Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1460/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə İddiаçı İddiaçı (xx.xx.1961-ci il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlə t Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1533/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1980-ci il tarixli əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı Sumqayıt şəhər 49 №li Texniki peşə məktəbində xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixə kimi təhsil almışdır (129296 №li Diplom); xx.xx.1980-ci il tarixdə İstehsalat təcrübəsi dövrünə 1ci dərəcə ilə Sumqayıt şəhər Boruyayma zavodunda X3 sexinə yivaçma şöbəsinə nasoskompressor boruları sa həsinə soyuq boruların kəsici vəzifəsinə qəbul edilmişdir (xx.xx.1980-ci il tarixli 160 №-li əmr); xx.xx.1980-ci ildə 49 saylı Texniki peşə məktəbini bitirdikdən sonra 2-ci dərəcə ilə X3 sexinə yivaçma şöbəsinə nasos-kompressor boruları sahəsinə soyuq boruların kəsici vəzifəsinə qəbul edilmişdir (xx.xx.1980-ci il tarixli 300 №-li əmr); xx.xx.1980-ci ildə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq zavoddan çıxarılmışdır (xx.xx.1980-ci il tarixli 417 №-li əmr); xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixinə kimi hərbi xidmətdə olmuşdur (НЗ №-li 4275052); xx.xx.1983-cü ildə Sumqayıt şəhər Boruyayma zavodunda 3-cü dərəcə ilə X3 sexində soyuq boru kəsicisi qəbul edilmişdir (xx.xx.1983-cü il tarixli 70 №-li əmr); xx.xx.1983-cü ildə 3-cü dərəcə ilə nasoskompressor borularının soyuq boru kəsici (boru kəsici) vəzifəsinə köçürülmüşdür (xx.xx.1983-ci il tarixli 292 №-li əmr); xx.xx.1987-ci ildə X3 sexinin adı 2 saylı boru yayma sexinə dəyişdirilib (xx.xx.1987-ci il tarixli 66 №-li əmr); xx.xx.1990-cı ildə 4-cü dərəcə ilə boru kəsmə şöbəsinə soyuq boru kəsici (boru kəsici) vəzifəsinə keçirilmişdir (xx.xx.1990-ci il tarixli 478 №-li əmr); xx.xx.1993-cü ildə Azərboru zavodunun adı "xxxx" İstehsalat Birliyinə dəyişdirilmişdir (xx.xx.1993-ci il tarixli 1063 №-li əmr); xx.xx.1998-ci ildə "xxxx" İBnin adı "xxxx" X1 Cəmiyyətinə dəyişdirilmişdir (xx.xx.1998-ci il tarixli 135 №-li əmr); xx.xx.2003-cü il tarixdə Boru yayma 2 sexinə yivaçma şöbəsi üzrə 4-cü dərəcə soyuq boru kəsici yivaçan keçirilmişdir (xx.xx.2003-cü il tarixli 66 №-li əmr); xx.xx.2008-ci ildə İstehsalat Departame ntinin Boru yayma sexinin Yivaçma şöbəsinə boruya yivaçan vəzifəsinə keçirilmişdir (xx.xx.2008-ci il tarixli 06D №-li əmr); xx.xx.2011-ci il tarixdə İstehsalat Departamentinin Boruyayama sexinin yivaçma şöbəsinə avtomat xəttinin və aqreqat dəzgahlarının saxlayıcısı vəzifəsinə keçirilmişdir (xx.xx.2011-ci il tarixli 422 №-li əmr); xx.xx.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir (xx.xx.2017-ci il tarixli 474 №-li əmr).
2. Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd olunur ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.2017-ci il tarixədək X3 sexində, Boruyayma № 2 sexində, Boruyayma sexində soyuq boru kəsicisi vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabine tinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. Arayışda həmçinin iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 30 iyul 2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş, imtinanın əsası kimi əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (20 il 5 ay 6 gün (xx.xx.1977-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il və xx.xx.1983-xx.xx.199 8-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda “X2” MMC-də Boruyayma sexində sazlayıcı işləyir. xx.xx.2021-ci il tarixində ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Lakin, cavabdeh imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, təqdim etdiyi sənədlərdə qeyd olunduğu kimi onun xx.xx.2006-cı il tarixədək təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla 26 il 5 ay 26 gün ümumi əmək stajı, 21 il 6 ay 14 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Cavabdeh onun iş stajını əmək kitabçası və arayışda yazılanlara baxmayaraq yalnız xx.xx.1977-ci tarixdən xx.xx.1998-ci il tarixədək olan iş stajını nəzərə almışdır.
6. Cavabdehin iddiaya dair yazılı etirazı iddiaçıya ünvanlanmış imtina məktubuna uyğun əsaslandırılmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2167/2022 nömrəli, 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddiа təmin edilərək xx.xx.1961-ci il təvəllüdlü iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış ə mək pensiyasının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək (xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu dövrlər nəzərə alınmadan) 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşd ur: İİİ bölmə Metallurgiya istehsalatı (qara metallar) (********)- 4cü yarımbölmə- Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri (********) boru və pəstahların kəsiciləri (2040400a—17968). İddiaçının xx.xx.2006cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 2-1(103)-1533/2022 saylı, 29 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir.
11. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 34 saylı arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1 980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.2017-ci il tarixədək X3 sexində Boruyayma № 2 sexində, Boruyayma sexində soyuq boru kəsicisi vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. Arayışda həmçinin iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur.
14. İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, xx.xx.2003-cü il tarixli 66 №-li əmr ilə 03 03.2003-cü il tarixdə Boru yayma 2 sexinə yivaçma şöbəsi üzrə 4-cü dərəcə soyuq boru kəsici yivaçan keçirilmişdir.
15. Məhkəmə işə baxarkən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğunu qəbul edərək həmin illərin sosial sığorta stajı kimi nəzərə alına bilməyəcəyini müəyyən etmiş, lakin iddiaçının xx.xx.2000-ci il tarixində işə qayıdıb qayıtmamasını, xx.xx.2003-cü il tarixdə Boru yayma 2 sexinə yivaçma şöbəsi üzrə 4-cü dərəcə soyuq boru kəsici yivaçan keçirilməsi faktının hansı səbəbdən xx.xx.2003-cü il tarixli 66 №-li əmr ilə rəsmiləşdirildiyini, iddiaçının xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işləyib-işləməməsini araşdırmamışdır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “işçilə rin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinin üçüncü abzasına əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay. il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır.
17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra mətndə - “Qaydalar”) 3.1 -ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01 01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi ış stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibatı aktın qəbul edilməsini, öhdəliyin icrasını) təl əb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də. məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki. cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyas iya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır.
19. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə, Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pe nsiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:..... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siya hısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD №li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək h aqqı cədvəlləri...nəzərə alınır. 24. “İnzibati icraat haqqında” Qanun: Maddə
19. Mötəbərlik prezumpsiyası Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. İnzibati Prosessual Məcəllə: Maddə
96. Ali Məhkəmədə icraat... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayət inin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 31. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir.
32. İddiaçının 57 yaşı 24 sentyabr 2018-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: İİİ bölmə Metallurgiya istehsalatı (qara metallar) (********)- 4-cü yarımbölmə- Boru istehsalı (boru yayma, boru qayn aqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri (********) boru və pəstahların kəsiciləri (2040400a—17968).
33. İddiaçı Siyahıda qeyd edilən peşələrdə işləmiş və bu müddət 1 yanvar 2006-cı ilədək 12 il 6 aydan çox olmaqla cavabdeh tərəfindən mübahisə olunmamışdır.
34. Cavabdehin şikayətinin dəlilinə görə 1 yanvar 2006-cı ilədək iddiaçının ümumi stajı 25 ildən az olmuşdur.
35. İddiaçının əmək fəaliyyəti əmək kitabçasında göstərilmişdir. İşdə olan sənədlərə və apelyasiya məhkəməsinin araşdırmasına görə 1 yanvar 2006-cı il tarixədək iddiaçının təhsil, hərbi xidmət və əmək kitabçasında təsvir edilən işlədiyi müddət nəzərə a lınmaqla ümumi stajı 25 ildən çox olmuşdur.
36. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq edilmiş, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qə rarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Bəhs olunanlara əsasən kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 21(103)-1533/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.