Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1453/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respub likasının Dövlət Gömrük Komitəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün 23.10.2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-984/2021 saylı, 17 may 2021-ci il qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkə məsindəki icraat
1. İddiaçı 18 sentyabr 2020-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün 23.10.2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddianın əsaslarına görə iddiaçı 31 iyul 2003-cü il tarixdə 323ş saylı əmrlə Bakı Baş Gömrük İdarəsinin “Bərə Keçidi” gömrük postunun inspektoru vəzifəsinə təyin edilmişdir. 11 sentya br 2014-cü il tarixdə 100/662ş saylı əmrlə həmin idarənin poçt göndərişlərinə nəzarət bölməsinin inspektoru vəzifəsinə keçirilmişdir. 7 avqust 2018-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə keçirilmişdir. 24 iyul 2019-cu il tarixdə komitənin sərəncamına götürülmüşdür. 23 oktyabr 2019-cu il tarixdə isə heç bir səbəb bildirilmədən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının xidmətinə xitam verilmişdir. İşlədiyi 16 illik müddətdə həmin Əsasnamənin şərtlərinə uyğun, qanunun tələblərini əsas tutaraq öz xidməti vəzifəsini layiqincə, qüsursuz və vicdanla yerinə yetirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Cava bdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrü k orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər. Komitənin 2019-cu il 24 iyul tarixli 1000/805Ş nömrəli əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunun inspektoru iddiaçı Əsasnamənin 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli, 1000/1287Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbi nin təmin edilməməsini xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-611/2020 saylı iş) 12 fevral 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının gömrük orqanlarında xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının iddiasının hüquqi əsasları mövcud deyildir.
6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X10məruzəçi, X13 və X21, 2-1(103)-1033/2020 saylı iş) 2 sentyabr 2020-ci il tarixli qərardadı ilə cavabdehi n apelyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 12.02.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X11-məruzəçi, X5 və X1, 2-1(102)-2178/2020 saylı iş) 24 noyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
9. Kasasiya İnstansiyası məhkəməsi qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qərardadında iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi ilə bağlı mövqeyini dəqiq müəyyən etməli idi. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi ilk növbədə həmin ərizənin hüquqi taleyini İPM-in 35.1 və 54-cü maddələrinə uyğun olaraq həll etməli, bundan sonra iddiaçının ilk və sonrakı ərizələrində ifadə olunun tələbləri və bu tələblərin əsası kimi istinad edilən halları İPM-in 12, 57.8 və 82-ci maddələrinin tələblərinə uyğun yoxlamalı, nəhayət, yalnız bunlardan sonra İPM-in 87.7-ci maddəsinin tələblərinin tətbiqi üçün əsasların olub-olmadığına qiymət verməli idi. Belə ki, “işin hallarının araşdırılması” prinsipinin tələbləri iddianın (o cümlədən, dəyişdirilmiş iddianın) mümkünlüyünün yoxlanılmasına da aiddir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X9 və X8, 2-1(103)-984/2021 saylı iş) 17 may 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutların əhəmiyyətli sayda və ya geniş həcmdə araşdırılmaması anlayışı işin həcminə və predmetinə görə fərqlilik göstərdiyindən, bir iş üçün əhəmiyyət kəsb edən sübut sayı digəri ilə müqayisədə dəyişə bilər.
12. Cavabdeh 19 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın rədd ilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçının iddiasındakı ilk tələbi "əvvəlki iş yerinə bərpa edilmə” ilə bağlıdır ki, bununla əlaqədar məhkəmə orqanlarında mübahisələndirilən inzibati aktın qanuniliyi Bakı İnzibati Məhkəməsində məhkəmə tərəfindən formal-hüquqi baxımdan yoxlanılarkən həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58-ci (inzibati akta dair ümumi tələblər) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin icraatla bağlı tələblərinə əməl olunduğu müəyyən olunmuşdur.
14. Eyni zamanda mübahisəli əmr məhkəmənin əsaslı qənaətinə əsasən maddihüquqi baxımdan da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarının tələbləri cavabdeh tərəfindən gözlənilmişdir.
15. İş mater iallarında öz əksini tapan və Komitə tərəfindən məhkəməyə sübut qismində təqdim olunan sənədlərdən, eyni zamanda eyni məzmunlu sorğular əsasında dəfələrlə təqdim edilmiş digər sənəd və məlumatlardan da göründüyü kimi cavabdehin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-cİ il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir.
16. Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Komitə sədri müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzif ədən azad edir.
17. Əsasnamənin 5.6.7-ci yarımbəndinə əsasən Komitə sədri vəzifəli şəxslərin vəzifəyə təyin və vəzifədən azad etmə ilə bağlı səlahiyyətlərini müəyyən edir, kadr nomenklaturasını təsdiq edir və qanunvericiliklə müəyyən olunmuş qaydada işçilərin attestasiyasının keçirilməsini təşkil edir.
18. Eyni zamanda Komitə tərəfindən istər məhkəməyə təqdim edilən etirazlarda, İstərsə də məhkəmə tərəfindən verilmiş sorğulara əsasən təqdim edilmiş cavablarda Komitə üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmrin (sərəncamın, qərarın) qəbul edilmədiyi, eyni zamanda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanun u ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirlərinin də Komitə sədrinin diskresion səlahiyyətlərinə aid olduğu bir neçə dəfə vurğulanmışdır.
19. Bütün qeyd olunanlar nəzərə alınmaqla gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər.
20. Eyni zamanda xüsusilə diqqət yetiriləsi və maraqlı məqamlardan biri də budur ki, Bakı Apellyasiya Məh kəməsinin İnzibati-İqtisadi Kollegiyası öz qərarını iddiaçının belə iddia ərizəsində mübahisələndirmədiyi inzibati aktı mübahisələndirərək qəbul etmişdir.
21. Belə ki, iddiaçı Qənbərova X4 2019-cu il 24 iyul tarixli əmri ilə Komitənin sərəncamına götürülmüşdür.
22. İddiaçının tələbi isə həmin əmrin deyil, Komitənin 2019-cu ii 23 oktyabr tarixli 1000/1287Ş nömrəli əmrinin ləğv edilməsi ilə bağlıdır. (“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının gömrük orqanlarındakı xidmətinə xitam verilmişdir).
23. Bakı Apellyasiya Məhkəməsinin öz qərardadında qeyd olunan norma üzərində hüquqi təhlil apararaq haqlı olaraq göstərir ki, istinad olunan bəndin dispozisiya şərtlərinə əməl olunması üçün vəzifəli şəxsin xidmətinə təşkilati-ş tat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir, o hallarda ki, ya bu əsasla xitam verilmə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması İlə bağlı olmalı ya da vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Lakin məhkəmə sözügedən normanın dispozisiya şərtlərindən ikincisinə iş üzrə əməl olunmadığını, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmamasının işin mübahisəsiz halı kimi qiymətləndirir.
24. Halbuki qeyd olunan məsələ işin mübahisəsiz halı deyil, əksinə vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olmuşdur, çünki qeyd olunan struktur bölmə üzrə vakant vəzifə olmamışdır. Vakant vəzifə olmadığı təqdirdə vəzifəli şəxsə hə r hansı bir vəzifə təklif etmək necə mümkün ola bilərdi ki? Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin işin bu hissəsi üzrə gəldiyi nəticə əsassızdır.
25. İşin materiallarından və kassasiya şikayətində qeyd olunanlardan da görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərar qəbul edərkən Dövlət Gömrük Komitəsinin təqdim etdiyi sənədlərin və məlumatların mövcudluğunu təkzib etdiyi kimi Bakı İnzibati Məhkəməsinin əsaslandığı sübutları da görməzdən gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
28. İddiaçı məhkəm ə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. Tətbiq edilən hüquq
29. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılma sında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı i zahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutet mə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
87. Apelyasiya instansiyası məhkəməsində icraat (-). 87.7. Apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə
96. Ali Məhk əmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. (-). Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiya məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
30. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbu l oluna bilən hesab edilir.
31. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamışdır.
33. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün 23.10.2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavab dehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir.
34. İddianı təmin edən birinci instansiya məhkəməsinin mövqeyinə görə, “...iddiaçının gömrük orqanlarında xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının iddiasının hüquqi əsasları mövcud deyildir.”
35. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12 və 48.1-ci maddələrinin tələbləri təmin olunmamış, cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən 23.10.2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir.
36. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əhəmiyyətli sayda sübutları araşdırmadan yekun məhkəmə aktı qəbul edən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
37. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni İPM-in 87.7.1-ci maddəsi ilə əsaslandırmışdır.
38. İPM-in 87.7.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda, yəni inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə və y a inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
39. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mahiyyəti üzrə qərar qəbul edildiyindən işin geri qaytarılması üçün İPM-in 87.7.2-ci maddəsinin şərtinin mövcud olmadığı mübahisə doğurmur.
40. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.7.1-ci maddəsinin tələbi, yəni birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunmasına hüquqi qiymət verilməlidir.
41. İPM-in 87.7-ci ma ddəsinə görə apelyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda, yəni inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə və ya inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
42. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.7.1-ci maddəsinin tələbi, yəni birinci instansiya məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunmasına hüquqi qiymət verilməlidir.
43. Apelyasiya məhkəməsi qərardadda bildirmişdir ki, əgər birinci instansiya məhkəməsi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin hüquqi nəticələri ilə cavabdehin mübahisəli əmrinin yaratdığı nəticələrin üst-üstə düşdüyü qənaətinə gəlmişdisə, bu qənaətini mötəbər dəlillərlə sübut etməli idi. Bu dəlillər ilk növbədə hansı təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının gömrük orqanlarında hansı vakant vəzifəyə keçirilməsinin hansı səbəblərdən qeyri-mümkün olması hallarını sənədləşdirməli idi. Lakin qeyd olunduğu kimi, məhkəmə İPM-in 12-ci maddəsi ilə onun üzərinə qoyulan vəzifəni yerinə yetirməmiş, mübahisənin qanuni və əsaslı həllinə bilavasitə aidiyyəti ola n zəruri sübutların cavabdeh tərəfindən təqdim olunması və özü tərəfindən toplanması ilə bağlı heç bir prosessual hərəkət etməmişdir.
44. İPM-in tələblərinə görə apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır (82-ci maddə). Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə).
45. Birinci instansiya məhkəməsində icraatda olduğu kimi, eynilə apelyasiya instansiyası məhkəməsi iş də olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən qərardadında qeyd edilən göstərişləri xidməti vəzifəsinə görə araşdırmaq səlahiyyətinə malik olmuş, lakin bunu edə bilməməsini qərardadda göstərməmişdir.
46. Qanunverici apelyasiya məhkəməsinə zəruri sənədləri tələb etmək, yeni təqdim olunmuş sübutlar və faktları nəzərə almaq, bu səbəbdən bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll etmək səlahiyyəti vermişdir.
47. Apelyasiya instansiyası məhkəməsinin qərardadında vurğuladığı halların araşdırılması İPM-in 87.7.2-ci maddəsində təsbit edilən yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasını ehtiva etmir.
48. Mübahisə edilən qərar la bağlı Ali Məhkəmənin hüquqi mövqeyinin apelyasiya instansiya məhkəmələri üçün məcburi olması barədə İPM-in 96.11-ci maddəsinin tələbinə əməl etməyən apelyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati kollegiyasının 24 may 2020-ci il tarixli qərarında olan göstərişlərə ümumiyyətlə münasibət bildirməmiş, iddiaçının apelyasiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə hüquqi qiymət verməmişdir.
49. Bəhs olunanlara əsasən cavabdehin kasasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı, iş baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, apelyasiya məhkəməsi mübahisəyə mahiyyəti üzrə baxmadığından iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-984/2021 saylı, 17 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.