Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1461/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X3) “sərəncamın və torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1405/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 359 saylı 20 aprel 2006-cı il tarixli 400 kv.m torpaq sahəsinin alqı-satqısına dair sərəncamın və tərtib edilmə tarixi göstərilməyən torpağın alqı-satqısına dair aktın etibarsız hesab edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(112)-4460/2022 nömrəli qərardadı i lə iddia mümkün sayılmamışdır.
3. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 673 nömrəli qərarına əsasən ona ayrılmış 600 kv.m torpaq sahəsi ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 359 nömrəli sərəncamına əsasən üçüncü şəxsə ayrılmış 400 kv.m torpaq sahəsi üst-üstə düşdüyü üçün Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 359 nömrəli sərəncamının və torpağın alqısatqısına dair aktın etibarsız hesab edilməsini tələb edir. Lakin həmin torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapmır. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da həmin torpaq sahələrinin üst-üstə düşmədiyini təsdi q etmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X5 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli 05 nömrəli mütəxəssis rəyindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7316 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 673 nömrəli qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsi və üçüncü şəxs X2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 359 nömrəli sərəncamı ilə ayrılmış 400 kv.m torpaq sahəsi «X6» Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərdə yerləşir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv h üquqa malik deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1405/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRA ZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Binəqədi rayonun Binəqədi qəsəbə bələdiyyəsi İddiaçı satdığı torpaq sahəsinin 248 kv metrini təkrarən X1 barədə Sərəncam verib alqı-satqı müqaviləsi bağlaması iddiaçının subyektiv hüququnu pozmuşdur. Pozulmuş hüquq iddiaçıya məxsusdur, məhz onun istifadə və sahibliyində olan torpaq sahəsinin 248 kv. metri cavabdehin qanunsuz sərəncam və hərəkətlərinin nəticəsi olaraq ikinci şəxsə satılmışdır. Cavabdeh Binəqədi rayonun Binəqədi qəsəbə bələdiyyəsi məhz iddiaçıya cavab verməli olan şəxsdir. Birinci instansiya məhkəməsi və apellyasiya kollegiyası iddianı mümkünsüz sayarkən iş materiallarında olan Bakı şəhəri Binəq ədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilən, iddiaçının arxiv sənədlərində onun adına rəsmiləşdirilməli olan maliyyə qəbzi və alqı-satqı aktı mövcud olmamasına istinad etmişlər. Halbuki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə İddiaçı adına rəsmiləşdirilmiş maliyyə qəbzi və alqı-satqı aktı təqdim olunmuş və həmin sənədlər iş materiallarındadır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi göstərmişdir ki, guya, sənədlər mövcud deyildir.
9. Apellyasiya kollegiyası həmin ekspert və mütəxəssis rəylərinə istinad edərkən həmin rəylərdə X3 tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 248 kv. metrinin zəbt olunması barədə məlumatı nəzərə almamış və hesab etmişdirlər ki, iddiaçının qanunu sənədlərlə istifadə və sah ibliyində olan torpaq sahəsinin 248 kv.metr olan hissəsinin S. Hüseynova satılması iddiaçının hüquq və maraqlarını pozmur və cavabdeh həmin iddiaya cavab verməli olan şəxs deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri
10. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilm əsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhk əmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində m əhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı ilə üçüncü şəxsə ayrılmış torpaq sahələrinin üst-üstə düşməsi öz təsdiqini tapmır. Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında da həmin torpaq sahələrinin üst-üstə düşmədiyini təsdiq etmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X5 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli, 05 nömrəli mütəxəssis rəyindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin x x.xx.2022-ci il tarixli, 10/7316 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 673 nömrəli qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsi və üçüncü şəxs X2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 359 nömrəli sərəncamı ilə ayrılmış 400 kv.m torpaq sahəsi «X6» Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərdə yerləşir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması haqqında düzgün nəticəyə gəlmişdir.
16. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1 və 35.1 maddələr inin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert (mütəxəssis) rəyində aşkar olaraq qeyd olunur ki, iddiaçıya və üçüncü şəxsə ayrılmış torpaq sahələrinin (600 və 400 kv.m) ümumi sahəsi 1000 kv.m olduğu halda, naturada 848 kv.m təşkil edir. Yəni iddiaçıya aid 600 kv.m torpaq sahəsi ayrıldıqdan sonra halhazıradək həmin sahədən kənarda 400 kv.m deyil, yalnız 248 kv.m boş torpaq sahəsi qalmışdır. Rəydə, həmçinin qeyd olunur ki, sözügedən torpaq sahələrinin sxemi kəsişir, tərtib olunmuş sxem rəyə əlavə olunur. İddiaçının torpaq sahəsinin qismən zəbt olunduğu müəyyən olunur.
17. Mübahisələndirilən qərarın məzmunundan da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həmin rəyi tam və hərtərəfli tədqiq etməmiş, yalnız cavabdehin nümayənd əsinin şifahi izahatına əsaslanmaqla torpaq sahələrinin üst-üstə düşmədiyinə, buradan, iddiaçının hazırkı məzmunda tələb hüququnun olmadığına dair nəticəyə gəlmişdir.
18. İddia olunan torpaq sahəsinin «X6» Neft Şirkətinin istifadəsinə ayrılmış ərazilərdə yerləşməsi də iddianın mümkünlüyü ilə bağlı vəziyyəti iddiaçının zərərinə dəyişmir. Belə ki, həmin torpaq sahəsi hələ 2003-ci ildə Bələdiyyə qərarı ilə iddiaçının hüquq sələfinə ayrılmışdir. Həmin qərarın mübahisələndirildiyinə yaxud ləğv edildiyinə dair işdə məlumat yoxdur.
19. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən əsaslarla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, işin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyünün yoxlanılm asına da aiddir.
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1, 35.1 maddələrinin tələbləri pozulduğundan qərardad ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2-1(103)-1405/2023 nömrəli qərardadı ləğv edilir. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilir. Qərar qətidir.