Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1461/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlə rlə Təyinat İdarəsinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-179/2020 saylı, 26 fevral 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İddiaçı əmək kitabçasına əsasən 21 dekabr 1979-cu il tarixdən 30 aprel 1980-ci il tarixədək quy uların sementləşdirilməsi üzrə operator vəzifəsində, 28 may 1980-ci il tarixdən 6 may 1986-cı il tarixədək rəngsaz və formaçı vəzifəsində, 15 may 1986-cı il tarixdən 28 aprel 1989-cu il tarixədək formaçı vəzifəsində, 3 may 1989-cu il tarixdən 1 fevral 1991-ci il tarixədək formaçı vəzifəsində, 1 yanvar 2002-ci il tarixdən 31 avqust 2010cu il və 29 oktyabr 2010-cu il tarixdən 23 iyun 2014-cü il tarixədək “xxxx” Şirkətində rəngsaz vəzifəsində, 24 iyun 2014-cü il tarixdən 18 sentyabr 2014-cü il tarixədək “xxxx” MMC-də rəngsaz vəzifəsində işləmiş, 17 sentyabr 2014-cü il tarixindən bu günə kimi “xxxx” MMC-də rəngsaz vəzifəsində işləyir. “xxxx (RBG) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş 16.04.2018-ci il tarixli, HR-LT-2018- 003 saylı güzəştli arayışda qeyd olunur ki, iddiaçı 01.01.2002-ci il tarixdən (01.01.2002 tarixli 50037 saylı əmək müqaviləsi) 31.08.2010-cu il tarixə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 8 il 8 ay, 29.10.2010-cu il tarixdən 23.06.2014-cü il tarixə kimi (23.06.2014 tarixli STS-HR-2014012/4 saylı əmr) “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz vəzifəsində işləyib. İş stajı: 3 il 7 ay 26 gün. “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyinin adı 18.03.2008-ci il tarixində dəyişdirilərək “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur və 03.04.2012 tarixində “xxxx (RBG) Limited” Şirkətinin Azərbaycan R espublikasındakı nümayəndəliyi adına dəyişdirilmişdir. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə; istilik, havalandırma və soyutma sistemləri üzrə texniki xidmət və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçı təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə yerinə yetirdiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “Rəngsazlar” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən ümum i iş stajı - 12 il 3 ay 26 gün təşkil edir. Cavabdehin iddiaçının vəkilinə ünvanlanmış 13.09.2018-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı 2 iyul 2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona 57 yaşdan (10.08.2016-cı ildən) güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçının 57 yaşı 04.10.2017-ci il tarixdə tamam olduğu üçün onun güzəştli yaş hüququ 60 yaşında (zəruri şərtlərin ödənilməsi şərti ilə) yaranacaqdır. İddiaçı 2002-ci ildən hal-hazıradək rəngsaz vəzifəsində işləyir, bu vəzifə güzəştli siyahıda nəzərdə tutulmamışdır. İddiaçı 3 iyun 2019-cu il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə m əhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 10 avqust 2016-cı il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 3 sentyabr 1977-ci il tarixdən 9 sentyabr 1979-cu il tarixinə kimi Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 21 dekabr 1979-cu il tarixdən 10 aprel 1980-ci il tarixinədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində, 28 may 1980-ci il tarixdən 6 may 1986-cı il tarixinədək “İttifaqqazmaştəmir” İB-nin Bakı TTİ-də rəngsaz və formaçı vəzifəsində, 15 may 1986-cı il tarixdən 28 aprel 1989-cu il tarixədək “Aztransqaz” İB-də formaçı vəzifəsində, 3 may 1989-cu il tarixdən 1 fevral 1991-ci il tarixinədək “Aztransqaz” İB-nin “Betonçu” Kooperativində formaçı vəzifəsində, 01 yanvar 2002-ci il tarixdən 31 avqust 2010-cu il və 29 oktyabr 2010-cu il tarixdən 23 iyun 2014-cü il tarixinədək “xxxx” Şirkətində rəngsaz vəzifəsində, 24 iyun 2014-cü il tarixdən 18 sentyabr 2014-cü il tarixinədək “xxxx” MMC-də rəngsaz vəzifəsində işləmiş, 17 sentyabr 2014-cü il tarixindən bu günə kimi “xxxx” MMC-də rəngsaz vəzifəsində işləyir. 57 yaşı tamam olduğu 10 avqust 2016-cı il tarixinə kimi ümumi iş stajı 25 il 8 ay 3 gün təşkil etmiş, həmin staj illərinin 21 il 3 günü (12 il 6 aydan artıq) müddətini 1 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasə n yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti (Nazirlər Kabinetinin 12 №-li 23 yanvar 2007-ci il tarixli qərarı) tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da o, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 10 avqust 2016-cı il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-2665/2019 saylı iş) 2 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı nın tamam olduğu 10 avqust 2016-cı il tarixdən təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçının 10.08.2016-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 23.01.2007-ci il tarixli qərarla təsdiq olunan siyahının 35 və 10-cu bəndləri üzrə nəzərdə tutulan sahədə işlədiyinə, eləcə də, 57 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 10.08.2016-cı il tarixdən yarandığından, onun pensiyası hesablanarkən həmin dövrdə qüvvədə olan qanunve riciliyə istinad edilməlidir. İddiaçının 21 dekabr 1979-cu il tarixdən 10 aprel 1980-ci il tarixədək “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində işləməsi barədə SOCAR-ın Kompleks qazma işləri trestindən verilmiş arxiv arayışı işə apellyasiya qaydasında baxılarkən məhkəmə sorğusu əsasında təqdim edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X2-məruzəçi, X5 və X6, 2-1(103)-179/2020 saylı iş) 26 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 oktyabr 2019-cu il tarixliqərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçı 10 mart 2020-ci il tarixdə qərarın surətini almış, 1 aprel 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: İddiaçının əmək kitabçası, hərbi bileti və güzəştli arayışından görünür ki, 57 yaşı tamam olduğu 10 avqust 2016-cı il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də daxil olmaqla 27 il 5 ay 5 gün (qanunvericilikdə tələb olunan 25 ildən artıq) təşkil etmiş, həmin staj illərinin 20 il 6 ay 18 gün (qanunvericilikdə tələb olunan 12 il 6 aydan artıq) müddətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №-li 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən peşələrdə çalışmışdır. Qeyd olunanlar əmək kitabça, hərbi biletim və təqdim edilmiş “güzəştli arayış”la bir daha təsdiq olunur. 2006-cı il 1 yanv ar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmamışdır. Digər tərəfdən, məhkəmə ABŞ şirkəti olan “xxxx (RBG) Limited” tərəfindən verilmiş “Güzəştli arayışı”da qeyd edilənləri şübhə altına alaraq, arayışda yazılanların həqiqəti əks etdirdiyinə qərəzli mövqe nümayiş etdirmişdir. Halbuki, sözügedən arayışda iddiaçının rəngsaz peşəsində zərərlik dərəcəsi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etmək lə çalışdığı barədə mülahizə tam təfsilatı ilə öz əksini tapmışdır. Məhkəmənin təqdim edilmiş sübutlara (əmək kitabçası, güzəştli arayış və.s) qərəzli mövqe ilə yanaşması səbəbindən iddiaçının yaranmış pensiya almaq hüququ pozulmuş, nəticədə uzun illər ərzində əmək şəraiti zərərli və ağır işlərdə çalışmağıma baxmayaraq bu hüququndan məhrum olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən, Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək 57 yaşdan (10 avqust 2016-cı ildən) güzəştli şərtlərlə yaşa əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdehə görə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş güz əştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işləməmişdir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı 10 avqust 1959-cu ildə doğulmuş, 10 avqust 2016-cı ildə 57 yaşı tamam olmuşdur. İddiaçının 57 yaşı 2016-cı ildə tamam olduğundan “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olmuş normaları tətbiq edilməlidir. “Əmək pensiyala rı haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Araşdırılmalı hal iddiaçının 57 yaşının tamam olduğu 10 avqust 2016-cı ilə qədər ümumi iş stajının 25 il, həmin dövrün 12 il 6 ayının isə güzəştli şərtlə pensiya hüququ verən peşə və vəzifədə işləməsi ilə bağlıdır. İddiaçının 57 yaşının tamam olduğu vaxt 25 ildən az olmayan iş stajına malik olması mübahisə doğurmur. Əmək kitabçasına əsasən, iddiaçı 1 yanvar 2002-ci il tarixdən 31 avqust 2010-cu il tarixədək və 29 oktyabr 2010-cu il tarixdən 23 iyun 2014-cü il tarixədək “xxxx” Şirkətində, 24 iyun 2014-cü il tarixdən 18 sentyabr 2014-cü il tarixədək “xxxx” MMC-də rəngsaz peşəsində işləmişdir, 17 sentyabr 2014-cü il tarixdən “xxxx” MMC-də rəngsaz işləyir. “xxxx (RBG) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş 16.04.2018-ci il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı 01.01.2002ci il tarixdən 31.08.2010-cu il tarixə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) rəngsaz işləyib. İş stajı: 8 il 8 ay, 29.10.2010-cu il tarixdən 23.06.2014-cü il tarixə kimi “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdir ilmişdir) rəngsaz işləyib. İş stajı: 3 il 7 ay 26 gün. “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyinin adı 18.03.2008-ci il tarixdə dəyişdirilərək “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur və 03.04.2012 tarixdə “xxxx (RBG) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi adına dəyişdirilmişdir. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə; istilik, havalandırma və soyutma sistemləri üzrə texniki xidmət və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə yerinə yetirdiyi rəngsaz peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (Ümumi peşələr) öz əksini tapmış “Rəngsazlar” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən ümumi iş stajı - 12 il 3 ay 26 gün təşkil edir. İş yerinin arayışına görə iddiaçı sıradan rəngsaz peşəsində deyil, təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsaz vəzifəsini yerinə yetirmişdir. Arayışa görə iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsaz peşəsində işlədiyi müddət 12 il 3 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təs diq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci Ümumi peşələr bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsaz vəzifəsi qeyd edilmişdir. Apelyasiya məhkəməsi iddiaçının təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsaz vəzifəsini yerinə yetirməsi ilə bağlı, yəni onun iş funksiyası ilə bağlı araşdırma aparmamışdır. Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə rəngsazın hansı peşə funksiyasını yerinə yetirməsi, iddiaçının 12 il 3 ay 26 gün müddətində həqiqətən belə funksiyanı yerinə yetirməsi yoxlanılmamışdır. İddiaçı 21 dekabr 1979-cu il tarixdən 30 aprel 1980-ci il tarixədək “Xəzərqazma neftqazsənaye” İB-nin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində işləmişdir. Bu müddət üzrə ümumi iş stajı 4 ay 9 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda10-cu bənddə Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.2-ci Neft, qaz və qaz kondensatının hasilatı yarımbölməsində a) fəhlələr bəndində quyuların yeraltı təmiri üzrə operatorlar peşəsi qeyd edilmişdir. İddiaçının işləmiş olduğu quyuların sementləşdirilməsi üzrə operator peşəsinin Neft, qaz və qaz kondensatının hasilatında quyuların yeraltı təmiri üzrə operator peşəsinə uyğun olub-olmaması da məhkəmə tərəfindən araşdırılmamışdır. Apelyasiya məhkəməsi də qərarında iddiaçının “Xəzərqazmaneftqazsənaye” İB-nin Tamponaj İdarəsində quyuların sementləşdirilməsi üzrə operator vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il 6 aydan az olduğuna əsaslanmaqla, bir növ iddiaçının işlədiyi 4 ay 9 günün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsinə eyham vurmuş, lakin 4 ay 9 günün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə sayılması ilə bağlı qiymətləndirmə aparmamışdır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin dü zgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi hissəsində tə min oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-179/2020 saylı, 26 fevral 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1461/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1461/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver