Məhkəmə qərarları › İş №2-1(102)-146/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-146/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-146/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın etibarsız sayılması nəticəsində dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmla k Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2409/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, xx.xx.2003-cü il tarixli “Özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” Sərəncamın 1-ci bəndinə əsasən, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 966/d nömrəli razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2003-cü il t arixli, 02-08/1 nömrəli müraciəti, Azərbaycan Dövlət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq, Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 nömrəli məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.16 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nin istifadəsinə verilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 17/245 nömrəli qərarının ləğv edilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-ya tapşırılmışdır.

2. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006cı il tarixli şəhadətnaməyə əsasən, İddiaçı MTK Bakı şəhəri, Yas amal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən 337.1 kv.m qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır (əmlakın ümumi satış qiyməti 11.269 manat).

3. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnaməyə əsasən, İddiaçı MTK Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır (torpaq sahəsinin ümumi satış qiyməti 4.096 manat).

4. Daha sonra, Azərbaycan Respublikası Tə hsil Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (İddiaçı MTK üçüncü şəxs kimi işə cəlb edilməklə) Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, 28 noyabr 2003-cü il tarixli sərəncamı etibarsız hesab edilmişdir (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1178/2017 nömrəli, 4 iyul 2017-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-138 /18 nömrəli, 14 fevral 2018-ci il tarixli qərardadı ilə isə üçüncü şəxs İddiaçı MTK-nın kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir). 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-326/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın adına Azərbaycan Respublikası Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş, 000312 qeydiyyat nömrəli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınması barədə şəhadətnamə etibarsız hesab edilmiş, onun hüquqi nəticələri ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Ə mlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 993 nömrəli və 01 mart 2007-ci il tarixli, 442 nömrəli müqavilələr etibarsız hesab edilmiş, onların hüquqi nəticələri ləğv edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli, 000925 nömrəli qeydiyyat nömrəli şəhadətnamə etibarsız hesab edilmiş və onun hüquqi nəticələrinin ləğv edilməsi qərara alınmışdır (Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-2(103)-543/2019 nömrəli qətnaməsi ilə İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-507/2019 nömrəli qərarı ilə isə kassasiya şikayəti təmin edilməmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamının, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2006-cı il tarixli, 000925 nömrəli “dövlət əmlakının hüquqi və fiziki şəxsə satılmasına dair” şəhadətnaməsinin və xx.xx.2007-ci il tarixli, 000312 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslə r tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilməsi nəticəsində İddiaçı MTK-ya dəymiş 14.438.000 (on dörd milyon dörd yüz otuz səkkiz min) manat maddi ziyanın, o cümlədən 24.225.000 (iyirmi dörd milyon iki yüz iyirmi beş min) manat məbləğində əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsassız iddiaları səbəbindən etibarsız hesab edilmiş, bununla da, 0.16 ha torpaq sahəsində inşa edilən binanın tikintisi məcburi olaraq dayandırılmışdır. Mübahisəli torpaq sahəsi tam qan uni şəkildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 515 nömrəli sərəncamına əsasən iddiaçı tərəfindən icarəyə götürülmüşdür. Qeyd edilən sərəncamda ərazidə yerləşən tikililərin sökülməsi və yerində bina inşa edilməsi nəzərdə tutulmuşdur. Torpaq sahəsi iddiaçının adına özəlləşdirilmiş və hüquqları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi xx.xx.2007-ci il tarixli, 000312 nömrəli şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Eyni zamanda, xx.xx.2006-cı il tarixli, 993 nömrəli və xx.xx.2007-ci il tarixli, 42 nömrəli müqavilələr bağlanmış, xx.xx.2006-cı il tarixli, 000925 nömrəli şəhadətnaməyə əsasən, ərazidə yerləşən 337.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi dəyəri ödənilməklə iddiaçı tərəfindən satın alınmışdır. Qeyd edil ən səlahiyyətli orqanın sərəncamının qanuniliyinə və əsaslılığına güvənərək, iddiaçı ərazinin özəlləşdirilməsini həyata keçirmiş və 2 mərtəbə zirzəmidən və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olmaqla tikinti işləri aparmışdır. Lakin məhkəmələr tərəfindən həmin sərəncamın və şəhadətnamələrin etibarsızlığı tanınmışdır. Bakı Şəhər İcra hakimiyyəti həmin ərazinin onların icarəsinə verilməsi və ərazidə söküntü və yeni binaların inşası barədə sərəncam verərkən ərazinin kimin balansında olması, ümumiyyətlə ərazidə tikinti işi aparmağın mümkünlüyünü araşdırmadığından bu cür sərəncam vermişdir. İddiaçı məhz həmin aktların səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş olması baxımından mötəbərliyinə güvənərək ərazidə özəlləşdirmə, söküntü və tikinti işləri aparmış və son nəticədə b u aktlar etibarsız hesab edilmişdir. Odur ki, Bakı Şəhər İcra Hakimiyyəti iddiaçının zərərə düşməsinin əsas subyekti kimi cavabdehlik daşımalı, ona vurulmuş zərərin əvəzini digər cavabdehlərlə birlikdə ödəməlidir. Qeyd ediləndən əlavə olaraq, həm özəlləşdirmədən, həm də ərazidəki qeyri-yaşayış sahələrinin sökülməsindən və yeni binanın inşasından Təhsil Nazirliyinin və onun nəzdində olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məlumatı olmuşdur. Belə ki, ərazinin icarəyə götürülməsi, özəlləşdirilməsi, habelə oradakı qeyriyaşayış sahəsinin sökülməsi və yeni bina inşası gizlədiləcək ölçüdə bir iş deyil. Bu işlər həyata keçirilərkən faktiki olaraq Təhsil Nazirliyi heç bir etiraz və narazılıq bildirməmiş, torpağın və qeyri-yaşayış binalarının özəlləşdirilməsinin qarşısını al maq üçün nə iddiaçıya, nə də başqa dövlət orqanlarına müraciət etməmişdir. Bununla da, iddiaçının böyük məbləğdə zərərə düşməsinə zəmin yaradacaq davranış nümayiş etdirmişdir. Təhsil Nazirliyi məhkəmədə vaxtında iddia qaldırsaydı, sərəncamın etibarsızlığını mübahisələndirərək onu etibarsız hesab etdirmiş olsaydı, iddiaçı ərazidə nə söküntü, nə də yeni tikinti apara bilməzdi və böyük məbləğdə zərərə də düşməzdi. Məhz buna görə də, Azərbaycan Respublikasının Təhsil Nazirliyi də hazırki iddia tələbi üzrə həmiştirakçı olmaqla, birgə cavabdeh kimi Bakı Şəhər İcra Hakimiyyəti və digər cavabdehlə birlikdə məhkəmədə iştirak etməli, vurulmuş zərəri ödəməlidir. Bundan əlavə, ziyanın vurulmasına səbəb olan digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idmətidir. Çünki, hüquqi varisi olduğu Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi şəhadətnamələr məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Etibarsızlığın bir səbəbi müvafiq sərəncamın qanunsuzluğudursa, digər səbəbi Təhsil Nazirliyinin balansında olan torpaq sahəsinin məhz Komitə tərəfindən iddiaçının adına özəlləşdirilməsidir. Komitə özəlləşdirmə və müvafiq şəhadətnamənin verilməsi proseduruna başlayaraq dövlətin mülkiyyətində olan bu torpaq sahəsinin kimin, Bakı Şəhər İcra Hakimiyyətinin, yaxud da Təhsil Nazirliyinin balansında olmasını aydınlaşdırmamışdır. Lakin göründüyü kimi, Komitə bu istiqamətdə heç bir araşdırma aparmamış və nəticədə böyük məbləğdə ziyanın vurulmasına əsas verən halların yaranmasına zəmin yaratmışdır. Bu hal Komi tənin cavabdeh qismində işdə iştirakının vacibliyini ortaya qoyur. Bundan əlavə, özəlləşdirmə ilə bağlı həm torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 4.096 manat, 337.1 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 11.269 manat məhz Komitəyə ödənilmişdir. Bu hal da, hazırkı iş üzrə onun cavabdeh qismində işdə iştiraka cəlb edilməsinə faktiki və hüquqi zəmin yaradır. Təbii ki, Komitənin vurduğu zərər bu məbləğlərlə məhdudlaşmır, yuxarıda qeyd edildiyi kimi, onun özəlləşdirmə zamanı araşdırma aparmadan ərazini iddiaçıya satması son nəticədə ərazidə iddiaçı tərəfindən söküntü və tikinti işləri aparılmasına, nəticədə iddiaçı tərəfindən böyük xərclərin çəkilməsinə gətirib çıxartmışdır. Qeyd edilənlərə əsasən, ərazinin əldə edilməsin də və bina inşa edilməsində iddiaçı tərəfindən heç bir qanun pozuntusu olmamışdır. Buna görə də, iddiaya ziyan vurulmasında hər 3 dövlət orqanının təqsiri olduğundan onlar birgə iştirakçı kimi cavabdeh qismində işdə iştirak edilməli və vurulan zərəri ödəməlidirlər.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddia ərizəsinə qarşı verilmiş etirazında qeyd edilmişdir ki, qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi məhkəmə qərarı əsasında ləğv edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı MTK-ya hər hansı maddi ziyan vurulmamışdır. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi qanunvericiliyə uyğun həyata keçirilmiş, bunun la əlaqədar balans saxlayıcının razılığı olmuşdur. Eyni zamanda, iddiaçı cavabdehlərdən ümumilikdə 38.663.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etsə də, ona qeyd edilən məbləğdə ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir və bu məbləğ iddiaçı tərəfindən qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödədiyi məbləğdən dəfələrlə çoxdur.

9. Cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Təhsil Nazirliyinin balansında olmaqla, Universitetin istifadəsində olmuşdur. İddiaçı həmin ərazidə torpaq sahəsinin ayrılması və tikintinin aparılması məqsədilə onunla Universitet arasında bağlanmış, əsası olmayan müqaviləyə istinad edərək, Yasamal Ray on İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamından görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 966/d nömrəli razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2003-cü il tarixli, 02-08/1 nömrəli müraciəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq torpaq sahəsinin ayrılması barədə sərəncam imzalanmışdır. Sərəncamda müqaviləyə istinad edilməsinə baxmayaraq, hansı tarixli, hansı nömrəli müqavilə olduğu barədə məlumat verilməmişdir. Göründüyü kimi, tərəflər arasında heç bir rəsmi müqavilə olmamışdır. Bu məsələ qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Bundan əlavə, həmin ərazidə tikinti işləri 200 5-ci ildə başlanılmasına baxmayaraq, 2007-ci ildən həmin ərazidə tikinti işləri iddiaçı tərəfindən dayandırılmışdır. Nəzərə almaq lazımdır ki, həmin tikiliyə əsas verən sənədlərin etibarsız hesab edilməsi barədə iddia məhkəməyə 2016-cı ildə verilmişdir. Yəni tikinti işləri dayandırıldıqdan 9 il sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamının etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının İddiaçı MTK-ya rəsmi göstərişi olmamışdır. Faktiki olaraq İddiaçı MTK həmin ərazidə tikintinin aparılmasından imtina etmişdir. Tikintinin başa çatdırılmasından iddiaçı tərəfindən imtina edilməsinə baxmayaraq, çəkilmiş xərclərin cavabdehlərdən tələb edilməsi əsassızdır.

10. Digər tərəfdən, İddiaçı MT K-nın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “qanunsuz tikilinin sökülməsi barədə” iddiasına qarşı “pul tələbinə dair" qarşılıqlı tələb irəli sürmüş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3334/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, ADMİU-nun hər-hansı təqsiri ucbatından MTK-ya böyük miqdarda zərərin vurulması öz təsdiqini tapmır. Qarşılıqlı iddia tələbində göstərilən mübahisə predmeti olan həmin tikilinin inşası və ərazinin özəlləşdirilməsi, orada olan əmlakların satın alınması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hər hansı təqsirli və ya hüquqa zidd əməli nəticəsində baş verməsi iş materialları ilə müəyyən edilmir. Ona görə işə baxan məhkəmə hesab edib ki, qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mübahisə barədə qüvvədə olan məhkəmə qərarlarından görünür ki, İddiaçı MTK-nın torpaqdan istifadəyə dair sərəncam almaq üçün dövlət orqanlarına təqdim etdiyi sənədlərin hüquqi əsası olmamış və məhz bu səbəbdən də, məhkəmə qərarları ilə sərəncam və şəhadətnamə etibarsız hesab edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin (hakim A.Abdullayeva) 16 mart 2022-ci il tarixli, 21(112)-915/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin hallarına əs asən, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilməmişdir. Belə olduqda, iddiaçı cavabdehlərə qarşı zərərin əvəzini tələb etmək hüququna malik deyildir. Həmçinin, cavabdehlərin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmamışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və M.Tağızadə) 8 sentyabr 2022-ci il tarixli, 21(103)-2409/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində iddiaçı işin hallarını sadalamış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarlarında hansı səbəbdən kompensasiyanın ödənilməməsi əsaslandırılmamışdır. Halbuki, kompensasiya ödənilmədən mülkiyyətdən məhrum etməyə yalnız müstəsna hallarda icazə verilir. Odur ki, məhkəmələr tərəfindən kompensasiyanın təyin edilməsindən imtina edilməsi açıq şəkildə ərizəçinin Konvensiyanın 1 nömrəli Pr otokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusudur.

18. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin 515 nömrəli sərəncamının verildiyi tarixdən sonrakı təxminən 13 il ərzində (yaxud, ən azı torpağın özəlləşdirilməsi tarixindən hesablansa 9 il ərzində) dövlət orqanları iddiaçının torpağı özəlləşdirməsinin və tikinti işlərini aparmasının qanuniliyini hansısa formada mübahisələndirməyiblər. Əksinə, özəlləşdirmə Komitə ilə bağlanan müqavilələr və Komitə tərəfindən verilmiş şəhadətnamələr nəticəsində mümkün olub. Təhsil Nazirliyi və ADMİU da hər hansı etiraz irəli sürməyib, hətta rəsmi məktubla özəlləşdirmə prosesinə etiraz etmədiyini bildirib. Belə olduğu halda, iddiaçının bu qədər uzun müddət ərzində dövlət orqanları tərəfindən irəli sürülmüş hansısa etirazla qarşıl aşmadığını nəzərə alınarsa, dövlət orqanlarının iddiaçının mülkiyyətinin qanuniliyini tanıdığını, yaxud ən azı dözümlülük göstərdiyini demək olar. Belə ki, görülən iş – yaşayış binasının tikilməsi dövlət orqanlarından gizlədiləcək həcmdə bir iş deyildi və bütün proses onların müşahidəsi altında baş verib. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİİ bəndi: Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanl arının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahis ələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağlıdakı iddialara baxılır:.. 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;... Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurul muş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə göndərilməlidir.

27. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamının 1-ci bəndinə əsasən, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 966/d nömrəli razılıq məktubu, İddiaçı MTK-nın xx.xx.2003-cü il tarixli, 02-08/1 nömrəli müraciəti, Azərbaycan Dövlət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq, Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 nömrəli məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.16 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nin istifadəsinə verilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli, 17/245 nömrəli qərarının ləğv edilmiş, ərazid ə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsaitin ödənilməsi İddiaçı MTK-ya tapşırılmış, bundan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli şəhadətnamələrə əsasən, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 9 ünvanında yerləşən 337.1 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsi satın alınmışdır. Daha sonra qanuni qüvvədə olan məhkəmə qərarlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, 28 noyabr 2003-cü il tarixli sərəncamı və “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.x x.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli şəhadətnamələr etibarsız hesab edilmiş, onların hüquqi nəticələri ləğv edilmişdir.

28. Qeyd edilənlərdən göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, 28 noyabr 2003-cü il tarixli sərəncamı və “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli şəhadətnamələr məhkəmə qaydasında etibarsız hesab edilmiş, başqa sözlə, onların qanunauyğun olmaması qanuni qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır.

29. Hazırda isə iddiaçı sərəncamın və şəhadətnamələrin etibarsız hesab edilməsi nəticəsində ona dəymiş 14.438.000 (on dörd milyon dörd yüz otuz səkkiz min) manat maddi ziyanın, o cümlədən 24.225.000 (iyirmi dörd milyon iki yüz iyirmi beş min) manat məbləği ndə əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsini xahiş edir.

30. İddianı rədd edən aşağı instansiya məhkəmələri öz nəticələrini onunla əsaslandırmışlar ki, hazırkı işin halları ilə cavabdehlərin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilməmiş, həmçinin, cavabdehlərin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmamışdır.

31. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin nəticələri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

32. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İİİ bəndinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

33. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya h üquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

35. Göründüyü kimi, dövlət orqanının qanunvericiliyin tələbinə uyğun gəlməyən qərarlarının qəbulu nəticəsində dəymiş ziyanın əvəzinin kompensasiya edilməsi qanunun imperativ tələbidir və şəxslərin belə bir tələblə müraciəti onların konstitusion hüququdur.

36. Yuxarıda qeyd edildiyi kimi, işin tərəflər arasında mübahisəsiz hallarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 515 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 nömrəli məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.16 ha torpaq sahəsi iddiaçıya icarəyə verilmiş, bundan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tər əfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006-cı il tarixli və xx.xx.2007-ci il tarixli şəhadətnamələrə əsasən, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən 337.1 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsi satın alınmışdır. Lakin sonradan xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli məhkəmə qərarları ilə sözügedən sərəncam və şəhadətnamələr etibarsız hesab edilmişdir. Göründüyü kimi, iddiaçı məhz həmin hüquqi aktların səlahiyyətli dövlət orqanları tərəfindən verilməsi baxımından mötəbərliyinə etimad göstərək ərazidə özəlləşdirmə, söküntü və tikinti işləri aparmış və son nəticədə bu aktlar onu qəbul etmiş dövlət orqanlarının təqsiri üzün dən etibarsız hesab edilmişdir.

37. Bununla da, dövlət orqanlarının qanunsuz hərəkələri nəticəsində iddiaçının hüququnun və qanunla qorunan mənafelərinin bilavasitə pozulduğu və ona zərər vurulması aşkar görünsə də, işə baxan apellyasiya instansiyası məhkəməsi hazırkı işin halları ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsinin sübuta yetirilmədiyi, həmçinin, cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulmasının öz təsdiqini tapmadığı qənaətinə gəlmiş, bununla da işin hallarını düzgün qiymətləndirməmişdir.

38. Ali Məhkəmənin oxşar işlər üzrə qəbul etdiyi məhkəmə qərarlarında da qeyd edildiyi kimi, vətəndaşların dövlət orqanlarının qərarlarına etimad göstərmək hüquqları vardır. Bu hüquq onu tələb edir ki, dövlət orqanlarının, yaxud vəzifəli şəxslərin qərar və hərəkətlərinin məzmununa etimad göstərilməsi səbəbindən həmin şəxsə vurulmuş zərərə görə kompensasiya ödənilməlidir.

39. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ bəndi və “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin dispozisiya şərtləri ödənildiyindən, iddiaçı dövlət orqanlarının qanuna zidd hərəkətləri nəticəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə mövqeyi iddiaçının konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir.

40. Beləliklə, iddiaçı dövlət orqanlarının qanuna zidd hərəkətləri nəticəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğundan apelly asiya məhkəməsi təkrar apellyasiya baxışı zamanı iddiaçıya vurulmuş ziyanın həcmini müəyyən etməlidir.

41. Həmçinin qeyd edilməlidir ki, iddiaçı hazırkı iş üzrə cavabdeh qismində 3 dövlət orqanını göstərmişdir – Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçıya dəymiş ziyanın hansı cavabdehdən (yaxud cavabdehlərdən) tutulmalı olması qənaətinə gəlmək üçün ziyanın, məhz hansı cavabdehin (yaxud cavabdehlərin) təqsirli davranışları və ya qərarları nəticəsində vurulduğunu müəyyən etməlidir.

42. Yuxarıda qeyd edilənlərə əsasən, QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2409/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar