Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1461/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.xxxx təvəllüdlü; FİN: *******) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)1/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2006-cı ildən vergi orqanlarında xidmətə başlamış, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.
2. Vergilər nazirinin 29 yanvar 2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür.
3. Dövlət Vergi Xidmətin 4 fevral 2021-ci il tarixli əmri ilə iddiaçı 29 yanvar 2021-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamdan çıxarılmışdır. İŞ ÜZRƏ QƏBU L EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, verg i orqanlarına işə qəbulla əlaqədar 2005-ci ildə test üsulu ilə keçirilmiş imtahanda müsbət nəticə göstərərək xx.xx.2006-cı il tarixindən vergi orqanlarında xidmətə başlamış və 2018-ci ilin yanvar ayınadək müxtəlif vəzifələrdə (dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, bölmə rəisi, şöbə rəisinin müavini, idarə rəisinin müavini) xidmət göstərmişdir. Vergilər nazirinin “Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının siyahısının təsdiq edilməsi haqqında” əmrilə aidiyyəti kadr ehtiyatlarının siyahısına əlavə olunmuş və dəfələrlə təlimlərdə iştirak etmişdir. İşlədiyi bütün dövrlərdə nümunəvi xidmət aparmış, vergi orqanlarının mənafeyini hər şeydən uca tutmuşdur. Həmçinin, xidmət göstərdiyi müddətdə iki dəfə attestasiyadan keçirilmişdir. Lakin b ütün bu yüksək göstərici və nailiyyətlərə baxmayaraq, Dövlət Vergi Xidməti onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə, hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsində işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən hansı şəxslərin işdə saxlanmasına üstünlük verildiyi göstərilmişdir. Həmin maddənin ikinci bəndində qeyd olunmuşdur ki, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların işdə saxlanılmada üstünlük hüququ vardır. O, ailəlidir və öhdəliyində iki azyaşlı övladı var (5 və 8 yaşlarında). Valideynlərinin hər ikisi təqaüdçüdür. Ailəsinin təminatını vergi orqanında şərəf və ləyaqətlə xidmət etməklə təmin etmiş və əlavə gəlir mənbəyi olmamışdır və hal-hazırda da yoxdur. Cavabdeh b ütün bu hallara önəm verməmişdir. Hətta onun əmək müqaviləsinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilsə də, cavabdeh orqan mart ayında vergi orqanlarına işə qəbulla bağlı yeni müsabiqə keçirməyi nəzərdə tutmuşdur. Həmçinin, digər bir pozuntu isə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ilədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sərəncamda saxlanmağı və həmin dövr üzrə ona heç bir maaş verilməməsi və ödəniş edilməməsidir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən, təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlan ıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Sözügedən Əsasnamədə də göstərildiyi kimi, onun sərəncamda olduğu müddətdə əmək haqqı saxlanılmalı idi. Cavabdeh onun işdən azad edilməsi barədə **********066200 saylı, 04 fevral 2021-ci il tarixli əmri qəbul edərkən əmək qanunvericiliyinin tələblərini çox kobud şəkildə pozmuşdur...”.
6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilən yazılı etirazda göstərilmişdir ki, iddiaçı, Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra Xidmətin xx.xx.2021-ci il tarixli, **********066200 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Qeyd olunan xx.xx.2021-ci il tarixli əmrlə Xidmətin sərəncamından çıxarıldığından həmin əmrin ləğvi onun işə bərpa edilməsi ilə nəticələnə bilməz. Çünki iddiaçı ilə Xidmət arasındakı əmək müqaviləsinə həmin əmrlə deyil, xx.xx.2020-ci il tarixli əmrlə xitam verilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar olaraq bir il bundan əvvəl, yəni xx.xx.2020-ci il tarixdə iddiaçı ilə təhviltəslim işləri aparılmış və müvafiq akt, əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktının əlavəsinə əsasən, iddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçı ilə xx.xx.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmasına və məhz elə həmin tarixdə işdən azad edilməsi barədə əmrin ona təqdim edilməsinə baxmayaraq o, işə bərpa tələbi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə, yəni bir ildən daha artıq müddət keçdikdən sonra müraciət etmişdir. Nəticədə, iddiaçı onun işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmrin mübahisələndiril məsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrə gəldikdə isə bildirilir ki, həmin əmr sadəcə, formal olaraq iddiaçının Dövlət Vergi Xidmətinin sərəncamından (ehtiyatından) çıxarılmasını nəzərdə tutur və bu əmrin ləğv edilməsi iddiaçının işə bərpa edilməsi anlamına gəlmir. Başqa sözlə, həmin əmrin ləğv edilməsi iddiaçının tələbində qeyd olunan hüquqi nəticəyə gətirib çıxarmayacaqdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı iş üzrə qəbul etdiyi 16 iyul 2021-ci il tarixli qərardadı ilə iddia tələbi, işə bərpa edilmə və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və sərəncamda olduğu xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu ilədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissələrində mümkün sayılmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin eyni tarixli qərarı (hakim A.Ə.Əhədova) ilə cavabdehin 4 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmr iddiaçı üçün hər bir halda hüquqi nəticə yaratmışdır. Lakin bu nəticə yuxarıda qeyd edildiyi kimi, iddiaçının işdən azad edilməsi deyildir. Mübahisə predmeti olan əmrin nəticəsi ondan ibarətdir ki, iddiaçının sərəncamda olduğu müddət ərzində onun uyğun hesab ediləcəyi hər hansı vəzif əyə götürülmə barədə inzibati orqandan gözləntisi var idisə, sonradan inzibati orqan onu sərəncamdan çıxardığından, iddiaçı üçün yalnız bu gözlənti imkanı aradan qalxmışdır. Başqa sözlə, hazırki iddia üzrə mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrlə inzibati orqan iddiaçı ilə bağlı hüquqi əlaqəni bilavasitə “geniş anlamda” kəsmişdir. Sərəncamdan çıxarılma barədə əmrin ləğv edilməsi iddiaçını yalnız əvvəlki hüquqi vəziyyətə, yəni sərəncamda qalma vəziyyətinə çıxara bilər ki, qeyd edilən inzibati aktın ləğv edilməsi məsələsi cavabdeh orqanın diskresion səlahiyyəti baxımından qiymətləndirmə tələb edir.
10. İddiaçı həmin qərardan və qərardaddan apellyasiya şikayəti vermişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 ok tyabr 2021-ci il tarixli, 2-1(103)-2694/2021 nömrəli qərardadı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov, A.N.İmanov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 21(103)-1/2022 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və H.Ü.Həmidov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4807/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin məzmunu iddia tələbinin məzmununa uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, sərəncamdan çıxarılma barədə əmr yekun əmr və yekun inzibati aktdır və məhz həmin inzibati akt mübahisələndirilməlidir. Belə olmazsa, heç bir hüquqi müdafiə vasitəsi qalmır. Bundan başqa, cavabdeh orqanın etirazı yalnız müddətin ötürülməsi ilə bağlıdır və onlar öz etirazlarında işə mahiyyəti üzrə münasibət bildirməmişlər. Buradan o nəticəyə gəlmək olur ki, cavabdeh orqanın mövqeyinə əsasən əgər müddət ötürülməmiş olsaydı, onlar iddia tələbini qəbul edərdilər. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə qarşı təqdim edilmiş etiraza əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(103)-1/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli (№) Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”
38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra haki miyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.”
75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: “... 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə”.... 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən q ərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 61.1.Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normal arının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir..... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansi yası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təq dirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). 26.
25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçı 29 yanvar 2020-ci il tarixli əmrlə işdən azad edilmiş, 4 fevral 2021-ci il tarixli əmrlə isə sərəncamdan çıxarılmışdır. Nəzərə almaq lazımdır ki, iddiaçı hazırkı tələbində işdən azad edilməsi barədə 29 yanvar 2020-ci il tarixli əmri deyil, sərəncamdan çıxarılması barədə 4 fevral 2021-ci il tarixli əmri mübahisələndirir. Həmin əmrin ləğv edilməsi isə iddiaçını yalnız əvvəlki hüquqi vəziyyətə, yəni sərəncamda qalma vəziyyətinə çıxara bilər ki, qeyd edilən inzibati aktın ləğv edilməsi məsələsi cavabdeh orqanın diskresion səlahiyyətidir.
27. Bununla bağlı işə aşağı instansiya məhkəmələrində baxılarkən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan öz diskresion səlahiyyətlərini “İnzibati icraat haqqında” Qanunla müəyyən olunmuş hüdudlar daxilində həyata keçirmiş, mübahisələndirilən əmri maddi və inzibati icraat haqqında h üquq normalarına uyğun əsaslandırmışdır. Belə olan halda, həmin əmr qanunsuz inzibati akt kimi qiymətləndirilə bilməz.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh inzibati orqan 4 fevral 2021-ci il tarixli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirmiş, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 21(103 )-1/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.