Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1456/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli pensiya, pensiyanın birdəfəlik ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)644/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra iddiaçı) xx.xx.1961-ci təvəllüdlüdür.
2. İddiaçıya məxsus Б seriyalı xxxx nömrəli diploma əsasən o, xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi Sumqayıt şəhəri 49 saylı Orta Texniki Peşə məktəbində “Qara metalların istehsalında nəzarətçi” ixtisası üzrə peşə təhsili almışdır.
3. İd diaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək Sovet ordusunda xidmət etmişdir. (H3 seriyalı, ******* nömrəli hərbi bilet)
4. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasına əsasən o, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə qədər Qutu-qablaşdırma sexinin qutu bölməsinə ikinci dərəcəli qutuyığan, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər Mexaniki alət sexinin alət bölməsinə ikinci dərəcəli tornaçı olaraq işləmişdir. xx.xx.1984-cü ildə Cənub rayon dəniz neft-qaz donanması idarəsinə məxsus “Hövsan” gəmisinə matros şagirdi, xx.xx.1993-cü ildə PS-158 gəmisinə birinci dərəcəli matros, xx.xx.1998-ci ildə Orion-27 gəmisinə kapitanın böyük köməkçisi təyin edilmişdir.
5. Azərbaycan Respublikası “xxxx” QSC Xəzər Dəniz Neft Donanmasının EN01/02229 saylı xx.xx.2019-cu il tarixli arxiv ar ayışına əsasən, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1984-cü ildə Cənub Rayon Dəniz Neft Donanma İdarəsinin t/x “Hovsan” gəmisinə şagird matros peşəsinə (xx.xx.1984-cü il tarixli 184-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1984-cü ildə t/x “Hövsan” gəmisinə 2-ci dərəcəli matros peşəsinə (10711.1984-cü il tarixli 239-k nömrəli əmr), xx.xx.1985-ci ildə t/x “Hövsan” gəmisinə 1-ci dərəcəli matros (0104.1985-ci il tarixli 67-k nömrəli əmr), xx.xx.1993-cü ildə “PS-158” gəmisinə 1-ci dərəcəli matros (xx.xx.1993-cü il tarixli 58-k nömrəli əmr), xx.xx.1998-ci ildə “Orion-27 ” gəmisinə kapitanın böyük köməkçisi (xx.xx.1998-ci il tarixli 124-k nömrəli əmr), xx.xx.1999-cu ildə “Orion-4” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (xx.xx.1999-cu il tarixi 48-k nömrəli əmr) keçirilmi şdir. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cı maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2003-cü i tarixli 100-k nömrəli əmr) işdən azad edilmişdir. xx.xx.2004-cü ildə “Orion-23” gəmisinə kapitan vəzifəsinə (xx.xx.2004-cü il tarixli 12-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.2004-cü ildə “Orion-4” gəmisinə kapitanın böyük köməkçisi (xx.xx.2004-cü il tarixli 117-k nömrəli əmr), xx.xx.2007-ci ildə “Orion-4” gəmisinə kapitan (xx.xx.2007-ci il tarixli 134-k nömrəli əmr), xx.xx.2009-cu ildə “PSK-45” gəmisinə kapitan (xx.xx.2009-cu il tarixli 63-k nömrəli əmr), xx.xx.2009-cu ildə “Geofizik” gəmisinə kapitan vəzifəsinə (xx.xx.2009-cu il tarixli 130-k nömrəli əmr) keçirilmişdir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Ə mək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 1344-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə “Geofizik” gəmisinə kapitan vəzifəsinə (13.04.2.012-ci il tarixli 1604-k nömrəli əmr) işə qəbul edilmişdir, hal-hazırda "Geofizik” gəmisində kapitanın böyük köməkçisi vəzifəsində çalışır.
6. İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir.
7. Cavabdeh xx xxxx 2019-cu il tarixdə, **********7 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının x xxxxxx 2006-cı il t arixinədək ümumi stajı 25 ildən az təşkil etdiyindən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, B xxxx saylı xx.xx.1979-cu il tarixli diplomda qeyd edilmiş xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi olan təhsil müddəti sosial sığorta stajına daxil edilməklə, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırı lmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi Sumqayıt şəhər 49 saylı Orta Texniki Peşə məktəbində “Qara metalların istehsalında nəzarətçi” ixtisası üzrə peşə təhsili almışdır. xx.xx.1980 - xx.xx.1982-ci illər ərzində hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdən etibarən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Məhkəməyə təqdim etdiyi diplomdan, hərbi biletdən və əmək kitabçasından da görünür ki, təhsil müddəti, hərbi xidmət müddəti də daxil olmaqla və müxtəlif vəzifələrdə çalışmaqla xx.xx.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 25 ildən artıq sosial sığorta stajı var və bu müddətin 20 il 09 ay 29 gününü güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir.xx.xx.2019-cu il tarixdə o, cavabdehə ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2019-cu il tarixli cavabı ilə onun müraciətini təmin etməmiş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 25 il ümumi stajının olmadığını göstərmişdir. Hesab edir ki, cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin bu imtina onun sosial təminat kimi konstitusion hüquqlarını kobud şəkildə pozur.
10. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya münasibətdə əvvəlki qanunvericiliyin tətbiq olunması üçün onun 2006-cı ilədək 25 il iş stajının olması mütləqdir. Laki n iddiaçı müvafiq staja malik olmadığından iddia təmin edilməməlidir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia təmin edilmiş, iddiaçının B xxxx saylı xx.xx.1979-cu il tarixli diplomunda qeyd edilmiş xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi olan təhsil müddəti sosial sığorta stajına daxil edilərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil dövrü də daxil olmaqla 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı olduğundan cavabdehin imtinası ə sassız olmuşdur.
13. Məhkəmənin həmin qərarından cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-644/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4032/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil dövrü də daxil olmaqla 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı olduğundan və onun işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısında qeyd edildiyindən cavabdehin imtinası əsassızdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Şikayət müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əm ək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaş a görə əmək pensiyası hüququ vardır.
18. Bundan əlavə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa pensiya hüququna malikdirlər
19. Qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qan unvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Beləliklə, əvvəlki qanunvericiliyin tətbiq oluna bilməsi üçün iddiaçının 2006-cı ilədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı olmalı idi. İddiaçı isə müvafiq iş stajına malik deyil.
20. Daha sonra qeyd edilir ki, məhkəmə hesab etmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixində yaranmışdır. Həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən (“Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsi) bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə isə qeyd olunan hüquq normasını kobud şəkildə pozaraq iddiaçıya pensiya fərqinin birdəfəlik ödənilməsi barədə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı cavabdehin verdiyi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.
23. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 25 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu 1997-ci il 01 avqust tarixədək qüvvədə olan redaksiyada) Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər in Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.
1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul ed ə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək B xxxx saylı xx.xx.1979-cu il tarixli diplomda qeyd edilmiş xx.xx.1976-cı ildən xx.xx.1979-cu ilə kimi olan təhsil müddəti sosial sığorta stajına daxil edilməklə, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə alınmamış pensiya məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş et mişdir.
33. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
34. Cavabdeh hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının 2006-cı ilədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı tamam olmadığından ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir.
35. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir. 1) şəxs qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı: 2) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajını; 3) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajını toplamalıdır.
37. Qeyd edilən maddi hüquq normasında göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Hazırki iş üzrə iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan xüsusi və ümumi sığorta stajını toplamışdır.
38. Həmçinin iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında qeyd edilmişdir. (kod ********).
39. Məhkəmə kollegiyası qeyd edir ki, qanununla müəyyən edilmiş şərtlər - ümumi və xüsusi iş stajı, pensiya yaşının (57 yaş) tamam olması iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən ona 57 yaşdan güzəştli şərtlərlə yaş a görə əmək pensiyası təyin edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
40. Yuxarıda qeyd edilənlərdən əlavə cavabdeh kassasiya şikayətində göstərmişdir ki, iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixində yaranmışdır. Həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən (“Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsi) bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə isə qeyd olunan hüquq normasını kobud şəkildə pozaraq iddiaçıya pensiya fərqinin birdəfəlik ödənilməsi barədə qərar qəbul etmişdir.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də tam əsassız hesab edir. Belə ki, həqiqətən də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsi ilə müəyyən edilmişdir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
42. Lakin nəzərə almaq lazımdır ki, maddəyə ikinci cümlə (Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir) xx xxxxxx 2018-ci il tarixdə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu madd əsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Hazırki vəziyyətdə iddiaçının pensiya hüququ xx.xx.2018-ci il tarixdə yarandığından, qanuna xx.xx.2018-ci il tarixdə dəyişiklik edildiyindən qeyd edilən müddəa iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
43. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasə n məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-644/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.