Məhkəmə qərarları › İş №2-1(102)-1453/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1453/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1453/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi, işin hallarının araşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-612/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qər arından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xxxnin xx.xx.1992-ci il tarixli əmri ilə Tibbi Universitetinin İV kurs kişi tələblərinin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək feldşer və sanitar kimi təcrübəsi keçilməsi qərara alınmışdır.

2. N nömrəli hərbi hissənin tibb xidmətinin Tibbi Universitetinin Hərbi Kafedrasına ünvanlandığı 20 avqust 1992-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Mamedov 01.07xx.xx.1992-ci ildə N gün N saylı hərbi hissədə feldşer və sanitar instruktor kimi hərbi təcrübə keçmişdir.

3. Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli əmri ilə döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə hərbi təlimə göndərilmiş dördüncü kurs tələbələr inə 3 (üç) qat həcmində təqaüdün ödənilməsi qərara alınmışdır.

4. İddiaçı həmin sənədlərə istinad edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh xxxnə müraciət etmişdir.

5. Cavabdeh xxx 01 may 2023-cü il tarixli, 4/3-408 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-452 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyun-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü və yanvar dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsin heyətin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehlər xxxnə və xxx Şəxsi Heyət Baş İdarəsi Veteran adları və müvafiq vəsiqələrin verilməsi Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdərə və Tər-Tər rayonuna yerləşən hərbi hissəyə hərbi təlim üçün göndərilmiş və bu hərbi təlim müddətində o, döyüş meydanından yaralıların çıxarılması və tibbi yardımın göstərilməsində iştirak etmişdir. Bu səbəbdən də onun müharibə veteran vəsiqəsini almaq hüququ yaranır.

8. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, onun əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.

9. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərə k məhkəmədən xxx Şəxsi Heyət Baş İdarəsi Veteran adları və müvafiq vəsiqələrin verilməsi Komissiyasının cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10390/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Ümumiyyətlə cavabdehin iddianın təminini istisna edən faktiki şərtdən də müəyyən edilir ki, cavabdeh iddiaçının nizami hissə üzrə əmrlərində xidməti barədə məlumatın olmadığına istinad edir. Mövcud inzibati məhkəmə praktikası doğrudur ki, hərbi qulluqçularla bağlı hərbi xidmətdən ehtiyata buraxılma, o nların xidməti barədə məlumatın nizami hissə üzrə əmrlərində olması zəruridir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının xüsusi qrup subyekt olmasını, Tibb Universiteti tərəfindən N günlük müddətə xidmətin həyata keçirilməsi üçün göndərilməsini nəzərə almamışdır. Onun qeyd olunan müddətdə xidmət etməsi isə işdə olan sübutlarla tam təsdiq olunur. Belə ki, istər Tibb Universiteti tərəfindən xidmət keçmənin müddəti ilə bağlı əmr, istər həmin universitetin arxiv arayışı, ən əsası da hərbi xidmətlə bağlı xüsusi səlahiyyəti yerinə yetirən inzibati orqan kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin arxivində olan xidməti xasiyyətnamə, attestasiya vərəqi, arayış iddiaçının hərbi çağırış vərəqəsində olduğu kimi yəni N gün xx.xx.1992-xx.xx.1992-ci il tarixlərdə xidmət e tdiyini təsdiq edir ki, iş materiallarında bu səviyyədə mötəbər sübutlar mövcud olduğu halda təkcə əmrin mövcud olmamasına və ya xidmət keçmə barədə məlumatın olmamasına istinadı əsassızdır.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-612/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 /məruzəçi/, X1 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10390/2023 nömrəli, 07 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Şikayətdə “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.

17. Kassator bildirmişdir ki, iddiaçı Azərbaycan Tibb Universitetinin 4-cü kursunda təhsil aldığı zaman AR MN-nin 17 iyun 1992-ci il tarixli, 216 saylı əmri ilə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək döyüş bölgəsinə həkim vəzifəsində qoşun təcrübəsini keçməyə göndəri ldiyini, başqa sözlə tibbi təminat üzrə tapşırıqları yerinə yetirdiyini və Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə döyüş bölgələrində iştirak etmiş tələbələrə üç qat ölçüdə təqaüdün verildiyini iddia edir. Lakin xxxnin xx.xx.1992-ci il tarixli 234 saylı əmrinə əsasən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin xx.xx.1992-ci il tarixli 456/T saylı əmri ilə İV kurs tələbələrin üç qat ölçüdə təqaüdün verilməsinə dair əmrdə iddiaçının adı qeyd edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qa nunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının əraz ilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərba ycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

21. Azərbaycan Respublikasının İnzibati Prosessua l Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1N.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali M əhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuni liyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. İş materiallarından görünür ki, iddiaçının hüquqi m arağı müharibə veteranı adı və vəsiqəsinin əldə edilməsinə yönəlmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsaslanmışdır.

26. Lakin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı inzibati işə yanaşması düzgün olmamışdır.

27. Belə ki, məhkəmələr iddianın təmin edilməsi ilə bağlı nəticəyə gələrkən iddiaçının döyüş əməliyyatları gedən dövrdə Tərtər rayonuna göndərildiyini, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək ATU-un 4-cü kursunda təhsil alarkən hərb i kafedranın tərkibində N saylı hərbi hissədə ehtiyatda ilkin leytenant rütbəsi almaq üçün praktiki məşğələlərə cəlb olunduğunu, tam kursu müvəffəqiyyətlə keçməyi ilə əlaqədar ona Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli müvafiq əmri ilə ehtiyatda ilkin tibb xidməti leytenantı verildiyini qeyd etmişlər.

28. Yuxarıda bəhs olunan Əsasnamənin tələbinə görə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər. 29. 4-cü kurs tələbələrinin hərbi təcrübə keçməsi üçün hərbi hissəyə ezam olunması barədə müdafiə nazirinin 17 mart 1992-ci il tarixli əmri mövcuddur. Eyni zamanda Mamedovun N nömrəli hərbi hissədə sanitar instruktor v ə feldşer kimi hərbi təcrübə keçməsi barədə həmin hərbi hissənin məktubu vardır.

30. Əsasnaməyə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi təcrübə keçdiyi dövrdə hərbi təcrübədə olduğu hərbi hissənin döyüş əməliyyatları aparan hərbi hissə olması əsas şərtdir. N. Məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının N saylı hərbi hissədə hərbi təcrübə keçməsi, hərbi təcrübə keçmişsə, təcrübə müddətində N saylı hərbi hissənin döyüşlərdə iştirak etməsini, həmçinin məktubda adı qeyd edilən Mamedovun məhz iddiaçı olması ilə bağlı araşdırma aparmamışdır.

32. Belə bir araşdırmanın nəticəsi iddianın əsaslı və ya əsassız olduğunu müəyyən etməyə əsas verəcəkdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir.

33. Məhz bu səbəbdən yuxarıda qeyd edilən məsələlər növbəti apelyasiya baxışının müzakirə predmeti olmalı, müvafiq araşdırmalar aparılmalı, səlahiyyətli orqanlara sorğular verilməklə bütün şübhəli məqamlar aradan qaldırılmalıdır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması z amanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 21(103)-612/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar