Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1453/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkə məsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2-1(103)-511/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin F-621 nömrəli xx.xx.2021-ci il tarixli Arxiv çıxarışından görünür ki, 68 nömrəli xx.xx.1991-ci il tarixli Abşeron rayon X1 X2 Kollektivi Şurasının birgə yığıncağının protokoluna əsasən Sovxozda işləyən fəhlələrin mənzil sahəsi darısqal olduğu nəzərə və onların bəzilərinin evi olmadığı üçün Abşeron rayon X3 icraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 №-li qərarına əsasən sovxoz işçilərinə fərdi ev tikmək məqsədilə verilən aşağıdakı sovxoz işçilərinə (25. İddiaçı) 0,08 hektar torpaq sah əsi ayrılmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək Suraxanı rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən ona ayrılmış müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 18 iyun 2021-ci il tarixli, **********03 nömrəli imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsinə dair coğrafi mövqeyi göstərən yerləşmə cizgisində, dəqiq istinad və məsafələr qeyd edilmədiyi üçün sənəd üzrə yerləşməni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi ümumi istifadədə olan yol olmaqla, fərdi yaşayış evinin tikintisi üçün ayrılan ərazilərə aid deyildir. Bundan əlavə, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Təqdim edilən X1 X2 Kollektivi Şurasının b irgə yığıncağının protokolunun arxiv arayışıdır. X1 xx.xx.1991-ci il tarixli, 145 nömrəli əmrin arxiv arayışı təqdim edilməmişdir. Həmçinin, Hövsan-Südçülük sovxozu üzrə xx.xx.1991-ci il tarixli Əmrdə xx.xx.1991-ci il tarixli protokola istinad edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən iddiaçıya ayrılmış 0,075 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə q oyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 25 dekabr 1991-ci il tarixli 145 nömrəli əmri ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli 175 nömrəli qərarına əsasən sovxoz işçilərinə fərdi ev tikmək məqsədilə sovxoz işçilərinə, o cümlədən ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Südçülük sovxozunda yerləşən 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin F-621 nömrəli, 25,05.2021-ci il tarixli arxiv çıxarışından da görünür ki, Abşeron rayon X1 X2 Kollektivi Şurasının birgə yığıncağının xx.xx.1991-ci il tarixli 68 nömrəli protokolu ilə Abşeron rayon İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli 175 saylı qərarına əsasən sovxoz işçilə rinə fərdi ev tikmək məqsədilə sovxoz işçilərinə, o cümlədən ona Bakı şəhəri, Suraxanı rayonu, Hövsan-Südçülük sovxozunda yerləşən 0,08 hektar torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsinin plan-cizgisi də tərtib edilərək sovxoz direktoru tərəfindən təsdiqlənmişdir. Sözügedən torpaq sahəsinə uzun müddətdir ki, mübahisəsiz olaraq təyinatı üzrə istifadə edilir və hal-hazırda da onun qanuni istifadəsindədir.
5. Cavabdeh iddia tələbinə dair 18 iyun 2021-ci il tarixli imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, qonşu torpaq sahəsinin giriş-çıxış yolu yuxarıda qeyd edilən torpaq sahəsindən keçir. Əlavə olaraq bildirirl ər ki, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 800 kv.m faktiki ölçüsü isə 750 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2-1(112)-6466/2022 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən iddiaçıya ayrılmış 0,075 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinə qanuni istifadəçi kimi mülkiyyət hüququ əldə etdiyindən, iddia əsaslıdır və təmin edilməlidir.
8. Ca vabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2-1(103)-511/2023 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzəri ndə hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Abşeron rayon X3 icraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 №-li qərarı) mövcud olmuşdur.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. Cavabdehin kassasiya şikayəti imtin a məktubu, eləcə də iddiaya dair etiraz ərizəsinə uyğun tərtib edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2-1(103)-511/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdak ılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yar anması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAX İŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
19. Avropa İnsan Hüquqları Məhkə məsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. O na görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiy a məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Hazırkı iş üzrə iddiaçının hüququ marağı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən iddiaçıya ayrılmış 0,075 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə yönəlmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş q aydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
24. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
25. İddiaçının iddia etdiyi həyətyan ı torpaq sahəsi Abşeron rayon X1 xx.xx.1991-ci il tarixli, 145 nömrəli əmri ilə verildiyi və həmin əmrin etibarlı olduğu nəzərə alındıqda, iddiaçının tələbinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə uyğun olmuşdur.
26. Həmin normanın tələbinə görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur.
28. Beləliklə apellyasiya instansiyası məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlak ın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.
29. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 21(103)-511/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.