Məhkəmə qərarları › İş №2-1(102)-146/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-146/2020

05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-146/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Səbail Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( ehtiyatda olan hərbi qulluqçuya bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması, boş torpaq sahəsinin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Səbail Bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılmasına dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2251/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində müddətdən artıq hərbi xidmət keçmişdir. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Səbail rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 308 saylı arayış) İddiaçı DSX-də xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. (Azərbaycan Respublikası Dövlət Sərhəd Xi dməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 44/MMK saylı arayış). İddiaçı cavabdehlər - Bakı şəhəri Cavabdeh1nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə və Abşeron rayonu Fatmayı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması vəzifəsinin buna məsul olan cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Bakı şəhəri Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Abşeron rayonu Fatmayı Bələdiyyəsinin cavabdehlər siyahısından çıxarılmasını, iddia ərizəsində cavabdeh kimi yalnız Səbail Bələdiyyəsinin saxlanı lmasını və iddia tələbinin yalnız Səbail Bələdiyyəsinə yönəldilməsini nəzərə almağı xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1994-cü ilin iyul ayından 2012-ci ilin mart ayına qədər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində müddətdən artıq xidmət keçmiş, lakin həmin müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. Təqaüdə çıxdıqdan sonra “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan hüququnu reallaşdırmaq üçün bir neçə bələdiyyəyə, o cümlədən, Səbail Bələdiyyəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən bildirilmişdir ki, bələdiyyəyə aid torpaqların hüdudları, növləri, ölçüləri və elektron xəritəsin in müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verdikdən sonra ona torpaq sahəsi ayrılması məsələsinə baxıla bilər. İddiaçı hesab edir ki, Qanunun qeyd olunan normasına əsasən hərbi qulluqçu kimi 6 ay müddətində torpaq sahəsi almaq hüququna malikdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(81)4633/2018 saylı qərarı ilə (hakim: E.Q.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılması hazırda mümkün olmadığından iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Məhkəmənin həmin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-793/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(81)-4633/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2252/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: Z.M.Quliyev, hakimlər: R.S.Nəbizadə və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-793/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək iş baxılması üçün yenidən apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2251/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(81)-4633/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, “Hərbi qulluqçuların st atusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda, müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Göründüyü kimi, qanunvericilik Silahlı Qüvvələrdə 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətində yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququnun olmasını konkret müəyyən etmişdir ki, iddiaçı da bir Azərbaycan qadın hərbçisi olaraq 1994-cü ilin iyul ayından 2012-cilin mart ayına qədər olan müddətdə, yəni 17 ildən artıq Silahlı Qüvvələrdə xidmət etmişdir. Odur ki, onun müharibə şəraitində Silahlı Qüvvələrdə xidmət etməklə Qanunvericiliyə uyğun olaraq gələcəkdə mənzil və ya öz hesabına fərdi ev tikmək üçün pulsuz torpaq sahəsi almaq hüququ vardır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da vəkili olmadığından işə Azərb aycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun nümayəndəsinin izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olun maqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçının 17 ildən çox həqiqi hərbi xidmət keçdiyi işin mübahisələndirilməyən halıdır. Mübahisələndirilən hal isə ondan ibarətdir ki, iddiaçı hesab edir ki, 15 il müddətdən artıq həqiqi hərbi xidmət keçdiyi nəzərə alınaraq qeydiyyatda olduğu rayonun bələdiyyəsi, yəni cavabdeh tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə təmin olunmalıdır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqç uların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fər di yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələ r tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qanunun qeyd olunan normasının məzmunundan göründüyü kimi, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları mövcud qeydiyyat qaydası nəzərə alınmaqla, yaşayış yerinə gəldikləri gündən 6 ay keçənədək mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmək hüququna malikdirlər. İddiaçı həmin hüququnu həyata keçirmək məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməmiş və bildirmişdir ki, Səbail Bələdiyyəsinə aid torpaqların hüdudları, torpaq növləri, ölçüləri, habelə torpaqların elektron xəritəsi bu vaxta qədər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verilməmişdir. Həmçinin, hazırda Səbail Bələdiyyəsinin mülkiyyətində boş torpaq sahəsi yoxdur. Səbail Bələdiyyəsinə aid torpaqların hüdudları, həmçinin torpaq növləri, ölçüləri, habelə torpaqların elektron xəritəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilərək bələdiyyəyə təhvil verildikdən sonra torpaq sahəsi ayrılması məsələsinə baxıla bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bələdiyyənin mülkiyyətində torpaqayırmanın qanunvericiliklə müəyyən edilən qaydalarına müvafiq qaydada ayrılıb ona təhvil verilən və mülkiyyəti kimi qeydə alınan torpaq sahələrinin mövcud olması ö z təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir (Həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli Fərmanına əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün ve rilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri(qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Həmin Qanunun 6.9-cu maddəsinin tələbinə görə bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsindən isə görünür ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarix indən əmələ gəlir. Lakin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdehin qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq qaydada mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olan, başqa sözlə onun yerləşdiyi inzibati ərazidə mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi mövcud deyil. Belə olan halda, bələdiyyənin Səbail rayon inzibati ərazisində hər hansı bir torpaq sahəsi üzərində sərəncam vermə səlahiyyəti mövcud ola bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə tam razılaşmasa da hesab edir ki, iddianın təmin edilməməsi barədə məhkəmələrin gəldiyi nəticə düzgündür. Belə ki, cavabdeh Səbail Bələdiyyəsinin imtina məktubunun, eləcə də iddiaya qarşı etirazının əsaslarından biri də hazırda onun mülkiyyətində boş tor paq sahəsinin olmaması ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iddianın təmin olunmaması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi torpaq sahəsi almaq hüququna malik olması bu barədə iddianın təmin edilməsi üçün mütləq əsas hesab edilə bilməz. Belə ki, bu hüququn reallaşması üçün təbii ki, həmin bələdiyyənin sərəncamında boş torpaq sahəsinin mövcud olması da vacibdir. Cavabdeh Səbail Bələdiyyəsi iddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi torpaq sahəsi almaq hüququnu mübahisələndirmir, hazırda boş torpaq sahəsi olmadığından iddiaçının tələbinin yerinə yetirilməsinin mümkünsüz olduğunu bildirir. Məhkəmə araşdırmaları zamanı cavabdehin bu dəlilinin təkzib edilməsi, yəni onun mülkiyyətində hazırda boş torpaq sahəsi olması və yaxud idd iaçının hüquqları pozulmaqla cavabdeh tərəfindən başqa şəxslərə torpaq sahəsi ayrılması halları sübuta yetirilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12ci maddəsinin 2-ci hissəsində deyilir ki, hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ olsa da, komandanlığın vəsatəti ilə onlar əvvəlcə seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilməli və yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuları mənzil və ya tor paq sahəsi almaq üçün uçota götürməlidirlər. İş materiallarında iddiaçının torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə heç bir sübut yoxdur. Belə olan halda, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin dispozisiya şərtlərinin ona münasibətdə tam ödənilməsindən söhbət gedə bilməz. Odur ki, qeyd edilənlər iddianın rədd edilməsi barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi barədə məhkəmələrin gəldiyi nəticə əsaslıdır. İddiaçı tərəfindən kasassiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıdakılar a əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2251/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar