Məhkəmə qərarları › İş №2-1(102)-146/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-146/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-146/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: əhəmiyyətli sayda sübutların araşdırılmasının zəruriliyini nəzərə alaraq işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inz ibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 228/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh 9/2-7295 nömrəli, 30 may 20N-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı adı aşkar edilmədiyindən müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiаçı cavabdehə qarşı idd ia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 08.06.N92-ci il tarixindən 20.09.N92-ci il tarixinə kimi Qarabağda, Ağdam və Ağdərə rayonları ərazisində N saylı hərbi hissənin Vİ batalyonunun tərkibində erməni işğalçılarına qarşı vuruşmuşdur. İlk əvvəl hərbi hissə komandiri polkovnik-leytenant milli qəhrəman mərhum Şirin Mirzəyev, batalyon komandiri isə X1 olub. Bu ərazidə hərbi əməliyyatlarda iştirak etmişdir. Hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan da əsassız olaraq onun xahişini təmin etməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əs assızdır

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1007/2020 saylı qərarı ilə (hakim: N.İ.Abıyev) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyil. Bu səbəbdən də iddia sübuta yetirilmiş sayıla bilməz.

8. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-228/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: N.Ş.Cəfərov və V.M.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1007/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

10. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 30.05.20N-cu il tarix li arxiv arayışına əsasən, 04.06.N92-ci il tarixli, 31 №-li əmrdə manqa komandiri çavuş İddiaçı adının qeyd edildiyi göstərilsə də, iddiaçının NZ seriyalı, ******* №li hərbi biletində, Ağdam rayon Hərbi Komissarlığının çağırış vərəqəsində, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində onun 08 iyun N92-ci il tarixdən hərbi xidmətdə olması göstərilmişdir. Bu səbəbdən qeyd edilən ziddiyyətli məqam birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır.

11. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

12. Şikayətdə qeyd edilir ki, apelyasiya insta nsiyası məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının cavabdeh orqana müraciəti zamanı onun 08.06.N92-ci il tarixdən 20.09.N92-ci il tarixinə kimi Qarabağda, Ağdam və Ağdərə rayonları ərazisində N saylı hərbi hissənin Vİ batalyonu tərkibində erməni işğalçılarına qarşı vuruşmasını bildirməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan sənədlər əsasında araşdırılmış, araşdırmanın nəticəsində ona 30.05.20N-cu il tarixli, 9/2-7295 nömrəli arxiv arayışı verilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində aparılan “Nizami hissə üzrə əmrlərin Elektron informasiya” resursunda iddiaçının adının 836(708) N-li hərbi hissə komandirinin nizami hissə üzrə verilmiş 04.06.N92-ci il tarixli 31 nömrəli əmrində qeyd olunduğu müəyyən edildiyindən müvafiq arxi v arayışında məhz 04.06.N92-ci il tarixli məlumat əks olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kasasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkə mə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

18. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçının iddia tələbi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədədir. N. İşə apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən iddianın faktiki əsasları araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçıya məxsus Sumqayıt şəhər Hərbi komissarlığı tərəfindən 23.10.N81-ci il tarixdə verilmiş NZ seriyalı, ******* №li hərbi biletdə aparılmış qeydlərə əsasən o, 23.10.N81-ci il tarixdən, 17.10.N83-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, 08.06.N92-ci il tarixdən, 20.09.N92-ci il tarixədək Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

20. Eyni zamanda, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 30.05.20N-cu il tarixli, 9/27295 №li arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə üzrə N nömrəli hərbi hissə komandirinin 04.06.N92-ci il tarixli 31 №li əmrində şəxsi heyətin siyahısında 1-ci tağımın 3cü manqasında manqa komandiri çavuş İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

21. Bundan əlavə, Ağdam rayon Hərbi Komissarlığının çağırış vərəqəsi ilə müəyyən edilir ki, (Ağdam rayon hərbi komissarı İ.M.Əkbərov tərəfindən imzalanmışdır) iddiaçı 08.06.N92-ci il (aydın oxunmur) tarixdə səfərbərlik əsasında xidmətə çağrılmışdır.

22. Məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 30.05.20N-cu il tarixli arxiv arayışına əsasən 04.06.N92-ci il tarixli, 31 №-li əmrdə manqa komandiri çavuş İddiaçı adının qeyd edildiyi göstərilsə də, iddiaçının NZ seriyalı, ******* №li hərbi biletində onun 08 iyun N92-ci ildən hərbi xidmətdə olması qeyd edilmişdir. Ağdam rayon Hərbi Komissarlığının çağırış vərəqəsində də iddiaçının 08 iyun N92-ci il tarixdən hərbi xidmətə çağırılması qeyd edilmişdir. İddiaçı özü də iddia ərizəsində və apelyasiya şikayətində 08 iyun N92-ci il tarixdən hərbi xidmətdə olmasını bəyan edir. Belə olan halda, göstərilən arxiv arayışındakı məlumatların mötəbərliyi şübhə doğurmaya bil məz. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə isə məhz bu arxiv arayışında qeyd edilən məlumatlara əsaslanır. Odur ki, qeyd edilən ziddiyyətli məqamın aydınlaşdırılmasına, iddiaçının hərbi xidməti barədə şübhədənkənar arxiv məlumatlarının əldə edilməsi ilə əlaqədar hərtərəfli araşdırma aparılmasına, həmçinin 04.06.N92-ci il tarixli, 31 №-li əmrin iddiaçıya münasibətdə verilib-verilməməsi məsələsinə aydınlıq gətirilməsinə zəruriyyət yaranmışdır. Qeyd edilən halların müəyyən edilməsi iddiaçının hərbi xidməti barədə düzgün məlumat əldə edilməsinə, beləliklə də iş üzrə düzgün nəticəyə gəlmək üçün vacibdir.

23. Həmçinin qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində və apelyasiya şikayətində 08 iyun N92-ci il tarixdən 20 sentyabr N92-ci il tarixədək N saylı hərbi hissənin 6-cı batalyonunun tərkibində döyüşdüyünü bildirir. Yuxarıda istinad edilən arxiv arayışında isə N saylı hərbi hissəsi komandirinin sentyabr N92-cil tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumatın aşkar olunmadığı qeyd edilsə də, iyun, iyul və avqust N92-ci il tarixli nizami hissə üzrə əmrlərdə iddiaçının xidməti barədə məlumatın olubolmamasına aydınlıq gətirilməmişdir.

24. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halların araşdırılması məqsədi ilə işin təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya ş ikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-228/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar