Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1455/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi, iddianın mümkünlüyü) 16.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1987-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 2-1(103)-1889/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 10 sentyabr 2014-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən ünvan 1 ünvanında yerləşən 3247,5 kv.m ümumi, 1844,0 kv.m yaşayış sahəsindən ibarət 60 mənzilli 5 mərtəbəli yaşayış binası X4 tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə bağışlanmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyətinin 11 sentyabr 2014-cü il tarixli, 434 nömrəli sərəncamında qeyd edilmişdir ki, X4 ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək öz şəxsi vəsaiti hesabına inşa etdiyi yaşayış binasında yerləşən mənzilləri valideynlərini itirmiş və imkansız ailələrə payladığını nəzərə alaraq qeyd edilən yaşayış binasının balansa qəbul edilməsini xahiş etmiş, 10 sentyabr 2014-cü il tarixdə not ariat qaydasında təsdiq edilməklə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinə bağışlanmışdır. Göstərilənlər nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən 3247,5 kv.m ümumi, 1844,0 kv.m yaşayış sahəsindən ibarət 60 mənzilli 5 mərtəbəli bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir.
3. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 23 sentyabr 2014cü il tarixli, 83 nömrəli sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən 3247,5 kv.m ümumi, 1844,0 kv.m yaşayış sahəsindən ibarət 60 mənzilli 5 mərtəbəli bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Bir liyinin balansına qəbul edilmiş və istismar edilməsi üçün həmin Birliyin 28 saylı MənzilKommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir.
4. SOCAR-ın cavabdehə ünvanladığı 26 noyabr 2015-ci il tarixli, SOCAR/151000/xx-xx-000021 nömrəli məktubunda qeyd edilmişdir ki, mənzilə ciddi ehtiyacı olan aztəminatlı ailələr, həmçinin valideyn himayəsindən məhrum olmuş və uşaq evində yaşamış gənclərin sosial şəraitlərinin yaxşılaşdırılması məqsədilə X6 ilə SOCAR birgə layihə həyata keçirmişdir. Layihə çərçivəsində valideyn himayəsindən məhrum olmuş və uşaq evində yaşamış bir qrup gənc SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində peşə təhsili alaraq SOCAR-ın idarə və müəssisələrində müvafiq işlə və X3 təşəbbüsü ilə Nizami rayonu ərazisində tikilmiş yaşayış binasında yeni mənzillərlə təmin olunmuşlar. Bu binada mənzillə təmin olunan aztəminatlı ailələrin və uşaq evində böyümüş gənclərin pasport qeydiyyatına düşə bilməmələri onların bir sıra çətinliklərlə qarşılaşmalarına səbəb olur. Qeyd olunanları nəzərə alaraq həmin şəxslərlə sosial kirayə müqaviləsinin (mənzillərin özəlləşdirilməməsi şərtilə) bağlanmasına və onların qeydiyyat məsələsinin həllinə köməklik göstərilməsi xahiş olunmuşdur. Həmin məktuba əlavə edilmiş siyahıda iddiaçı 13-cü sırada qeyd edilmişdir.
5. Bakı şəhəri Cavabdeh 28 aprel 2016-cı il tarixli, 50 nömrəli sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daxil olmuş 26 noyabr 2015-ci il tarixli SOCAR/15-1000/xx-xx-000021 nömrəli məktubu əsas götürülmüşdür. Sərəncamın 2.13-cü bəndinə əsasən ünvan 2 ünvanı, blok A, mərtəbə 3, sahəsi 40,9 kv.m olan 1 otaqlı 13 saylı mənzilin kirayə müqaviləsi 2 nəfər ailə tərkibi ilə (özü, 1966-cı il təvəllüdlü anası X1) iddiaçının adına kirayə müqaviləsi (mənzillərin özəlləşdirilməməsi şərtilə) bağlanılmış və o, qeyd edilən mənzilin kirayəçisi hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 21 oktyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən 13 saylı mənzilə, 28 aprel 2016-cı ildə onun adına verilmiş 50 saylı sərəncamın ləğv edilməsini barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində 26 sentyabr 20 13-cü il tarixində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində yaşamış gənclərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə Nizami rayonu, ünvan 4 ünvanında tikilmiş yaşayış binası istifadəyə verilmişdir. O da həmin binada 13 nömrəli mənzillə təmin olunmuşdur. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2014-cü il tarixli, 434 saylı sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Onlara verilən mənzillərə aid heç bir sənəd verilməmişdir. Onların şəxsiyyətini təsdiq edən sənədlərində qeydiyyat ünvanları oxuduql arı internat məktəblərinə olmuşdur. Onun üçün onlara verilən mənzillərə qeydiyyata düşmək istəmişlər. Lakin yaşadıqları mənzilin ona aid olduğuna dair heç bir sənəd olmamışdır. Cavabdehə müraciət etmişlər, cavabdeh 28 aprel 2016-cı ildə onlara 50 nömrəli sərəncam təqdim etmişdir. Həmin sərəncamla qeydiyyata düşmüşlər. Lakin qeydiyyat məsələsi ASAN xidmət idarələrinə verildikdən sonra, yerdə qalan sakinlər qeydiyyata düşə bilməmişlər. Səbəbini öyrəndikdə isə həmin sərəncamın heç bir qanuni əsası olmadığını bildirmişlər. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 83 nömrəli sərəncamına əsasən, ünvan 5 ünvanında yerləşən 60 mənzildən ibarət beşmərtəbəli yaşayış binası xüsusi mülkiyyət kimi vətəndaş X2 adına daşınmaz əmlakın dövl ət reyestrində hüquqi qeydiyyata alınmışdır. F.B.Əliyev şəxsi vəsaiti hesabına inşa etdiyi yaşayış binasında yerləşən mənzilləri valideynlərini itirmiş və imkansız ailələrə payladığını bildirmişdir. 10 sentyabr 2014-cü il tarixdə notariat qaydasında təsdiq edilməklə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinə bağışlanmışdır. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona verilən kirayə müqaviləsi qanunsuzdur. Mənzilin ona kirayə müqaviləsi kimi verilməsi ilə bağlı heç bir əsas yoxdur. Mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etdikləri dövlət orqanlarının imtinası qanunsuzdur.
8. Cavabdeh iddia ərizəsinə yazılı münasibətində göstərmişdir ki, Nizami rayonu, ünvan 6 ünvanında tikilmiş yaşayış binası X6 ilə Azərbaycan Respublikas ı Dövlət Neft Şirkətinin (SOCAR) birgə həyata keçirdiyi layihə çərçivəsində inşa edilmişdir. Bina istismara verildikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 26 noyabr 2015-ci il tarixli, SOCAR/15-1000/xx-xx-000021 saylı məktubu və ona əlavə edilmiş siyahını cavabdehə ünvanlayaraq siyahıda göstərilən şəxslərlə sosial kirayə müqaviləsinin bağlanmasını (mənzillərin özəlləşdirilməməsi şərtilə) xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2.2, 59.1, 62.2-ci maddələrinin tələblərini əsas tutaraq, Dövlət Neft Şirkətinin 26 noyabr 2015-ci il tarixli, SOCAR/15-1000/xx-xx000021 saylı məktubunu və ona əlavə edilmiş siyahını nəzərə alaraq göstərilən şəxslərlə sosial kirayə müqaviləsinin bağlanması barədə 28 aprel 2016-cı il tarixli, 50 nömrəli sərəncam vermişdir.
9. Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli, 2-1(112)-3283/2022 nömrəli qərardadı (hakim G.A.Sevdimalıyeva) ilə iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddianın qaldırılmasında məqsəd mənzilin mülkiyyətə verilməsidir. Qeyd edilən mənzil sosial təyinatlı dövlət mənzil fonduna aid olan mənzildir. Həmin mənzillərin özəlləşdirilməsi (mülkiyyətə verilməsi) hüququ qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının mübahisələndirdiyi sərəncam qanuni əlverişli inzibati akt olmaqla dövlətin sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə himayə göstərməsindən irəli gələn pozitiv öhdəliyinin icrasıdır. Dövlətin həmin pozitiv öhdəliyi hansı şəkildə icra etməli olması isə qanunda qeyd edilən şəkildə (sosial kirayə müqavilə sinin bağlanması ilə) nəzərdə tutulmuşdur. Bununla belə, xeyrinə qanuni əlverişli inzibati akt qəbul edilmiş maraqlı şəxsin təşəbbüsü ilə onun ləğv edilməsi hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu, hüquqi dövlətin ümumi prinsipləri və qanunçuluq prinsipindən irəli gəlir. İddiaçının həmin sərəncamın mübahisələndirməyə subyektiv hüququ yoxdur. Digər tərəfdən belə hüquqi imkan mövcud olmuş olsa belə, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər ötürülmüşdür.
11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 2-1(103)-1889/2022 nömrəli qərardadı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəç i/, C.A.Yusifov və A.P.Oruczadə) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 mart 2022-ci il tarixli, 2-1(112)-3283/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində mövqeyini X2 müvafiq mənzillərin internat məktəbi oxumuş ailələrə verilməsi şərtlilə təmənnasız olaraq Bakı şəhəri İcra Hakimiyyətinə bağışlaması ilə əsaslandırır. Dövlət mənzil fonduna daxil olan mənzillərin ehtiyacı olan şəxslərə verilməsinin realizə üsulu kimi həmin şəxslərlə sosial kirayə müqaviləsinin bağlanması qaydası müəyyən edilmişdir. F.B.Əliyev tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə bağışlanma əsasında, müvafiq mənzillər qanunla müəyyən edilmiş qaydada dövlət mənzil fonduna qəbul edilərək Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, sonuncunun sərəncamı əsasında isə Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına daxil edilmişdir. İddiaçının hazırda mübahisələndirdiyi cavabdehin 50 nömrəli sərəncamından isə müvafiq mənzillər icra orqanı tərəfindən qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində, hazırki halda ehtiyacı olan şəxslərlə, həmçinin iddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmaqla, əvəzsiz istifadəyə verilmişdir. İddiaçının mübahisələndirdiyi sərəncam icra orqanı tərəfindən qanunla müəyyən edilmiş səlahiyyəti çərçivəsində qəbul edilmiş, iddiaçının hər hansı hüquq və maraqlarını pozmayan, əksinə mənzil şəraitini yaxşılaşdıran qanuni əlverişli inzibati aktdı r. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkd ən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı qeyd edir ki, sərəncamın ləğv edilməsində məqsəd mənzilin mülkiyyətə keçirilməsi deyildir. Mənzilin əvəzsiz istifadəyə verilməsinə əsas olan hal X2 müvafiq mənzillərin internat məktəbi oxumuş ailələrə verilməsi üçün tə mənnasız olaraq Bakı şəhəri İcra Hakimiyyətinə bağışlamasıdır. Birinci və apellyasiya instansiya məhkəmələri cavabdehin 28 aprel 2016-cı tarixli 50 saylı sərəncamını əlverişli inzibati akt hesab edərək, iddianın qeyri-mümkün hesab edilməsi qənaətinə gəlsələr də, iddiaçı sərəncamda qeyd olunan mənzilin əvəzsiz istifadəyə verilməsi hissəsində deyil, müvafiq mənzillərin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 26 noyabr 2015-ci il tarixli Socar/151000/xx-xx-000021 saylı məktubu əsas götürülməsinin qeyd edilməsi hissəsində iddiaçı üçün əlverişsiz inzibati akt hesab edilir. İddiaçı cavabdehin 28 aprel 2016-cı il tarixli 50 saylı sərəncamı ilə əvəzsiz istifadəsinə verilmiş mənzillə bağlı, sərəncamın Dövlət Neft Şirkətinin məktubu əsasında ayrılması hissəsində, hüquqlarının pozulduğunu iddi a edərək, sərəncamı mübahisələndirməkdə subyektiv hüquqa malik olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanıl masını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.... 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hə rəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alı nmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin ic rası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstəril məli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə b ilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hü quq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalar ını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
24. İşdə olan sənədlərə əsasən, X4 mülkiyyətində olan 60 mənzili 10 sentyabr 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında Bakı şəhər İcra Hakimiyyətinə hədiyyə etmiş, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli sərəncamına əsasən F.Əliyev tərəfindən ona hədiyyə edilən 60 mənzilli 5 mərtəbəli bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmiş, bina istismara verildikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 26 noyabr 2015-ci il tarixli məktubu və ona əlavə edilmiş siyahını Cavabdehnə ünvanlayaraq binada mənz illə təmin olunan şəxslərin qeydiyyata düşə bilməmələrinin onların bir sıra çətinliklərlə qarşılanmalarına səbəb olduğunu bildirmiş və siyahıda göstərilən şəxslərlə sosial-kirayə müqaviləsinin bağlanmasını (mənzillərin özəlləşdirilməməsi şərtilə) xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2.2, 59.1, 62.2-ci maddələrinin tələblərini əsas tutaraq və Dövlət Neft Şirkətinin 26 noyabr 2015-ci il tarixli, SOCAR/15-1000/xx-xx-000021 saylı məktubunu və ona əlavə edilmiş siyahını nəzərə alaraq göstərilən şəxslərlə sosial-kirayə müqaviləsinin bağlanması barədə 28 aprel 2016cı il tarixli, 50 nömrəli sərəncam vermiş, iddiaçının adı sərəncamda qeyd edilmiş, 10 avqust 2016-cı il tarixdə sosial-kirayə müqaviləsi əsasında ona verilmiş mənzilə qeydiyyata alınmışdır.
25. İddiaçı mənzilin sosial kirayə müqaviləsi əsasında onun istifadəsinə verilməsini nəzərdə tutan cavabdehin xx.xx.2016-cı il tarixli 50 nömrəli sərəncamının ləğv edilməsi tələbini irəli sürərək, mənzilin xüsusi mülkiyyətinə verilməli olmasını iddia edir və mövqeyini X2 müvafiq mənzillərin İnternat məktəbi oxumuş ailələrə verilməsi şərtlilə təmənnasız olaraq Bakı şəhəri İcra Hakimiyyətinə bağışlaması ilə əsaslandırır. 26. 60 mənzilli binada olan iddiaçının yaşadığı mənzilin onun mülkiyyətinə verilməsinə dair hər hansı qərar qəbul edilməmişdir. İddiaçının mübahisə açdığı 28 aprel 2016-cı il tarixli sərəncamın onun qanunla qorunan hansı hüququna müdaxilə təşkil etməsi işin halları ilə sübuta yetmir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.
28. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının p ublik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
29. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”
31. İddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə sübuta yetməmişdir.
32. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.1 0, 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1889/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.