Məhkəmə qərarları › İş №2-1(102)-1454/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1454/2020

25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1454/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: işləyən əmək pensiyaçısının pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh DSMF-nin X1rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2-1(103)-749/2020 nömrəli qərarından cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx xxxxx 1994-cü ildə yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 10 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək sığorta kapitalının pensiyanın üzərinə hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ildən ədliyyə orqanlarından pensiyaya çıxmışdır. 2012-ci ildən işləyir. Bu müddətdə təbii ki, hesa bında müəyyən miqdarda sığorta kapitalı yığılmışdır. Onun tələbi ondan ibarətdir kı, bu yığılmış sığorta kapitalını qanuna uyğun olaraq pensiyasının üzərinə hesablasınlar. Lakin dəfələrlə cavabdehə etdiyi müraciətlərə rəğmən bunu etməyiblər. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində birmənalı və istisnasız olaraq deyilir ki, işləyən yaşa görə əmək pensiyaçılarına, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələri nəzərə alınmaqla pensiya yenidən hesablanır. O da yaşa görə işləyən əmək pensiyaçısı kateqoriyasına aid olduğu üçün və 6 ildən artıq işlədiyi üçün, hesabında yığılan sığorta kapitalının pensiyasının üzərinə hesablanmasını tələb edir. Çox saylı məktublarının cavablarının birində Qanunun 9.6 maddəsinə istinad edilir, bu maddənin iddiaçıya tətbiqi düzgün deyil, çünki bu maddə pensiyaya çıxdıqdan sonra hərbi xidmətini davam etdirən pensiyaçılara aiddir. Həmin cavab məktubunda daha sonra qeyd olunur ki, Qanunun 37.3.1 maddəsi güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir, Qanunun hansı maddəsinə görə bu qənaətə gəlindiyi isə bilinmir. 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)4395/19 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərba ycan Respublikası Qanununun 37.3.1-maddəsinə əsasən sığorta kapitalı nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən pensiyaya çıxdıqdan sonra xx xxxx 2012-ci ildən 6 il işlədiyi işin mübahisəsiz halı olduğundan, onun fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının pensiyasının üzərinə hesablanmasına dair tələbi əsaslıdır.

7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 21(103)-749/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Pensiya təm inatı ilə bağlı iddiaçının xidmət etdiyi qurum tərəfindən tərtib edilmiş məlumat vərəqəsindəki təminat xərcliyinə əsasən təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 6.3 və 37.3.1-ci maddələrində qeyd edilən baza, sığorta və yığım hissələri, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya məbləğlərinin tərkib hissəsidir. Lakin bütövlükdə hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təyinatı onların vəzifə, rütbə maaşları, xidməti illərinə görə faiz əlavəsi və sair kimi ümumilikdə təminat xərcliyini təşkil edir. İddiaçının adina göndərilmiş “məlumat vərəqi”-ndə əlavə ilə bağlı heç bir maddə nəzərdə tutulmamışdır. Pensiya sistemi “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir və hesablanır. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Konstitusiyasının 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli Qərarında əmək pensiyaların yenidən hesablanması qaydaları misallar gətirilməklə göstərilmişdir. “Əmək pens iyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi həmin Qaydaların 5.3-cü maddəsi və 46-49-cu misalları ilə izah edilmişdir. Burada güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçular nəzərdə tutulmamışdır. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş etirazın dəlillərinə görə, cavabdehin kassasiya şikayəti əsasız, formal mülahizələri olmaqla heç bir konkret sübuta, fakta əsaslanmır və təmin edilə bilməz. Belə ki, işin faktiki hallan ondan ibarətdir ki, iddiaçıya ədliyyə qulluqçusu kimi xx xxxxx 1994-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, 2012-ci ildən hal-hazıra kimi işlədiyi dövr üzrə hesabında yığılmış sığorta kapitalını qanuna uyğun olaraq pensiyasının üzərinə hesablanması barədə cavabdehə müraciət et miş, cavabdeh də bundan imtina etdiyinə görə aralarında hazırkı iş üzrə iddianın predmeti olan mübahisə yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələbinə görə də yaşa görə əmək pensiyasının təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldıl araq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Ona görə də məhkəmə haqlı olaraq iddiaçının iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində isə həmin işə baxılarkən birinci instansiya və apelyasiya məhkəmələri tərəfindən konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozulması qeyd olunmur. Bu barədə kassasiya şikayətində sadalanan normalar da ümumi xarakterli olmaqla hazırkı iş ü zrə kassasiya şikayətinin təmin edilməsi üçün əsas götürülə bilməz. c. məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin vəkili (nümayəndəsi) X4 2020-ci il 18 avqust tarixli məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. İddiaçı və vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun:... Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması d avam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir;... Maddə

45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasın ın sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.

16. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hes ab edilmişdir.

18. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 20. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən 37.3.1-ci maddəsinə görə (xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyada), yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

21. Həmin Qanunun 45-ci maddəsinə əsasən isə (xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyada), bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddət i aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.

22. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə x xxxx 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur.

23. Kollegiya qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının əmək pensiyası xx xxxx 2017-ci il tarixdən sonra yenidən hesablanmalı olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə istinadən aparılan hesablama sözügedən ma ddədə təsbit olunan şərtlərlə, lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xüsusi norma qismində çıxış edən «Əmək pensiyaları haqqında» Qanunun 45-ci maddəsinin xx xxxx 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla həyata keçirilə bilər. 24. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına əsasən, işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ əldə etmişlər. Qeyd edilməlidir ki, xx xxxx 2017-ci il tarixədək olan vəziyyətdə işləyən əmə k pensiyaçıları yalnız işləməyən əmək pensiyaçıları kateqoriyasına keçdikdən sonra bu qaydada yenidən hesablamanı tələb edə bilərdilər.

25. Eyni zamanda, xx xxxx 2017-ci il tarixdə paralel olaraq həm də Qanunun 45-ci maddəsində dəyişiklik edilmiş və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Göründüyü kimi yeni dəyişiklik Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərə münasibətdə gözlənilən pensiya ödənişi müddətini n hesablanmasının fərqli qaydasını təsbit etmişdir.

26. Kollegiya qanunvericilikdə edilmiş dəyişiklikləri, onların eyni vaxtda edilməsini və qanunvericinin bununla bağlı güddüyü məqsədləri nəzərə almaqla hesab edir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməklə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb edən şəxslərə münasibətdə hər iki dəyişiklik eyni vaxtda tətbiq edilməlidir. Belə ki, qanunverici yeni yanaşma qəbul etmiş, 6 il və daha çox işləyən pensiyaçıların qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyalarının yenidən hesablanmasını mümkün hesab etmiş, lakin bu zaman həm də, Qanunun 9- cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının ümumi qaydadan fərqli hesablanmalı olduğunu müəyyən etmişdir.

27. Kollegiya xüsusilə qeyd edir ki, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı xx xxxx 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Qanunun 37.3.1 və 45-ci maddələrindəki hər iki yeni tənzimləmə iddiaçıya münasibətdə bərabər tətbiq edilməlidir.

28. Əslində, iddiaçının da məhz həmin qaydada hesablama aparılmasını arzuladığı iddia ərizəsi ilə yanaşı, cavabdehin kassasiya şikayətinə qarş ı etirazında da qeyd edilmiş, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda təsbit olunmuş, Qanunun 37.3.1-ci maddəsinin tətbiqini nəzərdə tutan 5.3-cü bəndindəki hesablama qaydasına (Misal 48) əsaslanmışdır.

29. Beləliklə, apellyasiya instansiyası hazırkı mübahisəyə «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsi ilə yanaşı həmin Qanunun 45-ci maddəsini də tətbiq etməli idi. Lakin işin bu halı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvin əsas vermir. Belə ki, İPM-in 96.7-ci m addəsinə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 mart tarixli 2- 1(103)-749/2020 nömrəli qərarı dəyişdirilir. Cavabdehin üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci və 45-ci maddələrinə əsasən iddiaçının sosial sığorta hesabındakı pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulur. Cavabdehin kassasiya şikayəti təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov Z.M.Quliyev İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar