Məhkəmə qərarları › İş №2-1(102)-1459/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1459/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1459/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməs i” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-756/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli 0019003AABW9 saylı göndərişi əsasında baxılmış və X1: XVİİ Sinif Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, lll dərəcə li hiperkifozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin başlanma tarixi 1976-cı il qeyd edilmişdir. Lakin müayinə və müalicə olunması 2019-cu ili əhatə edir.” səbəbi ilə imtina verilmişdir.

2. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0019003AACCK saylı göndərişi əsasında baxılmış və X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, lll dərəcəli hiperkifozu Onurğanın osteoxondrozu, Onurğada daimi ağrı. Başqa rubrikala rda təsnif olunmayan tənəffüs çatmamazlığı, 4805 nömrəli tibbi rəyə əsasən qarışıq tipli mötədil ventilyatsiya pozğunluğu. İ-İİ Hərəkətin və yerişin pozulmaları, Ataktik yeriş. Əzginlik (süstlük) və yorğunluq, Xəstə emosional ləbildir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-ETTOİ-dan yeni tibbi rəy tələb olunur” səbəbi ilə imtina verilmişdir.

3. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli Q019Q03AACDD saylı göndərişi əsasında baxılmış və X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqə dar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, lll dərəcəli hiperkifozu Ağırlaşma M42 Onurğanın osteoxondrozu, Xəstə bel nahiyyəsində ağrılardan hərəkət məhdudluğundan şikayətlənir. Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, hərəkət zamanı təngnəfəslik, boğulma hissi narahat edir. Ağırlaşma M40 Kifoz və lordoz Xəstədə gözlə görünən döş qəfəsinin deformasiyası, qunduz nəzərə çarpır. Daimi ağrıdan və ətraflara irradiasiyasından şikayətlənir. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Ataktik yeriş. Ağırlaşma M41 Skolioz. Xəstə ətraflara irradiasiya edən ağrıdan şikayətlənir. Yanaşı xəstəliklər R53 Əzginlik (süstlük) və yorğunluq, Xəstə emosional ləbildir.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin na tamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması tam dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.

4. TSEK-Müayinə tarixi xx.xx.2022-ci il tarixində Q76.3 sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anandangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, İİİ dərəcəli hiperkifozu, ağırlaşma M42 onurğanın osteaxondrozu, xəstə bel nahiyyəsində ağrılardan hərəkət məhdudluğundan şikayətlənir, ağırlaşma J96 başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, hərəkət zamanı təngnəfəslik, boğulma hissi narahat edir, ağırlaşma M40 kifoz və lordoz, xəstədə gözlə görünən döş qəfəsinin deformasiyası, qunduz nəzərə çarpır, daimi ağrıdan və ətraflara irradiasiyasından şikayətlənir, ağırlaşma R26 hərəkətin və yerişin pozulmaları, atak tik yeriş, ağırlaşma M41 skolioz, xəstə ətraflara irradiasiyasından şikayətlənir, yanaşı xəstəliklər R53 əzginlik (süstlük) və yorğunluq, xəstə emosional ləbildir diaqnoz mətni ilə göndərişin natamam doldurulması (köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması tam dəqiqləşdirilsin) səbəbi ilə imtina edilmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 0019003AACDD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər a şkar olunmadığından, göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in T463/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiym ətləndirilməsi üçün göndərişdə qeyd edilən “Əsas diaqnoz: Q76.3-Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz. Ağırlaşma: Q76.4-Onurğanın skaliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları; M24.5-Oynaqların kontrakturası; M41-Skolioz; M42-Onurğanın osteoxondrozu; M40.0-Duruş kifozu; Yanaşı xəstəliklər: R52-Başqa rubrikalarda təsnif olunmayan ağrı; R26-Ataktik yeriş; R52-Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi; R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları; R53-Əzginlik (süstlük) və yorğunluq” diaqnozda olan xəstəliklərdən o, hazırda əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “ Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2022-ci il tarixində göndərilən Forma 88 göndərişi əsasında yenidən əlillik dərəcəsinin qiymətləndirilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq vaxtlarından sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn onda anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli 2-ci dərəcəli skoliozu, 3-cü dərəcəli hiperkifozu xəstəliyindən əziyyət çəkib. Müxtəlif vaxtlarda müalicə olunsa da, xəstəliyin yalnız müvəqqəti olaraq qarşısını ala bilmişdir. Artıq iddiaçının 49 yaşı tamam olub. Yaşa dolduqca xəstəliklər səhhətində ciddi fəsadlar törətmişdir. Demək olar ki, onurğanın ağrılarından vaxtaşırı ağrıkəsici iynələrdən istifadə edir. Onurğada olan xəstəliklər, onurğanın 82 dərəcə əyilməsi iddiaçının ağ ciyərlərində də ciddi problemlər yaratmışdır. Artıq tənəffüs çatışmazlığından da əziyyət çəkir. Onurğanın əyriliyindən hərəkəti məhdudlaşıb, yarım saatdan artıq ayaq üstə qala bilmir. Uzun müddətdir ki, sağlamlıq imkanları məhdudlaşdığına görə fiziki işlə məşğul ola bilmir. Özü də ailəlidir, üç azyaşlı övladı var. Qeyd edilmişdir ki, 2019-cu il tarixində Bakı şəhəri S.M.Əfəndiyev adına 2 nömrəli poliklinikanın göndərişi əsasında ET-Travmotologiya və Ortopediya İnstitutunda müayinə və müalicə olmuşdur. Sonuncu dəfə xəstəxanada onurğanın döş tipli sol tərəfli 2ci dərəcəli (14 dərəcə) skoliozu və 3-cü dərəcəli (82 dərəcəli) hiperkifozu, Döş və bel fəqərələrinin ostexondrozu, Fəqərələrin torsiya edilməsi diaqnozu qoyulmuşdur. Belə ki, 2019-cu ildən bu günə qədər beş dəfə xəstəxanada müalicə və müayinə olmuşdur. Səhhətində heç bir irəliləyiş yoxdur. Onurğanın 82 dərəcə əyriliyi demək olar ki, iddiaçının sağlamlıq imkanlarını məhdudlaşdırmışdır. Lakin çox təəssüflər olsun ki, Dövlət TibbiSosial Ekspert Komissiyasında 2019-cu ildə n bu günə kimi göndərilən Forma 88 göndərişləri obyektiv araşdırılmadan müxtəlif bəhanələr gətirilərək göndərişlərə imtina olunmuş və səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Cavabdeh imtinasında natamam doldurulma qeyd edərək iddiaçıya əlillik təyin edilməsindən imtina edir. Sonuncu dəfə səbəb qeyd etmişlər ki, travmotoloji xəstəxanadan yeni tibbi rəy alınsın, hərçənd həmin göndəriş göndərilərkən heç iki ay yox idi ki, xəstəxanadan rəy alıb 2 saylı şəhər poliklinikasına vermişdir. Onlar da həmin rəy əsasında Forma 88 göndərişini yazıb göndərmişdirlər. Xəstəxanadan tibbi rəy verilmək üçün gərək altı ay keçməlidir. İddiaçı isə iki ay deyildi ki xəstəxanadan gəlmişdir. Bunlara baxmayaraq, iddiaçı yenidən tibbi rəy almaq üçün yenidən xəstəxanaya gedib və yeni rəy alaraq 2 saylı şəhər polikli nikasına təqdim edib ki, yeni Forma 88 göndərişini göndərsinlər. Lakin çox təəssüflər olsun ki, bu dəfə də xx.xx.2022-ci il tarixində imtina etmişlər və göndərişi səhiyyə müəssisəsinə geri qaytarmışlar. Bu səfər isə səbəb xəstəliyin ağırlaşmasının müayinəsi dəqiqləşdirilməsi qeyd edilmişdir. Hərçənd ağırlaşma ilə əlaqədar Ağciyər institutunda ona rəy verilmişdir ki, ağciyərlərdə Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur və xəstəliyin kodu J96. Onurğanın əyilməsi iddiaçının tənəffüs almağında çətinlik yaradır. Вu haqda Forma 88-də qeyd olunmuşdur. İddiaçının sağlamlıq imkanları məhdudlaşıb. Ondan əlavə 2019cu ildə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin işçi qrupunun verdiyi rəydə göstərilmişdir ki, ona imtina xəstəlik ilə əlaqədar deyil, imtinanın səbəbi formal xarakter daşıyır. Hərçənd iddiaçının əlilliyi M40, M41 kodları əlilliyin təyin edilməsinə dair əsasnamədə öz əksini tapmışdır. Ondan əlavə, onurğanın 32% əyriliyi olması insan orqanizimində açıq-aşkar bəlli olunur ki, şəxsin sağlamlıq imkanları məhdudlaşıb. Hesab edilmişdir ki, cavabdeh ona 2019-cu ildən bəri əlillik dərəcəsinin təmin olunmasına süni maneələr yaradaraq, müxtəlif bəhanələr gətirmişdir. Nəticə etibarı ilə ona əlillik dərəcəsi təyin edilməsindən məhrum olmuşdur.

9. Cavabdeh məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0019003AACDD saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2 022-ci ilin iyun ayında, yəni təxminən 5 ay sonra xx.xx.2021-ci il tarixli 0019003AACDD saylı göndəriş əsasında verilən xx.xx.2022-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır.

10. İddiaçı daha sonra iddia tələbinin “xx.xx.2022-ci il tarixindən ona 3-cü dərəcə əlillik dərəcəsinin təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmiş, protokol qaydasında ərizə qəbul edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-1496/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı İİİ dərəcə əlilliyin xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhd əliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 2 nömrəli Şəhər Polikliniasının xx.xx.2019-cu il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişləri əsasında qiymətləndirilmiş, hər dəfə göndərişin natamam doldurulması əsası ilə əlilliyin təyinindən imtina edilmiş, sonuncu xx.xx.2021-ci il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2022-ci il tarixdə aparılmış və əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2022-c i il tarixdə müraciət etmişdir. Yəni qeyd edilən müddət ərzində iddiaçının mütəmadi olaraq əlilliyin təyin edilməsi ilə bağlı müraciətləri olmuş, iddiaçı qiymətləndirildiyi sonuncu xx.xx.2022-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.

13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9)) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq i xtisaslaşmış səhiyyə müəssisələrində (Bakı ET Travmatologiya və Ortopediya İnstitutu və Bakı ET X3) ambulator müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. İddiaçının sonuncu forma 88 arayışında qeyd edilən xəstəliklərdən əziyyət çəkməsi ekspert rəyi ilə də təsdiq olunmuşdur.

14. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi: R.Ə.Səmədov, hakimlər: X.A.Cəmilova və A.P.Oruczadə) 2-1(103)-756/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayətində işin halları, imtina məktubunun və apellyasiya şikayətinin dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsaslar ı ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdeh orqan olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək ciddi qanun pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən qüvv ədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin tək rar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vas itəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 21. “01 iyul 2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Bənd 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: 2.5.12. üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9)

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudla şması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil e dir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müdd ətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və y a qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımda n lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli ar aşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

31. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə ko llegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi ağırlaşmalar olmadığı təqdirdə diaqnozun mövcudluğunun əlillik təyinatına əsas vermədiyidir.

34. Hazırkı işin apellyasiya instansiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixində müayinə olunmuş və Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfi İİ dərəcəli skaliozu, İİİ dərəcəli hiperkifozu diaqnoz mətni ilə göndərişin natamam doldurulması (Xəstəliyin başlanma tarixi 1976-cı il qeyd edilmişdir. Lakin müayinə və müalicə olunması 2019-cu il əhatə edir.) səbəbi ilə imtina edilmişdir. xx.xx.2021-ci il tarixli müayinə nəticəsində sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfi İİ dərəcəli skaliozu, İİİ dərəcəli hiperkifozu, onurğanın osteoxondrozu, onurğada daimi ağrı, başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, 4805 nömrəli tibbi rəyə əsasən qarışıq tipli mötədil ventilyatsiya pozğunluğu İ-İİ, hərəkətin və yerişin pozulmaları, ataktik yeriş, əzginlik (süstlük) və yorğunluq, xəstə emosional ləbildir diaqnoz mətni ilə göndərişin natamam doldurulması (keyfiyyətsiz doldurulma-ETTOİ-dən yeni tibbi rəy tələb olunur) səbəbi ilə imtina e dilmişdir. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2022-ci il tarixdə müayinə olunmuşdur) (status localis) xəstədə fəqərələrin anadangəlmə deffekti olduğundan uşaq vaxtlarından bədən tərbiyyəsi və üzgüçülüklə daima məşğul olmasına baxmayaraq, yaşlandıqca özünü daha çox biruzə vermiş və əmək qabiliyyətinin itirilməsinə səbəb olmuşdur. Xarici görünüşündə döş fəqərəsinin ifrat dərəcədə qabağa əyilməsi nəticəsində qunduz əmələ gəlmişdir. Bununla əlaqədar xəstədə təngnəfəslik daimi ağrı yorulma, hərəkətin məhdudluğu, fiziki gərginliklə diskomfort hiss etməyə başlamışdır. Xəstə şikayətçidir. 2020-ci ildən bu günə qədər daim məhkəmələrə şikayət etmişdir. Dəfələrlə poliklinikada və ETTOİ-də müayinə və müalicə almışdır. Vəziyyəti orta ağırlıqdadır. Q76.3 Sümüklər in inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz diaqnozu ümumi cərrah, J96 başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı diaqnozu terapevt tərəfindən təsdiq olunmuş, həmin diaqnozlar köməkçi diaqnostik müayinələrlə (ağ ciyərlərin spiroqramması – qarışıq tipli mötədil ventilyasiya pozğunluğu, döş qəfəsinin rentgenskopiyası – hər iki ağ ciyərdə peribranxit, onurğanın sol tərəfə skoliozu, sümük/s rentgenoqrafiyası – onurğanın döş tipli sol tərəfli İİ dərəcəli (14 dərəcə) skoliozu və İİİ dərəcəli (82) dərəcə) hiperkifozu təyin olunur, döş və bel fəqərələrinin osteoxondrozu. Fəqərələr torsiya edib. - Diaqnoz: Q76.3. Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcə skoliozu, İİİ dərəcə hiperkifozu Ağırlaşma M42 Onurğanın osteoxondrozu, Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı Ağırlaşma M40 Kifoz və lordoz. Xəstədə gözlə görünən döş qəfəsinin deformasiyası, qunduz. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları. Ataktik yeriş. Ağırlaşma 41 Skolioz Yanakı xəsəliklər R53 Əzginlik (süstlük) və yorğunluq. Cavabdeh göndərişin natamam doldurulması (köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması tam dəqiqləşdirilsin) səbəbi ilə imtina etmişdir.

35. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in T463/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfind ən qiymətləndirilməsi üçün göndərişdə qeyd edilən “Əsas diaqnoz: Q76.3- Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz. Ağırlaşma: Q76.4-Onurğanın skaliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları; M24.5-Oynaqların kontrakturası; M41-Skolioz; M42-Onurğanın osteoxondrozu; M40.0-Duruş kifozu; Yanaşı xəstəliklər: R52-Başqa rubrikalarda təsnif olunmayan ağrı; R26- Ataktik yeriş; R52-Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları; R53-Əzginlik (süstlük) və yorğunluq” diaqnozda olan xəstəliklərdən o, hazırda əziyyət çəkir. 2.3.Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə tə sdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3-17-4/2-7290/2023 nömrəli məktubunda qeyd olunan rəyə münasibətdə bildirmişdir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin 1008 saylı ekspert rəyində göstərilən “İpoxondrik pozğunluq. Dayanıqlı kəskin ifadə olunmuş somatoform pozuntu. İpoxondrik nevroz, fobik sindromla. Suisidial fikirlər və cəhdlərlə. Şəxsiyyətin nevrotik inkişafı, depressiv sindrom. Fobiyalı həyəcan pozğunluqları. Davranış pozuntuları. Qavrama və dərketmə geriliyi.” diaqnozu göndərişdə qeyd edilən tibbi-diaqnostik mə lumatlarla (anamnestik məlumatlar, ixtisas həkimlərinin rəyi, klinik, instrumental müayinələr, müalicə tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator mexanizmlərinin vəziyyəti, klinik proqnoz və s.) təsdiqini tapdığı halda əlillik təyinatına əsas verə bilər.

36. Ekspert rəyində göstərilən diaqnoz - M41-Skolioz; M40.0-Duruş kifozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.12. bəndinə (üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9) uyğun gəlir.

37. İddiaçının sonuncu forma 88 arayışında qeyd edilən xəstəliklərdən əziyyət çəkməsi ekspert rəyi ilə də təsdiq olunmuşdur.

38. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.12-ci bəndinə (üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9) uyğun olmasının müəyyən olunmasına və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Bakı ET Travmatologiya və Ortopediya İnstitutu və Bakı ET Ağ ciyər Xəstəlikləri İnstitutu) ambulator müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.

39. Cavabdehin kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əli lliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

40. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

41. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əl illiyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətlə ndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur

42. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin o lunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

43. Bu mənada kassasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

44. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

45. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddi alar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

46. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-756/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar