Məhkəmə qərarları › İş №2-1(102)-1454/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1454/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1454/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əməkhaqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxma üçün əməkhaqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2-1(103)-388/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2007-ci il tarixli, 1065/Ş nömrəli əmri ilə iddiaçı xx.xx.2007-ci il tarixdən fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmişdir. 2. xx.xx.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə iddiaçı – Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 13 nömrəli Yanğından Mühafizə Hissəsinin inspektoru, daxil xidmət mayoru İddiaçı narkoloji müayinədən keçirilməsi məqsədilə Nazirliyin Tibb Mərkəzinin laboratoriyasında müvafiq analiz götürülmüş, nəticədə onun sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. Analizin nəticələri barədə iddiaçıya məlumat verilmiş, bununla bağlı ondan izahat almaq istənildikdə o, izahat verməkdən imtina etmiş və şifahi şəkildə analizin nəticəsi ilə razı olmadığını bildirmişdir. İddiaçıya Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yenidən tibbi müayinədən keçirilməsi təklif olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək müayinədən yayınmışdır.

3. Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli sidikdə narkotestlərin təyini analizinin nəticəsindən görünür ki, iddiaçıya məxsus nümunədə “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir.

4. Azərbaycan R espublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsi tərəfindən Azərbaycan Respublikası Cavabdeh Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya “Böyrək sancısı” diaqnozu ilə 08.12 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 19 nömrəli şəhər poliklinikası tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmışdır. Aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, bu məsələ tibb müəssisəsinin tibbi şurasında müzakirə olunmuş və açılmış əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi əsassız hesab olunaraq, onun ləğv edilməsi qərarı verilmişdir. 19 nömrəli şəhər poliklinikasının rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevtinə qarşı intizam tənbehi tədbiri görülmüşdür.

5. Cavabdehin xx.xx.2021-ci il tarixli, 0070/Ş nömrəli əmrinə əsasən, iddiaçınin xx.xx.2020-ci il tarixdə Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinəsi zamanı onun tərəfindən narkotik vasitədən istifadə edilməsinin aşkarlandığı, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozduğu nəzərə alınaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərb aycan Respublikası Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndi rəhbər tutularaq, vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinc i instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, 0070/Ş nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxma üçün əməkhaqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdə fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmiş, xidmət müddəti ərzində nazirliyin maraq və mənafelərinin yüksək səviyyədə qorunub saxlanmasına xidmət etmiş, qulluq keçmə ilə bağlı vəzifələrinin icrasına xələl gətirə biləcək, habelə nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, etik davranış qaydalarına və normalarına, xidmətdənkənar davranışın qaydalarına əməl etmiş, xi dməti ilə bağlı irad və töhmət almamış, qüsursuz xidmət etmişdir. İddiaçı Cavabdeh daxili xidmət mayorudur. İddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli, 0070/Ş nömrəli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci bəndlərinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Fövqəladə hallar orqanlarından xidmətdən azad olunması onunla əsaslandırılmışdır ki, guya narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş əmr qanunsuz və əsassızdır. Belə ki, iddiaçı heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Bununla bağlı olaraq onun barəsində Cavabdeh sorğusu əsasında əməliyyat işi aparılmış, Azərbaycan Respublikasının DİN-nin Baş Na rkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək qan analizi vermiş və qanında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə ilə bağlı heç bir hal aşkar edilməmişdir.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi barədə daxili təhlükəsizlik baş idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkar olunmuşdur. Müayinənin nəticəsi ilə razı olmadığına görə, ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində təkrar tibbi müayinədən keçməsi təklif olunmasına baxmayaraq, iddiaçı tibbi müayinədən keçməkdən yayınaraq həmin tarixdən xx.xx.2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır. Səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayon 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir. Ona 19 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə məlumat əldə etmək üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinə məktubla müraciət olunmuşdur. Müraciətə cavab olaraq bildirilmişdir ki, aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya açılmış əmək qabiliyyətinin olmaması vərəqəsinin əsassız hesab olunaraq ləğv edilməsinə dair qərar verilmiş və 19 nömrəli şəhər poliklinikası rəhbərliyi tərəfindən i şində yol verdiyi nöqsanlara görə sahə həkiminə qarşı intizam tənbeh tədbiri görülmüşdür. İddiaçının müayinənin nəticəsi ilə bağlı izahat verməkdən imtina etməsi və təkrar müayinədən keçməkdən yayınması tərtib olunmuş müvafiq aktlarla təsdiq olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli, 0070/Ş nömrəli əmrlə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozduğu nəzərə alınaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyəti n müddəti” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndi rəhbər tutularaq, vəzifələrinin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Cavabdehin əmri qanuni və əsaslı olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 28 iyul 2022-ci il tarixli, 2-1(112)-1191/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının narkotik vasitədən istifadə edilməməsi ilə bağlı dəlili əsassızdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhər Narkoloji Mərkəzinin “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 321 nömrəli aktında nümunələrin analizi zamanı onda hər hansı narkotik tərkibli maddənin aşkar edilməməsi göstərilsə də, həmin aktın ümumiyyətlə hansı tarixdə tərtib edilməsi barədə heç bir qeyd edilmədiyindən, müayinənin hansı tarixə olan nəticələri əks etdirdiyini müəyyən etmək mümkün olmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Buna görə də həmin akt, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 008943-1222 nömrəli məktubunda göstərilənlər, yəni iddiaçının ətrafı nda keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının müəyyən edilməməsi, iddiaçının sidiyində və qanında narkotestlərin təyini üzrə yoxlama keçirilmədiyindən məhz xx.xx.2020-ci il tarixdə iddiaçının iş yerində narkoloji müayinədən keçirilərək Tibb Mərkəzinin laboratoriyasında ondan müvafiq analizlər götürülərkən sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələrin aşkar edildiyini təkzib edə bilməz. Bunun əksinə olaraq, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan da göründüyü kimi, analizin nəticələri barədə iddiaçıya məlumat verilərkən izahat verməkdən imtina etməsi və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirsə də, əlavə olaraq Azərbaycan Respubli kası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yenidən tibbi müayinədən keçməkdən yayınması, həmin tarixdən xx.xx.2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması iddiaçının qərəzli olaraq məsuliyyətdən yayınması halına dəlalət edir və onun dəlillərini təkzib edən hal kimi qiymətləndirilməlidir. Bundan əlavə, iddiaçıya 19 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinin əsassız hesab olunaraq ləğv edilməsi halı da iddiaçının heç bir üzrlü səbəb olmadan xidmətə çıxmayaraq, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozduğu faktını təsdiq edir. Belə ki, həmin Qanunun tələbinə görə fövqəladə hall ar orqanları əməkdaşları qanunvericiliyin tələblərinə riayət etməyə və etik davranış və intizam qaydalarına əməl etməyə borcludurlar. Cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı maddi və prosessual hüquq normalarına riayət edilməsi müəyyən edilmişdir. Buna görə də iddiaçının hər hansı hüququnun pozulması müəyyən edilməmişdir. Cavabdehin mübahisələndirilən əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinə və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qəbul edilmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edə n və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 09 fevral 2023-cü il tarixli, 2-1(103)-463/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, tədqiq olunan sübutlarla müəyyən edilən hallardan aydın göründüyü kimi, xx.xx.2020-ci il tarixdə Nazirliyin Tibb Xidməti Mərkəzi tərəfindən iddiaçının sidiyində ona məxsus nümunənin narkotestlərin təyini üzrə analizin xx.xx.2020-ci il tarixli nəticələrində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmiş, lakin bununla bağlı o, izahat verməkdən imtina etmiş və ona Məhkəmə Tibbi Ekspertiza və Patolo ji Anatomiya Birliyində yenidən tibbi müayinədən keçirilməsi təklif olunsa belə, analizin nəticələri ilə razı olmayaraq müayinədən yayınmış və aşkar edilmiş bu neqativ halı təkzibedici hərəkətlərə getməmiş, müvafiq səhiyyə orqanlarında sözügedən məsələnin təkzibinə çalışmaq əvəzinə, ümumiyyətlə, işə çıxmamış, 19 nömrəli şəhər poliklinikasına gedərək həmin poliklinika tərəfindən ona xəstəlik vərəqəsi açılmasına nail olmuş, lakin həmin xəstəlik vərəqəsi düzgün verilmədiyindən sonradan ləğv olunmuş, beləliklə də xx.xx.2020-ci il tarixədək üzrsüz səbəbdən xidməti buraxmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri Narkoloji Mərkəzində qeydiyyatda olmaması, onun əvvəllər narkotik vasitədən istifadə etmədiyini bildirən dəlilləri və bununla bağlı işə əlavə olunmuş sənədlər, yuxarıda tədqiq olunan sənədlərlə müəyyən olunan faktların təkzibinə əsas olan hallar kimi qiymətləndirilə bilməz. Beləliklə də iddiaçının üzərində, həm xx.xx.2020-ci il tarixdə ondan götürülən analiz nümunəsində narkotik vasitənin aşkar olunması faktının aşkar olunduğu təkzib olunmamış qalmış, ikinci bir tərəfdən isə həm də onun xidməti vəzifəsindən irəli gələn qanunvericiliyin tələblərini və intizam qaydalarını kobud surətdə pozduğu öz təsdiqini tapmış olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsinin 10-cu bəndindən isə göründüyü kimi, nar kotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun qeyd olunan 10.10.0.8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə borcludur.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və təkrar baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rahib Nəbizadə /məruzəçi/, Niga r Rəsulbəyova və Kəmaləddin Bədəlov) 05 iyul 2023-cü il tarixli, 2-1(102)-1362/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması və təkrar müayinədən keçməkdən yayınaraq xx.xx.2020-xx.xx.2020 tarixlərdə heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması olmuşdur. Əmr verilərkən əsas olaraq xx.xx.2020-ci il tarixdə Nazirliyin Tibb Xidmətinin Tibb Mərkəzində tibbi müayinə zamanı iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsinin aşkarlanması və Azərbay can Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində təkrar tibbi müayinədən keçməkdən yayınaraq 8 dekabr tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması təşkil etmişdir.

17. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının işə çıxmadığı müddətlə bağlı tibbi şuranın xx.xx.2020-ci il tarixli, 4 nömrəli protokoluna əsasən iddiaçıya verilən əmək qabiliyyətinin olmaması vərəqəsinin əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə sahə həkimi terapevt Rəna Qasımova FHN-nin əməkdaşı olan iddiaçıya “Lyumbaqo” diaqnozu ilə xəstəlik vərəqəsi açmış, lakin təlimat üzrə diaqnoza uyğun müayinələrin aparılmadığı məlum olmuş, ona töhmət verilməsi və xəstəlik vərəqəsinin ləğv edilməsi qərara alınmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi hər bir halda xx.xx.2020-xx.xx.2020 tarixləri arasında bülletenin qüvvədə olması faktını nəzərə almamışdır.

18. Bundan başqa, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydaları”na istinad edərək əlavə olaraq qeyd etmişdir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş pro sedurlara riayət etməklə aparılmalıdır.

19. Həmçinin qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, mübahisə olunan dövrdə şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssisələrin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırkı işin ha lları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisələndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə - şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəbulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər. Həmçinin qeyd edilməlidir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı həm də mötəbər və aidiyyəti sübutlarla təsdiq edilməlidir. Yalnız bu qaydada təsdiq olunmuş fakt qulluqdan xaric edilmə barədə inzibati aktın maddi və hüquqi əsasını təşkil edə bilər. Bunun üçün isə sözügedən mötəbər və aidiyyəti sübutlara dair qanunvericilikdəki tənzimləmənin hansı qaydada aparıldığına diqqət yetirilməlidir. Apellyasiya instansiyası məhkəməsi Nazirliyi Tibb Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli iddiaçının sidiyində ona məxsus nümunənin narkotestlərin təyini üzrə analizini mötəbər və aidiyyəti sübut kimi qəbul etmiş, narkotik vasitədən istifadə faktını təsdiq edən sənədin rəy olmadığını, eləcə də onun ekspert-kimyaçı tərəfindən tərtib olunduğunu müvafiq qaydada müzakirə etməmiş və qiymətləndirməmişdir. Odur ki, təkrar apellyasiya baxışı zamanı bu məsələnin də hərtərəfli araşdırılması və qiymətləndirilməsi təmin edilməlidir. apellyasiya ins tansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, İkram Şirinov və Mirzə Tağızadə) 23 yanvar 2024-cü il tarixli, 2-1(103)-388/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli, 0070/Ş nömrəli əmri ləğv edilmiş, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxma üçün əməkhaqqının ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işin hazırkı apellyasiya icraatı zamanı Ali Məhkəmənin hüquqi göstərişlərini nəz ərə alan məhkəmə kollegiyası bu halla bağlı müvafiq araşdırma aparmışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələr İdarəetmə Birliyinin 19 nömrəli şəhər poliklinikası tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Böyrək sancısı. Lyumbaqo” diaqnozu ilə SN 00006 981120 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış və xx.xx.2020-ci il tarixində göstərilən xəstəlik vərəqəsi bağlanılaraq, xx.xx.2020-ci il tarixindən işə yazılmışdır. Məlumat olaraq bildirilir ki, iddiaçının göstərilən tarixdəki əmək qabiliyyətinin olmaması vərəqəsi əsaslı olduğu üçün ləğv edilməmişdir. Digər tərəfdən, işin birinci instansiya icraatı zamanı Tibbi Ərazi Bölmələr İdarəetmə Birliyinin Bakı Baş S əhiyyə Mərkəzi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda isə Tibbi Şuranın xx.xx.2020-ci il tarixli, 4 nömrəli protokoluna əsasən iddiaçıya verilən əmək qabiliyyətinin olmaması vərəqəsinin əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edildiyi öz əksini tapmışdır. Göründüyü kimi xx.xx.2020-xx.xx.2020 tarixləri arasında bülletenin qüvvədə olubolmaması ilə bağlı ziddiyyətlər mövcud olmuş, lakin cavabdeh orqan tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş və birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu ilə bağlı qeyd etmişdir ki, göst ərilən fakt qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydaları”na əsasən şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Tibbi yoxlama aparılarkən həkimməsləhət komissiyasının üzvlər i yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkimnarkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur. 23. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsinin icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (t ibbi yoxlamadan) keçməsi Qaydası” təsdiq olunmuşdur. Həmin Qaydaların 5-6-cı bəndlərində təsbit edilmişdir ki, dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.

24. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhk əmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən keçirilmiş məhkəmə tibbi ekspertizanın nəticəsinə əsasən də iddiaçıdan götürülmüş nümunələrdə narkotik vasitə aşkar edilməmişdir. Beləliklə, cavabdehin xx.xx.2021-ci il tarixli, 0070/Ş nömrəli əmrinin qəbul edilməsinə əsas olmuş halların mövcudluğu iş materialları ilə müəyyən edilmir. Mübahisələndirilən inzibati aktı qəbul edərkən cavabdeh inzibati orqan tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri gözlənilməmişdir.

25. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

26. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının dəlilləri t əşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.3. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Maddə 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə;. Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə; Maddə 31.5. Bu Qanunun 31.1.8-c i maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Maddə 33.1. Fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə; Maddə 33.3. Bu Qanunun 33.1.2-33.1.12-ci maddələrində göstərilən əsaslara görə fövqəladə hallar orqanları əməkdaşlarının xidmət keçməsinə xitam verilməsi fövqəladə hallar orqanı rəhbərinin təşəbbüsü ilə həyata keçirilir.

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: b) alkoqollu içkilər, narkoti k vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması. 30. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. Narkoloji xidmət – insan psixikasına təsir göstərən maddələrdən suiistifadə etmə hallarının, habelə narkoloji xəstəliklərin qarşısının alınmasına yönəldilmiş tibbi (narkoloji yardım) və sosial tədbirlərin məcmusudur. Maddə 1.0.4. Narkoloji xəstə – insan psixikasına təsir göstərən maddələrin suiistifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alk oqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir. Maddə 1.0.11. Narkoloji tibb müəssisəsi – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir. Maddə 1.0.12. Həkim-narkoloq – narkoloji xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərmək üçün müvafiq ixtisasa malik olan şəxsdir. Maddə 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. Maddə 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqno zu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narkoloji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. Maddə 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. Maddə 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Maddə 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etmə si müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına verilməlidir. Maddə 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüq uqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. Maddə 14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir. Maddə 24.3 (Mübahisəli əmrin qəbul edildiyi tarixdə qüvvədə olan redaksiyada). Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayi nədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 26 noyabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”

1. Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir.

2. Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir.

3. Tibbi yoxlama təhqiqat, istinta q orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir.

21. Tibbi yoxlamanın nəticəsi tibbi-məsləhət komissiyasının rəyi şəklində tərtib olunur.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”

1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ild ə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər.

2. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır.

3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır.

5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır.

6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haq qında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti” İ. Peşə növlərinin və vəzifələrin Siyahısı

10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr.

13. Qazxilasetmə xidmətinin, açıq qaz və neft fəvvarələrinin qarşısının alınması və aradan qaldırılması üzrə dağxilasetmə komandalarının, yanğı ndan mühafizə xidmətinin bütün növ peşə və vəzifələri. İİ. Məhdudiyyətin müddəti Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər. 34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bil məz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunl arı ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazı mi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmad ığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olu nur.

41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxma dövrü ilə əlaqədar əməkhaqqının ödənilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellya siya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

43. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə xüsusilə İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Həmin normaya görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

44. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı barəsində mübahisəl əndirilən əmrin qəbul olunması üzrə inzibati icraat cavabdehin həmin qərarının mahiyyətinə təsir edən əhəmiyyətli pozuntularla müşayiət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydaları”na əsasən, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qayda və prosedurlara uyğun olaraq müəyyən edilməlidir. Bununla bağlı qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, dövlət qulluğunda çalışan şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edə n digər maddələrin qəbulu faktının müəyyən olunmasına yönəlik tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər və yalnız bu qaydada aparılmış tibbi müayinənin nəticələri həmin şəxs barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbehi tədbirinin əsası qismində çıxış edə bilər. Hazırkı işin halları baxımından mübahisələndirilən əmrin qəbulu üzrə icraat zamanı istinad olunan normalara və tələblərə riayət edilmədiyi müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, həmin norma və tələblərə əməl olunmasını təmin etmək cavabdehin məsuliyyət sferasına aiddir. Cavabdeh tərəfindən həmin qayda və prosedurlara əməl olunduğunu təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir.

45. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblə rdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

46. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2-1(103)-388/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar