Məhkəmə qərarları › İş №2-1(102)-1459/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1459/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1459/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: üçüncü şəxsin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi barədə ərizə vermək imkanı, ərizənin mümkünsüzlüyü. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabd eh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ("xxxx" MTK üçüncü şəxs olmaqla) mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1732/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən aldığı xxxxndə 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 15 saylı mənzili onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2-1(81)4536/2018 saylı qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia təmin edilərək, xxxxndə 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.metr olan 3 otaqlı 15 saylı mənzili iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

3. Məhkəmənin sözügedə n qərarını tərəflər mübahisələndirməmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilmişdir.

4. Bundan sonra, "xxxx" Mənzil Tikinti Kooperativi ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli, 2-1(81)4536/2018 saylı tarixli qərarının onun hüquqlarına toxunduğu bildirmiş və buna görə də, hazırkı inzibati iş üzrə icraatın təzələnməsini və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1(81)-4536/2018 saylı (hakim: P.A.Hüseynov) qərardadı ilə "xxxx" MTK tərəfindən verilmiş ərizə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4536/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, "xxxx" MTK hazırkı inzibati məh kəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Məhkəmə icraatının gedişində üçüncü şəxs məhkəməyə ərizə ilə müraciət edərək, hazırki işə baxılıb yekun nəticə qəbul edilənə və məhkəmə qərarı qanuni qüvvəsini alanadək Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717, 1 saylı çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 15 saylı mənzilin üzərinə həbs qoyulmasını və həmin iş üzrə məhkəmə qərarının icrasına dönüş edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2-1(112)-2167/2021 saylı (hakim: P.A.Hüseynov) qərarı ilə iddia tələbi təmin edilmiş, xxxx, 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m o lan 3 otaqlı 15 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2-1(112)-2167/2021 saylı (hakim: P.A.Hüseynov) qərardadı ilə üçüncü şəxs "xxxx" MTK-nın ərizəsi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbiri çıxarılacaq məhkəmə qərarının gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn və məhkəmə qərarının gələcəkdə icrasının təmini məqsədi ilə görülən prosessual hüquqi tədbiridir. İddia tələbi mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyes trində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlıdır, belə olan halda, əgər iddia təmin edilərsə, ərizədə qeyd olunan tələbin (mənzilin üzərinə həbs qoyulması) gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrası ilə heç bir bağlılığı və əlaqəsi yoxdur.

10. Məhkəmə ərizənin məhkəmə qərarının icrasına dönüş edilməsinə dair hissəsi ilə əlaqədar olaraq isə qeyd etmişdir ki, tərəflər arasında hazırki iş üzrə məhkəmə mübahisəsi başa çatmamışdır, mübahisə davam edir. Əvvəlki qərarın ləğv edilməsi üçüncü şəxslərin icraata cəlb edilməsi ilə əlaqədar olmuşdur və məhkəmə araşdırmasının yekunlaşması ilə bağlı deyildir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, ərizədə qaldırılan məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiv a edir, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirilə bilər.

11. Üçüncü şəxs apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, ərizənin təmin olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1723/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: X.A.Cəmilova və A.S.Hüseynov) üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 2-1(112)-2167/2021 saylı qərardadı mənzilin üzərinə həbs qoyulmasının rədd edilməsi hissəsində ləğv edilmiş, ərizə həmin hissədə qismən təmin olunaraq xxxx, məhəllə 717, inşa edilmiş çoxmənzilli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,6 kv.m olan 3 otaqlı 15 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi qanunun məzmunundan da açıq aydın görünür ki, mübahisə barəsində məhkəmədən müvafiq məlumatın daxil olduğu halda hər hansı qeydiyyatın dayandırılması DƏDRX-nin müvafiq qurumunun vəzifəsidir. Lakin birinci instansiya məhkəməsi bu halda DƏDRX-nin müvafiq qurumunun öz vəzifəsini (vəzifəsinin icrasına səhlənkar yanaşması, diqqətsizlik etməsi və sair səbəbdən) icra etməməsi ehtimalını nəzərə almamışdır. Eyni zamanda müvəqqəti xarakterli tədbir görülərkən işin faktiki hallarından asılı olaraq, işdə iştirak edən üçüncü şəxs s tatusunda olan şəxslərin də qanunla qorunan mənafeləri nəzərə alınmalıdır. Həm də müvəqqəti xarakterli müdafiə tədbirinin məqsədi gələcəkdə məhkəmənin qərarının icrasında baş verə biləcək hər hansı bir çətinliyi aradan qaldırmaqdır. Qərarın gələcəkdə icrasının çətinləşməsi və ya qeyrimümkün olması mübahisəli əmlakın özgəninkiləşdirməsi ilə əlaqəli olar bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlak üzərinə həbs qoyulmasına dair təmin tədbiri daha geniş anlayış olub mülkiyyətçini sahiblik və istifadə hüququndan müvəqqəti olsa da məhrum etdiyindən, müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizə qismən təmin edilərək, mübahisəli mənzilin üzərində sərəncam verilməsinə qadağa qoyulmalıdır. Kollegiya bu nəticəyə gələrkən qərarın icrasını çətinləşməsinin və ya qeyrimümk ün olmasının qarşısını almaqla yanaşı, görüləcək tədbirin məhkəmə mübahisəsinin davam edəcəyi müddət ərzində mülkiyyətçinin istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə də mane olmayacağını nəzərə alır.

14. İcraya dönüş hissəsində ərizənin təmin edilməməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbində göstərilən məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir ki, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirilə bilər.

15. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1723/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini, üçüncü şəxs "xxxx" MTK-nın müvəqqəti xarakterli müdafiə tədbirinin götürülməsinə dair ərizəsinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri:

16. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, inzibati prosessual qanunvericiliyə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri iddiaçının hüquqlarının qorunmasına yönəlmiş təminat tədbiri olub, iddiaçının ərizəsinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hə rəkətlərə dözmək barədə vəzifə qoyulmasından, həmçinin qanuni əsaslar olduğu hallarda üçüncü şəxslərin də üzərinə belə vəzifələrin qoyulmasından ibarətdir. Əmlakın üzərinə həbs qoyulmasını tələb edən "xxxx" MTK hazırkı iş üzrə iddiaçı olmamaqla belə bir hüquqa malik deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qəra r qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə və üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onların nümayəndələrinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafi ə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati akt ın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 42.1. Üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər. Maddə 42.2. İnzibati aktın icrasının dayandırılması haqqında qərardad bu Məcəllənin 41-cı maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zə ruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. 43.2. Ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə müba hisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərardadı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları düzgün tətbiq olunmamışdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməklə ərizə mümkün sayılmamalıdır.

24. Belə ki, işin hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə tərkibi aşağıdakıları qeyd edir.

25. Hazırkı işin hallarından göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üçüncü şəxs tərəfindən verilmişdir. O, məhkəmədən inzibati aktın icrası ilə bağlı olmayan iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsini tələb etmişdir.

26. İPM-in 43-cü maddəsində iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsinin şərtləri aydın təsbit edilmişdir: - mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; - ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi.

27. Beləliklə, iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülə bilməsi üçün üçüncü şəxs tərəfindən bununla bağlı ayrıca iddia qaldırılmalıdır. Çünki bu tədbir məhz iddiaçının hüquqlarının müdafiəsinə yönəlmişdir. Üçüncü şəxs isə ayrıca iddia qaldırma dan hazırkı icraatın gedişində müvəqqəti xarakterli müdafiə ilə bağlı ərizə vermişdir.

28. Digər tərəfdən, üçüncü şəxsin ayrıca icraatda ərizəçi kimi iddia qaldıranadək belə bir ərizə ilə müraciət etmək hüququ istisna olunmur. Lakin həmin ərizə ilə bağlı onun maddi tələbinin mövcud olması ehtimalı müəyyən olunmalıdır. Hazırkı icraatda belə bir hal da yoxdur.

29. Nəhayət, üçüncü şəxs tərəfindən inzibati aktın icrasının dayandırılması növündə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilə bilməsi üçün də onun tərəfindən iddia qaldırılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, üçüncü şəxsin hazırkı icraatda müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə vermək hüququ olmamışdır. Apellyasiya məhkəməsi isə bu halı nəzərə almadan sözügedən ərizəni mahiyyəti üzrə araşdırmaqla həll etmişdir. Ona görə də, apellyasiya məhkəməsinin qərardadı bu hissədə ləğv edilməli və eyni hissədə ərizə mümkün sayılmamalıdır.

31. İcraya dönüş hissəsində ərizənin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ərizədə qaldırılan məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi irəli sürməklə mübahisələndirilə bilər. Məhkəmə kollegiyası icraya dönüş hissəsində ərizənin təmin edilməməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

32. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2021-ci il tarixli, 21(103)-1732/2021 nömrəli qərardadı müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə ərizə mümkün sayılmasın. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar