Məhkəmə qərarları › İş №2-1(102)-1453/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1453/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1453/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “tutduğu vəzifəyə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər orta əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli 2-1(103)-324/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23 oktyabr 2019-cu il tarixli 1000/1287Ş saylı əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “Poçt göndərişləri” gömrük postunun inspektoru İddiaçı xidmətinə 23 oktyabr 2019-cu il tarixdən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması və ya həmin vəzifədən imtina etməsi səbəbi ilə xitam verilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə q arşı məhkəməyə müraciət edərək işdən azad olunmasının qanunsuz hesab edilərək əvvəlki iş yerinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz olaraq işləməkdən məhrum edildiyi bütün vaxt üçün 23 oktyabr 2019-cu il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan orta əmək haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddianın əsaslarına görə iddiaçı 31 iyul 2003-cü il tarixdə 323ş saylı əmrlə Bakı Baş Gömrük İdarəsinin “Bərə Keçidi” gömrük postunun inspektoru vəzifəsinə təyin edilmişdir. 11 sentyabr 2014-cü il tarixdə 100/662ş saylı əmrlə həmin idarənin poçt göndərişlərinə nəzarət bölməsinin inspektoru vəzifəsinə keçirilmişdir. 7 avqu st 2018-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin poçt göndərişləri gömrük postunun inspektoru vəzifəsinə keçirilmişdir. 24 iyul 2019-cu il tarixdə komitənin sərəncamına götürülmüşdür. 23 oktyabr 2019-cu il tarixdə isə heç bir səbəb bildirilmədən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndinə əsasən iddiaçının xidmətinə xitam verilmişdir. İşlədiyi 16 illik müddətdə həmin Əsasnamənin şərtlərinə uyğun, qanunun tələblərini əsas tutaraq öz xidməti vəzifəsini layiqincə, qüsursuz və vicdanla yerinə yetirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər. Komitənin 2019-cu il 24 iyul tarixli 1000/805Ş nömrəli əmri ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunun inspektoru iddiaçı Əsasnamənin 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçının gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli, 1000/1287Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2-1(112)-611/2020 nömrəli qərarı ilə (haki m M.T.Hacıbəyova) iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının gömrük orqanlarında xidmət etməsinə xitam verilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətə yol verilməsi müəyyən edilmədiyi üçün məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının iddiasının hüquqi əsasları mövcud deyildir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1033/2020 nömrəli qərardadı ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev, A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2 -1(112)-611/2020 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən 23 oktyabr 2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. Bundan başqa, iddiaçı əvvəl tələb etdiyindən fərqli tələblər irəli sürmüşdür və onun tələbi əvvəlki ilə ehtiva olunmadığından apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilib baxıla bilməz. Həmin ərizəyə inzibati məhkəmə icraatı qaydası nda birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır.

10. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını, iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2-1(102)-2178/2020 nömrəli qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və K.N.Bədəlov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2020-ci il tarixli, 2-1(103)-1033/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya sı məhkəməsi qərardadında iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi ilə bağlı mövqeyini dəqiq müəyyən etməli idi. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi ilk növbədə həmin ərizənin hüquqi taleyini İPM-in 35.1 və 54-cü maddələrinə uyğun olaraq həll etməli, bundan sonra iddiaçının ilk və sonrakı ərizələrində ifadə olunun tələbləri və bu tələblərin əsası kimi istinad edilən halları İPM-in 12, 57.8 və 82-ci maddələrinin tələblərinə uyğun yoxlamalı, nəhayət, yalnız bunlardan sonra İPM-in 87.7-ci maddəsinin tələblərinin tətbiqi üçün əsasların olub-olmadığına qiymət verməli idi. Belə ki, “işin hallarının araşdırılması” prinsipinin tələbləri iddianın (o cümlədən, dəyişdirilmiş iddianın) mümkünlüyünün yoxlanılmasına da aiddir. ç) Apellyasiya instansiyası məhkəməsindəki i kinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2021-ci il tarixli, 2-1(103)-984/2021 nömrəli qərardadı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər E.E.Nağıyeva, R.Ə.Qurbanov) Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 21(112)-611/2020 nömrəli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılarkən məhkəmə, buna birbaşa zərurət olduğu halda, cavabdehdən 23 oktyabr 2019-cu il tarixli əmrin əsasları ilə bağlı heç bir konkret sübut tələb etməmiş, özü bu sübutları əldə etməmiş, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmiş, bununla da İPM-in 12.1, 12.2, 48.1-ci maddələrinin tələblərini pozmuşdur. Bu mənada, əgər birinci instansiya məhkəməsi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinin hüquqi nəticələri ilə cavabdehin mübahisəli əmrinin yaratdığı nəticələrin üst-üstə düşdüyü qənaətinə gəlmişdisə, bu qənaətini mötəbər dəlillərlə sübut etməli idi. Bu dəlillər ilk növbədə hansı təşkilat-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar iddiaçının gömrük orqanlarında hansı vakant vəzifəyə keçirilməsinin hansı səbəblərdən qeyri-mümkün olması hallarını sənədləşdirməli idi. Lakin, qeyd olunduğu kimi, məhkəmə İPM-in 12-ci maddəsi ilə onun üzərinə qoyulan vəzifəni yerinə yetirməmiş, mübahisənin qanuni və əsaslı həllinə bilavasitə aidiyyəti olan zəruri sübutların cavabdeh tərəfindən təqdim olunması və özü tərəfindən toplanması ilə bağlı heç bir prosessual hərəkət etməmişdir.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2021-ci il tarixli, 2-1(102)-1453/2021 nömrəli qərarına əsasən (sədrlik edən R.S.Nəbizadə, hakimlər İ.Ə.Şəfiyev və S.Ə.Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2021-ci il tarixli, 2-1(103)984/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. 1

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraatda olduğu kimi, eynilə apellyasiya instansiyası məhkəməsi işdə olan materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, o cümlədən qərardadında qeyd edilən göstərişləri xidməti vəzifəsinə görə araşdırmaq səlahiyyətinə malik olmuş, lakin bunu edə bilməməsini qərardadda göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında vurğuladığı halların araşdırılması İPM-in 87.7.2-ci maddəsində təsbit edilən yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasını ehtiva etmir. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyinin apellyasiya instansiyası məhkəmələri üçün məcburi olması barəd ə İPM-in 96.11-ci maddəsinin tələbinə əməl etməyən apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibati Kollegiyasının 24 may 2020-ci il tarixli qərarında olan göstərişlərə ümumiyyətlə münasibət bildirməmiş, iddiaçının apellyasiya məhkəməsinə təqdim etdiyi iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə hüquqi qiymət verməmişdir. e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

18. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən 23 oktyabr 2019-cu il tarixində Komitədə həyata keçirilmiş təşkilati-ştat tədbirləri nəticəsində iddiaçının sərəncamda saxlanmasını müəyyən edən, onun Gömrük orqanlarında vakant vəzifələrə keçirlməsinin qeyrimümkün olduğunu, həmçinin ona başqa vəzifəyə keçirlmə ilə bağlı təklifin olunub- olunmaması və ya başqa vəzifəyə keçirlmə ilə bağlı tə klifdən imtina olunmasını təsdiq edən sənədlərin təqdim olunması ilə bağlı sorğu verilmişdir.

19. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 23 noyabr 2021-ci il və 10 fevral 2022-ci il tarixli cavab məktublarından görünür ki, Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri AR Prezidentinin 2012-ci il 04 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Eyni zamanda İddiaçı sə rəncamda olduğu müddətdə gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və başqa vəzifəyə keçirilməsi təklif edilməmişdir. AR Prezidentinin 2010-cu il 12 noyabr 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olduqda, xidmətə qəbul ilə əlaqədar AR Dövlət Gömrük Komitəsinin internet informasiya ehtiyyatında və digər kütləvi informasiya vasitələrində elan verilir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2-1(103)-324/2022 nömrəli qərarına əsasən (sədrlik edən H.Ü.Həmidov, hakimlər A.S.Hüseynov, M.N.Tağızadə) apellyasiya şik ayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-611/2020 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli,1000/1287Ş saylı əmri ləğv edilmiş, iddiaçının gömrük orqanlarında ixtisasına uyğun olaraq müvafiq işlə təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

21. Məhkəmə kollegiyası iddia tələbinin birinci hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İG nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirləri Komitə sədrinin diskression s əlahiyyətinə aid olduğundan iddiaçının Sərəncama götürülməsi haqqında 24 iyul 2019-cu il tarixli 1000/805Ş əmri qanuni və əsaslı olmuşdur. İddia tələbinin digər hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin inzibati aktının maddi-hüquqi cəhətdən qanuniliyi yoxlanılarkən buna birbaşa zərurət olduğu halda, cavabdehdən 23 oktyabr 2019-cu il tarixli əmrin əsasları ilə bağlı hər hansı bir araşdırma aparmamış, iddiaya yalnız cavabdehin mülahizələri əsasında hüquqi qiymət verməklə kifayətlənmişdir. İddiaçının gömrük orqanlarında xidmətinə xitamla əlaqədar başqa nöqsanın olmasına dair cavabdeh məhkəməyə hər hansı sübutunu təqdim etməmişdir. Məhkəmə araşdırmaları zamanı, verilən sorğulara cavablarda da bu hal, yəni iddiaçının gömrük o rqanlarında xidmətinə xitamın başqa səbəbi göstərilməmişdir. İddiaçının xidmətinə xitam verildikdə ona Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş müddətdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və yeni iş axtarması üçün şərait yaradılmalı idi. Lakin, iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və yeni iş axtarması üçün heç bir şərait yaradılmamışdır. İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunan imkanların heç biri ilə təmin edilməmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh orqan tərəfindən iddiaçının xidmətinə xitam verilməsi barədə əmrdə əsaslanan halları, yəni təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasını sübuta yetirə bilməmişdir. Eyni zamanda, iş materiallarında sərəncamda olduğu müddətdə iddiaçıya hər hansı bir vəzifənin təklif olunması və ya həmin vəzifədən iddiaçı tərəfindən imtina oluması haqqında da sübut yoxdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

22. İddiaçının iddiasındakı ilk tələbi “əvvəlki iş yerinə bərpa edilmə” ilə bağlıdır ki, bununla əlaqədar məhkəmə orqanlarında mübahisələndirilən inzibati aktın qanuniliyi Bakı İnzibati Məhkəməsində məhkəmə tərəfindən formal-hüquqi baxımından yoxlanılarkən həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunduğu müəyyən olunmuşdur.

23. Eyni zamanda, mübahisəli əmr məhkəmənin əsaslı qənaətinə əsasən maddihüquqi baxımından da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarının tələbləri Dövlət Gömrük Komitəsi tərəfindən gözlənilmişdir.

24. İş materiallarında öz əksini tapan və Komitə tərəfindən məhkəməyə sübut qismində təqdim olunan sənədlərdən, eyni zamanda eyni məzmunlu sorğular əsasında dəfələrlə təqdim edilmiş digər sənəd və məlumatlardan da göründüyü kimi, Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir.

25. Eyni zamanda, Komitə tərəfindən istər məhkəməyə təqdim edilən etirazlarda, istərsə də məhkəmə tərəfi ndən verilmiş sorğulara əsasən təqdim edilmiş cavablarda Komitə üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmrin (sərəncam, qərarın) qəbul edilmədiyi, eyni zamanda Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirlərinin də Komitə sədrinin diskresion səlahiyyətlərinə aid olduğu bir neçə dəfə vurğulanmışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin iş üzrə yekun qərarında gömrük orqanlarında keçirilən təşkilati-ştat tədbirlərinin qeyri-müəyyənliyi nəticəsində inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu heç bir halda sübut edilmədiyi, Komitə tərəfindən həmin aktların qanuni və əsaslı olmasını təsdiq edən sənədlərin təqdim edilmədiyi göstərilmişdir.

27. Komitə tərəfindən məhkəmə orqanlarına təqdim olunan bütün sübutlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin hansı səbəb və məqsədlə gəldiyi nəticə təəssüf ki, yalnız gömrük orqanlarının fəaliyyəti ilə bağlı deyildir. Belə ki, digər hüquq mühafizə orqanlarının (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun (38.2.2-ci maddə), “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” (111.4-cü maddə)) oxşar təcrübələrində də təşkilati-ştat tədbirlərinin nədən ibarət olması, həmin tədbirlərin keçirilməsinə əsas verən hallar və qanunvericilikdə bununla bağlı öz əksini tapmış müddəalar deməyə əsas verir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə inzibati qanunvericiliyin maddi və prosessual normalarını kobud şəkildə pozmuşdur.

28. Bütün qeyd olunanlar nəzərə alınmaqla gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının 7 dekabr 1999cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər.

29. İddiaçı sərəncamda olduğu müddətdə gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcu d olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və başqa vəzifəyə keçirilməsi təklif edilməmişdir.

30. İş üzrə Dövlət Gömrük Komitəsi tərəfindən qanunvericiliyin istinad edildiyi bütün normalar hüquqi və əsaslıdır ona görə ki, gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

31. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli, 2-1(103)324/2022 nömrəli qərardadının ləğv edilməsi, iddia tələbinin bütövlükdə rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ OLUNAN HÜQUQ

35. Əmək Məcəlləsi Maddə

68. Əmək müqaviləsinə xit am verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə

69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxm amaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürü lməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan iş çilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş ye ri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə

74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə; [114] d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə [115] ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə; f) qanunl a pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilmiş şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlandığı aşkar edildikdə. 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət q abiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. 1-2. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etmir.

2. Əg ər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikd ə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır Maddə

75. Əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi

1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.

2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdi kdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar.

3. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.

4. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.

5. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlar ını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər. 36. “Gömrük orqanlarından xidmət haqqında” Əsasnamə

1. Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaş ların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi gömrük orqanlarına xidmətə qəbul edilən şəxslərə şamil edilir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respubli kası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

50. Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır

53. Gömrük orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər: 1) vəzifəli şəxs yüksək vəzifəyə keçirilməsi; 2) vəzifəli şəxsdən daha məqsədyönlü şəkildə istifadə etmək üçün və ya ailə vəziyyətinə, sağlamlığına və ya yaş həddinə görə digər vəzifəyə keçirilməsi; 3) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının göndərişi əsasında ali təhsil müəssisələrinin əyani şöbələrinə qəbul olunmuş və bununla əlaqədar vəzifədən azad edilmiş şəxslərin, həmin təhsil müəssisələrini bitirdikdən sonra başqa vəzifəyə təyin olunması; 4) aşağıdakı hallarda aşağı vəzifəyə keçirildikdə: səhhətinə görə (tibb komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda; attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə; intizam tənbehi qaydasında

114. Kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxslərinin attestas iyası keçirilir. Attestasiya zamanı hər bir gömrük orqanının vəzifəli şəxsinin işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. [62] Gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

115. Yalnız müva fiq vəzifələrdə azı bir il çalışan gömrük orqanlarının vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər. Hər bir gömrük orqanının vəzifəli şəxsinin beş ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər. Attestasiya olunan gömrük orqanının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

120. Gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilə r: 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; 7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda;

37. İnzibati Prosessual Məcəllə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kassasiya şikayəti 5 (beş) səhifədən ibarət olsa da, faktiki olaraq cavabdehin kassasiya şikayətində göstərdiyi yeganə dəlil odur ki, “İddiaçı sərəncamda olduğu müddətdə gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmadığından onun digər vəzifəyə mümkün olmamış və başqa vəzifəyə keçirilməsi təklif edilməmişdir”.

39. Cavabdehin kassasiya şikayətinin qalan hissəsi isə, gömrük orqanlarının öz fəaliyyətində rəhbər tutduğu hüquq normaları barədə məlum at verməsinə həsr edilmiş, yəni kassasiya şikayətinin əksər hissəsi ümumi və deklarativ xarakter daşıyır.

40. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində yuxarıda göstərilmiş dəlili ilə əlaqədar olaraq qeyd edir ki, həmin dəlil əsassızdır.

41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 23 oktyabr 2019-cu il tarixli 1000/1287Ş saylı əmrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “Poçt göndərişləri” gömrük postunun inspektoru İddiaçı xidmətinə 23 oktyabr 2019-cu il tarixindən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması və ya həmin vəzifədən imtina etməsi səbəbi ilə xitam verilmişdir.

42. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tər əfindən müəyyən edilmişdir ki, Bakı Dövlət Universiteti tərəfindən verilmiş A№146333 seriyalı diploma əsasən İddiaçı 2004-cü ildə inzibati idarəetmə gömrük işinin təşkili ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Bakı Dövlət Universiteti tərəfindən verilmiş BB-1№016662 seriyalı diploma görə İddiaçı həmin universitetin Hüquq fakültəsi hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Eyni zamanda, iddiaçının ailəli olmaqla iki azyaşlı uşağı vardır, Kəlbəcər rayonundan məcburi köçkün ailəsi olaraq, Bakı şəhərində məskunlaşmışdır.

43. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, əmək kitabçasına və xasiyyətnaməyə əsasən iddiaçı 2003-cü il tarixdən 2019-cu il tarixədək Gömrük orqanlarında müxtəlif vəzifələrdə işləmiş, xidməti fəaliyyətinin intizam qa ydalarına riayət edilməsi və tutduğu vəzifə üzrə funksiyaların yerinə yetirilməsində müsbət işçi kimi xarakterizə olunmuşdur.

44. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə verilmiş 23 noyabr 2021-ci il və 10 fevral 2022-ci il tarixli cavab məktublarına əsasən müəyyən edilmişdir ki, Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulma dığından bununla əlaqədar hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Eyni zamanda, İddiaçı sərəncamda olduğu müddətdə gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və başqa vəzifəyə keçirilməsi təklif edilməmişdir.

45. Məhkəmə kollegiyası işin yuxarıda göstərilmiş hallarını nəzərə almaqla hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, iddia tələbinin iddiaçının xidmətinə xitam verilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli, 1000/1287Ş saylı əmrin ləğv edilərək əvvəlki iş yerinə bərpa edilməsi hisssinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-c i maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir.

46. Belə ki, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir.

47. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, sözügedən norm anın dispozisiya şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır.

48. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən doğru olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1, 50, 53, 114, 115, 120.4, 120,7-ci bəndlərinə, eləcə də Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrinə istinad etməklə, haqlı olaraq belə qənaətə gəlmişdir.

49. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda sadalanan normaları onu deməyə əsas verir ki, cavabdehin iddiaçının gömrük orqanlarında xitamla əlaqədar 1000/1287ş N-li ƏMR-i üzrə 2019-cu il, 23 oktyabr tarixli qərarı əsassızdır.

50. Belə ki, Azərbaycan Respublikası Gömrük Komitəsinin verdiyi 23 oktyabr 2019cu il tarixli. 1000/1287Ş №-li əmr qanunsuz olmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. Cavabdeh təşkilat İddiaçı xidmətinə xitam verərkən 23 oktyabr 2019-cu il tarixli, 1000/1287Ş №-li əmrdə səbəb kimi “Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” əsasını göstərmişdir. Lakin cavabdeh iddiaçının xidmətinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsini nəzərə almamışdır. Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Cavabdeh isə iddiaçının 16 illik iş təcrübəsi olduğunu, vəzifəsini məsuliyyətlə, vicdanla, dəqiqliklə və peşəkarlıqla yerinə yetirməsini nəzərə almamışdır. Həmçinin 2018-ci ilin aprel ayında attestasiya imtahanından da uğurla keçmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinə uyğun olaraq işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və y a peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Azərbaycan Respublikası Gömrük Komitəsi Əmək Məcəlləsinin 78.2-ci maddəsini pozaraq 23 oktyabr 2019-cu il tarixli, 1000/1287Ş №-li əmr qəbul etmişdir. İddiaçı Bakı İnzibati Məhkəməyə iddia ərizəsi təqdim edərkən ailəli olduğunu, öhdəsində iki 16 yaşına çatmamış uşağının olmasını və ərinin Kəlbəcər rayonundan məcburi köçkün olmasını təsdiq edən sənədlər və arayışlar təqdim etmişdir. Bakı İnzibati Məhkəməsi isə işə qanunun tələblərinə uyğun baxmamış, təqdim olunmuş sübutları araşdırmamışdır.

51. Bununla yanaşı, İddiaçı xidmətinə xitam verildikdə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş müddətdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməli və yeni iş axtarması üçün şərait yaradılmalı idi. Lakin iddiaçıya heç bir xəbərdarlıq edilməmiş və yeni iş axtarması üçün heç bir şərait yaradılmamışdır. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsində qeyd olunan imkanların heç biri ilə təmin edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının xidmətinə xitam verilməsi barədə əmrdə əsaslanan halları, yəni təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasını sübuta yetirə bilməmişdir. Eyni zamanda, sərəncamda olduğu müddətdə iddiaçıya hər hansı bir vəzifənin təklif olunması və ya həmin vəzifədən iddiaçı tərəfindən imtina olunması haqqında da sübut yoxdur.

52. Bütün yuxarıda göstərilənlərə əsa sən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli 2-1(103)-324/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

53. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2022-ci il tarixli 21(103)-324/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar