Məhkəmə qərarları › İş №2-1(102)-1458/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1458/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1458/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünsüzlüyü; kassasiya şikayəti vermə müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), hakimlər Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1971-ci il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-136/2021 nömrəli, 25 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-836/2020 nömrəli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilərək İddiaçı 2-ci dərəcəli əlillik qrupuna görə xx.xx.2016-cı il tarixədək aldığı əmək pensiyası ilə hərbi qulluqçu kimi 2-ci dərəcəli əlillik qrupuna görə xx.xx.2016-cı il tarix dən aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2021-ci il tarixli, 21(103)-136/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi hakim - A.Ə.Hüseyn, hakimlər - V.M.Ağayev, A.B.Nuriyeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)-836/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı 8 iyun 2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2021-ci il tarixli, 2-1(103)-136/2021 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

4. İnzibati Prosessual Məcəllə Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim o lunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

5. İşin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qə rarı iddiaçının özünün iddia ərizəsi verərkən göstərdiyi ünvana göndərilməklə 10 aprel 2021-ci il tarixində təqdim edilmiş, iddiaçı isə 8 iyun 2021-ci il tarixində həmin qərardan kassasiya şikayəti vermiş, bununla da qanunvericilikdə məhkəmə qərarından kassasiya şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür.

6. Məhkəmə tərəfindən iddiaçıya göndərilmiş 15 iyul 2022-ci il tarixli bildirişdə kassasiya şikayətində olan nöqsanlar barədə ona məlumat verilmiş, 8 avqust 2022-ci il tarixinədək həmin nöqsanların aradan qaldırılması, yəni prosessual müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməsi təklif olunmuş, əks halda kassasiya şikayətinin mümkün sayılmayacağı barədə cavabdehə xəbərda rlıq olunmuşdur

7. Lakin iddiaçı göstərilən vaxtadək nə müddətin onun tərəfindən ötürülmədiyini təsdiq edən sübutları, nə də müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməmişdir.

8. İddiaçının vəkili və nymayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış izahatda göstərilmişdir ki, iddia ərizəsində göstərdiyi ünvanda heç vaxt qeydiyyatda olmamış və yaşamamışdır. Bu ünvanı iddiaçı ərizəsində göstərərkən ümid etmişdir ki, həmin ünvanda yaşayan tanışı məhkəmə bildirişləri haqqında ona vaxtında məlumat verəcəkdir. Lakin tanışı ilə münasibətləri pozulduğundan qərarın surəti ona çatdırılmamışdır. İddiaçı iddia ərizəsində göstərilən ünvanda deyil, başqa ünvanda qeydiyyatsız yaşayır və bunu təsdiq edən arayış məhkəməyə təqdim olunmuşdur.

9. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ni əsassız hesab edir. Belə ki, o, məhkəməyə müaricət edərkən onunla yazışmaların aparılmasını istədiyi ünvanı dəqiq göstərmiş, məhkəmələr də məhz həmin ünvana məhkəmə sənədlərini göndərmişlər. Bundan başqa, iddiaçı apellyasiya məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli etiraz ərizəsində də yenə iddia ərizəsindəki ünvanı özünün ünvanı kimi göstərmişdir. Beləliklə, iddiaçının hansı ünvanda rəsmi qeydiyyatda olmasından və hansı ünvanda faktiki yaşamasından asılı olmayaraq əgər o, məhkəməyə ünvanladığı ərizəsində onunla yazışmaların başqa ünvan vasitəsilə aparılmasını istəyirsə, məhkəmə məhz göstərilən ünvana məhkəmə sənədlərini göndəmək öhdəliyi daşıyır. Hazırki işdə də məhkəmələr məhz bu qaydada davranmışlar. Ona görə də, kassasiya şikayəti vermə müddətinin axımı iddiaçının göstərdi yi ünvana məhkəmə qərarının təqdim olunduğu andan hesablanmalıdır. Həmin andan hesabladıqda isə kassasiya şikayəti vermə müddəti ötürülmüşdür.

10. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının bildirdikləri kassasiya şikayəti vermə müddətinin bərpasına dair verilmiş ərizəni təmin etmək üçün əsas ola bilərdi. Lakin hazırkı işdə iddiaçı belə ərizə verməmiş, əksinə məhkəməyə təqdim etdiyi ərizəisndə müddətin ötürülmədiyini sübut etməyə çalışmışdır.

11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalıdır.

12. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2021-c i il tarixli, 21(103)-136/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. İddiaçının kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar