Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1457/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi hakim), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının nümayəndəsi-anası X2 və vəkili Vəkil iştirakı ilə 30.04.2019 İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və 3-cü şəxslər X3, X1, X5, Oğuz ra yon Qumlaq Bələdiyyəsinə və Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı torpaq sahəsinə çıxarışın verilməsi haqqında iddia tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və 3-cü şəxslər X3, X1, X5, Oğuz rayon Qumlaq Bələdiyyəsinə və Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının adına tərtib olunmuş 13.12.2011-ci il tarixli 258268A nömrəli və 13.12.2011-ci il tarixli 258104A nömrəli plan-ölçü sənədlərinin və Oğuz Rayon Şirvanlı Bələdiyyəsinin 25 iyun 2009-cu il tarixli, 09 nömrəli qərarı əsasında hazırlanmış 258152A, 258153A və 258154A nömrəli plan-ölçü sənədlərinin koordinatları iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə düşən hissədə dəyişdirilərək, iddiaçının qanuni və faktiki istifadəsində olan, Oğuz rayon Şirvanlı kəndində yerləşən 4.711,36 m2 torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına dövlət reyestrindən çıxarışın hazırlanması vəzifəsinin cavabdeh İdarəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2018-ci il tarixli qəra rı ilə (hakim K.Vəliyev; iş № 2-1(84)-435/2018) iddianın təmin edilməməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən G.Abbasov, hakimlər R.Rəfiyev və M.Hüseynov; iş № 21(107)-558/2018) Şəki İnzibati-İqtisadi Məhkəməsinin 27 iyul 2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edərək işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsini n mübahisəli qərarı qəbul edərkən, maddi və prosessual hüquq normalarını əhəmiyyətli dərəcədə pozmuş və düzgün tətbiq etməmişdir, həmçinin işin hallarını qanunamüvafiq qaydada araşdırmamışdır, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli qərarını ləğv edərək işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının nümayəndəsi-anası Ş.Mahmudova vəkilin dediklərinə uyğun izahat vermişdi r. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh İdarənin və 3-cü şəxslərin nümayəndələri gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şik ayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin olunmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı ilə Şirvanlı Bələdiyyəsi arasında bağlanmış 12.12.2007-ci il tarixli 51 nömrəli “Torpaq icarəsi müqaviləsi”nə əsasən iddiaçıya 0,50 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. Bundan başqa 258104A nömrəli plan-ölçü sənədində göstərilən 3.696,43 m2 torpaq sahəsi Oğuz rayon Şirvanlı Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 9 saylı qərarı ilə, 258268A nömrəli planölçü sənədində göstərilən 1.014,93 m2 torpaq sahəsi Oğuz rayon Aqrar İslaha t Komissiyasının 25.05.2001-ci il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verimişdir. Həmin torpaq sahələri cəmi 4.711,36 m2 təşkil edir. İddiaçı icarə hüququ əsasında əldə etdiyi torpaq sahəsi üzərində hüquqlarını gerçəkləşdirmək və davamlı etmək məqsədilə 3.696,43 m2 və 1.014,93 m2 (4.711,36 m2) torpaq sahələrinin koordinatlarının dəyişdirilməsini və əvvəllər icarəsində olmuş 0,50 ha torpaq sahəsinə uyğunlaşdırılması və beləliklə də 0,50 ha, yəni 5.000 m2 torpaq sahəsinin 4.711,36 m2 hisəsi üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün müvafiq çıxarışın verilməsi haqqında ərizə ilə cavabdeh İdarəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın 10.01.2018-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinn təmin edilməsinin mümkün olmadığı bildirilmişdir, belə ki, İdarədə mövcud olan elektron DWJ baza məlumatlarına əsasən, Oğuz rayon Şirvanlı Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 9 saylı qərarı ilə hazırlanmış AN-258152, AN-258153, AN-258154 nömrəli torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) sənədində verilmiş koordinatlara görə İddiaçı istifadəsində olan 4.711,36 m2 torpaq sahəsi AN-258152, AN-258153, AN-258154 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş torpaq sahələri ilə üst-üstə düşmür və torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) sənədlərində verilmiş koordinatlara görə, həmin torpaq sahələri biri digərindən 800 m kənarda yerləşir. Lakin AN-258152, AN-258153, AN-258154 nömrəli torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) sənədlərində verilmiş torpaq sahəsinin situasiya planına əsasən İdarədə mövcud olan elektron DWJ baza məlumatlarına görə araşdırmalar aparılarkən, İddiaçı istifadəsində olan 4.711,36 m2 torpaq sahəsinin AN-258154 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin üzərinə düşdüyü müəyyən olunmuşdur. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iş üzrə müəyyən edilir ki, A seriyalı 258152 nörməli torpaq sahəsinin planı və ölçüsü şənədinə əsasən Oğuz rayon Şirvanlı Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 09 nömrəli qərarı ilə 3cü şəxs M.Adıgözəlova kənd təsərrüfatı məhsulları istehsalı üçün 6.051,8 kv.m; A seriyalı 258153 nörməli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Oğuz rayon Şirvan!i Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 09 nömrə li qərarı ilə 3-cü şəxs Z.Şəkərəliyevaya kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.310,67 kv.m; A seriyalı 258154 nörməli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Oğuz rayon Şirvanlı Bələdiyyəsinin 25.06.2009-cu il tarixli 09 nömrəli qərarı ilə 3-cü şəxs X.Xəlilova kənd təsərrüfatı məhsulları istehsalı üçün 7.149.57 kv.m torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahələri iddiaçıya ayrı-ayrı əsaslar üzrə verilmişdir. Hər biri ayrıayrı daşınmaz əmlak obyektləridir. Bundan başqa iddiaçının icarəsinə verilmiş torpaq sahəsinə hal-hazırda başqa şəxlərin adına 258152A, 258153A və 258154A nömrəli plan-ölçü sənədləri mövcuddur. Bu da iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Ona görə də, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, bu səbəbdən əsaslı və qanuni olmuşdur. Eyni zamanda iddiaçının iddia tələbi əsaslı və qanuni olmadığından, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı i şüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. O dur ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1457/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1457/2019
30.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver