Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1457/2021 18.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yarısının ailənin digər üzvünə ödənilməsi (arvadına) ödənilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vəkili X3 iştirakı ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “əmək pensiyasının yarısının arvadına ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-596/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin iddiaçının 23.04.2019-cu il tarixli ərizəsinə cavab olaraq ve rdiyi 23.05.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd olunan Qanunda və ondan irəli gələn digər normativ hüquqi aktlarda bir şəxsə təyin olunmuş pensiya məbləğinin ayrıayrı şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 4 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş əmək pensiyasının 50 %-nin həyat yoldaşı, 12.10.1959-cu ildə Kürdəmir rayonunun Xəlsə kəndində anadan olmuş, halhazırda ün van 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan X1 ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli hökmü ilə 3 il 11 ay 28 gün müddətə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli hökmü ilə 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaların toplanmasına əsasən üzərində qəti olaraq 4 il 01 ay müddətə azadlıqdan məhrum etmək cəzası saxlanılmış, cəzasının əvvəli 22.12.2017-ci il tarixdən hesablanmışdır. Hal-hazırda cəzanı Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində çəkir. O, DİN-nin təqaüdçüsüdür, istefada olan zabitdir, YAP-ın üzvüdür və Daxili Qoşunların tərkibində ön mövqedə döyüş şəraitində zabit ki mi xidmət etmişdir. Həyat yoldaşı X2 heç bir yerdə işləmir, evdar qadındır, təqaüdçü deyil, ağır xəstəliklərdən əziyyət çəkir. Cəzaçəkmə müəssisəsində cəza çəkməyini nəzərə alaraq, Azərbaycan xalqının milli adət-ənənəsinə uyğun olaraq həyat yoldaşının ağır şəraitdə yaşadığını nəzərə alaraq humanizm və mərhəmət göstərərək ona təyin olunmuş əmək pensiyasının 50 faizini həyat yoldaşına ödənilməsi ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etmişdir. Ona verilən cavaba görə ona təyin olunmuş pensiya məbləğinin ayrıayrı şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əm ək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Qeyd olunan Qanunda və ondan irəli gələn digər normativ hüquqi aktlarda bir şəxsə təyin olunmuş pensiya məbləğinin ayrı-ayrı şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçıya təyin olunmuş əmək pensiyasının bölünərək həyat yoldaşı X1 ödənilməsi mümkün deyildir
5. Bakı İnzibati Məhkəməsinin (hakim X7, 2-1(112)-5668/2020 saylı iş) 16 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçıya təyin olunmuş əmək pensiyasının 50 faizinin digər şəxsə cavabdeh inzibati orqan tərəfindən ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından, iddiaçı özü həmin vəsaiti arvadına ödəmək hüququna malik olduğundan iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz..
7. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X4məruzəçi, X5 və X8, 2-1(103)-596/2021 saylı iş) 22 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
9. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin yerinə yetirilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.2-ci maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, pensiya məbləğinin başqa şəxslərə ödənilməsinin qanunla nəzərdə tutulmaması barədə cavabdehin 23.05.2019-cu il tarixli **********2 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
10. İddiaçı 3 iyun 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı fəslinin "Mülkiyyət hüququnun müddəaları" bölməsinin 152.1-ci maddəsində qeyd edilmişdir ki, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. İddiaçıya təyin olunmuş pensiya mülkiyyəti hesab edildiyindən onun barəsində Mülki Məcəllənin 152-ci maddəsinə əs asən sərəncam vermək hüququ yaranır. Hazırda həyat yoldaşı pensiyaçı deyil, ağır xəstəlikdən əziyyət çəkir və xəstəliyi ilə əlaqədar olaraq da heç yerdə işləmir. Ona görə də onun maddi yardıma ehtiyacı vardır. İddiaçı isə öz pensiyasının 50%-nin ona verilməsinə etiraz etmir və bu barədə cavabdehə yazılı şəkildə də müraciət etmişdir. Lakin cavabdeh əsassız olaraq, qeyri humanistlik göstərməklə müraciətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
15. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin ə sassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə
4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə gör ə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. (-). Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
40. Etibarnamə üzrə əmək pensiyasının ödənilməsi və onun rəsmiləşdirilməsi qaydası 40.1. Əmək pensiyası etibarnamə üzrə də ödənilə bilər. 40.2. Etibarnamənin verilməsi qaydaları və qüvvədə olması müddəti mülki qanunvericiliklə tənzimlənir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərar a qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
18. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddiaçı məhkəməyə müraciət edərək ona təyin olunmuş əmək pensiyasının 50 faizinin arvadı-12.10.1959-cu ildə Kürdəmir rayonunun Xəlsə kəndində anadan olmuş C.Q.Əliyevaya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. İddiaçı bildirmişdir ki, hazırda Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində çəkir. O, DİN-nin təqaüdçüsüdür, arvadı işləmir, evdar qadındır, təqaüdçü deyil, ağır xəstəliklərdən əziyyət ç əkir. Ona təyin olunmuş əmək pensiyasının 50 faizini həyat yoldaşına ödənilməsini xahiş edir.
23. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakılar qeyd edir.
24. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, əlilliyə, ailə başçısını itirdiyinə görə pensiya almaq hüququna malikdir. Həmçinin hər kəs xəstəliyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 25. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə görə şəxs yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir.
26. İddiaçının arvadının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası almaq h üququna malik olduğu halda həmin hüquqdan yararlana bilər.
27. Hazırkı vəziyyətdə iddiaçının arvadının pensiya hüququna malik olması işdə olan sənədlərlə təsdiq olunmur.
28. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Qeyd olunan Qanunda və ondan irəli gələn digər normativ hüquqi aktlarda bir şəxsə təyin olunmuş pensiya məbləğinin ayrı-ayrı şəxslərə ödənilməsi nəzərdə tutulmamışdır.
29. İddiaçı kasasiya şikayətində təyin edilmiş pensiyanın onun mülkiyyəti olduğunu, mülkiyyəti üzərində sərbəst sərəncam vermək hüququ olduğunu bildirmişdir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 40.1- ci maddəsinə əsasən əmək pensiyası etibarnamə üzrə də ödənilə bilər.
31. İddiaçıya izah edilir ki, aldığı pensiyanın arvadının adına ödənilməsi üçün cəzaçəkmə müəssisəsinin təsdiq etdiyi etibarnamə ilə cavabdehə müraciət edə bilər. Cavabdeh etibarnamə üzrə əmək pensiyasının ödənilməsindən imtina etdikdə cavabdehin hərəkətindən inzibati məhkəməyə şikayət verə bilər.
32. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-596/2021 saylı 22 fevral 2021-ci il tarixli qər