Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1460/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 47 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1002/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1 sentyabr 1988-ci ildə Quba sovxoz texnikumuna daxil olmuş və 1991-ci ildə zootexnik istisası üzrə tam kursu bitirmişdir. Əmək kitabçasının məlumatlarına əsasən, xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək Bakı Şin Zavodunda, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 3-cü kateqoriyalı hazırlıq sexinin kimyəvi analiz üzrə laborant, xx.xx.2022-ci ildən xx.xx.2020-ci ilədək hazırlıq sexində xadimə işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 19/55-27 №-li arayışdan görünür ki, iddiaçı xx.xx.1990cı il tarixdən Bakı Şin Zavodunda Hazırlıq vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 82-me saylı əmrlə zavod tam istehsal gücü ilə işləmədiyinə görə öz hesabına özənişsiz məzuniyyətə göndərilmişdir.
2. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsasl andırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göst ərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pe nsiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyi 23 avqust 1990-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "Azərşin” ASCdə işlədiyi qeyd olunmuşdur. Ad ıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda göstərilən dövrləri onun ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajı 7 il 6 aydan az (7 il 3 ay 1 gün) təşkil edir. Qeyd olunanlar ı nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 01/131 №-li arxiv arayışına əsasən, iddiaçı xx.xx.1990-cı ildən Hazırlıq sexinə 4 dərəcəli kimyəvi analiz laborantı vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildən Hazırlıq sexinə fəhlə peşəsinə keçirilmiş, xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuş, xx.xx.2020-ci ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Hazırlıq sexi xüsusi zərərli sexlər kateqoriyasına aiddir. Belə ki, rezinqarışığı istehsal etmək üçün reseptlərə uyğun olaraq inqridiyentlər kükürd, amıuonyak, metal oksidlər i, bclil, kaolin, talk, potaş, duda, sullenomid, kaptaks, altaks, benzinoidlər və nitroza anbardan Hazırlıq sexinin laboratoriyasına qəbul edilir və rezinqarışığı hazırlamaq üçün sex laboratoriyasında kimyəvi analiz olunur. Bu isə Hazırlıq sexinin laboratoriyasında xüsusi kimyəvi maddələrin analizi ilə məşğul olanlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verir. Yuxarıda göstərilən peşələr, yəni xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək işlədiyi (11 il 11 ay 15 gün), Hazırlıq sexində kimyəvi analiz laborantı və xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi ( 3 il 3 ay 13 gün) Hazırlıq sexində fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş (Güzəştli şərtlərlə yaşa görə) pensiya hüququ verən istehsala tların peşələrin və vəzifələrin göstəricilərin 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” şifr 1080A00-1 7541A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrin və Neft-Kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: sırf xüsusi istehsalat (çənlərin, tutumların təmizlənməsi, yuyulması xüsusi istehsal üzrə toksik taraların təmiri düzəldilməsi) və laboratoriyada kimyəvi xüsusi maddələrlə məşğul olan işçilər və kod 1080A010 Hazırlıq, Xammal hazırlanması, Vulkarıizasiya, rezin üçün yapışqan hazırlanması, sahələrdə rezin, texniki rezin və Şin istehsalatlarında məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər peşələrə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələridir. İddiaçı əmək şəraitinə g örə güzəştli şərtlərlə əmək stajı Sosial sığorta stajı: 15 il 02 ay 29 gün təşkil edir. Bakı Şin zavodu üzrə verilmiş 01-k saylı xx.xx.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona 47 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının cavabdehə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən 3 il əvvəlki dövrə, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdeh onun müraciətini xx.xx.2020-ci il tarixdə qəbul etmiş, 07 iyul 2020-ci il tarixli məktubla bildirmişdir ki, xüsusi karantin rejimi ilə bağlı güzəştli iş stajını yoxlamaq mümkün olmadığına görə pensiya təyinatına baxılması təxirə salınmışdır. xx.xx.2021-ci il tarixli məktubla ona pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi xx.xx.1995- xx.xx.1995-ci il, xx.xx.1996- xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olmağı göstərilmişdir. Halbuki o, həmin dövrlər ərzində deyil, 2005-2020-ci illərdə öz hesabına ödənişsiz məzuniyyətdə olmuş və bu barədə iş yerindən verilən arayışı da cavabdehə təqdim etmişdir. Cavabdehin bu imtinas ı onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin hərəkətsizliyi qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən 47 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan 7 il 6 ay xüsusi, 15 il ümumi stajı xx.xx.2006-cı il tarixinədək qazanmışdır. Göründüyü kimi, onun 1 nömrəli siyahı üzrə ən azı 7 il 6 ay, ümumi isə 20 il sığorta stajı olarsa, ona 47 yaşında pensiya təyin edi lməlidir. O, xx.xx.1970-ci ildə anadan olmuşdur. 1988-ci ildə Quba Sovxoz texnikumuna daxil olaraq, 1991-ci ildə Zootexnik ixtisası üzrə tam əyani kursu bitirmişdir (3 il ümumi staj). xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək Bakı Şin zavodunda hazırlıq sexində kimyəvi analiz laborantı işləmişdir (11 il, 11 ay, 17 gün güzəştli staj). xx.xx.2002-ci ildən xx.xx.2020-ci ilədək Bakı Şin zavodunda hazırlıq sexində fəhlə işləmişdir (xx.xx.2005-ci ilədək 3 il 3 ay 27 gün güzəştli staj). xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək öz hesabına məzuniyyətdə olmuşdur. Bakı Şin zavodunda işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifə lərin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ bölməsi, Kimya istehsalatı şirf 1080A00—17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: kod 1080A010 hazırlıq, xammalın hazırlanması, vulkanizasiya, rezin üçün yapışqan hazırlanan sahələrdə rezin, texniki rezin və şin istehsallarında məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. xx.xx.2006-cı il tarixədək onun aldığı əyani təhsillə birlikdə ümumi iş stajı 18 il 9 ay 14 gün təşkil edir. Həmin 18 il 9 ay 14 gün stajın 15 il 9 ay 14 günü zərərli sahələrə aiddir. Bu zərərli sahələrdə işlədiyinə görə ona güzəşt li şərtlərlə yaşa görə 47 yaşından, yəni xx.xx.2017-ci il tarixdən əmək pensiyası təyin edilməlidir.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə verilən imtinada göstərilənlər təşkil etmişdir.Əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.1996-cı il və xx.xx.2002xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək Pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda göstərilən dövrləri İddiaçı ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajı 7 il 6 aydan az (7 il 3 ay 1 gün) təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3107/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 47 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri n" 1 №-li Siyahının “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 şifrinə uyğun olduğundan onun xx.xx.2006-ci ilə qədər təhsil dövrü də daxil olmaqla ümumilkdə 17 il 8 ay 26 gün ümumi və 11 il 11 ay 7 gün güzəştli iş stajı mövcuddur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü tarixli 21(103)-1002/2023 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – X.A.Cəmilova, hakimlər – A.P.Oruczadə və R.Ə.Səmədov) Bakı İnzibati Məhkəməsinin -1(112)-3107/2022 saylı 26 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansi ya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətlərinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində etirazda və imtina məktubunda qeyd olunanlar təşkil edir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq o lunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqus tun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən ş əxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının təhlilindən görünür ki, iddiaçının 47 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 2 şərtə b irlikdə əməl olunmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 15 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 7 il 6 ay güzəştli iş stajının mövcud olması.
23. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil haqda sənədi (diplom və arayış), əmək kitabçasını və iş yerindən güzəştli arayışı təqdim etmişdir.
24. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək (təhsil dövrü) 2 il 5 ay 25 gün, xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilədək (kimyəvi analiz laborantı işlədiyi müddət) 11 il 11 ay 25 gün, xx.xx.2002-ci ildən xx.xx.2020-ci ilədək xadimə işlədiyi müddət, lakin xx.xx.2005-ci ilədək 3 il 3 ay 13 gün təşkil etməklə, ümumilikdə 15 ildən artıq təşkil edir.
25. İş ü zrə cavabdeh tərəfindən iddiaçının Bakı Şin Zavodunda, hazırda "xxxx" ASCdə xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996- xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu üçün 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 15 ildən az (10 il 6 ay 12 gün), güzəştli iş stajının isə 7 il 6 aydan az (7 il 3 ay 1 gün) olması bildirilir, yəni ümumi və xüsusi iş stajının tamamlanması mübahisələndirilir..
26. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı həqiqətən Bakı Şin zavodunda xx.xx.1990-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək Hazırlıq sexində 4 dərəcəli kimyəvi analiz laborantı, xx.xx.2002-ci il tarixindən xx.xx.2005-ci il tar ixinədək Hazırlıq sexində xadimə işləmişdir. Xammal hazırlığı sexindən kimyəvi maddələr, inqridiyentlər rezinqarışığı hazırlamaq üçün Hazırlıq sexinə qəbul olunur. Rezinqarışığı hazırlamaq üçün anbardan daxil olan kimyəvi maddələr öncə Hazırlıq sexinin kimyəvi analiz laboratoriyasında kimyəvi analiz olunur və tərkibi yoxlanılır. Rezinqarışığı hazırlamaq üçün xüsusi zərərli sayılan kükürd, amınonyak, metal oksidləri, belil, kaolin, talk, potaş, sulfenomid, kaptaks, altaks, benzinoidlər və nitroza istifadə olunur. İddiaçı işlədiyi müddətdə Hazırlıq sexində kimyəvi analiz laborantı peşəsində tam iş günü 8 saat işləmiş və başqa işlərlə məşğul olmamışdır. Onun işlədiyi sahə xüsusi zərərli sexlər kateqoriyasına aiddir. Bu isə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993- cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 1 saylı siyahı üzrə “Vİİİ” bölmə, “Kimya istehsalatı” 1080A010 pozisiyasına aiddir. Sosial sığorta stajı 15 il 2 ay 29 gün təşkil edir.
27. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan imtinasını iddiaçının işlədiyi Bakı Şin Zavodunda, hazırda "xxxx" ASC-də xx.xx.1995xx.xx.1995-ci il, xx.xx.1996- xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olduğu əsaslandırsa da, məhkəmənin sorğularına cavab olaraq "xxxx" ASC 1990-cı illər üzrə məzuniyyət əmrlərinin saxlanılmadığını bildirmiş, eyni zamanda iddiaçının sosial sığorta stajının 15 il 2 ay 29 gün təşkil etdiyini bildirmiş, həmçinin təqdim edilmiş T-2 formalı vərəqədən iddiaçının 19921996-cı il lər ərzində ödənişli, yalnız xx.xx.2005-ci ildən öz hesabına məzuniyyətdə olması barədə qeydlərin olması müəyyən edilmişdir. Eyni zamanda, təqdim edilmiş əmək haqqı cədvəllərinə əsasən iddiaçıya Bakı Şin Zavodunda, "xxxx" ASC-də işlədiyi 1990-2005- ci illər üzrə əmək haqqı ödənildiyi görünür.
28. Beləliklə cavabdeh inzibati orqan iddiaçının xx.xx.1995-xx.xx.1995-ci il, xx.xx.1996- xx.xx.1996-cı il və xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına ödənişsiz məzuniyyətdə olması səbəbindən onun həm ümumi, həm də xüsusi stajının tamamlanmamasına istinad etsə də, aparılan məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdur ki, iddiaçı 1992-1996-cı illər ərzində ödənişli, yalnız xx.xx.2005-ci ildən öz hesabına ödənişsiz məzuniyyətdə olmuş və əmək haqqı cədvəllərinə əsasən iddiaçıya işlədiyi 1990-2005-ci illər üzrə əmək haqları ödənilmişdir. Bununla da məhkəmə kollegiyası iddiaçının xx.xx.2005-ci il tarixədək qanunla tələb olunan 15 ildən artıq iş stajının tamamlandığı qənaətindədir.
29. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı bu hissədə də əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
30. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1002/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.