Məhkəmə qərarları › İş №2-1(102)-1459/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1459/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1459/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərəkətlərin qanunsuz hesab edilməsi, iddianın mümkünlüyü, ilkin müraciət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1999-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə (üçüncü şəxs X1 /xx.xx.1994-cü il təv əllüdlü; FİN: 5H9GL3H/) qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-798/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə üçüncü şəxs arasında nikahın bağlanması haqqında 14 fevral 2019cu il tarixdə 70 nömrəli akt qeydi tərtib olunmuşdur.

2. Üçüncü şəxsin nümayəndəsi 22 oktyabr 2020-ci il tarixdə cavabdehə nikahın pozulması haqqında ərizə ilə müraciət etmişdir.

3. Cavabdehin 22 oktyabr 2020-ci il tarixli, 05/Q-2148/15 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinli k yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (qeydiyyat orqanı) xitam verilə bilər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Üçüncü şəxsin arvadı (iddiaçı) nikahın pozulması ilə əlaqədar olaraq şöbəyə gəlməmiş və nikahın pozulmasına razılığının olduğunu ifadə etməmişdir. Müvafiq qanunvericiliyin tələblərinə əsasən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə (üçüncü şəxsə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin nikahın pozulmasına dair üçüncü şəxsin müraciəti barədə iddiaçının məlumatlandırmamasının və 22 oktyabr 2020-ci il tarixli, 05/Q-2148/15 nömrəli məktubu ilə nikahın qeydiyyat orqanında pozulmasından imtinasının qanunsuz hesab edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvanına daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli məhkəmə bildirişinə əsasən həmin məhkəmənin icraatında üçüncü şəxsin ona qarşı «nikahın pozulması» tələbinə dair mülki iş vardır və həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası 5 noyabr 2020-ci il tarixə, saat 12:40-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclası keçirilən gün cavabdehin 22 oktyabr 2020-ci il tarixli, 05/Q-2148/15 nömrəli məktubunun surəti ona təqdim edilmişdir. Həmin məktuba əsasən üçüncü şəxsin nümayəndəsi eyni tarixdə, yəni xx.xx.2020-ci il tarixdə cavabdehə nikahın pozulmasına dair ərizə ilə müraciət etmiş və ona cavab olaraq həmin müraciətdə göstərilmişdir ki, nümayəndəsi olduğu şəxsin arvadı İddiaçı nikahın pozulması ilə əlaqədar razılığını ifadə etməmişdir. Yuxarıda qeyd olunan müvafiq qanunvericiliyin tələblərinə əsasən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunur. İddiaçı özü müəyyən səbəblərdən nikaha xitam vermək niyyətində olmuşdur. Lakin üçüncü şəxsin cavabdehə müraciət etməsindən məlumatı olmamış və bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Hətta iddiaçıya nikahın pozulması ilə əlaqədar öz mövqeyini bildirməyə imkan yaradılmamışdır. Tərəflərin nikahın pozulması ilə bağlı arala rında mübahisə olmadığı halda və iddiaçının özünün nikahın pozulması niyyətində olmasını nəzərə alaraq cavabdeh heç bir araşdırma aparmadan, müraciət edilən eyni gündə, hansısa səbəblərdən müraciət edənə dərhal imtina məktubu verməklə qüvvədə olan ailə qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, iddiaçının da hüquqlarını pozmuşdur.

6. Cavabdeh iddia tələbinə yazılı etirazını təqdim etməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2961/2021 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin nümayəndəsi nikahın pozulması üçün qeydiyyat şöbəsinə müvafiq ərizə təqdim etsə də, həmin ərizədə ər və arvadın qarşılıqlı razılığı barədə məlumat olmadığından cavabdeh qeydiyyat şöbəsi nikahı n pozulması barədə ərizənin qəbulundan imtina etmişdir. Eyni zamanda üçüncü şəxsin “nikahın bağlaması” ilə bağlı müraciəti üzrə inzibati icraat zamanı hazırki iddiaçının (arvadın) üzrlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə qeydiyyat şöbəsinə gəlmək imkanının olmaması və buna görə də yaşadığı yerin qeydiyyat şöbəsi və ya notariat orqanı tərəfindən təsdiq edilmiş müvafiq ərizəsinin mövcud olması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən üçüncü şəxsin nümayəndəsinin nikahın pozulması barədə xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar qanunvericiliyin hər hansı tələblərinin pozulması hallarına yol verilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təmin olunmasını xahi ş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-798/2022 nömrəli qərardadı (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və V.Ə.Baxışova) ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2-1(112)-2961/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

11. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının göstərilən iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciəti, həmçinin bu müraciətə cavabdeh tərəfindən hər hansı imtina məktubunun verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının cavabdeh inzibati orqana müraciətinin mövcud olub -olmamasını araşdırmadan, cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində iddiaçının hansı hüquqlarının pozulmasını müəyyən etmədən əsassız olaraq iddia tələbini rədd etmişdir.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı hesab edir ki, üçüncü şəxsin ərizə ilə cavabdeh orqana müraciət etməsindən iddiaçının məlumatı olmamış və ona bu barədə hər hansı rəsmi məlumat verilməmişdir. Bu səbəbdən, iddiaçının qeydiyyat şöbəsinə üçüncü şəxslə eyni vaxtda müraciəti mümkün ola bilməzdi. Digər tərəfdən, isə cavabdeh orqanın ər-arvadın birgə ərizəsi olmadığı halda yalnız ərin və ya arvadın ayrıca ərizəsini qəbul etmə si və nikahın pozulmasına dair ər-arvadın hər ikisinin razılığını aydınlaşdırmadan bununla əlaqədar məhkəməyə müraciət edilməsi üçün üçüncü şəxsə imtina məktubu verməsi qanuna birbaşa zidd olmuşdur. Həmçinin, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh bu müraciətə cavab verməkdən imtina etmişdir. İş materiallarında bununla bağlı müvafiq sənədlər vardır. Apellyasiya instansiyası məhkəməsi bu göstərilənləri nəzərə almadan, əsassız olaraq iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul etmiş, Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “İnzibati məhkə mə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsində n asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır....

16. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçü n əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmi şdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsə lələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Kassasiya şikayətindən aydın olur ki, üçüncü şəxsin ərizə ilə cavabdeh orqana müraciət etməsindən iddiaçının məlumatı olmadığından iddiaçının qeydiyyat şöbəsinə üçüncü şəxslə eyni vaxtda müraciətinin mümkün ola bilməməsi, habelə, cavabdeh orqanın ər-arvadın birgə ərizəsi olmadığı halda yalnız ərin və ya arvadın ayrıca ərizəsini qəbul etməsi və nikahın pozulmasına dair ər-arvadın hər ikisinin razılığını aydınlaşdırmadan bununla əlaqədar məhkəməyə müraciət edilməsi üçün üçüncü şəxsə imtina məktubu verməsinin qanuna zidd olmasına dair də lillər mahiyyət etibarı ilə iddia ərizəsinin dəlillərini təkrarlamaqla iddia tələbinə mahiyyəti üzrə baxılmasına dair dəlilləri özündə ehtiva edir.

23. İddiaçının kassasiya şikayətində iddia tələbinin mümkünlüyü ilə bağlı dəlili ondan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh bu müraciətə cavab verməkdən imtina etmişdir. İş materiallarında bununla bağlı müvafiq sənədlər vardır. Apellyasiya instansiyası məhkəməsi bu göstərilənləri nəzərə almadan, əsassız olaraq iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul etmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərini pozmuşdur.

24. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərini əsassız hesab edir. 25. “İ nzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarından görünür ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı mübahisədə iddiaçının iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət etməsi öz təsdiqini tapmamışdır.

26. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir və iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3) iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 2.2.3, 34.1 və 35.1-ci maddələri).

27. Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə Azərbaycan Respublikası nın İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir.

28. Göründüyü kimi iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq cavabdehə müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir.

29. İddiaçı kassasiya şikayətində məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh orqana müraciət etdiyini qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş, iş materiallarında da bununla bağlı hər hansı sənəd mövcud olmamışdır.

30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində məhkəmənin hərtərəfli araşdırma aparmadığını bildirsə də, məhkəmə iddianın mümkünlük şərtlərinin yoxlanılması barədə həm prosessual tələblərə, həm də Ali Məhkəmə Plenumunun tövsiyələrinə riayət etmişdir.

31. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərardad qəbul edildiyindən kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 2-1(103)-798/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli, 21(103)-798/2022 nömrəli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar