Məhkəmə qərarları › İş №2-1(102)-146/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-146/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-146/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin istifadəyə verilməsi, iddianın qeyri-mümkünlüyü, cavabdehin iddiaya cavab verməli inzibati orqan olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsinin istifadəyə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2-1( 103)-2428/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin onun istifadəsinə verilməsini xahiş edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin onun istifadəsinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş dir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvlərilə birlikdə məlum hadisələrlə bağlı Ağdam rayonundan məcburi köçkün düşmüş və məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışdır. Onun üç övladı var, ailəlidirlər və azyaşlı uşaqları vardır. Ailəsinin yaşayış səviyyəsi çox aşağıdır. Yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün onun ailəsinə torpaq sahəsi ayrılması lazımdır. Həmin torpağı əkib-becərib ərzaq bolluğu yaradaraq ailə vəziyyətini yaxşılaşdırmaq olar. İddiaçı uzun müddət təhsil sistemində çalışmışdır, 50 illik iş stajı var. İddiaçı həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, Qarabağ müharibəsi və əmək veteranıdır. Həmçinin müharibədə şəhid, əlil olmuş, “Milli Qəhrəman” ad ı almış qohumları vardır. İddiaçının hal-hazırda yaşadığı ərazidə istifadəsiz torpaq sahələri mövcuddur, həmin torpaq sahələrindən onun ailəsinə ayrılması mümkündür. İddiaçı Azərbaycan Respublikasının vətəndaşı kimi Konstitusiyada təsbit edilmiş hüquqlarından istifadə etmək və yararlanmaq arzusundadır. Bakı şəhəri, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli avtomobil yolunun sol kənarında yerləşən 0,05 hektar torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçıya ayrılması üçün Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən ilkin sənədlər hazırlanmış və rəy bildirilməsi üçün xx.xx.2018-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. X3 rayon İcra Hakimiyyətinə bildirilmişdir ki, qeyd olunan torpaq sa həsinin ayrılması üçün sifarişçinin vəsaiti hesabına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yerquruluşu qaydasında həmin torpaq sahəsinin hüdudları yerdə (naturada) və xəritədə müəyyən edilməlidir. Həmin işlər başa çatdıqdan və müvafiq sənədlər təqdim edildikdən sonra qeyd edilən məsələyə münasibət bildiriləcəkdir. Deməli, iddiaçıya torpaq ayrılmasından imtina olunmamışdır. Lakin bütün bunlara baxmayaraq Sabunçu rayon İcra Hakimiyyəti öhdəsinə düşən vəzifələri yerinə yetirməmişdir. Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının adına Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında ona verilməsi təklif olunan torpaq sahəsinin cizgisi tərtib edilmiş, həmçinin ona xx.xx.2018-ci il tarixdə verilmiş cavabda Pirşağ ı qəsəbəsində yaşadığı evin yaxınlığında torpaq sahəsi ayrılması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə müraciət edilməsi göstərilmişdir. Lakin indiyədək iddiaçı torpağın tam olaraq ona verilməsi və rəsmiləşdirilməsi ilə bağlı hər hansı bir nəticə əldə edə bilməmişdir.

4. Məhkəməyə cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət təqdim edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 06 mart 2024-cü il tarixli, 2-1(112)-3268/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, iddiaçı hazırda faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin onun istifadəsinə verilməsini xahiş edir. Əmlak Məsələləri Dövlət Xidməti yalnız o torpaq sahəsini istifadəyə və ya icarəyə verə bilər ki, həmin torpaq sahəsi: 1) dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır; 2) özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır; 3) və ya hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsi yuxarıda qeyd olunan torpaq sahələrindən heç birinə aid olmadığından məhkəmə belə qənaətə gə lir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin həmin torpaq sahəsini iddiaçının istifadəsinə verməsi ilə bağlı səlahiyyəti mövcud deyil.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Şərafət Məmmədova /sədrlik edən və məruzəçi/, Mehriban Qarayeva və Pərviz Hüseynov) 30 iyul 2024-cü il tarixli, 2-1(103)-2428/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən hazırda iddia etdiyi torpaq sahəsinə dair kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün təklif olunan torpaq sahəsi kimi Sabunçu rayon İcra Hakimiyyətinin cizgi verdiyinə istinad edir. İddiaçının istinad etdiyi Sabunçu rayon İcra Hakimiyyətinin cizgisi hüquqmüəyyənedici sənəd deyildir. Həmçinin, iddia olunan torpaq sahəsinin ayrılmasına dair də heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir.

10. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)-844/2019 nömrəli qərarından görünür ki, iddiaçının cavabdeh Səbail rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qarşı “torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi də mü mkün sayılmamışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərə verilməsi isə bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

11. İddia olunan torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı isə Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyəti mövcud deyildir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti yalnız o torpaq sahəsini istifadəyə və ya icarəyə verə bilər ki, həmin torpaq sahəsi: 1) dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxs us torpaqdır; 2) özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır; 3) və ya hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqdır.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıd akılardır: bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi. 16. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 291 nömrəli Fərmanı

1. Müəyyən edilsin ki: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqların (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna edilməklə) icarəyə və istifadəyə verilməsi, habelə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsinin icarəyə verilməsi barəsində – Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

17. Azərbaycan Respublikasının İnzibati P rosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barəd ə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ay rı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materialların ı və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhk əmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

24. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

25. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi hazırda faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Pirşağı-Məhəmmədli yolunun sol kənarında yerləşən torpaq sahəsinin onun istifadəsinə verilməsinə nail olmaqdan ibarətdir.

26. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

27. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılm ası üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

28. İddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olubolmaması, cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması və cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır.

29. Mübahisəyə dair hazırkı işin apellya siya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi bu qərarın 15-16-cı bəndlərində istinad olunan normalarda təsbit edilmiş və Əmlak Məsələləri Dövlət Xidmətinin istifadəyə və ya icarəyə vermək səlahiyyətinə malik olduğu torpaq kateqoriyalarına aid deyildir. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Xidmətinin həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı səlahiyyəti yoxdur.

30. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti hazırkı iddia üzrə cavabdeh qismində çıxış edən və həmin iddiaya cavab verməli olan inzibati orqan deyildir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddia nın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

32. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 21(103)-2428/2024 nömrəli qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar