Məhkəmə qərarları › İş №2-1(102)-1456/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1456/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1456/2023 19.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs - X4) qarşı “cavabdehin xx.xx.1999-cu il tarixli, 331 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-1527/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.1999-cu il tarixli, 331 nömrəli sərəncamı ilə ünvan 1 ünvanında yaşayan vətəndaş X2 Xətai rayonu ərazisində cizgidə göstərilən sərhəddə 0.06 ha torpaq sahəsi ayrılmış, həmin ərazidə fərdi yaşayış evinin tikintisinin 2 il müddətinə başa çatırılması ona tapşırılmışdır.

2. Bundan sonra, sözügedən ünvanda yerləşən sənəd üzrə sahəsi (hektarla) 0.06 ha, faktiki sahə (hektarla) 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinə dair üçüncü şəxsin adına xx.xx.2021-ci il ta rixli, A№ 643779 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınması barədə **********23 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, ünvan 3ndən keçən hissəsində neft boru kəmərlərinin mühafizə zonasında yerləşən, sahəsi 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinin X2 ayrılmasına dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1999-c u il tarixli, 331 nömrəli sərəncamının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus Dş 250 mm-lik daxili nafta xəttinin Bakı şəhəri, ünvan 3ndən keçən hissəsində, kəmərdən təqribən 15 metr aralı məsafədə, vətəndaş tərəfindən köhnədən hasara alınmış həyətyanı sahədə 7x10 metr ölçülərdə 18 mişar daşı hündürlüyündə tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bu fakt aşkar olunduqdan sonra əməkdaşlar tərəfindən akt tərtib edilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanuna zidd olması barədə vətəndaşa rəsmi qaydada xəbərdarlıq edilmişdir. Cavabdehə tikintinin dayandırılması barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, qanunsuz olaraq tikintini davam etdirmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X3 tikinti apardığı Bakı şəhəri, ünvan 3ndə yerləşən torpaq sahəsi cavabdehin xx.xx.1999-cu il tarixli, 331 nömrəli sərəncamına əsasən X2 ayrılmış, sözügedən ünvanda yerləşən sənəd üzrə sahəsi (hektarla) 0.06 ha, faktiki sahə (hektarla) 0.0511 ha olan (yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan) torpaq sahəsinə dair onun adına xx.xx.2021-ci il tarixli, A№ 643779 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və həmin torpaq sahəsinə dair **********23 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsinin X1 mülkiyyətində olması faktı həmin şəxs xx.xx.2022-ci il tarixdə Azərb aycan Respublikası Dövlət Neft Şirkətinə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən, istifadəsində olan torpaq sahəsinin SOCAR-ın daimi istifadəsində olan ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində olub-olmadığı barədə ona rəsmi arayış verilməsini xahiş etdikdən sonra müəyyən olunmuşdur. X1 xx.xx.2022-ci il tarixli ərizəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubunda göstərilmişdir ki, ərizəyə əlavə olunmuş torpaq sahəsinin xx.xx.2021-ci il tarixli, **********23 reyestr nömrəli plan və ölçü sənədində (A№643779) qeyd olunmuş koordinatlar əsasında müvafiq araşdırma aparılmış və həmin koordinatların yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsi iddiaçının istismarında olan neft stansiyasının 8 metrliyində, neft kəmərlərinin isə 11 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir.

5. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsinin X4 tərəfindən qanunsuz olaraq özgəninkiləşdirilməsi və hazırda həmin torpaq sahəsində X5 tərəfindən tikinti işlərinin aparılması həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı, i nsanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin, hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda, ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. X1 adına verilmiş **********23 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həmin şəxsə ayrılmış torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu göstərilmişdir. Sözügedən torpaq sahəsi iddiaçıya məxsus neft boru kəmərlərinin mühafizə zonasında yerləşdiyindən cavabdehin xx.xx.1999-cu il tarixli, 331 nömrəli sərəncamına əsasən fiziki şəxslərə ayrıla bilməzdi.

6. Bakı İnzibati Məhkəməsinin 9 avqust 2022- ci il tarixli, 2-1(112)-10833/2022 nömrəli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Cavabdeh iddiaya yazılı etirazında göstərmişdir ki, xx.xx.1999-cu il tarixli sərəncam ilə üçüncü şəxsin uzun illər istifadəsində olan torpaq sahəsinə fərdi yaşayış evinin tikintisi ilə əlaqədar sərəncamın verildiyi müddətdən uzun illər keçdikdən sonra iddiaçı 2022-ci ildə həmin ərazinin onların mühafizə ərazisinə düşdüyünü xatırlayaraq məhkəməyə müraciət etmiş və bununla da, ciddi qanun pozuntusuna yol verilmişdir. Münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəlləsinin 73, 77 və 78-ci maddələrində təsbit olunmuşdur ki, hüquqları pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının və s. ictimai təşkilatların biri-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Qeyd edilən sərəncam ləğv edilərsə, gələcəkdə həmin şəxslərin göstərilən məntəqəyə mülkiyyətlərini təsdiq edən sənədlərin alınması məhdudlaşdırıla bilər. Qeyd edilməlidir ki, həmin sərəncam təsdiq olunan zaman mövcud məntəqənin fəaliyyəti barədə iddiaçı təşkilatda kifayət qədər məlumatlar olmuşdur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən iddiaçının Azərbaycan Dövlət Neft Şirkətinin strukturuna d axil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərdiyini bildirsə də, cavabdeh tərəfindən verilmiş mübahisələndirilən sərəncam 1999-cu ilin sentyabr ayında qəbul olunmuşdur. İddiaçı vətəndaşlara xidmət etməli olduğu halda, əksinə, onların mülkiyyət və istifadə hüquqlarını məhdudlaşdırmaq mövqeyində durmuşdur.

8. Üçüncü şəxs yazılı etirazında göstərmişdir ki, cavabdehin 1999-cu il tarixli sərəncamına əsasən, Bakı şəhəri, ünvan 3ndə yerləşən torpaq sahəsi üzərində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 0.0511 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış və torpağın ərazi hüdudları müəyyənləşdirilmişdir. 2000-ci ildə sözügedən torpaq sahəsində yaşayış evi inşa edilmiş və bu günədək daşınmaz əmlaka dair hər-hansı mübahisə olmam ışdır. İddiaçının mübahisəli ünvanda yerləşən ərazi qurumu isə 2005-ci ildən sonra təşkil edilmiş, boru kəmərləri, o cümlədən anbarlar 2008-ci ildə tikilməyə başlanılmışdır. İddiaçı ölkə başçısının 2003-cü il tarixli, 844 saylı fərmanına əsasən hüquqi şəxs kimi fəaliyyət göstərməyə başlamışdır. Mübahisəli ərazidə üçüncü şəxsdən başqa vətəndaşlar tərəfindən xeyli yaşayış binası, məktəb və digər tikintilər inşa edilmişdir. Bu tikintilər Zakir Yusifov küçəsində yaradılmış iddiaçıya məxsus anbarlardan, boru kəmərlərindən əvvəl layihələndirilmişdir. Hazırda yüzlərlə tikintiyə deyil, yalnız üçüncü şəxsə qarşı belə bir iddia ilə müraciət edilməsinin başqa səbəbləri vardır. Ona torpaq sahəsi ayrılanda iddiaçıya məxsus Z.Yusifov küçəsinin yaxınlığında yerləşən müvafiq qurum hələ təşkil olunmamışdır. İddiaçıya məxsus Z.Yusifov küçəsinin yaxınlığında yerləşən müvafiq qurum dörd bir tərəfdən hündür daş hasarlarla hörülmüş, hətta üzərində tikanlı məftillər də çəkilmişdir. Onun mülkiyyətində olan torpaq sahəsinin ətrafında hər hansı boru kəməri müşahidə olunmur. Bundan başqa, SOCAR-ın müvafiq qurumu ilə onun evi arasından asfalt yol keçir. Həmçinin, tikintinin iddiaçıya məxsus sexin fəaliyyətinə necə maneçilik törətməsi qeyd edilməmiş, magistral boru kəmərinin oradan həqiqətən də keçibkeçməməsinə dair sənəd, sübut təqdim edilməmiş, iddiaçıya məxsus sexin adı çəkilməmiş, ona aid hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. Sonuncu tikinti zamanı onun tərəfindən hər hansı qanunazidd hərəkətlərə yol verilməmişdir. İddiaçı ötən 23 il ərzində daşınmaz əmlaka dair hər hansı iddia qal dırmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 16 dekabr 2022-ci il tarixli, 2-1(112)-10833/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ləğv edilməsini istədiyi sərəncamın qəbul edildiyi dövrlərdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 11 sentyabr 1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR-nın MPM-nin müddəaları əsasında həll olunurdu. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüq uqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanu nla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti həmin tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. İş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur.

11. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın mümkün sayılaraq işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, hakimlər X.A.Cəmilova və R.Ə.Səmədov) 16 mart 2023-cü il tari xli, 2-1(103)-1527/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(112)-10833/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hüququnun pozulduğu bildiyi anı (vaxtı) düzgün qiymətləndirməmişdir. Halbuki, iddiaçı hüququnun pozulduğunu, yəni mühafizə olunan boru xətlərinə yaxın məsafədə yerləşən torpaq sahəsinə dair üçüncü şəxsin adına Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 331 nömrəli sərəncamın olduğunu həmin torpaq sahəsində qanunsuz tikili inşa edilməsi barədə SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli məktub daxil olduqdan sonra bilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Üçüncü şəxs kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2-1(103)-1527/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnz ibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bi ldirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibat i mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əla və ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən sax laya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsi nin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələləri lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qaydalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

26. Ape llyasiya instansiyası məhkəməsi iddianı, iddia verilməsi müddətinin ötürülməsi əsası ilə mümkün hesab etməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verən iddiaçı bildirir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 331 nömrəli sərəncamından həmin torpaq sahəsində qanunsuz tikili inşa edilməsi barədə SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli məktub daxil olduqdan sonra xəbərdar olmuşdur, ona görə də, müddət axımı məhz xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən sərəncam 1999-cu ildə qəbul edilmiş, iddia tələbində göstərilən, iddiaçıya məxsus Dş 250 mm-lik daxili nafta xətti isə 2011-ci ildə çəkilmişd ir (i.v. 11).

29. Eləcə də, SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda mübahisələndirilən sərəncamla üçüncü şəxsə ayrılmış həyətyanı sahənin “köhnədən hasara alındığı” qeyd edilmişdir.

30. Qeyd edilən hallar ona dəlalət edir ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamla fiziki şəxsə torpaq sahəsinin ayrıldığını SOCAR-ın Təhlükəsizlik İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən deyil, daha əvvəldən bilmişdir. Çünki iddiaçının sübut kimi istinad etdiyi məktubda həmin torpaq sahəsinin daha əvvəldən hasara alındığı göstərilmişdir. Eyni zamanda, iddia tələbinin əsasını təşkil edən Dş 250 mm-lik daxili nafta xəttinin çəkilişi zamanı da həmin torpaq sahəsi üçüncü şəxsin istifadəsində olmuşdur. Belə ki, iddiaçıya məxsus Dş 250 mm- lik daxili nafta xətti mübahisələndirilən sərəncamın qəbulundan 12 il sonra, 2011-ci ildə çəkilmişdir.

31. İddiaçının mübahisələndirdiyi sərəncamın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

32. Başqa sözlə, iddiaçı istinad edilən sərəncamın mübahisələndirilməsi imkanını 30 iyun 2011-ci il tarixədək itirmişdir. 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

33. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar, mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

34. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 mart 2023-cü il tarixli, 21(103)-1527/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar