Məhkəmə qərarları › İş №2-1(102)-1455/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1455/2020

01.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1455/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə (üçüncü şəxs Müdafiə Nazirliyi, “Region” X2 iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: əmrlərin ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi bbb, üçüncü şəxs Müdafiə Nazirliyinin nümayəndəsi dddvə onların vəkili Fəxrəddin Səfərovun iştirakı ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə (üçüncü şəxs Müdafiə Nazirliyi, “Region” X2 iştirakı ilə) qarşı əmrlərin ləğv edilmə si tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İKnın xx xxxx 2020-ci il tarixli, 2-1(103)-675/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Region” X2 rəisi vəzifəsini icra edən polkovnik-leytenant aaa tərəfindən şiddətli töhmət verilməsi barədə xx xxx 2019-cu il tarixli 30 nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri general-mayor fff tərəfindən şiddətli töhmət verilməsi barədə xx xxx 2019-cu il tarixli 15 nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Mü dafiə Nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək iddiaçıya 2-ci məharət dərəcəsi təyin olunması haqqında xx xxxx 2019-cu il tarixli müvafiq nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixinədək peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 30 faizi həcmində aldığı əlavənin xx.xx.2019-cu il tarixindən bərpa edilərək verilməsini təmin etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4137/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iş üzrə iddia tələbi “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Region” X2 rəisi vəzifəsini icra edən polkovnik-leytenant aaa tərəfindən şiddətli töhmətin verilməsi barədə xx.xx.2019-cu il tarixli 30 nömrəli əmrin ləğv edilməsini, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri general mayor fff tərəfindən şiddətli töhmətin verilməsi barədə xx.xx.2019-cu il tarixli 15 nömrəli əmrin ləğv edilməsini, xx.xx.2019-cu il tarixinədək peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 30 faizi həcmində aldığı əlavənin xx.xx.2019-cu il tarixindən bərpa edilər ək verilməsini təmin etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” kimi icraata qəbul edilməsi, və iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh xx hərbi hissə (Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi) ilə əvəz edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi və “Region” X3 inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4137/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərardadı ilə iddianın mümkün sayılmamasıqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xah iş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-675/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4137/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,o, kəşfiyyatçıdır və baş zabitdir. Onu heç kim saxta və köhnə tarixli sənədlərə imza etdirə bilməz. Onun xidmətdə olduğu müddətdə 08 may və xx xxx 2019-cu il tarixlərində onunla şiddətli töhmət almağıyla bağlı heç bir söhbət aparılmamış və tan ış olma vərəqəsinə imza etdirilməmişdir. Məhkəməyə təqdim olunan və «Tanış olma vərəqəsi» adlanan kağız parçasında olan imzalar ona məxsus deyil. Kimsə tərəfindən edilmiş saxta imzalardır. Həmçinin, həmin imzaların hansı məqsədlər üçün edilməsi də aydın deyil və yazılmamışdır. Tamamilə quraşdırılmış saxta sənəddir. Ona görə də sübut kimi qəbul oluna bilməz və heç bir hüquqi qüvvəsi yoxdur. Lakin məhkəmələr sonradan imzalanıb-quraşdırılmış həmin saxta kağız parçasını qanunsuz və əsassız olaraq yazılı sübut kimi qəbul etmişdir. Bu hal da qanunla yol verilməzdir. O, xidmət etdiyi 18 il 03 ay müddətində heç bir vaxt intizam qaydalarını pozmamışdır və heç bir intizam cəzası almamışdır. Xidmət etdiyi N saylı hərbi hissədə son N il müddətində leytenant rütbəsindən mayor rütbəsinə kimi yüksəlmişdi r. Dəfələrlə xidməti ilə bağlı mükafatlar almışdır. Belə ki, 2012-ci ilin iyun ayında Ali Baş Komandan tərəfindən döyüş tapşırıqlarını yerinə yetirməyə və yüksək nəticələrə görə «Hərbi xidmətdə fərqlənmə» medalı ilə təltif olunmuşdur. 2008-ci ildə «Silahlı Qüvvələrin 90 illiyi» medalı ilə, 2012-ci ildə «Qüsursuz hərbi xidmətlər» medalı ilə, 2016-cı ildə «Silahlı Qüvvələrin 95 illiyi» medalı ilə, 2017-ci ildə «Qüsursuz hərbi xidmətlər» medalı ilə, 2018-ci ildə isə «Azərbaycan Ordusunun 100 illiyi» Yubileyi medalı ilə təltif olunmuşdur. Həmçinin, 2018-ci ilin avqust ayında «Qara kəmər» idman ustası dərəcəsinə layiq görülmüşdür. Əlavə olaraq, 2019-cu ilin ilk N ayı ərzində hərbi hissənin döyüş hazırlığının yüksəldilməsinə görə 2 dəfə təşəkkür ilə təltif olunmuşdur. Hazırda, Azərbaycan Respubl ikasının Ərazi Bütövlüyünün Müdafiəsi ilə əlaqədar 2 (ikinci) dərəcəli müharibə əlilidir və Prezident təqaüdçüsüdür. Qeyd edir ki, «Peşəkarlığına və Xidmətdə fərqlənməyinə görə 2008-ci ilin iyun ayından başlayaraq 2019-cu ilin iyul ayına kimi vəzifə maaşının 30%-i miqdarında hər ay əlavə əmək haqqı ilə» təmin olunmuşam. Çünki o, Müdafiə nazirinin müvafiq nömrəli əmri ilə «Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin» subyektidir. Həmçinin, «Kəşfiyyat və Əkskəşfiyyat Fəaliyyətinin» subyekti olaraq, Ordu sıralarında tərxis olunmuşdur və bu gün də «Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyətinin» subyekti statusunu daşıyır. Bu barədə hərbi biletində də müvafıq qeydiyyatlar aparılmışdır. «Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti haqqında» Qanunun 20.4-cü maddəsinə əsasən Kəşfiyyat və Əks-kəşfıyyat Fəaliyyət i subyektinin rəhbəri həmin subyektin əməkdaşına peşəkarlığa, mühüm vəzifələrin yerinə yetirməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50%-dən çox olmamaqla təyin edə bilər. Lakin həmin «Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunda və onun 20.4-cü maddəsində yazılmamışdır ki, Kəşfiyyat və Əks-kəşfıyyat fəaliyyətinin subyektinin rəhbəri həmin subyektin əməkdaşının peşəkarlığa, mühüm vəzifələrin yerinə yetirməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50%-dən çox olmamaqla təyin etdiyi əmək haqqı subyektin rəhbərinə verilmiş diskresion səlahiyyətidir. Bu səlahiyyət «Kəşfiyyat və Əks-kəşfiyyat Fəaliyyəti» subyektinin rəhbərinə, yalnız vəzifə maaşının 50%-dən çox olmamaqla təyin etməsi hüququnu vermişdir. Eyni zamanda onun peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yer inə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 30 faizi həcmində 11 (on bir) il müddətində aldığı əlavənin dayandırılması tam qanunsuz və əsassızdır. Buna baxmayaraq, məhkəmələr qanunsuz, əsassız və son dərəcə ədalətsiz olaraq cavabdehlərə diskresion səlahiyyət verilməsi kimi qiymətləndirmişdir. Halbuki, peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 30 faizi həcmində 11 (on bir) il müddətində əmək haqqına aldığı əlavə qanunun tələbidir. Bu cavabdehlərə verilən diskresion səlahiyyət deyildir. Məhkəmələr işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırmaq əvəzinə, cavabdeh tərəfin təsiri altında olmuş, qanunla onlara verilən səlahiyyətlərdən istifadə etməmişlər. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasa siya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(103)-675/2020 nömrəli qərardadının ləğv edilməsini, İddiaçı iddiasının mümkün sayılması barədə qərarın qəbul edilməsini, əks təqdirdə hazırkı inzibati işin mahiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, xx xxxx 202 0-ci il tarixli, 2-1(103)-675/2020 nömrəli qərardadının ləğv edilməsini, İddiaçı iddiasının mümkün sayılması barədə qərarın qəbul edilməsini, əks təqdirdə hazırkı inzibati işin mahiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, xx xxxx 2020-ci il tarixli, 2-1(103)-675/2020 nömrəli qərardadının ləğv edilməsini, İddiaçı iddiasının mümkün sayılması barədə qərarın qəbul edilməsini, əks təqdirdə hazırkı inzibati işin mahiyyəti üzrə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsi barədə qərarın qəbul edilməsiniAl i Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin vəkili F.Səfərov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Şirəliyev və üçüncü şəxsin nümayəndəsi E.Şərifov vəkilləri F.Səfərovunçıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tari xli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs “Region” X2 nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin və üçüncü şəxsin nümayəndə və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixliqərardadı dəyişdiril mədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməmə sini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(103)-675/2020 saylı qərardadla, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4137/2019 saylı qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 2.2.1, 24.1, 32.1, 35.1, 35.3, 38.1-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 67.12-ci maddəsinə, «Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında» Qanunun 20.4-cü maddəsinə istinad edərək belə hesab etmişdir ki, iddianın mümkün sayılmaması üçün qanuni əsaslar mövcuddur. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respubl ikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi «Region» X2 rəisi vəzifəsini icra edən polkovnik-leytenant aaa tərəfindən şiddətli töhmət verilməsi barədə xx xxx 2019-cu il tarixli 30 nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri general-mayor fff tərəfindən şiddətli töhmət verilməsi barədə xx xxx 2019cu il tarixli 15 nömrəli əmrin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 1-ci müavini, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tərəfindən verilmiş 1-ci məharət (kəşfiyyat ixtisası üzrə) dərəcəsinin aşağı endirilərək iddiaçıya 2-ci məharət dərəcəsi təyin olunması haqqında xx xxxx 2019-cu il tarixli müvafiq nömrəli əmrinin ləğv edilməsi, x x xxxx 2019-cu il tarixinədək peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 30 faizi həcmində aldığı əlavənin xx xxxx 2019-cu il tarixindən bərpa edilərək verilməsini təmin etmək vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının kasasiya şikayətindən göründüyü kimi, kasasiya şikayətinin əksər hissəsi həmin iddia üzrə qəbul edilmiş qərardadların və qərardadlarda, o cümlədən apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadında təsvir edilənlərə, həmçinin bir sıra prosessual və maddi hüquq normalarının mətnlərinin sadəcə olaraq sadalanmasına həsr edilmiş, sözügedən hüquq normalarının işin halları ilə nə kimi səbəbli hüqu qi əlaqəsinin olması və əsaslandırılması konkret şəkildə göstərilməmişdir ki, bu da, qeyd edilmiş yazıların deklarativ və formal xarakter daşımaqla, əslində dəlillər olmadığına dəlalət edir. İddiaçı kasasiya şikayətində göstərir ki, «Tanış olma vərəqəsi» adlanan kağız parçasında olan imzalar ona məxsus deyil, kimsə tərəfindən edilmiş saxta imzalardır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, hər hansı bir mötəbər sübutla (ekspertiza rəyi, digər sənədlər) təsdiq olunmur. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı bu məsələ ilə əlaqədar nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsində ekspertiza rəyi təyin edilməsi barədə vəsatət irəli sürməmişdir. İddiaçı həmçinin kasasiya şikayətində göstərir ki, məhkəmələr işin materiallarını tam, hər tərəfli və obyektiv araşdırmaq əvəzinə, cavabdeh tərəfin təsiri altında olmuş, qanunla onlara verilən səlahiyyətlərdən istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassız olmaqla və hər hansı mötəbər sübutla təsdiq olunmamaqla, sadəcə formal və ümumi xarakter daşıyır. Belə ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən prosessual və maddi hüquq normalarının pozulmasına yol verməmiş və hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qa ydasında baxılır. Həmin Məcəllənin 32.1.-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olmasını şərtləndirilən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən təqdim olunan sənədlərdən görünür ki, iddiaçının əmrlərdən xəbəri olmuşdur. İddiaçı qeyd olunan əmrlərdən qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibat i aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı «Region X3»nin rəisi tərəfindən Azərbaycan Respublikası Silahlı X1 76-cı maddəsinin «v» bəndinin tələblərini (məzuniyyətdə olarkən baş vermiş hadisə barəsində məruzə etmədiyinə görə) pozduğuna görə xx xxx 2019-cu il tarixdə və N nömrəli hərbi hissə komandiri tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərini pozduğuna görə xx xxx 2019-cu il tarixdə şiddətli töhmət əmrləri verilmiş, İddiaçı həmin əmrlərlə müvafiq olaraq xx xxx 2019-cu il və xx xxx 2019-cu il tarixlərdə tanış olmuş və onun iddia ərizəsi xx xxxxxxxx 2019-cu il tarixdə məhkəməyə təqdim olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan əmrlərin məhkəmə qaydasında mübahisələndirilməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti ötürülmüşdür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqan ın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər – tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi mümkün sayıla bilməz. Kəşfiyyat fəaliyyəti əməkdaşı kimi pul əlavəsinin xx xxxx 2019-cu il tarixdən ödənilməsi barədə tələbinə dair isə apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun 20.4-cü maddəsinə əsasən Müdafiə Nazirliyinin rəhbəri əməkdaşların peşəkarlığa, mühüm vəzifə və tapşırıqların yerinə yetirilməsinə, xidmətdə fərqlənməyə görə vəzifə maaşının 50 faizindən çox olmamaqla əlavə təyin edə bilər. Qanunun müddəasından görünür ki, Müdafiə Nazi rliyinə diskresion səlahiyyət verilmişdir. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini düzgün, mütənasiblik prinsipinə müvafiq olaraq yerinə yetirilibyetirilmədiyini yoxlayır və iddiaçının əlavələri tələb etmək hüququ o zaman olardı ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada verilməsi nəzərdə tutulsun. Hazırkı vəziyyətdə isə dövlət orqanının mülahizəsindən asılı olaraq verilən pul mükafatına münasibətdə nəzərə alınmalıdır ki, hərbi qulluqçuya həmin əlavəyə layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2020-ci il tarix li qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 21(103)-675/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar