Məhkəmə qərarları › İş №2-1(102)-1458/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1458/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1458/2021 ALİ MƏHKƏMƏ İddiaçı X1 Cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: kompensasiyanın ödənilməsi) 14.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçı X1, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı Şəhər Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı iş üzrə “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2021-ci il tarixli, 21(103)-1111/2021 nömrəli qərarından üçüncü şə xs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AN-İ seriyalı ******* nömrəli 28.11.2007-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X3 ona məxsus Ünvan1 ünvanda yerləşən ümumi sahəsi 0.055 ha olan torpaq sahəsini İddiaçı satmışdır

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Ünvan1 ünvanda yerləşən ümumi sahəsi 0.055 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində iddiaçı X2 ümumi sahəsi 409,6 kv.m. olan yaşayış evi inşa edərək orada yaşayırdı.

3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 10.06.2013-cü il tarixli, 225 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Cavabdehnə həvalə edilmişdir.

4. İddiaçı həmin Sərəncam çərçivəsində gedən söküntülərlə bağlı istifadəsində olan torpaq sahəsinin üzərində yerləşən yaşayış evinin əvəzində ona kompensasiya ödənilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, cavabdeh 22.01.2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, ərizədə qeyd edilən Ünvan1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyada heç bir rəsmi məlumat olmadığından iddiaçı nın ərizəsini təmin etmək mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan 0,055 ha torpaq sahəsi və həmin sahədə olan 409,6 kvadrat metr tikilinin bazar qiyməti ilə qiymətləndirilərək həmin məbləğin Cavabdehndən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının Ünvan1 0,055 ha torpaq sahəsi olmuş, həmin torpaq sahəsində yaşayış sahəsi 168.9, köməkçi sahə 240.7 metr kvadrat olmaqla ümumilikdə 409,6 kvadrat metr ev tikmişdir. Torpaq sahəsi yaşayış məntəqələrinə aid olduğundan mülkiyyətçisi özü olduğundan, həmçinin həmin sahədə olan tikililərin heç birinin sənədi verilmədiyindən iddiaçı da e vinə çıxarış ala bilməmişdir. Torpaq sahəsi və yaşayış evi “Ağ şəhər” layihəsinə düşdüyündən təxminən 4 il bundan əvvəl ona heç bir kompensasiya ödənilmədən Cavabdeh tərəfindən sökülmüş və həmin sahədə tikinti işlərini davam etdirmişlər. Mülkiyyətinə vurulan ziyanla bağlı dəfələrlə Cavabdehndə olsa da, bu günədək ziyanın ödənilməsinə söz verilmiş, lakin heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 20.02.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. Üçüncü şəxs iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi və tikilinin ona məxsus olması sübutlarla əsaslandırılmayıb. Belə ki, iddiaçı sözügedən torpaq sahəsi və tikiliyə mülkiyyət hüququnun olması barədə müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Xətai RİH tərəfindən aparılmış köçürmə işlərində Maliyyə Nazirliyi hər hansı bir formada iştirak etməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 25.12.2020-ci il tarixli, 2-1(112)-2674/2020 nömrəli (hakim Elvin Əliyev) qərarına əsasən iddianın təmin edilməsi, Ünvan1 ünvanında yerləşən, iddiaçı X1 mülkiyyətində olmuş 0,055 ha. torpaq sahəsinin və onun üzərində olan ümumi sahəsi 409,6 kv.m. olan tikilinin bazar dəyərini təşkil edən 448,425 manat vəsaitin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, Ünvan1 ünvanında yerləşn 0,0 55 ha. ümumi sahəsi olan torpaq sahəsinin iddiaçıya məxsus olması, həmin torpaq sahəsi üzərinə tikilinin mövcud olması, həmin tikilinin 10.06.2013-cü il tarixli 255 saylı Sərəncamın çərçivəsinə düşməsi və həmin əmlaka görə iddiaçıya hər hansı kompensasiya ödənilməməsi iş materialları ilə sübut olunur.

11. Cavabdeh və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2021-ci il tarixli, 21(103)-1111/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Cahangir Yusifov və Aidə Hüseyn) apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 25.12.2020-ci il tarixli, 2-1(112)-2674/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qə rara alınmışdır.

13. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Məhkəmə qərarı üçüncü şəxsə 27.05.2021-ci il tarixində təqdim edilmişdir.

15. Üçüncü şəxs 21.06.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2021-ci il tarixli, 2-1(103)1111/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə tərəfindən qərar qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam a raşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə Ünvan1 yerləşən ümumi sahəsi 409,6 kv.m. olan tikilinin iddiaçıya məxsus olduğunu qeyd etsə də, bu faktı əsaslandıra bilməmişdir. Sözügedən tikilinin mövcudluğu, onun kim tərəfindən sökülməsi ilə bağlı məsələlər məhkəmə tərəfindən ətraflı araşdırılmamışdır.

17. Eyni zamanda, mübahisəli əmlakın sökülməsi ilə əlaqədar kompensasiya iddiaçıya büdcədənkənar vəsaitlər, digər mənbələr, habelə natura formasında ödənilə bilərdi ki, məhkəmə bu imkanları araşdırmamış, bu barədə tərəflərə təklif verməmişdir.

18. Beləliklə, məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, bəzi hallarda tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, həmçinin cavabdeh təşkilatın büdcədən mali yyələşdirilməsini nəzərə almamış və nəticədə maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla dövlət büdcəsinin ziddinə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

21. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəb ul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X5rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiy yət hesab edilməsinin qarşısını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X5rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanı n təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir.

24. Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” qərarında ərizəçinin mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə hesab etməmişdir.

25. Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 26. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1-ci maddəsinə görə alınma-dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpa q (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır.

27. Həmin Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə min miş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.

28. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir.

29. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər.

30. Həmin Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikası Mülki M əcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. 31. “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

32. İnzibati Prosessul Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali M əhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

34. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassatorun dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə baxılarkən mübahisəli torpaq sahəsində tikilinin olub-olmamasını müəyyənləşdirmək məqsədilə ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2020-ci il tarixli 10/2951 nömrəli ekspert rəyi əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin koordinatları daxilində 2014-cü ilin sentyabr ayına qədər tikili mövcud olmuşdur. Tikilinin yaşayış sahəsi 168,9 kv.m, köməkçi sahəsi 240,7 kv.m. olmaqla, ümumi sahəsi 409,6 kv.m. olmuşdur.

39. Həmin t ikilinin iddiaçıya məxsus olmasına dair sənəd təqdim edilməməsi barədə kassatorun dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, Avropa Məhkəməsinin hazırkı qərarın 23-24-cü bəndlərində göstərilən hüquqi mövqeyindən də göründüyü kimi, iddiaçının mənzilə olan hüququnun müvafiq qeydiyyata alınmamasını onun mülkiyyət kimi tanınması üçün maneə deyil.

40. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin abunə haqqında məlumatda Ünvan1 yaşayan İddiaçı (abunə nömrəsi **********10061) 19.01.2008-ci ildən qeydiyyatda olduğu, 19.01.2008-13.10.2014cü illərdə abunə ödənişləri haqqında, 14.10.2014-cü ildə sayğacın təhvil verilməsi barədə məlumatlar öz əksini tapmışdır.

41. Eyni zamanda, Xətai rayonu Enerji Təchizatı və satışı İdarəsinin 23.04.2021-ci il tarixli, XS-092 saylı arayışına əsasən müəyyən edilmişdir ki, həqiqətən İddiaçı Ünvan1 (abunə kodu **********10061) Azərişıq tərəfindən abonent 19.01.2008-ci il tarixində qeydiyyata alınmışdır, “Ağ şəhər” pilot layihəsi zamanı sökülmüşdür, mənzil mövcud olmadığından kod passiv edilmişdir.

42. Göründüyü kimi, Ünvan1 ünvanında yerləşən 0,055 ha. ümumi sahəsi olan torpaq sahəsinin iddiaçıya məxsus olması, həmin torpaq sahəsi üzərinə tikilinin mövcud olması, həmin tikilinin 10.06.2013-cü il tarixli 255 saylı Sərəncamın çərçivəsinə düşməsi iş materialları ilə sübut olunmuşdur.

43. Kompensasiyanın natura yaxud digər formalardan ödənilmə imkanı ilə bağlı kassatorun dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi tikilinin bazar qiyməti ilə qiymətləndirilərək həmin məbləğin cavabde hdən alınaraq ona ödənilməsi olmuşdur. Məhkəmələr də nəzərə almışdır ki, kompensasiya məbləği ağlabatan məbləğdə olmalıdır. Yəni, kompensasiya məbləği cavabdeh təşkilat və ya cavabdeh vasitəsilə dövlət büdcəsi qarşısında kəskin və ağırlaşıdırıcı maliyyə öhdəliyi yaratmamalıdır. Kompensasiya məbləği layihənin həyata keçirildiyi dövrdə digər mülkiyyətçilərə ödənilən məbləğdən yuxarı olmamalıdır.

44. Buna uyğun olaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2020-ci il tarixli 10/2951 nömrəli ekspert rəyi, "xxxx" (Konsaltinq xidmətləri) MMC-nin 23.12.2020-ci il tarixli 01/652 nömrəli ekspert rəyi və Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 1191 nömrəli 15.12.2020-ci il tarixli məktubu nəzərə alınmaqla 448.425 manat məbləğində kompensasiya müəyyən edilmişdir. Gö ründüyü kimi, kompensasiya məbləğinin müəyyən edilməsi istiqamətində də məhkəmə tam, hərtərəfli araşdırma aparmış və əsaslı qərar qəbul etmişdir. Odur ki, kassatorun bu dəlili də əsassızdır.

45. Hazırkı qərarın 25-30-cu bəndlərində göstərilən maddi hüquq normalarının məzmunundan da görünür ki, tikilinin sökülməsinə görə iddiaçıya kompensasiya ödənilməsi inzibati orqan kimi cavabdehin vəzifəsidir. Buna baxmayaraq, cavabdeh vaxtında bu vəzifəsini yerinə yetirməmiş və həmin əmlaka görə iddiaçıya hər hansı kompensasiya ödəməmişdir.

46. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti təm in edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2021-ci il tarixli, 2-1(103)-1111/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.04.2021-ci il tarixli, 21(103)-1111/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar