Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1460/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması, 1 yanvar 2006-cı ilə qədər və 1 yanvar 2006-cı ildən sonra toplanan iş stajının pensiya təyini zamanı nəzərə alınması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı“pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-226/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsininverdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri h issə: İddiaçı xx xxxx 1953-cü il tarixdə anadan olmuşdur. Azərittifaqın “xxxx” Müəssisəsi tərəfindən verilmiş 26 aprel 2012-ci il tarixli arayışa əsasən, xx.xx.1953-cü il təvəllüdlü iddiaçı 7 iyul 1997-ci ildə fəhlə vəzifəsinə işə qəbul edilmiş, 5 aprel 2000-ci il tarixdə işdən azad edilmiş, 11 sentyabr 2002-ci il tarixdə inzibati binada gözətçi işinə qəbul edilmiş, 16 yanvar 2007-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən verilmiş 29 yanvar 2018-ci il tarixli arayışa əsasən iddiaçı 2702 saylı Avtomobil Dəstəsinə 9 yanvar 1989-cu ildə 01 №-li əmrə əsasən sürücü vəzifəsinə qəbul olunub. 14 fevral 1992-ci ildə 20 №-li əmrə əsasən işdən azad olunub. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş, 3 0 yanvar 2018-ci il tarixli arayışa əsasən, iddiaçı Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində 01.05.2000-ci il tarixdən (Əmr 29 №-li 01.05.2000ci il) 2 sentyabr 2002-ci il tarixədək (Əmr 58 №-li 28.08.2002-ci il) sürücü işləmişdir. Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən verilmiş 8 fevral 2018-ci il tarixli arayışa əsasən iddiaçı 15 iyul 1993-cü ildən 29 dekabr 1996-cı ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən “Abşeron” Yaradıcılıq Evində gözətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi 4 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş 10 fevral 2018-ci il tarixli arayışa əsasən iddiaçı 19 sentyabr 1995-ci il tarixdən 01 iyul 1997-ci ilə qədər Bakı şəhər 4 nömrəl i uşaq İncəsənət məktəbində gözətçi vəzifəsində çalışmışdır. Bakı Kondisionerlər zavodu (hazırkı “xxxx” Elmi-İstehsalat Müəssisəsi MMC) tərəfindən verilmiş 12 fevral 2018-ci il tarixli arxiv arayışına əsasən iddiaçı 26 fevral 1970ci ildə fəhlə vəzifəsinə işə qəbul edilmiş, 1 iyul 1970-ci ildən azad edilmişdir. 16 aprel 1975-ci ildə 161 nömrəli əmrlə işə qəbul edilmiş, 16 sentyabr 1982-ci ildə işdən azad edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xəzər Rayon İdarəsi tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli, 21 nömrəli arayışa əsasən iddiaçı 1 iyun 1972-ci ildən 1 may 1974-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. “xxxx” ASC tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli arxiv arayışına əsasən iddiaç ı 24 noyabr 1986-cı ildən 23 noyabr 1987-ci ilə qədər avtonəqliyyat sahəsində sürücü işləmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş, 14 fevral 2018-ci il tarixli arayışa əsasən, məhkum iddiaçı 17 saylı cəzaçəkmə müəssisəsində 01 avqust 2017-ci ildə 8 nömrəli əmrlə təsərrüfat briqadasında yeməkxanada işləmiş, 01 yanvar 2018-ci ildə 1 nömrəli əmrlə işdən azad edilmiş, müəssisədə işlədiyi 5 ay ərzində hər ay 56 manat 26 qəpik əmək haqqı (ümumilikdə 281 manat 30 qəpik) almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş 19 fevral 2018-ci il tarixli arayışa əsasən, həqiqətən məhkum iddiaçı 3 saylı İstintaq təcridxanasında 5 mart 2014-cü il tarixindən 23 saylı əmrə əsasən, təsərrüfat briqadasında yeməkxanada işləmiş, 25 iyul 2017-ci il tarixli 115 saylı əmrlə işdən azad edilmiş, 26 iyul 2017-ci il tarixində 17 saylı Cəzaçəkmə müəssisəsinə etap olunmuş, təcridxanada işlədiyi müddətdə hesablanmış əmək haqqı ümumilikdə 2839 manat 50 qəpik təşkil etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş “Pensiya təyinatı alt sistemi məlumatına” əsasən, iddiaçıya 2019-cu ilin yanvar ayından etibarən elektron qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 23 may 2018-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydal arı”nın 3.1.1-ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və iddiaçının təqdim etdiyi arayışlar əsasında ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. İddiaçı 3 iyun 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək iddiaçının 26 fevral 1970-ci il tarixdən 1 iyul 1970-ci il tarixədək, 16 aprel 1975-ci il tarixdən 16 sentyabr 1982-ci il tarixədək fəhlə vəzifəsində, 1 iyun 1972-ci il tarixdən 1 may 1974-cü il tarixədək hərbi xidmətdə olduğu dövrü, 24 noyabr 1986-cı il tarixdən 23 noyabr 1987-ci il tarixədək avtonəqliyyat sahəsində sürücü vəzifəsində, 9 yanvar 1989-cu il tarixdən 14 fevral 1992-ci il tarixədək sürücü vəzifəsində, 15 iyul 1993-cü il tarixdən 29 dekabr 1996-cı il tarixədək gözətçi vəzifəsində, 19 sentyabr 1995-ci il tarixdən 1 iyul 1997-ci il tarixədək gözətçi vəzifəsində, 7 iyul 1997-ci il tarixdən 5 aprel 2000-ci il tarixədək fəhlə vəzifəsində, 1 may 2000-ci il tarixdən 28 avqust 2002-ci il tarixədək sürücü vəzifəsində, 11 sentyabr 2002-ci il tarixdən 16 yanvar 2007-ci il tarixədək gözətçi vəzifəsində, 5 mart 2014-cü il tarixdən 25 iyul 2017-ci il tarixədək yeməkxanada, 1 avqust 2017-ci il tarixdən 1 yanvar 2018-ci il tarixədək yeməkxanada işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 sayl ı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-1(82)-2816/2018 saylı iş) 16 oktyabr 2018-ci il tarixli qərarı iləiddia təmin edilərək iddiaçının 26 fevral 1970-ci il tarixdən 1 iyul 1970-ci il tarixədək, 16 aprel 1975-ci il tarixdən 16 sentyabr 1982-ci il tarixədək fəhlə vəzifəsində, 1 iyun 1972-ci il tarixdən 1 may 1974-cü il tarixədək hərbi xidmətdə olduğu dövrü, 24 noyabr 1986-cı il tarixdən 23 noyabr 1987-ci il tarixədək avtonəqliyyat sahəsində sürücü vəzifəsində, 9 yanvar 1989-cu il tarixdən 14 fevral 1992-ci il tarixədək sürücü vəzifəsində, 15 iyul 1993-cü il tarixdən 29 dekabr 1996-cı il tarixədək gözətçi vəzifəsində, 19 sentyabr 1995-ci il tarixdən 1 iyul 1997-ci il tarixədək gözətçi vəzifəsində, 7 iyul 1997-ci il tarixdən 5 aprel 2000-ci il tarixədək fəhlə vəzifəsində, 1 may 2 000-ci il tarixdən 28 avqust 2002-ci il tarixədək sürücü vəzifəsində, 11 sentyabr 2002-ci il tarixdən 16 yanvar 2007-ci il tarixədək gözətçi vəzifəsində, 5 mart 2014-cü il tarixdən 25 iyul 2017-ci il tarixədək yeməkxanada, 1 avqust 2017-ci il tarixdən 1 yanvar 2018-ci il tarixədək yeməkxanada işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının qanunvericiliklə tələb olunan 12 il sosial sığorta stajının toplaması işdə olan arxiv arayışları ilə öz təsdiqini tapdığından həmin məsələnin hüquqi fakt kimi məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmamışdır. Cavabdeh iddiaçının işlədiyi illər barədə a raşdırma aparmadan və həmin illəri nəzərə almamaqla ona əmək pensiyasının təyin olunmasından imtina etməklə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən 13 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 4 nömrəli Uşaq İncəsənət Məktəbinə sorğu ünvanlanaraq, iş materiallarında olan 10 fevral 2018-ci il tarixli, 12 nömrəli arayışın surətinə əsasən, iddiaçının həqiqətən 19 sentyabr 1995-ci ildən, 01 iyul 1997-ci ilədək Bakı şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbində gözətçi vəzifəsində işləməsi ilə bağlı əmrlərin təsdiq olunmuş surətlərinin və ümumiyyətlə, iddiaçının işləyib-işləməməsinə dair məlumatları, işin obyekti v həlli üçün əhəmiyyətli olan və sorğuda əks olunmayan məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqına ünvanlanmış sorğuda iş materiallarında olan 8 fevral 2018-ci il tarixli arayışın surətinə əsasən, iddiaçının həqiqətən 15 iyul 1993-cü ildən, 29 dekabr 1996-cı ilədək Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən “Abşeron” Yaradıcılıq Evində gözətçi vəzifəsində işləməsi ilə bağlı əmrlərin təsdiq olunmuş surətlərinin və ümumiyyətlə, iddiaçının işləyib-işləməməsinə dair məlumatları, işin obyektiv həlli üçün əhəmiyyətli olan və sorğuda əks olunmayan məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. 28 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası Bəstəkarlar İttifaqı tərəfindən Bakı Apellyasi ya Məhkəməsinə ünvanlanmış, 5/38 saylı, 28 mart 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən “Abşeron” yaradıcılıq evində gözətçi vəzifəsinə daxil olması (15.07.1993-cü il tarixli, Əmr № 42 A) və azad edilməsi (29.12.1996-cı il tarixli, Əmr № 46) barədə əmrlərin surətləri məhkəməyə təqdim edilmişdir. 15 mart 2019-cu il tarixdə məhkəməyə ünvanlanmış 4 nömrəli Uşaq İncəsənət Məktəbi üzrə Əmrdən Çıxarışa əsasən, İddiaçı- 4 nömrəli uşaq incəsənət məktəbinin 19 sentyabr 1995-ci il tarixli 23 nömrəli əmrin 2-ci bəndinə əsasən şəxsi ərizəsi ilə gözətçi vəzifəsinə işə qəbul edilmiş, 01 iyun 1997-ci il tarixli 12 nömrəli əmri əsas tutularaq, 01 iyun 1997-ci il tarixindən 01 iyul 1997-ci il tarixinə kimi növbəti məzuniyyə t verilmiş və 01 iyul 1997-ci il tarixindən öz ərizəsi ilə işdən azad edilmişdir. Məhkəməyə təqdim edilmiş, 4 nömrəli Uşaq İncəsənət Məktəbi üzrə Əmrdən Çıxarışa əsasən, İddiaçı- 4 nömrəli uşaq incəsənət məktəbinin 19 sentyabr 1995-ci il tarixli 23 nömrəli əmrin 2-ci bəndinə əsasən şəxsi ərizəsi ilə gözətçi vəzifəsinə işə qəbul edildiyi və 01 iyul 1997-ci il tarixindən öz ərizəsi ilə işdən azad edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Bəstəkarlar İttifaqı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış, 5/38 saylı, 28 mart 2019-cu il tarixli cavab məktubuna əlavə edilmiş ilə 15 iyul 1993-cü il tarixli, Əmr № 42 A ilə iddiaçının Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən “Abşeron” yaradıcılıq evində gözətçi vəzifəsinə daxil olması və 29 dekabr 1 996-cı il tarixli, Əmr № 46 ilə isə işdən azad edilməsi qeyd edilmişdir. “xxxx Elmi-İstehsalat Müəssisəsi” MMC tərəfindən iddiaçıya verilmiş, 12 fevral 2018ci il tarixli, 150/04 nömrəli arxiv arayışında İddiaçı 26 fevral 1970-ci il tarixində Bakı Kondisionerlər zavoduna (hazırkı “xxxx Elmi-istehsalat Müəssisəsi” MMC) həyətyanı təsərrüfat 2-ci dərəcəli fəhlə peşəsinə işə qəbul edildiyi (04.03.1970-ci il tarixli 42 nömrəli əmr), 01 iyul 1970-ci ildən öz xahişi ilə işdən azad olunduğu (12.01.1970-ci il tarixli 6 nömrəli əmr) qeyd edilmişdir. Arayışda iddiaçının işə qəbul edilmə əmrinin tarixi 26 fevral 1970-ci il göstərilsə də, işdən azad olunması barədə əmrinin tarixi 12 yanvar 1970-ci il kimi qeyd edilmişdir. İşə qəbul əmri, işdən azad edilmə əmrindən daha sonrakı tarixə aiddir. Bakı Apely asiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3-məruzəçi, X5 və X1, 2-1(103)-379/2019 saylı iş) 2 aprel 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin16 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının sosial sığorta stajına daxil olunmasını tələb etdiyi dövlərdə uyğunsuzluq olmuş, habelə təqdim olunmuş arxiv arayışlarında ziddiyyətlər aşkar edilmişdir. İddiaçı həmin uyğunsuzluqları iki əmək kitabçasına malik olması ilə izah etsə də, əmək kitabçalarını itirdiyini qeyd etmiş, lakin iki əmək kitabçasına malik olmasına dair məhkəməyə hər-hansı sübut təq dim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Sevda Hüseynova-məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov, 2-1(102)-2502/2020 saylı iş) 13 noyabr 2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2 aprel 2019cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbində sosial sığorta stajının müəyyən edilməsi və yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin iddia tələbində yaşa görə əmək pensiyasının hansı vaxtdan təyin edilməli olduğunu bildirməmiş və bununla bağlı aşağı instans iya məhkəmələri tərəfindən iddiaçıya hüquqi yardım göstərilməmişdir. İşə təkrar apelyasiya qaydasında baxılarkən təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə kollegiyasının təklifini nəzərə alaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmiş, ona cavabdeh tərəfindən 2019-cu ilin yanvar ayından təyin edilmiş yaşa görə əmək pensiyasının əmək stajı nəzərə alınmaqla pensiya hüququnun yarandığı 21 iyun 2016-cı il tarixindən (yəni 63 yaşından) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X4-məruzəçi, X7 və X6, 2-1(103)-226/2020 saylı iş) 23 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilərək iddiaçının 01.01.2019-cu il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının, onun təqdim etdiyi arayışlar üzrə müəyyən olunan əmək stajı sığorta stajı kimi nəzərə alınmaqla, pensiya hüququnun yarandığı 21 iyun 2016-cı il tarixindən (yəni 63 yaşından) yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi 14 fevral 2020-ci il tarixdə qərarın surətini almış, 10 mart 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajmı təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə ap arılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. İddiaçının əmək kitabçası olsa da, iddia etdiyi dövrlərdə işləməsinə dair əmək kitabçasında qeydlər aparılmamışdır. Bununla da qərarla maddi hüquq normaları düzgün tətbiq edilməmiş, bu da öz növbəsində qərarın kasasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsasdır. tərəflərin izahatları: DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak e tməmişdir. əsaslandırma hissəsi: Kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ayrı-ayrı illərin iş stajı nəzərə alınmaqla 1 yanvar 2019-cu ildən təyin edilmiş pensiyanın 63 yaşdan, yəni 21 iyun 2016-cı ildən təyin edilib yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehə görə iddiaçının iş illəri əmək kitabçasında əksini tapmadığından həmin dövr pensiya təyini zamanı nəzərə alına bilməz. İPM-in 2.2.3-cü maddəsinə gö rə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuşdur. 2019-cu ildə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların ən azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaq la) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il 6 ay artırılır. Qanunun normasının qeyd olunan tələblərinə əsasən iddiaçının yaşla bağlı pensiya hüququ (62+1) 63 yaşdan, 21 iyun 2016-cı ildən yaranmış olur. Həmçinin sadalanan hüquq normasına görə iddiaçının 12 il sığorta stajının olması vacibdir. İddiaçının təqdim etdiyi arayışlar tədqiq olunduqda müəyyən olunur ki, onun 63 yaşının tamam olduğu 21.06.2016-cı il vəziyyətinə sığorta stajı qanunda nəzərdə tutulan 12 ildən çox olmuşdur. Odur ki, iddiaçının pensiya hüququnun 21 iyun 2016-cı ildən yaranması və həmin vaxtda n pensiyanın təyin edilməsi vəzifəsini cavabdehə həvalə etməklə apelyasiya məhkəməsi haqlı olmuşdur. İşdə olan sənədlərə əsasən ayrı-ayrı fasilələrlə iddiaçı 1970-ci ildən 1 yanvar 2006-cı ilə qədər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fo nduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndində qeyd edilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Həmçinin, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin b) bəndinə görə iş yerlərindən verilmiş arayışlar iş stajını təsdiq edən sübut sayılır. Sadalanan normativ aktlara görə iddiaçının 1 yanvar 2006-cı ilə qədər iş dövrü iş yerl ərinin sənədləri ilə təsdiq edildiyindən 1970-ci ildən 1 yanvar 2006-cı ilə qədər müxtəlif idarə, müəssisə və təşkilatlarda işlədiyi dövr haqlı olaraq onun sığorta stajına daxil edilmişdir. Odur ki, bu hissələrdə apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İşdə olan arayışlarda həmçinin iddiaçının 1 yanvar 2006-cı ildən 1 yanvar 2018-ci ilə qədər müxtəlif fasilələrlə ayrı-ayrı yerlərdə işləməsi təsdiq edilmişdir. Lakin bu dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulması təsdiqini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlə t sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, 1 yanvar 2006-cı ildən əmək pensiyası hüququ əldə etmiş şəxslərin əmək pensiyasının təyin edilməsi və hesablanması üçün əsas olan şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı əmək haqqı və digər gəlirlərindən məcburi qaydada ödənilən sosial sığorta haqqıdır. O da qeyd edilməlidir ki, “Sosial sığorta haqqında” Qanunun 4-cü maddəsinə görə pensiya yaşına çatmaq sosial sığorta hadisəsinə daxildir. Həmin Qanunun 6-cı maddəsinin tələbinə görə sosial sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları verilir. Həmin maddədə sonuncu bənddə qeyd edilir ki, qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan sığortaedənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) hesablanmış məcburi dövlət sosial sığorta haqqının m əbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır. Əmək pensiyası hüququ əldə etmiş şəxslərin əmək pensiyasının təyin edilməsi və hesablanması üçün əsas olan şərtlərdən biri şəxsin 1 yanvar 2006-cı ildən sonra işlədiyi dövr ərzində aldığı əmək haqqı və digər gəlirlərindən məcburi qaydada ödənilən sosial sığorta haqqıdır. İddiaçının 1 yanvar 2006-cı ildən sonra işlədiyi müddətdə əmək haqqından məcburi qaydada ödənilən sosial sığorta haqqının tutulmasına dair işdə sübut olmadığından bu dövrü onun sosial sığorta stajına daxil etməklə apelyasiya məhkəməsi haqlı olmamışdır. Odur ki, apelyasiya məhkəməsi 1 yanvar 2006-cı ildən 1 yanvar 2018-ci ilə qədər olan ayrı-ayrı dövrləri iddiaçının sığorta stajına aid etməklə səhvə yol verdiyindən, bu hissədə şikayət təmin edilərək apelyasiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edilmişdir ki, iş üzrə cavabdeh DSMF-nin Bakı şəhəri Xəzər rayon şöbəsi olmasına baxmayaraq apelyasiya məhkəməsi səhvən qərarında iddia tələbinin yönəldiyi cavabdehin DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi olmasını və məhkəmə qərarının icrasının DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməsini bildirmiş, apelyasiya məhkəməsinin qərarından da DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi kasasiya şikayəti vermişdir. Lakin işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri Xəzər rayonunda qeydiyyatda olduğundan, iddia tələbi yaşa görə pensiyanın təyini ilə bağlı olduğuna görə pensiyanın təyin edilməsi məsələsi DSMF-nin Bakı ş əhəri Xəzər rayon şöbəsinin səlahiyyətinə aid olduğundan bu hissədə də apelyasiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının pensiyasının yenidən hesablanması vəzifəsi iddiaya cavab verməli olan cavabdeh DSMFnin Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə edilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-226/2020 saylı, 23 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı 01.01.2019-cu il tar ixdən təyin edilmiş yaşa görə əmək pensiyasının - onun təqdim etdiyi arayışlar əsasında müəyyən olunan 1 yanvar 2006-cı ilə qədər olan dövr üzrə əmək stajı sığorta stajı kimi nəzərə alınmaqla, pensiya hüququnun yarandığı 21 iyun 2016-cı il tarixdən (63 yaşdan) yenidən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə həvalə edilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1460/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1460/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver