Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1459/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 7 mart 2023-cü il tarixli, 21(103)-525/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səbail rayon İcra Hakimiyyəti başçısının 09 iyun 1992-ci il tarixli, 2743 №-li Sərəncamından görünür ki, Puşkin küçəsi 10 №-li evin həyətinə giriş hissəsində qaraj və təsərrüfat məqsədi ilə istifadə etmək üçün Q.O.Ocaqova verilmiş qeyri-yaşayış sahəsinin bir hissəsi qaraj təşkil etmək üçün İddiaçı verilməsi, onunla icarə müqaviləsinin bağlanması rayonun MTİ-nə tapşırılması qərara alınmışdır
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən 19,6 kv.m qeyri-yaşayış sahəsinin üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alın araq adına çıxarışın verilməsini xahiş etmişdir.
3. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2743 nömrəli sərəncamının əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olmamasına, sərəncamın Puşkin küçəsi, 10 №-li evin həyətində giriş hissəsində olan qeyri-yaşayış sahəsindən qaraj kimi istifadə etmək üçün icazə verilməsi barəsində olmasına istinad edilməklə tələbinin təmin olunması mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanına yerləşən 19,6 kv.m qeyri-yaşayış sahəsinin üzərində yaranmış mülki yyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçıya reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsi onun qanuni istifadəsindədir. Qeyri-yaşayış sahəsinin iddiaçıya ayrılması müvafiq olaraq həmin dövrdə səlahiyyətli şəxs tərəfindən həyata keçirilmişdir. İddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh heç bir hüquqi əsas olmadan müraciətin təmin edilməsindən imtina etmişdir. Təqdim edilmiş sənədlər əsasında cavabdeh inzibati orqan tərəfindən qeyri-yaşayış sahəsi üzərində onun hüquqları qeydiyyata alınmalıdır
6. Cavabdeh iddia təl əbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qeyd olunan qeyri-yaşayış sahəsinin dövlət əmlakı olub-olmamasının müəyyən edilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi 4 (dörd) mərtəbəli yaşayış binası Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət əmlakıdır. Bundan başqa, qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəyə əlavə edilmiş Səbail rayon İcra Hakimiyyəti başçısının xx.x x.1992-ci il tarixli, 2743 nömrəli sərəncamında Puşkin küçəsi, 10 №-li evin həyətində giriş hissəsində olan qeyri-yaşayış sahəsindən qaraj kimi istifadə etmək üçün icazə verildiyi, icarə müqaviləsinin bağlanması rayonun MTİ-nə tapşırılması qeyd edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-8953/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hal-hazırda qeydiyyatdan keçməsini istədiyi qeyri-yaşayış sahəsinə istifadə hüququna malik olmuşdur ki, iddiaçının bu hüququ müvafiq olaraq yerli icra hakimiyyətinin sərəncamı ilə rəsmiləşdirilmişdir. Səbai l rayon İcra Hakimiyyətinin Başçısının 09 iyun 1992-ci il tarixli 2743 №-li Sərəncamından görünür ki, Puşkin küçəsi 10 №-li evin həyətinə giriş hissəsində qaraj və təsərrüfat məqsədi ilə istifadə etmək üçün Q.O.Ocaqova verilmiş qeyri-yaşayış sahəsinin bir hissəsi qaraj təşkil etmək İddiaçı verilməsi, onunla icarə müqaviləsinin bağlanması rayonun MTİ-nə tapşırılması qərara alınmışdır. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanı qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsində öz iradə ifadəsini nümayış etdirmişdir ki, mülkiyyət hüququnun qeydə alınmasında maraqlı olan şəxs də həmin sənədlər əsasında cavabdehə müraciət etmiş, lakin cavabdeh formal hesab ediləcək əsaslarla iddianın təminini həyata keçirməmişdir. Qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verildiyi tarixdə icra hakimiyyətinin başçısı vətəndaş ilə icarə müqaviləsi bağlamaq səlahiyyətinə malik olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamənin 13-cü maddəsinin q) hissəsinə əsasən icra hakimiyyətinin başçısı hüquqi şəxslərlə və vətəndaşlarla icarə müqavilələri və digər təsərrüfat müqavilələri bağlamaq səlahiyyətinə malik olmuşdur. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan normativ hüquqi aktların tələbləri bilavasitə vətəndaşlar ilə icarə müqaviləsinin bağlanılması səlahiyyətini icra hakimiyyətinin başçısının səlahiyyətlərinə aid etməsini təsbit etmişdir. İcra hakimiyyətinin başçısı və ya Mənzil Təsə rrüfat İdarəsi tərəfindən iddiaçı ilə qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanılmaması, qurumun hər hansı prosedur qaydasında formal pozuntular törətməsi kimi qiymətləndirilməli və bu pozuntular vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli, 2-1(103)-525/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022 ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh hə min qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış sahəsinin dövlət əmlakı olubolmamasının müəyyən edilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi 4 (dörd) mərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səb ail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan əmlak kimi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Həmçinin, qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəyə əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-cİ il tarixli 2743 nömrəli sərəncamı əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas deyil. Belə ki, sərəncam Puşkin küçəsi, 10 №-li evin həyətində giriş hissəsində olan qeyri-yaşayış sahəsindən qaraj kimi istifadə etmək üçün icazə verilməsi barəsindədir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd oluna n hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsin in, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. (-) Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, d əyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏ SİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüq uqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına apellyasiya məhkəməsi qeyri-yaşayış sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsinin mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məh kəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən olunur ki, Səbail rayon İcra Hakimiyyətinin Başçısının 09 iyun 1992-ci il tarixli 2743 №-li Sərəncamından görünür ki, Puşkin küçəsi 10 №-li evin həyətinə giriş hissəsində qaraj və təsərrüfat məqsədi ilə istifadə etmək üçün Q.O.Ocaqov a verilmiş qeyri-yaşayış sahəsinin bir hissəsi qaraj təşkil etmək İddiaçı verilməsi, onunla icarə müqaviləsinin bağlanması rayonun MTİ-nə tapşırılması qərara alınmışdır. 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
25. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyri-yaşayış sahəsinə münasibətdə Mənzil Kommunal Təsərrüfat Birliyi ilə iddiaçı arasında icarə müqaviləsinin bağlanılmamasına və hazırda qeyri-yaşayış sahəsinin Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət əmlakı olmasına istinad etsə də, məhkəmənin qənaətinə görə, bu hal iddiaçının ziyanına şərh olunmamalı, sərəncam üzrə tapşırığın icra edilməməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir.
26. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2023-cü il tarixli, 21(103)-525/2023 nömrəli qərarı dəyişdiri