Məhkəmə qərarları › İş №2-1(102)-1458/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1458/2023

02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1458/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi) hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 2-1(103)1183/2023 nömrəli qərarından cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin tam orta (11 illik) təhsil bazasından ödənişli əsaslarla əyani şöbəsinin Mühasibat uçotu ixtisası üzrə MUT-2010a nömrəli qrupuna qəbul olmuş və xx.xx.2022-ci il tarixində Kolleci bitirmişdir. xx.xx.2022-ci il tarixli T-082 nömrəli əmrlə ona subbakalavr peşə-ixtisas dərəcəsi verilmişdir. İllik təhsil haqqının məbləği 900 (doqquz yüz) manatdır. xx.xx.2022-ci il tarixə onun 450 (dörd yüz əlli) manat məbləğində təhsil haqqı borcu vardır.

2. Xətai rayon ƏSMM-i tərəfindən verilən xx.xx.2013-cü il tarixli, 079891 nömrəli vəsiqəyə əsasən, X5 (iddia çının atası) birinci qrup əlildir.

3. X5 (iddiaçının atası) “Əlillik” altsistemində xx.xx.1999-cu il tarixdən ümumi səbəbdən müddətsiz ikinci dərəcə əlil və “Pensiya” altsistemində əlilliyə görə əmək pensiya alan kimi qeydiyyatdadır.

4. X4 (iddiaçının anası) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən, xx.xx.2021-ci il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən, adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.

5. İddiaçı təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi üçün xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə cavabdehə elektron qaydada müraciət etmiş, bu zaman atasının əlilliyi ilə bağlı məlumatı sistemə dax il etsə də, anasının həssas təbəqə üzrə sosial statusu haqqında məlumatı təqdim etməmiş, buna görə də müraciətinə imtina cavabı verilmişdir.

6. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən müraciət etmiş, ona imtina verilmiş, xx.xx.2021-ci il tarixdə isə müraciəti qeydiyyatdan keçirilsə də, müsbət həll olunmamışdır.

7. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü olan tələbə olmasının tanınması və 2020-2021-ci tədris ili üçün ödədiyi təhsil haqqının geri qaytarılması üçün tapşırıq verilməsini xahiş etmişdir.

8. Cavabdeh xx.xx.2020-ci il tarixli, A-5676/10-24 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş, təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqq ını ödəməkdən azad olunan şəxslərin kateqoriyasına aid olan şəxsləri sadalamaqla, bütün digər hallarda orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqını ödəməkdən azad olunmadıqlarını bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi onun Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ili üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

10. İd diaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin 2-ci kurs tələbəsidir. X1 1-ci qrup əlil, anası X2 işsiz statusuna malik olmasına, onun isə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü olan tələbə olmasına baxmayaraq, Təhsil Nazirliyi onu həmin kateqoriyaya aid etməmişdir. İmtiyazlı tələbə qrupuna aid olmasına və əslində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi 13 aprel 2020-ci il tarixli Qərarın ona şamil edilməli olmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci ondan 2020-2021-ci tədris ili üçün təhsil haqqını tələb etmiş və o, təhsilinin yarımçıq qalmaması üçün məcbur qalıb, ev əşyala rını sataraq, borc alaraq təhsil haqqını tam şəkildə ödəmişdir. O, bu barədə Təhsil Nazirliyinə müraciət etsə də, ona imtina verilmişdir.

11. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-8367/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi iddiaçının Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımil) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. İddia qalan hissədə təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 2020-ci ilin tədris semestrləri (yarımillikləri) zamanı iddiaçının valideynlərindən yalnız biri, atası sosial baxımdan həssas əhali qrupuna aid edilmiş, əlilliyi müəyyən edilmiş şəxs olmuş, lakin anası həmin vaxt bu kateqoriyadan olan şəxslərə aid olmamışdır. Belə olan halda aydındır ki, iddiaçı 2020-ci ilin tədris semestrləri (yarımillikləri), o cümlədən 2020/2021-ci tədris ilinin payız semestri üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini tələb etməkdə haqlı olmamışdır. 2020/2021-ci tədris ili üzrə yaz semestrinə gəldikdə, yuxarıda qeyd olunduğu kimi, 138 nömrəli qərara xx.xx.2021-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, 2020/2021-ci tədris ili üzrə yaz semestri də təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyi dövrə aid edilmişdir. İddiaç ının anası X3 xx.xx.2021-ci il tarixdə işsiz statusu verilmiş, bununla da həmin tarixdən etibarən iddiaçının hər iki valideyni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı Qərarının birinci hissəsində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid olmuşdur. Belə olan halda aydındır ki, orta ixtisas təhsil müəssisəsində əyani təhsil alan iddiaçının 2020/2021-ci tədris ili üzrə yaz semestrinin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini tələb etmək hüququ olmuşdur.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməs i barədə ərizə ilə müraciət edərək, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ili üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məqsədi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) 1 mart 2023-cü il tarixli, 21(103)-1183/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8367/2022 nömrəli qərarı “Sosial baxımdan həssas əha li qrupuna aid edilən ailənin üzvü kimi İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Republikası Təhsil Nazirliyinin üzərinə qoyulsun” hissəsində dəyişdirilmiş, iddiaçının Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ili üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi məqsədi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi siyahıya daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar digər hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşsa da, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü kimi iddiaçının Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində təhsil aldığı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını qərara almışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 saylı qərarından da görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd olunan şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini həyata keçirmir, yalnız belə şəxsləri n müvafiq siyahısını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin edir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh qeyd edir ki, iddiaçının atasının 1-ci qrup əlil olmasına baxmayaraq, həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin elektron müraciəti dövründə onun anası işsiz kimi qeydiyyata düşməmişdir. İddiaçının Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollec inin tələbəsi kimi xx.xx.2021-ci il tarixdə göndərdiyi müraciət İnformasiya sistemi tərəfindən yoxlanılmış və tələbənin valideyni (anası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” xx.xx.2020ci il tarixli 138 nömrəli qərarının 1-ci bəndində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid olmadığı üçün onun müraciətinə sistem tərəfindən imtina verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən portal vasitəsi ilə müraciət etmiş, valideynlərinin şəxsiyyət vəsiqələrindəki FİN kodu barədə məlumatları sistemə daxil etməmiş və göndərdiyi müraciətdə hər iki valideynin sosial statusu “məlum deyil” qeyd edildiyi üçün ona İnformasiya sistemi tərəfindən təkrarən im tina verilmişdir. Ərizəçi xx.xx.2021-ci il tarixdə isə sistemdə müraciətini tamamlamadığı üçün müraciətinə baxılmamışdır. Həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin özlərinə məxsus məlumatlarının İnformasiya sisteminə düzgün yerləşdirilməməsinə görə nazirlik hər hansı bir məsuliyyət daşımır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə’’ xx.xx.2020-ci il tarixli 138 nömrəli qərarının 3-cü bəndinə əsasən, cavabdehin funksiyası təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında həssas əhali qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin adlarını qeydiyyata almaqla Azərbayc an Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə bu qərarın icrasını təmin etməkdir. Yəni, ali və orta ixtisas təhsil müəssisələri tərəfindən daxil olan siyahının sistemə daxil edilməsi Təhsil Nazirliyinin funksiyasına aid edilmişdir. Lakin qərarın bu tələbinə baxmayaraq, işə baxan məhkəmə iddiaçın adının siyahıya salınması öhdəliyini Təhsil Nazirliyinin üzərinə qoymuşdur. Baxmayaraq ki, həssas əhali qrupuna aid edilən şəxsləri müəyyən etmək və siyahısını Təhsil Nazirliyinə göndərmək təhsil müəssisələrinin funksiyasına daxildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il ta rixli, 2-1(103)-1183/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə’’ xx.xx.2020-ci il tarixli 138 nömrəli Qərarı:

1. Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri), eləcə də 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin: 1.1. ünvanlı dövlət sosi al yardımı alanlar; 1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar: 1.2.1. İ və İİ dərəcə əlilliyi olan şəxslər; 1.2.2. işsiz kimi qeydiyyatda olanlar; 1.2.3. yaşa görə əmək pensiyaçıları; 1.2.4. yaşa görə sosial müavinət alanlar.

2. Bu Qərarın 1-ci hissəsində qeyd olunan tədris semestrləri (yarımillikləri) üçün dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulan təhsil haqqı xərci ali təhsil müəssisələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin, orta ixtisas və peşə təhsili müəssisələrində isə illik təhsil haqqının 50 faizi miqdarında müəyyən edilsin.

3. Cavabdeh təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək, bu Qərarın icrasını təmin etsin....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə gör ə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Cavabdehin kassasiya şikayətinin təkrarlanan dəlillərinə əsasən, həssas əhali qrupuna aid edilən ailələrin üzvi olan tələbələrin adları təhsil müəssisələri tərəfindən cavabdehə təqdim edilməli və cavabdeh həmin məlumatlar əsasında qeyd edilən tələbələri qeydiyyata almaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə daxil etməlidir. Ona görə də, hazırkı tələb üzrə cavabdehliyi Elm və Təhsil Nazirliyi daşımır.

30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə bu qərarın 22-ci bəndində qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 138 nömrəli Qərarının 1.2.1 və 1.2.2-ci bəndlərinin tələblərinə əsasən, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailənin üzvü hesab olunur.

31. İş materiallarında olan əlillik vəsiqəsində iddiaçının atasının birinci dərəcə, “Əlillik” altsistemində olan məlumatda isə ikinci dərəcə əlil olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 138 nömrəli Qərarının 1.2.1-ci bəndində həm bir inci, həm də ikinci dərəcə əlilliyi olan şəxslər nəzərdə tutulduğundan iddiaçının atasının əllik statusunun həmin normanın tələblərinə uyğun olması işin mübahisəsiz halıdır.

32. İşin digər mübahisəsiz halı isə iddiaçının anasının xx.xx.2021-ci il tarixdən işsiz kimi qeydiyyatda olması və hal-hazıradək adına qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsidir.

33. Göründüyü kimi, iddiaçı 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 138 nömrəli Qərarının 1.2-ci bəndinin tələbinə uyğun olan tələbə hesab olunmalıdır. Ona görə də, iddiaçı həmin Qərara istinad etməklə təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin edilməsi məqsədi ilə adının sosial baxımdan həssas əhali qrupuna aid e dilən ailənin üzvü kimi siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilinə - həssas əhali qrupuna aid edilən şəxsləri müəyyən etmək və siyahısını Təhsil Nazirliyinə göndərmək funksiyasının təhsil müəssisələrinə aid olmasına dair qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 138 nömrəli Qərarının 3-cü bəndində birmənalı şəkildə qeyd edilmişdir ki, bu Qərarın icrasını Cavabdeh təmin etməlidir.

35. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kolle giyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 21(103)-1183/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar