Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1454/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsi) dair hüquqların dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Da şınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-620/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 departamentinin X5 və istismarı Birliyi tərəfindən verilmiş 6/290 saylı, 25 sentyabr 1990-ci il tarixli qərarı əsasən 13 saylı Orderlə Abdulova (Qasımova) Qumru Səfqulu qızının istifadəsinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 hektar torpaq sahəsi ayrılmışdır. (X11 28 oktyabr 1998-ci il tarixdə 675 nömrəli nikah akt qeydi ilə X15 rəsmi nikaha daxil olmuş, nikahdan sonra ərin soyadı Qasımov, arvadın soyadı isə Qasımova olmuşdur)
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1260b saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh **********29 saylı, 03 fevral 2022-ci il tarixli müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, bağ sahəsinə dair verilən orderdə soyad “Abdulova” sərəncamda isə “Abdullayevə” kimi, ata adı “Səfərqulu”, şəxsiyyət vəsiqəsində “Səfqulu” qeyd olunmuşdur. Həmçinin, orderdə bağ sahəsinin nömrəsi “1260b” göstərilsə də, lakin (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) “1260v” kimi qeyd edilmişdir. İdarədə mövcud arxiv məlumatlarına əsasən “1260v” saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, qeyd edilən bağ sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi əsasında İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha torpaq sah əsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə, çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə ərizə ilə müraciət edərək X5 və istismarı Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi əsasında ona ayrılmış Sabunçu rayonunun Nardaran ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsini xahiş etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən qanunsuz və əsass ız olaraq imtina etmişdir. Belə ki, cavabdeh orqanın istinad etdiyi sərəncamda (arxiv sənədi) qeyd olunan soyad (Abdullayevə), orderdə qeyd olunan soyadla (Abdulova) uyğunsuzluq təşkil etməsi və eyni zamanda iddiaçının şəxsiyyət vəsiqəsində ata adı (Səfqulu qızı) ilə order və sərəncamda qeyd olunan ata adı (Səfərqulu qızı) ilə fərqli olması, sözügedən bağ sahəsinin başqa şəxsə məxsus olmasına gətirib çıxarmır. Belə ki, X15 ilə X11 arasında bağlanılmış Nikah haqqında şəhadətnaməyə əsasən 28 oktyabr 1998-ci il tarixdə 675 nömrəli nikah akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ərin soyadı Qasımov, arvadın soyadı isə Qasımova olmuşdur. X5 və X6 bağlar sahəsindəki 205 saylı kooperativinin 13 saylı orderindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 25 sentyabr 1990-cı il t arixli 6/290 saylı qərarı əsasında X5 və X6 bağlar sahəsindəki 205 saylı kooperativin nəzdində 1260b saylı bağ sahəsi X2 istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixli müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, № BA-04712-2021 saylı Bakı şəhəri XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 6/290 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 25 sentyabr 1990cı il tarixli 6/290 saylı qərarı ilə ünvan 1 ünvanında yaşayan X3 1 №- li Nardaran massivində Bağ tikinti kooperativi üzvlərinin siyahısına daxil olaraq 13-cü bəndində qeydə alınmışdır. Göründüyü kimi, eyni dövlət orqanı tərəfindən, eyni qərarla və eyni bağ sahəsinə dair verilm iş eyni nömrəli orderdə və sərəncamda vətəndaşın soyadın fərqli olması texniki səhv olmasından xəbər verir. Xüsusi ilə qeyd olunmalıdır ki, iddiaçı Bakı Arxiv Filialından verilmiş qərardan çıxarışda qeyd olunan ünvanda (ünvan 3q orada yaşayır. O ki, qaldı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) ‘'1260V” kimi qeyd edilməsinə, qeyd olunmalıdır ki, cavabdeh orqan qeyd etdiyi kimi, həmin sənəd (kadastr planı) ləğv edilmiş və ləğv edilmiş sənədə istinad etmək əsassızdır.
6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi əsasında İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin sxematik xəritəyə daxil edilməklə uyğunlaşdırılması və üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etiraz imtina məktubu ilə eyniyyət təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-6637/2022 saylı qərarı ilə (hakim: F.İ.Mədətli) iddia təmin edilmiş, Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi əsasında iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha to rpaq sahəsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin sxematik xəritəyə daxil edilməklə uyğunlaşdırılması və üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçıya Na rdaran massivində 0.12 ha olan 1260b nömrəli bağ sahəsi 13 saylı qərarı əsasında verilmiş Order ilə ayrıldığından və həmin qərar və orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən order sübut kimi mötəbər qiymətləndirilir və iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-620/2023 nömrəli iş üzrə 24 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: P.A.Hüseynov və K.H.Əkbərov) apelya siya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-6637/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X19 Konvensiyasının 1 sa ylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununa, “yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına və Torpaq Məcəllənin maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
15. Belə ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, bağ sahəsinə dair verilən orderdə soyad “Abdulova” sərəncamda isə “Abdullayevə” kimi, ata adı “Səfərqulu”, şəxsiyyət vəsiqəsində “Səfqulu” qeyd olunmuşdur. Həmçinin, orderdə bağ sahəsinin nömrəsi “1260b” göstərilsə də, lakin (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) “1260v” kimi qeyd edilmişdir. İdarədə mövcud arxiv məlumatlarına əsasən “126Qv” saylı bağ sahəsi digər fiziki şəxsin (X12, reyestr nömrəsi: **********21-11301) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlaka xx.xx.2022-ci il tarixdə yerində aparılmış müayinə (baxış) zamanı mü əyyən edilmişdir ki, bağ sahəsinin nömrəsi sxematik xəritə əks olunmayıb. Sxematik xəritəyə əsasən iddiaçı tərəfindən göstərilən sahə 780 ilə başlayan bağların ərazisinə uyğun gəlir. Həmçinin qeyd olunan əraziyə digər fiziki şəxsin (X7) müraciəti olmuşdur.
16. Eyni zamanda iddiaçıya müvafiq bağ sahəsi ilə əlaqədar verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü” Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci ii tarixli, 2(008)- 3511/2012 saylı qətnaməsi əsasında iddiaçıya təqdim edilmişdir. Lakin daha sonra həmin bağ sahəsinə müraciət edən digər şəxs olan X8 müvafiq məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli. 2(103)-5064/2014 saylı qərardadı ilə X4 apellyasiya şikayəti qismən təmin edil miş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(008)-3511/2012 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və order lər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyi ldirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. daşınmaz əmlaka hüquqlar ın dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 20. “Torpaq islahatı haqqında” Azərbaycan Respubl ikasının Qanunu Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onlarınqanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperat iv bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
21. Azərbaycan Respublikasının İnzib ati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayət in təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Hazırki işdə iddiaçının hüquqi marağı Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi əsasında ona məxsus Bakı şəhəri Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha torpaq sahəsin dən ibarət olan 1260 «b» saylı bağ sahəsinin sxematik xəritəyə daxil edilməklə uyğunlaşdırılması və üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsidir.
28. İddiaçının tələbini əsaslı hesab edən birinci və apelyasiya instansiyası məhkəmələri iddianı təmin etsələr də, cavabdeh məhkəmələrin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Şikayətdə qeyd edilir ki, iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğundan iddia əsaslı sayıla bilməz.
29. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin ha lları üzrə Bakı şəhəri Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 1260b saylı bağ sahəsi iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, həmin bağ sahəsi “Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 departamentinin X5 və istismarı Birliyi tərəfindən 6/290 saylı 25 sentyabr 1990-ci il tarixli qərarı ilə iddiaçıya verilmişdir. Həmin qərar səlahiyyətli dövlət orqanı tərəfindən verilmişdir və hal-hazıradək qüvvədədir. Həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin qərar iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin to rpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur.
31. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, orderdə bağ sahəsinin nömrəsi “1260b” göstərilsə də, lakin (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) “1260v” kimi qeyd edilmişdir. Belə bir uyğunsuz olduğu halda həmin torpaq sahəsinə çıxarış verilə bilməz.
32. Kassatorun gətirdiyi bu dəlil, yəni bağın nömrəsində uyğunsuzluğun olması hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Çünki, həmin hal iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir.
33. Eyni zamanda bu dəlilə apelyasiya instansiyası məhkəməsi də münasibət bildirmiş və haqlı olaraq qeyd etmişdir ki, cavabdeh imtina məktubunda və iddiaya dair yazılı etirazda orderdə bağ sahəsinin nömrəsinin “1260b” göstərilsə də, lakin (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planölçüsü”ndə (kadastr planında) “1260v” kimi qeyd edilməsini göstərsə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin plan-ölçüsü”nün Sabunçu rayon Məhkəməsinin 2(008)-3511/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi əsasında verildiyini və həmin qətnamənin sonradan ləğv edilməsini nəzərə almamışdır
34. Həmçinin, birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh xx.xx.2022-ci il tarixli məktubla 205 nömrəli Nardaran massivində bağ-tikinti kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. Göndərilmiş 205 nömrəli Nardaran massivində bağ-tikinti kooperativi üzvlərinin siyahısında iddiaçının adı siyahının 13-cü bəndində qeyd edilmişdir. 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşm alı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
36. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün mü əyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
38. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd ol ması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.
39. Beləliklə, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 13 saylı, 1990-cı il tarixli orderi) mövcud olduğundan, iddiaçı həmin əmlak üzərində hüququn qeydiyyata alınmasını tələb etməkdə haqlıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.
41. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALD İ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-620/2023 saylı iş üzrə 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.