Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1458/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1458/19 Bakı şəhəri 08 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən X2tərəf indən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2-1(107)93/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 12 may 2015-ci il tarixdən 12 may 2018-ci il tarixədək mühasibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və on a Daxili İşlər Nazirliyi tərəfindən 12 may 2018-ci il tarixli müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən ona, müharibə veteranları üçün nəzərdə tutulmuş kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət verilməyə başlamışdir. Lakin iddiaçı nəzərdə tutulmuş müavinətin 12 may 2015-ci il tarixdən hesablanaraq ödənilməsi ilə bağlı cavabdehə müraciət ünvanlasa da, cavabdeh imtina etmişdir. Cavabdeh təqdim etdiyi etirazında bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə təyin olunur. İddiaçı ona müavinətin təyin olunması üçün 07 iyun 2018-ci il tarixdə müraciət etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq ona vəsiqənin verildiyi tarixdən müavinət hesablanmışdır. Şəki İnzibati-İqtisadi Məhkəmə sinin 27 noyabr 2018-ci il tarixli, 2-1(84)-1682/2018 saylı qərarı ilə (hakim Vidadi Qasımov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, sosial müavinətlər haqqında qanunuvericiliyin tələblərinə görə müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə vaxt almasından və müraciət etmə tarixidən asılı olmayaraq, müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə təyin olunur. Bu şərtlə ki, vətəndaşın hüququ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi tarixdən sonra yaranmış olsun. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2-1(107)-93/2019 saylı qərarı ilə (sədrlik edən Rövşən Rəfiyev, hakimlər Gündüz Abbasov və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçının tələbinin yerinə yetirilməsindən imtina edərəkən qəbul etdiyi akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddəti, iddiaçının şikayət verə biləcəyi orqanlar və məhkəməyə şikayət verilməsi haqqında iddiaçıya izahat verməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3, “Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1, 2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 57.1, 59.1.5, 90.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim olu nduqda təyin edilir. İddiaçı müharibə veteranı vəsiqəsini 12 may 2018-ci il tarixdə əldə etdiyindən ona hüququnun yarandığı tarixdən müavinət təyin olunmaqla ödənişlər həyata keçirilmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 12 may 2018-ci il tarixli 032334 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və 12 may 2018-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. Bundan sonra o, 12 may 2015-ci ildən 12 may 2018-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı cavabdehə mürac iət etmiş, lakin sonuncu 28 avuqts 2018-ci il tarixli **********9 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya veteran vəsiqəsi 12 may 2018-ci il tarixdən verildiyindən ona həmin tarixdən sosial müavinət təyin edilərək ödənilir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhəməsinin mövqeyinə görə, iddiaçı 12 may 2018-ci il tarixdən müharibə veteranı adı və vəsiqəsi əldə etsə də, qanunvericilik onun cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün də sosial müavinətin hesablanıb ödənilməsi hüququnu tanıyır. Bu mövqeyi mübahisələndirən cavabdeh hesab etmişdir ki, iddiaçının müharibə veteran adı və vəsiqəsi aldığı tarixdən etibarən sosial müavinət və güzəştlər əldə etmək hüququ vardır. Həmin tarixdən əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi qanunsuzdur. Məhkəmə kollegiyası aşağ ıdakılara əsasən dəlillə razılaşmadığını qeyd edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) mə bləği ona ödənilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İddiaçıya müharibə veteranı vəsiqəsi 12 may 2018-ci ildə verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvələ, yəni 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçılar da məhz həmin tarixədək olan döyüşlərdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müdiri vəzifəsini müvəqqəti icra edən T.Ə.Davudov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2-1(107)-93/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1458/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1458/2019
08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver