Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1454/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Az ərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-701/2021 nömrəli, 24 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-ci ildə anadan olmuşdur.
2. O, 01.09.1982-ci ildən 10.06.1985-ci ilədək Sumqayıt şəhər 35 nömrəli orta texniki məktəbində əyani şöbədə təhsil almış, 10.06.1985-ci ildən 23.07.1987-ci ilədək hərbi xidmətdə olmuş, 08.01.1988-ci ildən 01.07.1989-cu ilədək Sumqayıt “Üzvi Sintez” X1 zavodunda xa mmal hazırlanması və göndərilməsi üzrə cihazçı, 01.07.1989-cu ildən 16.09.1990-cı ilə qədər həmin Zavodun konfeksiya sexində yükləyici boşaldıcı, 19.09.1990-cı ildən 16.07.1991-ci ilədək Güzdək Tikinti Materialları Kombinatında fəhlə, 22.07.1991-ci ildən 09.09.1991-ci ilədək Təmir Tikinti İdarəsində betonçu, 16.09.1991-ci ildən 05.08.1994-cü ilədək maşinist, 05.10.1994-cü ildən 05.06.1996-cı ilədək “Azər-AN” firmasında fəhlə işləmiş, 20.06.1996-cı ildən hazırki vaxta qədər isə “Azərkimya” kompressor qurğu maşinisti vəzifəsində işləyir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh **********6 saylı, 21 iyun 2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, 01.01.2006- cı ilədək iddiaçının ümumi iş stajı 20 ildən azdır, qanunvericiliyə əsasən isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 20 il ümumi stajı olmalı, bunun ən azı 10 ilini güzəştli işlərdə çalışmalı və 52 yaşı tamam olmalıdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 01.09.1982-ci ildən 15.05.1985-ci il tarixinədək Sumqayıt şəhər 35 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən, yəni 04.06.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzər inə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh orqana 01.09.198215.05.1985-ci il tarixlərində Sumqayıt şəhər 35 nömrəli texniki peşə məktəbində təhsil alması barədə arxiv arayışı təqdim etsə də, cavabdeh orqan pensiya hesablanarkən bunu nəzərə almamış, beləliklə də iddiaçını əmək pensiyası hüququndan məhrum etmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, hazırkı qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün kişilərə 60 yaş tələb olunur. İddiaçı tələbində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edir. Halbuki, həmin qanuna əsasən iddiaçının təkcə ümumi və güzəştli iş stajının tamam olması deyil, onun yaşının da tamam olması zəruridir. Odur ki, iddiaçının haz ırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bu əsasdan iddia mümkün sayılmamalıdır. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2-1(81)3166/2019 saylı qərarı ilə (hakim: T.Əsədova) iddia təmin edilmiş, iddiaçıya 01.09.1982-ci ildən 15.05.1985-ci il tarixədək Sumqayıt şəhər 35 №-li orta texniki peşə məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən yəni, 04.06.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 01.01.2006-cı ilə qədər təhsil və hərbi xidmət müddəti də daxil edilməklə 22 il 6 ay 29 gün ümumi və 12 il 2 ay 8 gün güzəştli iş staj ı mövcud olduğundan onun tələbi əsaslıdır.
10. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli iş üzrə 09 yanvar 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 3166/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasi ya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)932/2020 nömrəli iş üzrə 22 may 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: İ.K.Hüseynov və İ.Ə.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-176/2020 nömrəli iş üzrə 09 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə tələblərə baxılarkən məhkəmələr ilk növbədə id diaçının çalışdığı peşənin müvafiq Siyahıya uyğun olub-olmadığını aydınlaşdırmalıdır. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun 03.06.2019-cu il tarixli 138 nömrəli və 137 nömrəli arayışlarına istinad edərək iddiaçının zəruri güzəştli iş stajının olduğunu bildirmişdir. Sözügedən arayışlara əsasən, iddiaçının 08.01.1988-ci ildən 30.06.1989-cu ilə qədər işlədiyi aparatçı vəzifəsi və 01.07.1989-cu ildən 16.09.1990-cı ilə qədər işlədiyi yükləyici-boşaldıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ Bölməsindəki plastik kütlələr – 1080A010 şifrinə, 20.06.1996-cı ildən 31.12.2005-ci ilə qədər işlədiyi kompressor qurğu maşinisti vəzifəsi isə neft karbohidrogenləri – 1080A010 şifrinə uyğundur. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, apellyasiya instansiya məhkəməsində işə baxılarkən iddiaçının işlədiyi müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan müəssisələrə uyğunluğu müəyyən olunsa da, peşələrin müvafiq Siyahıdakı peşələrə uyğun olması barədə araşdırma aparılmamışdır. Belə ki, göstərilən arayışlardan görünür ki, iddiaçı 08.01.1988-ci ildən 30.06.1989-cu ilə qədər aparatçı, 01.07.1989-cu ildən 16.09.1990-cı ilə qədər yükləyici-boşaldıcı, 20.06.1996-cı ildən 31.12.2005-ci ilə qədər kompressor qurğu maşinisti vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ Bölməsində isə tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərinin iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən iş stajı kimi nəzərdə tutulmuşdur. Beləliklə, sözügedən Siyahıda göstərilən vəzifələrlə iddiaçının iş lədiyi vəzifələr eyni olmasa da, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını əsassız olaraq dəyişdirilmədən saxlamışdır. Odur ki, işə təkrar baxan apelyasiya instansiya məhkəməsi iddiaçının müvafiq illərdə işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ Bölməsində nəzərdə tutulan vəzifələrə uyğun olub-olmadığını müəyyən etməli, nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir. ç) apelyasiya instansiyası məhkəməsind əki ikinci icraat
16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1327/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: X.A.Cəmilova, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 3166/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. d) kassasiya instansiya məhkəməsindəki ikinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1( 102)2079/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: R.S.Nəbizadə, hakimlər: Z.M.Quliyev və A.S.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1327/2020 nömrəli iş üzrə 02 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 1 saylı Siyahıda “Kimya istehsalatı” adlanan Vİİİ bölmədə qeyd edilmişdir ki, A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: Siyahıda A. bölməsində istehsalatlar və işlər sadalanmışdır İddiaçının A. bölməsində sadalanan istehsalatlarda və işlərdə məşğul olmasını apelyasiya məhkəməsi araşdırmamışdır. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. e) apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
21. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-701/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Məmmədov, hakimlər: A.Ə.Hüseyn və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2-1(81)3166/2019 saylı qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
22. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, istinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı minimum 10 il olmalı; 2) ümumi iş stajı minimum 20 il olmalı; 3) xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 10 il olması şərti yerinə yetirilmir. Belə ki, SOCAR “Etilen-Polietilen Zavodu”nun 03.06.2019-cu il tarixli 136, 137 və 138 nömrəli arayışlarınd a göstərilmişdir ki, iddiaçı müvafiq olaraq “Azərkimya” İB “Üzvi Sintez” zavodunun Sintez sexində 08.01.1988-30.06.1989-cu il tarixlərdə aparatçı, 01.07.1989-16.09.1990-cı il tarixlərdə Konfeksiya sexində yükləyici-boşaldıcı, “Etilen-Polietilen Zavodu”nun Etilenin qəbulu və sıxılması sexində 20.06.1996-31.12.2005-ci il tarixlərdə kompressor qurğu maşinisti işləmişdir. 138 nömrəli arayışda qeyd olunmuşdur ki, iddiaçı 09.11.1996-10.01.1997, 06.10.1997-23.11.1997, 01.04.1999-30.04.1999 və 01.06.2005-15.06.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Arayışlarda, həmçinin, göstərilmişdir ki, iddiaçı 19881990-cı illərdə 1 nömrəli Siyahının 1080A010 kodu üzrə plastik kütlələr, 1996-2005-ci illərdə eyni kod üzrə neft karbohidrogenləri istehsalatında çalışmışdır. Lakin 1 nömrəli Siyahıda 1080A010 kod üzrə aparatçı, yükləyici-boşaldıcı və kompressor qurğu maşinisti peşələri nəzərdə tutulmamışdır. İddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti onun tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetirib-yetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır.
23. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlillər i
24. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışdan görünür ki, onun ödənişsiz məzuniyyətdə olduğu dövrlər çıxılmaqla 10 ildən çox olmaqla zərərli iş stajı mövcuddur. Məhkəmə isə həmin arayışı düzgün şəkildə təhlil etmədən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
26. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
27. Cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikasın ın Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını hə min işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və b irləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3- cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır, odur ki, təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
35. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşı tamam olduğu tarixdən, yəni 04.06.2019-cu il tarixindən güzəştli şərtlərl ə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Birinci instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etsə də, işə sonuncu dəfə baxan apelyasiya instansiyası məhkəməsinin qərarı ilə iddia tələbi rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən qeyd etmişdir ki, iddiaçının 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 10 il olması şərti yerinə yetirilmir. Belə ki, SOCAR “Etilen-Polietilen Zavodu”nun 03.06.2019cu il tarixli 136, 137 və 138 nömrəli arayışlarında göstərilmişdir ki, iddiaçı müvafiq olaraq “Azərkimya” İB “Üzvi Sintez” zavodunun Sintez sexində 08.01.1988-30.06.1989-cu il tarixlərdə aparatçı, 01.07.1989-16.09.1990-cı il tarixlərdə Konfeksiya sexində yükləyiciboşaldıcı, “Etilen-Polietilen Zavodu”nun Etilenin qəbulu və sıxılması sexində 20.06.199631.12.2005-ci il tarixlərdə kompressor qurğu maşinisti işləmişdir. 138 nömrəli arayışda qeyd olunmuşdur ki, iddiaçı 09.11.1996-10.01.1997, 06.10.1997-23.11.1997, 01.04.199930.04.1999 və 01.06.2005-15.06.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Arayışlarda, həmçinin, göstərilmişdir ki, iddiaçı 1988- 1990-cı illərdə 1 nömrəli Siyahının 1080A010 kodu üzrə plastik kütlələr, 1996-2005-ci illərdə eyni kod üzrə neft karbohidrogenləri istehsalatında çalışmışdır. 37 Lakin 1 nömrəli Siyahıda 1080A010 kod üzrə aparatçı, yükləyici-boşaldıcı və kompressor qurğu maşinisti peşələri nəzərdə tutulmamışdır.
38. Apelyasiya instansiyası məhkəməs inin mövqeyindən belə məlum olur ki, məhkəmə iddiaçının işlədiyi aparatçı, yükləyici-boşaldıcı və kompressor qurğu maşinisti peşələrinin 1 nömrəli Siyahıda 1080A010 kod üzrə nəzərdə tutulmadığına istinad edərək, onun həmin peşələrdə işlədiyi müddəti güzəştli pensiya hüququ verən xüsusi iş stajı kimi nəzərə almamış və bu əsasla da iddianı rədd etmişdir.
39. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993cü il tarixli qərarı təsdiq edilmiş 1 nömrəli Siyahının Vİİİ bölməsinin (Kimya istehsalatı bölməsinin) 1-ci bəndinin 108A010 şifrəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri i lə yanaşı, həmin bənddə sadalanan zərərli kimyəvi maddələrlə məşğul olan bütün işçilər də göstərildiyi üçün həmin “bütün işçilərə” iddiaçının müvafiq dövrlərdə zərərli kimya sahəsində işlədiyi aparatçı, yükləyici-boşaldıcı və kompressor qurğu maşinisti peşələri də aid edilir. Bu da onu deməyə əsas verir ki, iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir.
40. Bundan başqa, işə ikinci dəfə Ali Məhkəmədə baxılarkən kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən ist ehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”ndakı peşələrə uyğun olması barədə araşdırma aparılmalıdır.
41. Apelyasiya instansiyası məhkəməsi öz növbəsində bu halı araşdırmaq məqsədi ilə “Azərkimya” İB-in “Etilen-Politilen” Zavoduna sorğu göndərmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının Vİİİ (Kimya istehsalatı) bölməsində sadalanan istehsalatlarda və işlərdə tam iş günü məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri, o cümlədən texnoloji sahədə məşğul olan işçilər yaşa görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Müəssisə tərəfindən İddiaçı (iddiaçıya) verilmiş arayışlardan və özünün əmək kitabçasından göründüyü kimi, o, kimya zavodunun əsas texnoloji sahələrindən olan Sintez sexində aparatçı (fəhlə), Konfeksiya sexində yükləyici-boşaldıcı (fəhlə) və Etilenin qəbulu və sıxılması sexində kompressor qurğularının maşinisti (fəhlə) peşələrində çalışmışdır.
42. Sorğunun cavabına həmçinin iddiaçının işlədiyi peşələrin şifrəsi və müddətlərini özündə əks etdirən 3 arayış da əlavə edilmişdir. “Azərkimya” İB-in “Etilen-Plitilen” Zavodu tərəfindən verilmiş 06.04.2021-ci il tarixli, 130 saylı arayışda iddiaçının 08.01.1988-ci ildən 30.06.1989-cu ilədək “Azərikimya” İstehsalat Birliyinin ke çmiş “Üzvi Sintez” zavodunda sintez sexində aparatçı vəzifəsində işlədiyi və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 saylı siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğun gəldiyi, 131 saylı arayışda iddiaçının 01.07.1989-cu ildən 16.09.1989-cu ilədək “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunda konfeksiya sexində yükləyici-boşaldıcı vəzifəsində işlədiyi və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 saylı siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğun gəldiyi, 132 saylı arayışda isə iddiaçının 20.06.1996-cı ildən 31.12.2005-ci ilədək “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Politilen” zavodunun etilen in qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti vəzifəsində işlədiyi və bu vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 saylı siyahısının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə uyğun gəldiyi qeyd edilmişdir.
43. SOCAR “Etilen-Polietilen Zavodu”nun 03.06.2019-cu il tarixli 138 nömrəli arayışında iddiaçının 09.11.1996 - 10.01.1997, 06.10.1997 - 23.11.1997, 01.04.1999 30.04.1999 və 01.06.2005 - 15.06.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olması ilə bağlı qeyd edilməlidir ki, onun ödənişsiz məzuniyyətdə olduğu müddət nəzərə alınmasa belə, ona münasibətdə azı 10 il xüsusi staj şərti tam ödənilir. Belə ki, “Azərkimya” İB-in “Etilen-Politilen” Zavodu tərəfindən verilmiş 06.04.2021-ci il tarixli arayışlarda iddia çının 08.01.1988-30.06.1989, 01.07.1989-16.09.1989 və 20.06.1996-31.12.2005-ci illərdə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə çalışdığı qeyd edilmişdir. Həmin illər, aylar və günlər toplandıqda ümumilikdə 11 il 2 ay 21 gün təşkil edir. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət isə (09.11.1996-10.01.1997, 06.01.199723.11.1997, 01.04.1999-30.04.1999, 01.06.2005-15.06.2005) 1 il 2 ay 5 gündür. 11 il 2 ay 21 gündən iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddət, yəni 1 il 2 ay 5 gün çıxıldıqda 10 il 0 ay 17 gün qalır ki, bu da iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə azı 10 il xüsusi iş stajı toplaması şərtinin ödənilməsi qənaətinə gəlməyə əsas verir.
44. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır: ümumi iş stajı azı 20 il olmalı; 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə xüsusi iş stajı azı 10 il olmalı; xüsusi və ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalı; güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
45. Göründüyü kimi, iddiaçı təhsil və hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 10 ildən çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi peşələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinə əsasən, onun 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyası hüququnun yaranması üçün qanunla müəyyən edilmiş bütün şərtlər iddiaçıya münasibətdə ödənilir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-701/2021 nöm rəli, 24 may 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 01.09.1982-ci ildən 15.05.1985-ci il tarixədək Sumqayıt şəhər 35 №-li orta texniki peşə məktəbində təhsil aldığı müddət ümumi iş stajına daxil edilməklə 52 yaşı tamam olduğu tarixdən yəni, 04.06.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.