Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-146/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Müdаfiə Nаzirliyinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi aaa və vəkili Dilarə Əfrasiyabovanın iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Müdаfiə Nаzirliyinə qаrşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1172/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
2. Cavabdeh dövlət orqanı olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Müdаfiə Nаzirliyinə qаrşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə biri nci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,1988-ci ildən 1990-cı ilə qədər Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1990-cu ilin fevral ayından 1990-cı ilin dekabr ayınadək erməni millətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd rayon olan Tovuzun ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin bu günə kimi müharibə veteranı adını ala bilməmişdir. Belə ki, arxiv sənədləri əsasında ona müharibə veteranı adının verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Lakin nazirlikdən cavab olaraq xx.xx.2019-cu il tarixli cavabında ona Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarına müraciət etməyin məqsədəuyğun olması göstərilmişdir. L akin orada da məsələ həll olunmamışdır. Cavabdeh isə buna baxmayaraq ona müharibə veteranı adının verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3728/2019 nömrəli (sədrlik edən hakim Miminаt Hаcıbəyоvа) qərarı ilə İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Müdаfiə Nаzirliyinə qаrşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr vet eranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”nin 1-ci bölməsinə əsaslanaraq iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə sübutlar mövcud olmadığını qeyd etmişdir.
7. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-1172/2020 nömrəli (hakimlər Həmid Həmidov - sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Vidadi Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alı nmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununun 3-cü maddəsi, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx. xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarına əsaslanaraq məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalı olduğunu qeyd etmişdir. Kasasiya şikayətinin dəlilləri:
10. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi öz qərarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə döyüş bölgəsinə ezam olunmasına dair əmrlər mövcud olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququnun olmamasını qeyd etməklə düzgün nəticəyə gəlməmiş və nəticədə cidd i maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmamasına yol vermişdir, nəticədə bu pozuntular düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının təqdim etdiyi sübut və dəlilər tam nəzərə alınmamış, cavabdehin Gəncə şəhərində yerləşən N saylı hərbi hissə və bu hərbi hissənin şəxsi heyətinin o dövrdə harada olmaları barədə məlumat verməməsinə münasibət bildirilməmiş, yalnız döyüş bölgəsinə ezam barədə əmrlərin mövcud olmamasını digər sübut növlərindən hərbi biletdə qeyd olunanlardan) üstün qiymətləndirilmək, yekun qərarın qəbul edilməsində əsas götürülmüşdür. Halbu ki, cavabdehin arxivində qeyd olunan alay və onun o dövrdə harada dislokasiya olması barəd ə məlumatı olmalıdır. Çünki 1-ci Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Tovuz rayonuna yaxın olan Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23dən 24-ə keçən gecə Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. Mübahisənin düzgüm həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan araşdırılsaydı iş iddiaçının xeyrinə həll ediləcəkdi. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1172/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasa siya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Əfrasiyabova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Həsənov da vəkili D.Əfrasiyabovanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmiş dir. Əsaslandırıcı hissə:
15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Ali Məhkəmənin İnzibati Kol legiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
18. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi öz qərarında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə döyüş bölgəsinə ezam olunmasına dair əmrlər mövcud olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək h üququnun olmamasını qeyd etməklə düzgün nəticəyə gəlməmiş və nəticədə ciddi maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmamasına yol vermişdir, nəticədə bu pozuntular düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının təqdim etdiyi sübut və dəlilər tam nəzərə alınmamış, cavabdehin Gəncə şəhərində yerləşən N saylı hərbi hissə və bu hərbi hissənin şəxsi heyətinin o dövrdə harada olmaları barədə məlumat verməməsinə münasibət bildirilməmiş, yalnız döyüş bölgəsinə ezam barədə əmrlərin mövcud olmamasını digər sübut növlərindən hərbi biletdə qeyd olunanlardan) üstün qiymətləndirilmək, yekun qərarın qəbul edilməsində əsas götürülmüşdür. Halbu ki, cavabdehin a rxivində qeyd olunan alay və onun o dövrdə harada dislokasiya olması barədə məlumatı olmalıdır. Çünki 1-ci Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Tovuz rayonuna yaxın olan Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23dən 24-ə keçən gecə Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. Mübahisənin düzgüm həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan araşdırılsaydı iş iddiaçının xeyrinə həll ediləcəkdi.
19. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
20. Belə ki, Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.
21. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci i l tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»yə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatların da özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xid məti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında «Müharibə veteranı» adı verilir.
23. Göründüyü kimi, müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur.
24. Ali Məhkəmənin İnzibati Kollegiyası iş materiallarını nəzərdən keçirərək işə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının təsdiq edən heç bir mötəbər sübutun işə əlavə edilmədiyini müəyyən etmişdir.
25. Bu səbəbdən də Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuş dur.
26. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiаçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1172/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.