Məhkəmə qərarları › İş №2-1(102)-1457/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1457/2020

18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1457/2020 18.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: penitensiar xidmətin əməkdaşı, qulluq illərinə görə əlavənin hesablanması qaydası, hüququn yarandığı vaxt) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, X1 ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fo ndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-242/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan həbsxanasının rəisi vəzifəsində qulluqda olmuş, xx.xx.2007-ci il tarixdə qulluq keçməsinə xitam verilmişdir.

2. Onun barəsində ilk dəfə xx.xx.2007-ci ildə məlumat vərəqi tərtib edilmişdir. Məlumat vərəqində iddiaçının vəzifə maaşı 280 manat, məharət dərəcəsinə görə 35% əlavə 98 manat, rejimə görə 25% əlavə 70 manat, rütbə maaşı 64 manat xidmət illərinə gör ə 40% əlavə 165,60 manat, ərzaq payı əvəzinə 24,75 manat kompensasiya qeyd edilməklə, cəmi 702,35 manat pul təminatı hesablanmışdır. İddiaçının barəsində xx.xx.2011-ci ildə tərtib edilmiş məlumat vərəqəsində isə iddiaçının vəzifə maaşı 420 manat, usta məharət dərəcəsinə görə 35% əlavə 147 manat, rejimə görə 25% əlavə 105 manat, rütbə maaşı 138 manat xidmət illərinə görə 50% əlavə 279 manat, ərzaq payı əvəzinə 64 manat kompensasiya qeyd edilməklə, cəmi 1153 manat pul təminatı hesablanmışdır. Daha sonra xx.xx.2018-ci il tarixli məlumat vərəqəsində iddiaçının vəzifə maaşı 485 manat, usta məharət dərəcəsinə görə 35% əlavə 169,75 manat, rejimə görə 25% əlavə 121,25 manat, rütbə maaşı 138 manat, xidmət illərinə görə 50% əlavə 311,50 manat, ərzaq payı əvəzinə 64 manat kompensasiya qeyd edilməklə, cəmi 1289,50 manat pul təminatı hesablanmışdır.

3. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2012-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli məktublarında qeyd olunur ki, cavabdeh məlumat vərəqəsində xidmət illərinə görə 50% əlavənin vəzifə maaşı + rütbə maaşının cəmindən hesablamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 123 saylı, xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydaların 3.1-ci bəndinə əsasən aparmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş pensiyanın hesablanmasında nəzərə alınan artırılmış vəzifə maaşının rejimə görə əlavə və rütbə maaşının cəminin qulluq illərinin sayı əsasında yenidən hesablanaraq, 2011-ci ildən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, iddiaçı Penitensiar Xidmətdə Qobustan qapalı həbsxanasının rəisi vəzifəsində işləmiş, xüsusi rütbəsi ədliyyə polkovnikidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar xidməti üzrə verilmiş 213 ş/h saylı xx.xx.2007-ci il tarixli əmr əsasında iddiaçının Ədliyyə orqanlarında qulluq keçirməyinə xitam verilmişdir və həmin əmrdə iddiaçının təqvimlə hesablanmış qulluq illərinin 27 il 08 ay 22 gün, güzəştli şərlərlə hesablanmış qulluq illərinin isə 38 il 07 ay 23 gün olması öz əksini tapmışdır. İddiaçı qeyd edilən tarixdən pensiyaçıdır. Ona “Hərbi qulluqçularının pensiya təminatı haqqında” Qanunu əsasında pensiya təyin edilmişdir. İddiaçının qənaətinə görə ona təyin edilmiş pensiyanın hesablanmasında vəzifə maaşının rejimə görə əlavə və rütbə maaşının cəminin xidmət illərinin sayı əsasında hesablanmaması əsassızdır. İddiaçının bununla bağlı müraciəti cavabdeh tərəfindən təmin edilməmiş və cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş Qaydanın 3.1-ci bəndinə əsasən qulluq illərinə görə əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanır. İddiaçı hesab edir ki, rejim əlavəsinin nəzərə alınmaması qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğuna görə heç bir hüquqi nəticə doğura bilməz. Bununla əlaqədar məhkəmələr tərəfindən qəbul edilmiş qərarlara istinad edən iddiaçı cavabdehin mövqeyinin əsassız olmasını bildirir və İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə istinad edərək bərabər hüquqlu şəxs kimi özünə münasibətdə də eyni məhkəmə qərarının qəbul edilməsini arzulayır.

6. Cavabdeh iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq 30 ildən yuxarı qulluq illərinə görə 50 faiz məbləğində ödənilir. Nazirlər Kabinetinin qeyd edilən qərarı nın bu kateqoriyadan olan şəxslərə şamil edilməsi məqsədilə Penitensiar Xidmətdən daxil olan “məlumat vərəqi”ndə yalnız vəzifə maaşı və xüsusi rütbəyə görə əlavə hesablanaraq İdarəyə göndərilir. İddiaçıya da göstərilən qaydada pensiya hesablanmışdır. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-755/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının pensiyasında xidmət illərinə görə əlavə ona təyin olunmuş pensiyanın hesablanmasında nəzərə alınan artırılmış vəzifə maaşı, rejimə görə əlavə və rütbə maaşının cəmi əsasında xx.xx.2011-ci ildən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının ədliyyə orqanlarında xidməti hərbi xidmət kimi qəbul edilməsə də, onun ədliyyə or qanlarında tutduğu vəzifəsi də hərbi qulluq kimi qiymətləndirilməsə də, ədliyyə orqanlarında xidmət etmiş iddiaçının pensiya təminatının qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla tənzim edilməsi ədliyyə orqanlarında xidmətin hərbi xidmətlə eyniləşdirilməsinə əsas verməsə də, həmin norma göndərici norma olmaqla, yalnız ədliyyə orqanlarında xidmət etmiş şəxslərin pensiyalarının hesablanması qaydasının və ödənilməsi şərtlərinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla tənzimlənməli olmasını nəzərdə tutur. Bununla da, qanunvericilik hərbi qulluqçuların yalnız pensiya imtiyazlarını ədliyyə orqanlarında xidmət etmiş vəzifəli şəxslərə şamil etmişdir. Odur ki, iddiaçı ədliyyə orqanlarında xidmət etmiş hərbi qulluqçu hesab olunmadığına, ədliyyə orqanları nda xidmət etmiş xüsusi rütbəli işçi olduğuna görə, “Ədliyyə orqanları işçilərin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 saylı qərarı qüvvəyə mindiyi tarixdən əvvəl pensiyaya çıxdığına görə, iddiaçının pensiyasının hesablanmasına münasibətdə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir.

9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-755/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki i craat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1159/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-755/2019 nömrəli qərarı ləğv olunmuş, iddianın rədd edilməsi qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008ci il tarixli qərarına əsasən iddiaçıya qulluq illərinin sayı 30 ildən artıq olduğu üçün əlavənin ödəniş faizi vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq 40 faizdən 50 faizə yüksəldilmişdir. Belə olan halda iddiaçı barəsində həmin qərar iddiaçının vəziyyətini yaxşılaşdırdığı üçün yeni qəbul olunmuş qərar tətbiq olunmalıdır

12. Məhkəmə qərarını iddiaçı xx.xx.2019-cu il, cavabdeh xx.xx.2019-cu il tarixində rəsmi qaydada almışdır.

13. İddiaçı həmin qərardan xx.xx.2019-cu il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 21(103)-1159/2019 nömrəli qərarının ləğv edilməsini və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-755/2019 nömrəli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c.Kassasiya instansiya məhkəməsindəki icraat

14. Azərbaycan Respublika sı Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-2787/2019 nömrəli qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1159/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilən Qaydalar iddiaçının pensiya hüququnun yaranmasından sonra qəbul edildiyindən və bu qərarda qeyd edilən qulluq illərinə görə əlavənin tərkibinə rejimə görə ödənilən məbləğ daxil edilmədiyindən işin hazırkı vəziyyətində iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiq edilməsi istisna olunur. Bundan başqa, iddiaçının 2007-ci ildə təminat xərcliyində cavabdeh tərəfindən hesablanmış qulluq illərinə görə əlavənin tərkibinə rejimə görə ödənilən məbləğin daxil edilməsinin faktiki və hüquqi əsası müəyyən edilmədən mübahisə üzrə yekun qərar qəbul edilməsi istisna edilir. Apellyasiya instansiyası məhkəməsi “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” əsasında hesablamanın iddiaçının vəziyyətinin yaxşılaşdırdığı qənaətinə gəlsə də, gəldiyi nəticəni işin faktiki halları ilə əsaslandırmayaraq bu Qaydaya qədər və Qaydadan sonra hesablanan pensiyanın məbləği ilə bağlı müqayisəli təhlil aparmamışdır. Odur ki, İPM-in 12-ci maddəsinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. ç.Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-242/2020 nömrəli qərarına əsasən, apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-755/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

17. Məhkəmə hesab etmişdir ki, iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan normalara görə təminat xərcliyinə həm də xidmət illərinə görə əlavə də daxildir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əla və haqqın verilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanır. Həmin Qaydalar iddiaçının pensiya hüququnun yaranmasından sonra qəbul edildiyindən və bu qərarda qeyd edilən qulluq illərinə görə əlavənin tərkibinə rejimə görə ödənilən məbləğ daxil edilmədiyindən işin hazırkı vəziyyətində iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Yasamal rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qərarı ilə iddiaçı da daxil olmaqla ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasinın Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilən “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın veril məsi Qaydası”nın onlara şamil olunması barədə iddiaları təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilən “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci bəndinə istinad edərək iddiaçıya qulluq illərinin sayı 30 ildən artıq olduğu üçün əlavənin ödəniş faizi vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq 40 faizdən 50 faizə yüksəldilmişdir. Belə olan halda iddiaçının vəziyyətini yaxşılaşdırdığı üçün iddiaçı barəsində həmin qərar tətbiq olunmalıdır.

18. Məhkəmə qərarını cavabdeh xx.xx.2020-ci il tarixində rəsmi qaydada almışdır.

19. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasi ya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-242/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə xidmət illərinə görə əlavənin məbləğinin hesablanması cavabdehin səlahiyyətində deyil. Belə ki, cavabdeh məlumat vərəqəsini tərtib edən orqan deyil, yalnız məlumat vərəqəsi əsasında hesablamanı aparıb ödənişi həyata keçirən orqandır. Əgər iddiaçı hesab edirsə ki, onun məlumat vərəqəsində xidmət illərinə görə əlavənin məbləği düz göstərilməyib, bununla əlaqədar olaraq məlumat vərəqəsini tərtib edən orqan a müraciət etməli, imtina aldığı təqdirdə isə həmin orqanı cavabdeh qismində cəlb etməklə məhkəməyə müraciət etməli idi.

21. İddiaçı ilə əlaqədar gəlmiş sonuncu məlumat vərəqəsində iddiaçının xidmət illərinə görə əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi” Qaydasının 3.1-ci bəndinə uyğun olaraq, vəzifə maaşı və rütbə maaşının 50 faizi məbləğində müəyyən edilmişdir. Yeni Qərara əsasən iddiaçının xidmət illərinə görə aldığı əlavə vəzifə maaşı (485,00) ilə retbə maaşının (138.00) cəminin 50 faizinə bərabərdir ki, o da 311.50 manat edir. Qərar tətbiq olunmadığı halda isə iddiaçının xidmət illərinə görə aldığı əlavə vəzifə maaş ı (485,00), rütbə maaşı (138,00) və rejimə görə əlavənin (121,25) cəminin 40 faizinə bərabər olacaqdı ki, bu da 297,7 manat edir. Göründüyü kimi, qərar iddiaçının vəziyyətini yaxşılaşdırdığından ona münasibətdə tətbiq olunmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən halları qiymətləndirməmiş, bununla bağlı heç bir araşdırma aparmadan əsassız qərar qəbul etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayəti ilə eyn i məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.5-ci maddəsinin iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olan redaksiyasına görə təminat xərcliyi (pul təminatı)hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir.

27. «Hərbi qulluqçuların pensiya təminatı haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarını zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına görə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq staj ına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.

28. Azərbaycan Respublikasinın Nazirlər Kabinetinin 123 saylı xx.xx.2008-ci il tarixli qərarı ilə təsdiq edilən “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci maddəsinə əsasən, qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanaraq aşağıdakı məbləğlərdə ödənilir: - 1 ildən 2 ilə qədər qulluq illərinə görə – 5 faiz; - 2 ildən 5 ilə qədər qulluq illərinə görə – 10 faiz; - 5 ildən 10 ilə qədər qulluq illərinə görə – 15 faiz; - 10 ildən 15 ilə qədər qulluq illərinə görə – 20 faiz; - 15 ildən 20 ilə qədər qulluq illərinə görə – 25 faiz; - 20 ildən 25 ilə qədər qulluq illərinə görə – 30 faiz; - 25 ildən 30 ilə qədər qulluq illərinə görə – 40 faiz; - 30 ildən yuxarı qulluq illərinə görə – 50 faiz.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Apellyasiya instan siyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-242/2020 nömrəli qərarı ilə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar iddiaçının pensiya hüququnun yaranmasından sonra qəbul edildiyindən və bu qərarda qeyd edilən qulluq illərinə görə əlavənin tərkibinə rejimə görə ödənilən məbləğ daxil edilmədiyindən işin hazırkı vəziyyətində idd iaçının hüquqi vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiq edilə bilməz.

34. Bununla bağlı cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, hazırkı qərarın 21-ci bəndində göstərilənlərdən aydın olur ki, iddiaçıya pensiyanın yeni Qaydalar əsasında hesablanması onun vəziyyətini yüngülləşdirir.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istər iddia ərizəsi və şikayətlərdə iddiaçının təqdim etdiyi dəlillərdən, istərsə də məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçının tələbi xidmət illərinə görə əlavənin vəzifə maaşı, rütbəyə görə əlavə və xüsusi rejimə görə haqqın cəminin 50 faizi miqdarında hesablanmasıdır. Bu qayda isə nə iddia çı pensiyaya çıxarkən qüvvədə olan, nə də 2008-ci ildən qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır.

36. Göründüyü kimi, iddiaçı qanunvericilikdə nəzərdə tutulmayan qaydada ona pensiya hesablanmasını tələb etmiş, birinci instansiya məhkəməsi bunu nəzərə almadan həmin tələbi təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin qərarı dəyişdirmədən saxlamışdır.

36. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən müəyyən olunmuş faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti əsaslı olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olmadığından, işin təkrar baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsaslar yoxdur.

38. Odur ki, Ali Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-242/2020 nömrəli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-242/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar