Məhkəmə qərarları › İş №2-1(102)-1456/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1456/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1456/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: "cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətini n Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22.664,36 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 33.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli 2-1(107)-52/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş, cavabdehə məxsus Çin istehsalı olan 1 vahidinin qiyməti 14 000 manat olan 2 ədəd Monitor, yerli istehsal olan 1 vahidinin qiyməti 5000 manat olan videoçəkiliş üçün kran iddiaçı tərəfindən siyahıya alınmış, “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********4 nömrəli protokol tərtib olunmuşdur. 2. “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən, siyahıya alınmış əmlak saxlanması üçün cavabdehə təhvil verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 22.664,36 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 33.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesabl arından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq, yaranmış borc məbləği ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarmışdır.

5. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə yaranan 30.570,22 manat borcuna görə 33.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siya hısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

6. Cavabdehin xx.xx.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 22.664,36 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin etirazları:

7. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1583/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehə məxsus siyahıya alınmış əmlakın (1 ədəd Çin istehsalı, qiyməti 14000 manat məbləğində monitor) ticarət şəbəkələrində satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək öhdəliyinin iddiaçının üzərinə qoyulmuş, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, VM-nin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.

10. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin dövlət büdcəsinə ilkin olaraq 30.570,22 manat borcu manat borcu olmuş, borcun ödənilməsini təmin etmək məqsədi ilə borcluya məxsus ümumi dəyəri 33.000 manat məbləğində əmlak siyahıya alınmışdır.

11. İddiaçının ərizəsinə əsasən cavabdehin ödənilməmiş 22.664,36 manat borcu qalmışdır. Təqdim edilmiş qəbzlərə əsasən cavabdeh tərəfindən həmin borc məbləğindən 9.245,70 manat hissəsi ödənilmişdir. Qalan borc məbləğinin ödənilməsi üçün siyahıya alınmış əmlaklardan cavabdehə məxsus 1 ədəd Çin istehsalı, qiyməti 14.000 manat olan monitorun ticarət şəbəkələrində satışı kifayət etdiyindən digər əmlakın satışının təşkilinə zərurət mövcud deyildir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-52/2024 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1583/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən də görünür ki, qalan borc məbləğindən cəmi 9800 manat hissəsi də ödənilmişdir.

16. İddiaçı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın qismən ləğv edilməsi və id dia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. 18. xx.xx.2022-ci il tarixli **********5 nömrəli bildirişə əsasən vergi ödəyicisinin xx.xx.2022-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 31.730,85 manat, o cümlədən vergilər üzrə 9.456,61 manat, maliyyə sanksiyaları üzrə 22000 manat, faizlər üzrə 274,24 manat borcu olmuşdur.

19. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının ərizəsinə əsasən cavabdehin ödənilməmiş 22.664,36 manat borcu qalmışdır. Təqdim edilmiş qəbzlərə əsasən cavabd eh tərəfindən təmin borc məbləğindən 9.245,70 manat hissəsi ödənilmişdir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən də göründüyü kimi qalan borc məbləğindən cəmi 9800 manat hissəsi də ödənilmişdir.

20. Məhkəmənin bu mövqeyi ilə bağlı qeyd olunur ki, Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

21. Həmin Məcəllənin 88.2-1-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri bu Məcəllənin 88.1-ci və 88.2ci maddələrində göstərilən sıra qaydasından asılı olmayaraq, hər bir qətnamə üzrə ayrılıqda ödənilir.

22. Yuxarıda qeyd olunan maddələrin məzmunundan da aydın da göründüyü kimi dövlət büdcəsinə olan borcların silinməsi üçün sıra qaydası mövcuddur. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən də göründüyü kimi onun tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 22000 manat borcu vardır və həmin borc iddia ərizəsində qeyd olunmuş 22.664,36 manat məbləğində borcun tərkibinə daxildir. Məhkəmənin qərarında qeyd edilən və vergi ödəyicisi tərəfindən edilən ödənişlər Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən sıra ardıcıllığı ilə şəxsi hesab vərəqəsində n silinmişdir. Eləcə də, məhkəmənin qərarında qeyd etdiyi xx.xx.2023-cü il tarixli ödəniş vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 88.2-1-ci maddəsinə əsasən ayrıca ödənilmişdir. Bu halda da həmin ödəniş “vergilər üzrə vərəqə”dən deyil, “Əmlaka yönəldilən məbləğ üzrə vərəqə”dən silinmişdir.

23. Göründüyü kimi həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almamış, Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmuşdur.

24. Məhkəmə İPM-in 12.1-ci maddəsinin tələbinə əməl etməmiş, mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən faktiki halları xidməti vəzifəsi olduğu halda araşdırmamış, cavabdehin borc məbləğinin ödənilməsinin iddianın təmin olunmuş hissəsi ilə təmin edilə bilməyəcəyini nəzərə almamışdır.

25. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim olunmuş sənədləri tam və hər tərəfli araşdırmamış, sübutlara səthi yanaşaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, cavabdehə məxsus şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə görmək olur ki, cavabdehin əmlakının siyahıya alınmasına əsas olmuş vergi borcunun tərkibində maliyyə sanksiyaları da mövcuddur. Lakin məhkəmə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə baxmamış, qərarında buna istinad etməmiş, eyni zamanda vergi orqanından cavabdehin etdiyi ödənişlərin şəxsi hesab vərəqəsində görünüb-görünmədiyini, həmin ödənişlərin hansı qaydada silindiyini araşdırmamış, bunun üçün zəruri olan sübutları toplamamışdır.

26. Həmç inin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinin birinci hissəsinin də tələbini pozmuş, birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamamış, yoxlamış olsa da belə, özü də o pozuntuya yol vermişdir. Belə ki, hər iki məhkəmə qərarına nəzər yetirdikdə aydın olur ki, məhkəmələr Vergi Məcəlləsinin 88-ci maddəsində qeyd olunanlara istinad etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və t əklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübah isə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

32. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndir ilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

33. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi qərar qəbul edərkən şikayətdə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır. Vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2022-ci il tarixli Qərar çıxarılarkən həmin tarixə 30570.22 manat borc mövcud olmuş, onun tərkibindən 22000 manatı vergi ödəyicisində aparılmış operativ vergi nəzarəti tədbiri nəticəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərara əsasən tətbiq edilmiş maliyyə sanksiyası, 664,36 manatı faiz borcu, qalan hissəsini isə vergi borcları təşkil etmişdir. Protokolun tərtib edildiyi, habelə iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixə vergi ödəyicisinin 22664,36 manat borcu mövcud olmuş, onun tərəfindən müxtəlif tarixlərdə vergi borcundan ödənişlər edilsə də, maliyyə sanksiyası və faiz borcu bu günədək ödənilməmiş qalmaqdadır.

34. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərini qərarında göstərsə də, bu pozuntuların nədən ibarət olduğunu və onun işin nəticəsinə təsirini araşdırmamış, şikayətin həmin dəlillərinə münasibət bildirməmişdir. Məhkəmə cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərinə istinadla “qalan borc məbləğindən cəmi 9800 manat hissəsinin də ödənildiyini” qeyd etsə də, həmin qəbzlərin məzmununu, o cümlədən həmin qəbzlər üzrə ödənişlərin təyinatı nı, ödənişlərin vergi ödəyicisinə tətbiq edilmiş maliyyə sanksiyası üzrə borca, yaxud cari vergi ödənişlərinə aid olub-olmadığını yoxlamamış, işin həmin hallarını iddiaçının şikayətinin yuxarıda qeyd olunan dəlilləri baxımından tədqiq etməmiş, onlara qiymət verməmişdir.

35. Beləliklə, İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(107)-52/2024 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar