Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1454/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “X1 məxsus JN-083 G və JN-083 F nömrəli kod 40812048 torpağın mülkiyyətinə verilməsinə dair 21 iyul 1998ci il tarixli şəhadətnamələrin l əğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(107)-152/2019 saylı, 7 fevral 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı 12 oktyabr 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 məxsus JN-083 G və JN-083 F nömrəli kod 40812048 torpağın mülkiyyətinə verilməsinə dair 21 iyul 1998-ci il tarixli şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(84)-1704/2018 saylı iş) 20 deka br 2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən iddiaçı ilk öncə müvafiq tələblə inzibati orqana müraciət etməlidir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etməmişdir. Hazırkı vəziyyətdə iddianın mümkünlüyünə dair şərtlərə iddiaçı tərəfindən riayət edilmədiyindən iddia mümkün sayıla bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qərardadı ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X2, 2-1(107)152/2019 saylı iş) 7 fevral 2019-cu il tarixli qərardadla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərardadı dəyişdirmədən saxlamışdır. İddiaçı 4 mart 2019-cu il tarixdə kassasiy a şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı qərardadla razı deyil, onun tərəfindən cavabdehə müraciət edilmişdir, lakin məhkəmə qərardadda göstərmişdir ki, iddiaçı rəsmi olaraq cavabdehə müraciət etməmişdir. İPM-in 2.2.1-ci maddəsində qeyd olunmuşdur ki, “Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına) və dəyişdirilməsinə dair iddialara məhkəmə tərəfindən baxılmalıdır”. X3 Məcəllənin bu maddəsi nəzərə alınmamışdır. əsaslandırma hissəsi: Cavabdeh məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qər ar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin olunmasından imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Məhkəmələr iddianın mümkün saymamasını iddiaçının məhkəməyə qədər inzibati orqana-cavabdehə müraciət etməməsi ilə əsaslandırmışlar. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır (28.1.1-ci maddə). Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmir sə, inzibati akt yazılı formada qəbul edilir (57.1-ci maddə). Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (61.1-ci maddə). İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğ v edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Lakin dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Hazırkı vəziyyətdə tərəflər, həm də cavabdeh xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etmir. Cavabdeh inzibati orqandır və o, özünün hakimiyyət tədbirini həyata keçirərək iddiaçı və digər şəxslər üçün müəyyən hüquqi nəticə yarada bilən inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Mübahisə inzibati hüquq münasibəti ilə bağlı olmaqla İPM-in 2.2.2 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Qeyd olunan normalara əsasən öhdəliyin icrası haqqında iddia onunla səciyyələnir ki, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün ərizə ilə cavabdehə müraciət etsin və cavabdeh həmin ərizəni təmin etməsin. Yəni iddiaçı inzibati orqandan müəyyən bir hərəkətlə, hazırkı halda cavabdehin faktiki hərəkətinin nəticəsi olan torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğvi məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, iddiaçı bunun üçün ilk növbədə cavabdehə müraciət etməlidir. Cavabdehin imtinası isə öhdəliyin icrası haqqında iddia qaldırılması üçün əsasdır. Di gər hal isə, cavabdehin hərəkətsizliyi ilə bağlıdır. Yəni bu halda, iddiaçılar ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş olur, lakin müraciətinə heç bir cavab almır, cavabdeh iddiaçının müraciətinə reaksiya vermir. İşdən görünür ki, iddiaçının şəhadətnamənin ləğvi barədə cavabdehə müraciəti mövcud deyil. İddiaçı əvvəllər bu barədə cavabdehə rəsmi müraciət etməsini iddia ərizəsində və müvafiq olaraq apellyasiya və kassasiya şikayətlərində də bildirməmişlər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hal larda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçılar hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Bəhs olunanlara əsasən iddiaçının cavabdehə müraciət etməsi işdə olan sübutlarla təsdiq olunmadığından, habelə cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddianın mümkün sayılmamasına dair nəticə əsaslıdır. İddianın əsaslılığından öncə onun mümkünlük şərtləri yoxlanıldığından və iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddianın əsaslılığının yoxlanılmasına dair şikayətin dəlilləri qəbul e dilə bilməz. Bəhs olunanlar nəzərə alınaraq kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(107)-152/2019 saylı, 7 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1454/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1454/2019
30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver