Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1453/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.09.2020 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 2020-ci il 15 yanvar tarixli 2-1(103)172/20 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək xəstəliyi ilə əlaqədar 5 % təqaüdə əlavənin verilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 04 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək oktyabr 2001-ci il tarixdən mart 2018-ci il tarixədək pul əlavəsinin ödənilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbayc an Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən xəstəliyə görə hərbi xidmətdən buraxılanlar üçün nəzərdə tutulan təminat xərcliyinin 55 faiz miqdarına uyğun yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1980-cı il tarixdən dekabr 1991-ci il tarixədək Türkmənistan SSR-nin DİN-də işləmiş, xx xxxxxx 1992-ci il tarixdən Azərbaycan Respublikasının daxili işlər orqanlarına keçirilmişdir. 1992-ci ilin iyun ayından xx xxxx 1997-ci il tarixədək Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində işləmişdir. Xidmətinin sonuncu illərində xəstələnmiş və s əhhəti ilə əlaqədar rəhbərliyə raportla xx xxxx 1997-ci il tarixdən pensiyaya buraxılmasına icazə verilməsi ilə bağlı müraciət etmişdir. xx.xx.1997-ci il tarixdə raport qeydiyyata alınmış və bir neçə gün sonra kadrlar şöbəsindən onu çağıraraq, ərizəsinə “ailə vəziyyəti ilə əlaqədar” sözlərinin əlavə edilməsini xahiş etmişlər və o, həmin sözü əlavə etmişdir. Ailə vəziyyəti ilə əlaqədar pensiyaya buraxılması qanunda nəzərdə tutulmamışdır. Xəstəliyi hər il artmış və 2 dəfə əməliyyat olunmuşdur. Bununla bağlı Penitensiar Xidmətə müraciət etsə də, ona köməklik olunmamışdır. Buna görə də səhhəti ilə əlaqədar pensiyasını X1 Respublikasına keçirmək məcburiyyətində qalmışdır. xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə Penitensiar Xidmətə müraciət edərək, onun işdən azad olunması barədə əmrə dü zəliş edilməsini xahiş etmişdir, lakin nəticəsi olmamışdır. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 21(81)-3801/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən xx xxxx 1997-ci il tarixli, 346 ş/h saylı əmrə dəyişiklik edilməsi ilə bağlı cavabdehə müraciət olunmuşdur, lakin həmin əmr onun tərəfindən bu günədək mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Odur ki, iddiaçının pensiyasının xəstəliyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş əlavələr nəzərə alınmaqla ödənilməsi üçün hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən həmin əlavələrin göstərilərək yeni məlumat vərəqəsinin DSMF orqanına göndərilməsinə qanu ni əsaslar mövcud deyildir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 15 yanvar tarixli 2-1(103)-172/20 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Məhkəmə qərar q əbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, onları düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddiaçının faktiki olaraq xəstəliyi ilə əlaqədar pensiyaya çıxmağını nəzərə almamış və onun ikili vətəndaşlığa sahib olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə uyğun olaraq onun Azərbaycan Respublikasında pensiya təminatı hüququna malik olmadığı qənaətinə gəlmişdir.
12. X2 vətəndaşı olsa da, onun bu vətəndaşlığı tanınmamalı və ona “Əmək pensiyaları haqqında” Qanunun müddəaları tətbiq edilməlidir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına b axmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşın a və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla;...
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tu tulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.
2. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdə n buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.
3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq e tdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.
17. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəy işdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
21. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının hazırkı məzmunda iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmir. İddiaçı xəstəliyinə görə hərbi xidmətdən buraxılması ilə əlaqədar təminat xərcliyinin 55 faizi miqdarında pensiya hesablanmasını tələb etsə də, həmin dövrdə xəstəliyi ilə bağlı hər hansı sənədi cavabdehə təqdim etməmiş və özü tərəfindən verilmiş raportda ailə vəziyyəti ilə bağlı xidmətdən tərxis edilməsini xahiş etmişdir.
22. İddiaçı bəyan edir ki, onun pensiyaya çıxarılması barədə əmrdə yanlışlığa yol verilərək ailə vəziyyəti ilə əlaqədar tərxis olunmasının qeyd olunmuş, pensiyaya buraxılmasına dair əmrdə dəyişiklik edilməsi ilə bağlı ərizə ilə müraciət et miş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 17/1-4683 saylı, xx xxxxxxxx 2001-ci il tarixli məktubu ilə iddiaçıya onun xx xxxx 1997-ci il tarixli, 346 ş/h saylı əmrlə ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə pensiyaya göndərildiyi, buna görə xahişinin təmin edilməsinin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir.
23. Göründüyü kimi, iddiaçı tərəfindən sözügedən əmrə dəyişiklik edilməsi ilə bağlı cavabdehə müraciət olunsa da, həmin əmr onun tərəfindən bu günədək mübahisələndirilməmişdir və hazırda qüvvədədir. Odur ki, iddiaçının pensiyasının xəstəliyə görə “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş əlavələr nəzərə alınmaqla ödənilməsi üçün hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən həmin əlavələrin gös tərilərək yeni məlumat vərəqəsinin pensiya təyin edən orqana göndərilməsi üçün qanuni əsaslar mövcud deyildir.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 15 yanvar tarixli 21(103)-172/20 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov