Məhkəmə qərarları › İş №2-1(102)-1458/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1458/2020

14.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1458/2020 14.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Şifahi məhkəmə baxışı keçirilmədən, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(103)-174/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020-ci il tarixində yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiаçı İddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, 1976-1981-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almış, xx.xx.1981-ci ildən xx.xx.2001-ci ilə qədər “X1” Trestinin Neft daşlarında yerləşən 2 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, dənizdə yüksək təzyiqli neft və qaz boru kəmərlərinin çəkilməsində usta, iş icraçısı, sahə rəisi, baş mühəndis işləmiş, xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər isə həmin idarədə rəis və baş mühəndis işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə ona imtina cavabı verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun güzəştli iş stajı 12 il 6 aydan azdır. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək ona 1976-1981-ci illərdə təhsil müddətinin ümumi sosial sığorta stajına daxil edilməklə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhk əməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3469/2019 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, iddiaçıya 1976-1981-ci illərdə təhsil müddətinin ümumi sosial sığorta stajına daxil edilməklə 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1997-ci ilə qədər 20 il 11 ay 24 gün ümumi və 15 il 11 ay 24 gün güzəştli iş stajı mövcuddur. Həmçinin, iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüquq u verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”nın X Bölməsindəki 110000a-19238 – tərkibində hidrogen, sulfit olan qaz və kondensatların mədəndən zavoda qədər nəqll edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər peşəsinə uyğunlaşdırılmalıdır. Göstərilənlərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən iddiaçıya 50 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3469/2019 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1 74/2020 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3469/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının nə 1 nömrəli Siyahı üzrə 50, nə də ki 2 nömrəli Siyahı üzrə 55 yaşından “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” və “b” bəndlərinə uyğun olan güzəştli şərtlərlə pensiya hüququna malik olmasının faktiki əsasları sübuta yetirilmir. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilməsi iddiaçının hüquqlarının pozulması kimi qəbul edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-174/2020 nömrəli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, qərar qəbul edilərkən yalnız cavabdehin mülahizələrinə əsaslanaraq qanunsuz və əsassız qərar qəbul edilmişdir. Kassator, İnzibati Prosessual Məcəllənin 96.9-cu maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-174/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İşə tərəflərin iştirakı olmadan yazılı məhkəmə icraatı qaydasında baxıld ığından tərəflərin izahatı dinlənilməmişdir. İşə yazılı məhkəmə icraatı qaydasında baxılacağı, bununla bağlı olaraq kassasiya şikayətinin mahiyyəti ilə bağlı mülahizə vermək hüquqları barədə tərəflərə bildiriş göndərilmişdir. Ali Məhkəmə kollegiyası işə yazılı qaydada baxılmasına dair tərəflərin etirazı olmadığını, kassasiya şikayətinin mahiyyətinə dair heç bir mülahizə təqdim edilmədiyini nəzərə alaraq işə yazılı məhkəmə icraatı qaydasında baxılmasını mümkün hesab edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olun muş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-174/2020 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçı 1976-1981-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil almışdır. Cavabdeh öz etirazında, eləcə də verdiyi izahatlarda iddiaçının göstərilən təhsil müddətinin, yəni 1976-1981-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsinin mümkünsüz olmasına istinad etmişdir. Bununla bağlı apellyasi ya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş satjına daxil edilir. İddiaçı təhsil illərini iş stajına daxil edilməsi hüququnu təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əldə etmişdir ki, sonradan qanunvericiliyin tələblərinin dəyişməsi onun bu hüququndan məhrum edilməsinə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1. 2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə ş amil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, təhsil illərinin iş stajına əlavə edilməsi barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi haqlıdır və iddiaçının 1976-1981-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil aldığı müddət onun iş stajına əlavə olunması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Bundan başqa, apellyasiya instansiya məhkəməsində işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının xx.xx.1981-xx.xx.1982-ci illərdə dəmir-beton konstruksiyaların quraşdırıcısı kimi çalışdığı müddət (4 ay 27 gün) 1 nömrəli Siyahıda (X bölmədə (Dəniz neftçiləri) 110000a-18496 (dəniz buruqları özüllərinin və estakadaların quraşdırılması və təmiri üzrə çilingər) şriftində yer almış, 4 il 3 ay 10 gün iş icraçısı kimi və 2 il 5 ay 7 gün sahə rəisi kimi çalışdığı (cəmi: 6 il 8 ay 17 gün) mütəxəssis və rəhbər vəzifələr isə 2 nömrəli Siyahıda (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) təsbit olunmuşdur. Göründüyü kimi, iddiaçının çalışdığı “dəmir-beton konstruksiyaların quraşdırıcısı”, “iş icraçısı” və “sahə rəisi” peşələrinin müvafiq olaraq 1 və 2 nömrəli Siyahılara uyğunluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur və bu hal mübahisə doğurmur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda adıçəkilən peşələrin müvafiq Siyahıya uyğunluğunu düzgün müəyyən etsə də, iddiaçının çalışdığı digər peşələrin həmin Siyahıya uyğunluğunun müəyyən edilməsində səhvə y ol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının baş mühəndis və rəis kimi çalışdığı rəhbər vəzifələrin 1 və 2 nömrəli Siyahılarda olmadığını qeyd etmiş, iddiaçı da kassasiya şikayətinin dəlillərində apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq məhkəmənin maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, işi hərtərəfli araşdırmadığını, sözügedən peşələrin müvafiq Siyahıya uyğun olduğunu, bu səbəbdən də ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmalı olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiy a hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çal ışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin maddəyə xx.xx.1997-ci ildə edilmiş dəyişikliyə görə maddədə nəzərdə tutulmuş yaş həddi xx.xx.1997-ci il tarixindən başlayaraq xx.xx.2000-ci il tarixinədək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının xx.xx.1997-ci il tarixinədək 20 il ümumi iş stajı, 10 il güzəştli iş stajı olduğu halda 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”nın X bölm əsinin b bəndində “quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” (kod: 1100000b—17541); “bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə)” (kod: 1100000b—22247); “dərin qazma (strukturaxtarış) neft-qaz kəşfiyyatının (partiyaların) rəisləri” (kod: 1100000b—23886); “buruq qurğularının rəisləri və onların müavinləri” (kod: 1100000b—24094); “qüllə quraşdırma sexlərinin rəisləri və onların müavinləri” (kod: 1100000b—24125); “quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri” (kod: 1100000b—24125) peşələri öz əksini tapmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi göstərilən ləri nəzərə almamış, iddiaçının “baş mühəndis” və “rəis” kimi çalışdığı peşələrin 1 nömrəli Siyahıda təsbit olunan və yuxarıda qeyd edilmiş “mühəndis” və “rəis” peşələrindən hansına uyğun olub-olmadığını araşdırmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam və hərtərəfli araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarını n vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Apellyasiya instansi yası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının çalışdığı peşələrin 1 nömrəli Siyahıya uyğunluğunu müəyyənləşdirməli və nəticədən aslı olaraq əsaslı qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-174/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar