Məhkəmə qərarları › İş №2-1(102)-1460/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1460/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1460/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1970-cü il) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2-1(103)-554/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək 60 nömrəli X4 Məktəbində peşə təhsili almış, xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək SSRİ SQdə həqiqi hərbi xidmət keçmişdir (1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətini Fars körfəsi zonasında keçmişdir).

2. İddiaçı 01 iyul 1988-ci il tarixdən 01 noyabr 1988-ci il tarixədək Azərbaycan Qaz Təmir Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə, 16 dekabr 1991-ci il tarixdən 01 mart 1992-ci il tarixədək Azərbaycan Respublikası Ticarət Nazirliy i Sevinc sarayında “Gülüstan” barmenin köməkçisi işləmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində xidmət etmiş, xx.xx.1995-ci il tarixdən 31 may 2008-ci il tarixədək Xəzər HQXİ STT xidmətində 3-cü dərəcəli dalğıc, 02 iyun 2008-ci il tarixdən 30 aprel 2014-cü il tarixədək Azərbaycan Dövlət X2ndə dalğıc vəzifəsində işləmişdir, 01 may 2014-cü il tarixdən hal-hazıradək Azərbaycan Dövlət X2 QSC X5 Donanmasında dalğıc vəzifəsində işləyir. 3. “Azərbaycan X2” QSC X5 Donanması tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli SB 03/02-77 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1992-ci il tarixdən hal-hazıradək müxtəlif idarələrdə dalğıc vəzifəsində çalışır. Onun dalğıc təcrübəsi başladığı vaxtdan su altında yüksək atmosfer təzyiqi şəraitin də iş müddəti 0637 nömrəli Dalğıc X1 əsasən xx.xx.2006-cı il tarixədək 4384 saat 15 dəqiqə təşkil edir.

4. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 30 iyun 2022-ci il tarixli imtina məktubu ilə iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajının 20 ildən az (19 il 10 ay 9 gün (xx.xx.1985-xx.xx.1988, xx.xx.1988xx.xx.1988, xx.xx.1988-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.2005) olduğu qeyd edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmaması bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 17 mart 2022-ci il tarixdə 52 yaşının tamam olduğu vaxtdan güz əştli şərtlərlə əmək pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi işin hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, İddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumilikdə 20 (iyimi) ildən artıq əmək stajı vardır. Həmin əmək stajının 10 ildən artıq əmək şəraiti xüsusi zərərli və ağır olan işlər təşkil edir və işləmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı hərbi xitdmətinin 6 ay müddətini Fars körfəzində döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etmişdir. 6 ay müddəti ikiqat ölçüdə hesablanmışdır. Azərbaycan Republikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayonu İdarəsinin 21 yanvar 2022-ci il tarixli 31 nömrəli arayışından görünür ki, iddiaçı 10 noyabr 1988-ci il tarixdən 25 oktyabr 1991-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətini Fars körfəzi zonasında keçmişdir. Göründüyü kimi, iddiaçının 17 mart 2022-ci il tarixdə 52 yaşı olduğundan, ümumi 20 il 04 ay 19 gün əmək stajının 10 ildən artıq güzəştli şərtlərlə əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir. Azərbaycan Respublikası “X2” QSC-nin X5 Donanmasının 11 fevral 2022-ci il tarixli arayışından göründüyü kimi, iddiaçı müxtəlif idarələrdə dalğıc vəzifəsində işləmişdir. Dalğıclıq təcrübəsi başladığı vaxtdan su altında yüksək atmosfer təzyiqi şəraitində iş müddəti 0637 nömrəli əmrlə dalğıc X1 əsasən 1 yanvar 2006-cı il tarixədək 4384 saat 15 dəqiqə təşkil edir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli 320 nömrəli qərarının 1 nömrəli Siyahısı ilə təsdiq edilmiş «Əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı»nın 13-cü bölmə kod 12100000 – 11465 sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2.750 saat və çox olanlar güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir.

7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 2-1(112)-1913/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək, iddiaçıya 17 mart 2022-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsöhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı müddətdən artıq həqiqi hərbi qulluqçu kimi 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətini Fars körfəsində keçirdiyindən və bu hal aidiyyəti qurumunun arayışı ilə təsdiq olunduğundan, həmin dövr ikiqat ölçüdə hesablanmalı və həmin qaydada hesablanma ilə onun 20 il sığorta stajı toplanmış olur. Həmçinin qeyd olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı, habelə hərbi bilet və diplomdakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2-1(103)-554/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, təhsil və hərbi xidmət dövrü nəzərə alınm aqla xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı 20 ildən çoxdur. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı cavabdeh tərəfindən mübahisələndirilməsə də, bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dalğıc vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXİİİ Bölmə, Ümumi peşələr; kod 12100000—11465 Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar. “Azərbaycan X2” QSC X5 Donanması tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli SB 03/02-77 nömrəli arayışından da görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən hal-hazıradək müxtəlif idarələrdə dalğıc vəzifəsində çalışır və onun dalğıc təcrübəsi başladığı vaxtdan su altında yüksək atmosfer təzyiqi şəraitində iş müddəti 0637 nömrəli Dalğıc X1 əsasən xx.xx.2006-cı il tarixədək 4384 saat 15 dəqiqə təşkil edir. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 13 il 08 ay 02 gün). İddiaçı tərəfindən t əqdim edilmiş iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır.

13. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Qanunun 9.1, 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzu n müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına istinad etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 19 il 10 ay 9 gün təşkil edir və bu qanunvericiliklə tələb edilən müddətdən (20 il) azdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müddətdən artıq həqiqi hərbi qulluqçu kimi 1991-ci ilin yanvar ay ından iyul ayınadək hərbi xidmətini Fars körfəsində keçirdiyindən həmin dövr ikiqat hesablanmalıdır. “Əmək pensiyaları haqqında" Qanunun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə sığorta stajına hesablanır. Bildirilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş arayışda İddiaçı məhz döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət etdiyi qeyd edilməyib.

16. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları h aqqında” Qanunun 9.1, 9.8, 24.0.1-ci maddələrin tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfi ndən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və kl inik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: XXİİİ. Ümumi peşələr; 12100000—11465 Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az mayaraq (ay ərzi ndə 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı (1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiya). 2. zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pe nsiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti.

22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilmə si tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, mə hkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillər ini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayət inin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mö təbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. İddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2006cı il yanvarın 1-dək iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması və həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaş a görə əmək pensiyası hüququ verən 1 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması şərtlərinin ödənilməsi tələb olunur.

32. İşin araşdırılmış hallarına görə iddiaçının təhsil, hərbi xidmət və əmək kitabçasında əks olunan dövrlər nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 19 il 10 ay 15 gün müəyyən olunur.

33. Bundan əlavə iddiaçının 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətin Fars körfəsi zonasında keçirdiyindən və bu hal aidiyyəti qurumunun arayışı ilə təsdiq olunduğundan, eləcə də iddiaçının hərbi biletində 1991-ci ilin yanvar ayından iyul ayınadək döyüş xidmətində olduğu qeyd olunduğundan həmin dövr ikiqat ölçüdə iddiaçının ümumi stajına hesablanması ilə bağlı apellyasiya məhkəməsi düzgün qənaətə gəlmişdir.

34. Belə olan halda, yuxarıda qeyd edilən qaydada hesablanma ilə iddiaçının xx.xx.2006-cı ilədək 20 il sığorta stajı toplanmış olur.

35. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə sübuta yetirildiyindən, məhkəmə kollegiyası eyni əsasları təkrarlamağı lüzumsuz hesab edir.

36. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haq qında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı hazırki qərarın 18-22(a) bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassa siya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 21(103)-554/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar