. Belə ki, müvafiq qərarla qurumda fəaliyyət məhdudiyyəti məhz narkoloji xəstələr üçün müəyyən edilmiş, iddiaçının narkoloji xəstə, yəni narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxs olması müəyyən edilməmiş, eləcə də iddiaçı fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməkdən imtina etməmişdir. Əksinə, sonradan dəfələrlə qeyd edilən halın təkzibi üçün dəfələrlə müayinədən keçmiş, eləcə də həmin hal məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə d ə təkzib olunmuşdur.
13. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-620/2024 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsi və İPM-in 14.1-ci maddəsinə istinad etmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassator qeyd etmişdir ki, işə baxmış məhkəmələr mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh müvafiq əmrin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, eləcə də xidmətlə bir araya sığmayan hərəkətlərə yol verməsini qurum üçün fəaliyyət məhdudiyyəti müəyyən edilmiş şəxs, yəni narkoloji xəstə olduğunu sübut etməmişdir. Həmin mövqeyi əsaslı hesab etməyərək kassator qeyd etmişdir ki, cavabdehin 20 sentyabr 2021-ci il tarixli, 1286/ş nömrəli əmri qanuni və əsaslıdır. Belə k i, iddiaçının 27 iyul 2021-ci il tarixdə AR FHN Tibb Xidməti Mərkəzində dövrü tibbi müayinədən keçirilən zaman sidiyində "Metamfetamin" narkotik vasitə aşkar edilmişdir. 28 iyul 2021-ci il tarixində AR Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 X7 tərəfindən iddiaçının qan və sidik nümunələrində “Metamfetamin" narkotik vasitə aşkar edilmişdir.
18. İddiaçı əvvəlcə qan və sidik analizindən çıxan narkotik vasitənin içdiyi dərmanlar İlə əlaqələndirərək, reçept təqdim etmişdir. Birinci instansiya Məhkəməsində həmin reseptdə göstərilən dərmanların tərkibində metamfetaminin çıxıb-çıxmamamsı ilə bağlı sorğu verilmiş və sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “Kenasef", “Lebel”, “Fiukonazol” “Lavomaks” və “Trixapol” adlı dərman vasitələrinin istifadəsi nəticəsində qanda "metamfetamin” adlı maddənin yaranması mümkün deyil.
19. Bundan əlavə, kassator apellyasiya məhkəməsinin iddiaçının analizlərdə narkotik vasitənin aşkar olunduğundan məlumatı olmadığı üçün müvafiq müdafiə vasitələrindən dərhal (“isti izlərlə") istifadə etmək imkanı olmaması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının xidmət etdiyi kollektivin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinə zamanı onun qanında və sidiyində metafetamin olduğu bildirilib, belə olan halda isə onun isti izlərlə müdafiə olunmaq üçün kifayət qədər zamanı olmuşdur.
20. Eyni zamanda müəyyən zaman keçdikdən sonra qanda narkotik vasitələrin çıxmaması barədə iddiaçının kifayət qədər məlumatı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3" X5 xx.xx.2022-ci il tarixli, 3627/K saylı məhkəmə-kimyəvi Rəyində qeyd olunmuşdur ki, metamfetaminin istifadə faktını qanda 8-12 saatdan sonra təsdiqləmək olar. Qəbul edilən metamfetaminin təxminən 70% birinci sutkada, 90%- isə 4 sutka ərzində sidik ilə ifraz olunur.
21. Kassasiya şikayətinin əsası kimi cavabdeh İPM-in 14.1-ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanun Maddə
10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələr 10.0. Fövqəladə hallar orqanları əməkdaşla rı aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə;... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; 24. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 161-İİQ nömrəli Qanunu Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir;... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir;... Maddə
10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir.. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu h alda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Maddə
24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər... 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisə sində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası
1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlələr.
2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır.
3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan ) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır....
5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibb yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli isə işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibi yoxlama) keçməsi təmin olunmalıdır.
6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret hald a istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhk əmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormalarının tətbiqində səhvə yol verilmişdir.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı işdən azad edilməyi barədə Azərbaycan Respublikasının Cavabdeh 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməsinə yönəlmişdir.
31. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı 27 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cavabdeh Tibb Xidmətinin Tibb Mərkəzində dövrü tibbi müayinədən keçərkən, müayinənin nəticələrinə əsasən onun analizlərində “Metamfetamin” narkotik maddəsi aşkar edilmiş və o həmin nəticə ilə tanış olaraq imza etmiş, lakin analizin cavabı ilə razı olmadığını qeyd etmişdir. Bundan sonra, iddiaçıdan 28 iyul 2021-ci il tarixdə yenidən analiz nümunəsi götürülmüş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspe rtiza və X3” X7 tərəfindən keçirilmiş ekspertiza nəticəsində yenidən “Metamfetamin” aşkar edilmişdir. Bu barədə müvafiq akt tərtib olunmuş və xx.xx.2021-ci ildə iddiaçıya göndərilmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 tərəfindən hazırlanmış aktla tanış olmuş və məhkəmə-kimyəvi ekspertizanın nəticəsilə razı olmadığını bildirmişdir.
32. Hazırda mübahisələndirilən əmrin verilməsi üçün əsas yuxarıda qeyd olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 tərəfindən hazırlanmış akt çıxış edir.
33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsaslı hesab edərkən ona istinad etmişdir ki, “iddiaçı xx.xx.2021-ci il tarixində götürülmüş analizin nəticələri ilə xx.xx.2021-ci il t arixdə tanış olmuşdur. Qeyd olunan tarixlər arasındakı dövrdə iddiaçının analizlərdə narkotik vasitənin aşkar olunduğundan məlumatı olmadığı üçün müvafiq müdafiə vasitələrindən dərhal (“isti izlərlə”) istifadə etmək imkanı da olmamışdır. İddiaçı nəticələrlə tanış olduqdan sonra isə dərhal təkrar müayinələrdən keçmiş və müayinələrdə narkotik vasitənin aşkar olunmadığı müəyyən edilmişdir.”
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
35. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş narkotestlərin nəticəsində iddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur. İddiaçı dərhal həmin nəticə ilə tanış olmuş, lakin analizin cavabı ilə razı olmadığını qe yd edərək aktın nəticəsini imzalamışdır.
36. Göründüyü kimi, iddiaçı artıq xx.xx.2021-ci il tarixdə ilk analizində narkotik vasitənin aşkar edilməsi barədə məlumatı olmuşdur.
37. Bu səbəbdən apellyasiya məhkəməsinin iddiaçının müdafiə vasitələrindən dərhal (“isti izlərlə”) istifadə etmək imkanının olmaması barədə dəlili əsaslı hesab edilə bilməz.
38. Bundan əlavə, iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Aktlara istinad edərək qeyd etmişdir ki, həmin aktlara əsasən onda heç bir narkoloji və psixotrop vasitə aşkar edilməmişdir.
39. Bununla bağlı qeyd edilməlidir ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2022-ci il tarixli, ekspert rəyində qeyd edilmişdir ki, “Fenilalkilamin qrupunun törəməsi olan metamfetamin insan orqanizminə intranazal, inqalyasiya, peroral və inyeksiya yolu ilə daxil olduqdan dərhal sonra qana sorulur və qəbulundan 3-6 saat sonra pik həddə çatır. Metamfetaminin istifadə faktını qanda 8-12 saatdan sonra təsdiqləmək olar. Qəbul edilən metamfetaminin təxminən 70%-i birinci sutkada, 90%-i isə 4 sutka ərzində sidik ilə ifraz olunur. Metamfetaminin izlərini sidikdə bir həftə ərzində aşkar etmək olar.”
40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixdə olan analiz nəticələrində narkotik vasitənin aşkar edilməməsi onun xx.xx.2021-ci il ta rixdən, yəni onda narkotik vasitənin aşkar edilməsindən sonra narkotik vasitədən istifadə etməməsi anlamına gələ bilər, lakin bu hal onun xx.xx.2021-ci il tarixədək onun narkotik vasitədən istifadə etməsini istisna etmir.
41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, bununla da hazırkı qərarın 26 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
42. Bu səbəbdən apellyasiya məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş narkotestlərin nəticəsinə sübut kimi qiymət verməli və bundan sonra qanuni və əsaslı qərar qəbul edilməlidir.
43. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 21(103)-620/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə t