Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1459/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin tətbiqinin mümkünlüyü giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı nda Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “27.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-264/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Ba kı şəhəri, Nərimanov rayonu, Azadıq pr, 151A, 21 ünvanda qeydiyyatdadır. 1971-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1975-ci ildə orada sənayenin planlaşdırılması ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 1975-ci il 26 iyun tarixli qərarı ilə ona iqtisadçı ixtisası verilmişdir. Əmək kitabçasındakı qeydlərə əsasən 05.09.1975-ci ildən əmək fəaliyyətinə başlamış, ümumi iş stajı 23 il 1 ay təşkil edir. 14 iyun 2001-ci il tarixdən fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. Sığortaedənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatdan görünür ki, iddiaçı (VÖEN **********) tərəfindən 2010-2012-ci illərdə sığorta ödənişləri edilmişdir. İddiaçı 5 may 2 019-cu il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh ərizəyə cavab olaraq 8 may 2019-cu il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1 1-ci və 221.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla bu qaydada hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə görə ona yaşa görə əmək pensiyası təyin edilməsi qanuna ziddir. İddiaçı 20 may 2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 27.01.2019-cu il tarixdən yaşa görə əm ək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı pensiya yaşına müraciət etməzdən 6 ay əvvəl çatmışdır. Cavabdehin imtinası tam əsassızdır. İddia əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-2223/2019 saylı iş) 11 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 27 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçının 2 3 il 01 ay iş stajı ona məxsus olmaqla tərtib edilmiş əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçının 1971-1975- ci illərdə təhsil aldığı müddət də onun sığorta stajına daxil edilməlidir. Həmçinin iddiaçı ********** VÖEN ilə fərdi sahibkar kimi fəaliyyət göstərmişdir və 2010-2012-ci il tarixlərdə sığorta ödənişləri etmişdir. Qeyd edilən faktı cavabdeh inzibati orqanın nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatda təsdiqləmişdir. İddiaçının qanunvericiliklə tələb olunan iş stajı iş materiallarına əlavə edilmiş sənədlərə öz təsdiqini tapmışdır və onun yaşa görə əmək pensiyası hüququ 64 yaşı tamam olan zaman, yəni 27.01.2019-cu il tarixində yaranmışdır. Lakin inzibati orqan iddiaçının tələbinin yerinə yetirilməsindən əsassız olaraq imtina etmiş və onun konstitusion hüquqlarının pozulmas ına səbəb olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin11 oktyabr 2019-cu il tarixli qərarı ilə razılaşan BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X3-məruzəçi, X4 və X5, 2-1(103)-264/2020 saylı iş) 16 yanvar 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 10 fevral 2020-ci il tarixdə qərarın surətini almış, 10 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinə əsasən bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə görə əmək pensiyasının təyin edilməsi mumun olmamışdır. Qeyd oluna hal məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bununla da qərarla maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu da öz növbəsində qərarın kasasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyası nın iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı 27 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehə görə iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyindən və “Əmək pen siyaları haqqında” Qanunun 22.1-ci maddəsinin tələbləri ödənilmədiyindən əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdeh həm imtinasında, həm də şikayətlərində “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə istinad edərək 1 yanvar 2019-cu ildən etibarən sığortaolunanın əmək pensiyasının təyin olunması və hesablanması üçün əsasların iddiaçıya münasibətdə mümkün olmadığını bildirmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun müddəalarına görə iddiaçının 25 il sığorta stajı və 63 yaş 6 ayı olduğu təqdirdə pensiya hüququ yaranacaqdır. İddiaçı xx xxxxxx 1955-ci ildə doğulmuşdur. Onun 63 yaşı 27 yanvar 2018-ci il tarixdə tamam olmuşdur. Qanunun 7-ci maddəsinin Qeyd hissəsi nəzərə alınarsa, iddiaçının 2017-ci ilin iyulun 1-dən 2018-ci ilin iyulun 1-dək olan dövr (bu dövr daxilində iddiaçının 63 yaşı tamam olduğuna görə) nəzərə alınaraq 6 ay 63 yaşa əlavə edilməklə, 63 yaş 6 aydan, yəni 27 iyul 2018-ci ildən iddiaçının pensiya hüququ yaranmışdır. İddiaçı 2019-cu ilin may ayında cavabdehə müraciət edərək 64 yaşdan, yəni 27 yanvar 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yan varın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 221.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üç ün bir il azaldılmaqla hesablanır; (-); (-)... İddiaçının 63 yaş 6 ayında 28 ildən çox stajı olmuşdur. Həmçinin 2018-ci ilin 1 iyul tarixinə də fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olmuşdur. İddia tələbi yaşa görə pensiya təyin edilməsi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun istər 7-ci maddəsi və onun Qeyd hissəsinin tələbləri, istərsə də 22-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçıya əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edildikdə, hər iki maddədə göstərilən tələblər iddiaçıya münasibətdə mövcud olmuşdur. Cavabdeh şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2-ci maddəsinə istinad edərək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 1971-1975-ci illər ali təhsil dövrü və bundan sonrakı 1 illik hərbi xidmət dövrü daxil olmaqla 1971-ci ildən 2000-ci ilə qədər iddiaçının 25 ildən çox sığorta stajı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi və onun Qeyd hissəsinə əsasən iddiaçı 25 ildən az olmayan sığorta stajına malik olduğundan 63 yaş 6 aydan yaşa görə pensiya hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbləri nəzərə alındıqda isə, onun 2018-ci ilin 1 iyul tarixə fərdi hesabının sığorta hissəsində müəyyən miqdarda sığorta kapitalına malik olmasını cavabdeh özünün işdə olan məktubları ilə təsdiq etmişdir. Odur ki, cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır. İstər avtomatlşadırılmış qaydada, istərsə də bu qaydadan kənar iddiaçının 27 yanvar 2019-cu ildə pensiya hüququ yaranmışdır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququ pozulmuşdur. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıl malıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-264/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1459/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1459/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver