Məhkəmə qərarları › İş №2-1(102)-1457/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1457/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1457/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (xronometraj metodu ilə müşahidə aparılması, xronometraj metodu ilə müşahidənin nəticələrinə görə əlavə vergilərin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Loka l Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-679/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə təsis edilmiş, həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır.

2. Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin vergilərin hesablanması haqqında 07 yanvar 2020-ci il tarixli, **********472800 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 17390,95 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı MMC Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi”ni xahiş etmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-695/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim C.Məmmədov) hazırkı iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

5. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 26 aprel 2016-cı il tarixdə təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan vaxtdan iddiaçı nizamnaməsinə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuş, vaxtı-vaxtında öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, yəni gəlirlərinə uyğun olaraq üzəri nə düşən vergiləri vergi orqanında bəyan etmişdir. Bununla da, öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. Cavabdehin vergilərin hesablanması barədə 7 yanvar 2020-ci il tarixli **********472800 nömrəli qərarına əsasən aparılmış kameral yoxlama nəticəsində ona 17.390,95 manat vergi məbləği hesablanmışdır. Hesab edilir ki, cavabdeh tərəfindən kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi məbləği düzgün hesablanmamış və buna görə də belə bir qərarın qəbul edilməsi tamamilə əsassız olmuşdur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, uçotbaza məlumatlarına əsasən aparılmış araşdırma zamanı iddiaçının 26 aprel 2016-cı il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, ərizəsinə əsasən əsas fəaliyyətinin “Kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti”ndən ibarət olduğu müəyyən edilmişdir. “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” 10 avqust 2018-ci il tarixli qərar əsasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanında yerləşən mağazada keçirilmiş xronometraj metodu ilə müşahidənin nəticəsi üzrə 14 avqust 2018-ci il tarixdə tərtib olunmuş yekun akta əsasən, iddiaçının orta günlük dövriyyəsi ümumilikdə 44.183,50 manat olmuşdur. Lakin 2019-cu ilin oktyabr ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsinin 301-ci ƏDV-nə 18 faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin cəmi olan (ƏDV daxil) 1.078.947,09 manat məbləğin rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (1.192.954,41 manat) məbləğindən 114.007,32 manat az olduğu aşkar edilmişdir. Bu hal verginin azaldılması kimi qiymətləndirilmiş və vergi ödəyicisinə 25 noyabr 2019-cu il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən, kameral vergi yoxlaması ilə 2019-cu ilin oktyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 17.390,95 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin hesablanması barədə” **********472800 nömrəli, 7 yanvar 2020-ci il tarixli qərar göndərilmişdir. Beləliklə, aparılmış xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə nəzərə alınmaqla vergi orqanı tərəfindən müvafi q tarixdə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi üzrə vergi ödəyicisinin vergi öhdəliyi düzgün müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına (23.1.1, 37.1, 37.3-cü maddələrinə) müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2804/2021 saylı, 9 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 7 yanvar 2020-ci il tarixli, **********472800 nömrəli qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təsərrüfat subyekti olan “anbar”da vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə keçirildikdən sonrakı dövrdə iddiaçı xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə vergi orqanına müraciət etməsə də, cavabdeh inzibati orqan ümumilikdə 3 gün davam etmiş həmin tədbirin nəticələri nəzərə alınmaqla kameral vergi yoxlaması ilə onun dövriyyəsini müəyyən etməkdə və əlavə vergi məbləği hesablamada haqlı olmamışdır. Əlavə vergi məbləğinin bu meyarla hesablanması Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə formal riayət edilməsi və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 15. 1, 17, 24-cü maddələrinin tələblərinin pozulması ilə nəticələnir. Bu hesablama barədə vergi orqanı tərəfindən qəbul edilmiş 7 yanvar 2020-ci il tarixli, **********472800 nömrəli qərar yuxarıda qeyd olunan Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati aktdır. Həmçinin işdə olan müvafiq aktlara əsasən xronometraj metodu ilə sonuncu müşahidə 3 gün davam etmiş və həmin nəticə yalnız 1 gün üzrə əldə olunan göstərici ilə eynilik təşkil edir, digər 2 gün üzrə anbarda satış dövriyyəsi ümumiyyətlə olmamışdır. Bu isə o deməkdir ki, 1 günlük xronometraj metodu ilə müşahidənin nəticələri, xüsusilə də “anbarda satış” sahəsində real dövriyyənin müəyyən edilməsi üçün yeganə əsas kimi çıxış edə bilməz. Vergi qanunvericiliyi hətta vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə göstərdiyi d övriyyənin aşağı olması ilə bağlı vergilərin düzgün hesablanmadığının aşkar edildiyi hallarda, digər üsullardan istifadə etməklə (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun) vergilərin hesablanmasını mümkün sayır. Lakin cavabdeh həmin üsullardan heç birini seçmədən yuxarıda qeyd olunan sonuncu xronometraj metodu ilə müşahidənin nəticələrini nəzərə almaqla vergiləri hesablamışdır ki, bu da adekvat (mütənasib) qiymətləndirilə bilməz. Həmçinin məhkəmənin qənaətinə görə, cavabdehin 7 yanvar 2020-ci il tarixli, **********472800 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcun u (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.

9. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-679/2022 nömrəli iş üzrə 21 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseyn - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2804/2021 saylı, 9 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində göstərilir ki, Vergi Məcəlləsinin 50-1.3-cü maddəsinə görə xronometraj metodu ilə müşahidə 15 iş günündən çox olmayan müddətdə aparılır. Göründüyü kimi, qanunvericilikdə xronometraj metodu ilə müşahidənin keçirilə biləcəyi maksimum müddət müəyyən edilmiş, lakin həmin müşahidənin keçiriləcəyi minimum müddət müəyyən edilməmişdir. Bu baxımdan iddiaçıda qeyd olunan müşahidə 3 gün müddətində keçirilmiş, hər gün üzrə müəyyən olunmuş dövriyyə cəmlənərək günlərin sayına bölünmüş və orta günlük dövriyyə müəyyən edilmişdir. Göründüyü kimi, vergi orqanın sözügedən məsələ ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qanunsuz hesab edilə bilməz. Eyni zamanda bildirilir ki, Vergi Məcəlləsində belə bir hal nəzərdə tutulmamışdır ki, xronometraj metodu ilə keçirilən müşahidə nəticəsində vergi ödəyicisinin bir gün dövriyyəsi olduğu halda verginin hesablanması qanunsuzdur. Göründüyü kimi, məhkəmənin mövqeyi Vergi Məcəlləsinə zidd olmuşdur. Həmçinin bildirilir ki, xronometraj zamanı müəyyən edi lmiş ümumi dövriyyə keçirilmiş xronometraj müşahidənin günlərinin sayına bölünür və orta günlük dövriyyə müəyyənləşdirilir, xronometraj metodu ilə müşahidə hər hansı pərakəndə satış obyektində deyil, anbarda həyata keçirilmişdir və bu halda müşahidənin aparıldığı 3 günün yalnız birində satışın olması təbii haldır. Beləliklə, xronometraj müşahidə nəticəsində hər gün üzrə dövriyyə məhz vergi ödəyicisinin özü tərəfindən nəzarət kassa aparatına daxil edilmiş məbləğlər əsasında müəyyənləşdirilmişdir. Ona görə burada dövriyyənin ehtimal əsasında müəyyən edilməsindən söhbət gedə bilməz. Lakin qeyd edilənlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi də işin hallarını ətraflı araşdırmadan və apellyasiya şikayətinin dəlillərini qiymətləndirmədən, birinci instansiya məhkəməsinin qərarında qeyd e dilən arqumentlərlə razılaşaraq cavabdehin şikayətini əsassız hesab etmişdir. Odur ki, mübahisələndirilən qərar üzrə hesablamanın həyata keçirilməsinə əsas olmuş halların məhkəmə tərəfindən araşdırılmaması və qərarın qəbulu zamanı ümumiyyətlə nəzərə alınmaması məhkəmə qərarının prosessual pozuntu ilə qəbul edildiyini təsdiq edir. Hesab edirik ki, məhkəmə kollegiyası üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş və sadəcə qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə səthi yanaşmış, heç bir əsaslandırma aparmadan cavabdehin dəlilləri nəzərə alınmamışdır. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edi lməsi üçün əsasdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 20.4. Vergi orqanları yerli vergilər (bələdiyyə vergiləri), habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər. Maddə 24.0. Vergi orqanları: 24.0.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə... borcludur. Maddə 37.4. Kameral yo xlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan oby ektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında ver gi orqanına tələb irəli sürdükdə. Maddə 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Maddə 50-1.3. Xronometraj metodu ilə müşahidə obyektin normal fəaliyyətinə maneçilik törətməməklə və bu Məcəllənin 50.3-50.6-cı maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilməklə 15 iş günündən çox olmayan müddətdə aparılır. Maddə 50-1.4. Müşahidəyə başlamazdan əvvəl xronometraj metodu ilə müşahidə aparılmalı olan obyektdə ma lın (işin, xidmətin) qiymətini müəyyən etmək məqsədi ilə vergi orqanının nəzarət qaydasında mal (iş, xidmət) alqısı həyata keçirmək hüququ vardır. Maddə 50-1.5. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır. Maddə 50-1.6. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər hər iş gününün sonunda müvafiq aktla rəsmiləşdirilir. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstər ici kimi ümumiləşdirilir və bu barədə müvafiq akt tərtib olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmi ş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. v ergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlil lərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından xronometraj müşahidənin nəticəsi üzrə müəyyən edilmiş dövriyyə əsasında keçirilmiş kameral vergi yoxlaması nəticəsində vergi orqanı tərəfindən iddiaçıya münasibətdə əlavə verginin hesablanması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərl ik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Bununla yanaşı kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Vergi Məcəlləsinin 50-1-ci maddəsində xronometraj metodu ilə müşahidə aparılmasına dair qaydalar tənzimlənmişdir. Həmin maddənin mənasından göründüyü kimi, xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə xidmət edir. Həmin maddədə xronometraj metodu ilə müşahidənin 15 iş günündən çox olmayan müddətdə aparılmalı olduğu təsbit edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, müşahidən in aparılmasının minimum müddətləri nəzərdə tutulmasa belə, şəxsin üzərinə vergi öhdəliyinin qoyulması məqsədləri üçün müşahidənin bir gün ərzində aparılması və bunun üzərindən müvafiq olaraq bir günlük müşahidənin nəticəsinə əsaslanmaqla vergi ödəyicisinə əlavə vergi hesablanması yolverilməzdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədlərinə xidmət edir. Həmin məqsədlər baxımından belə müşahidə satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən ağlabatan dövr ərzində keçirilməlidir. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etmək və ən azından bu imkanı təmin edəcək səviyyədə yetərli deyilsə, belə müşahidə onun aparılmasından gözlənilən real nəticələri əks etdirməyəcəkdir. Hər bir halda, vergi qanunvericiliyində nəzərdə tutulan bu imkandan inzibati orqan tərəfindən vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin real vəziyyətinə tamamilə eyni olmasa da, ən yaxın olan vəziyyəti aşkara çıxarmaq üçün istifadə edilməlidir.

25. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin məqsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətləri nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir.

26. Hazırkı mübah isəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı barəsində əlavə vergi yalnız bir günlük xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə müşahidə nəticəsində əldə edilmiş məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələri üzərindən qəbul olunmuş qərar qanunsuz və əsassız sayılmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüqu q normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 21(105)-679/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar