Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1461/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1961-ci) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyas ının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 2-1(103)-662/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1983xx.xx.1988-ci illərdə Azərbaycan mühəndis inşaat institutunda Tətbiqi geologiya ixtisası üzrə təhsil almışdır. 2. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1979-xx.xx.1980-ci illərdə “Azselstroy” trestində fəhlə işləmişdir (10 ay 7 gün). 6.09.1982-xx.xx.1983-cü illərdə SMU “Bərdəmeliovodostroy”da fəhlə işləmişdir (11 ay 24 gün). xx.xx.1984-xx.xx.1987-ci illərdə 26 Bakı komissarı adına MİK-4 usta kimi iş ləmişdir (2 il 1 ay 16 gün). xx.xx.1988xx.xx.1991-ci illərdə Azərbaycanaerogeodeziya istehsalat birliyi SSRİ Nazirlər soveti yanında GKBİ “Azərbaycanaerogeodeziya” 321 saylı OKЭ-yə gənc mütəxəssislərin şəxsi sərəncamı ilə çöl işləri üzrə mühəndis işləmişdir (2 il, 4 ay, 26 gün). xx.xx.1991xx.xx.2001-ci illərdə Lənbürosunun müdiri işləmişdir (10 il 10 ay) xx.xx.2002-xx.xx.2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Geodeziya və xəritəçəkmə Komitəsi X3 Geodeziya və Kartoqrafiya fondunun rəisi vəzifəsində işləmişdir (9 ay, 11 gün). xx.xx.2002xx.xx.2003-cü illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xəritəçəkmə şöbəsinin rəisi işləmişdir (10 ay 23 gün). xx.xx.2003-xx.xx.2003-cü illərdə Topoqrafiya, Geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini-xəritəçəkmə sektorunun müdiri işləmişdir ( 2 ay). xx.xx.2003-xx.xx.2009-cu illərdə Topoqrafiya sektorunun müdiri, topoqrafiya geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini işləmişdir (5 il, 2 ay, 2 gün). xx.xx.2009-xx.xx.2015-ci illərdə Topoqrafiya, geodeziya və xəritəçəkmə şöbəsinin müdir müavini- topogeodeziya sektorunun müdiri işləmişdir (6 il 10 ay 29 gün). xx.xx.2015-xx.xx.2015-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının Yerquruluşu, torpaqların monitorinqi və geodeziya şöbəsinin aparıcı məsləhətçisi işləmişdir (4 ay 25 gün) xx.xx.2015-xx.xx.2019-cu illərdə Yeni struktura uyğun olaraq X4 tənzimlənməsi, torpaqların monitorinqi və geodeziya şöbəsinin aparıcı məsləhətçisi işləmişdir. (3 il 10 ay 21 gün).
3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 7 ay 10 gün (xx.xx.1984-xx.xx.1987-ci il və 1988-2001-ci il tarixləri arasındakı dövr ərzində 877 gün çöl işlərində işlədiyiniz dövr (3 il 5 ay 25 gün) dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pens iyanın xx.xx.2018-ci il tarixdən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 42 il təşkil edir. X1 əldə edilmiş bir sıra arxiv sənədlərindən də görünür ki, o, zərərli peşə sahəsində çöl işlərində fəaliyyət göstərmişdir. Keçmiş SSRİ Nazirlər Sovetinin nəzdində olan Baş Geodeziya və Kartoqrafıya İdarəsinin “Azərbaycanaerogeodeziya" İstehsalat Birliyinin 321 nömrəli X2 mart 1989-cu il tarixli, 28-K nömrəli, iyul 1989-cu il tarixli 69-K nömrəli, aprel 1990-cı il tarixli 24-K nömrəli, mart 1991-ci il tarixli 18-K nömrəli, istehsalat əmrində çöl işlərində işləyən işçi heyətinin siyahısında onun da adı qeyd olunmuşdur. xx.xx.1992- ci il tarixli 3-K nömrəli əmrlə X5 Büro r əhbəri təyin olunmuşdur. xx.xx.2001-ci il tarixədək həmin vəzifədə işləmişdir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə ümumi iş stajı 15 il 04 ay təşkil edir ki, bunun da 13 il 02 ayı geodeziyatopoqrafiya mühəndisi ixtisasına aiddir. İşlədiyi dövr ərzində Azərbaycan Respublikasının Salyan, Biləsuvar, Cəlilabad, Göytəpə, Masallı, Yardımlı, Lənkəran, Liman, Lerik, Astara və digər rayonları ilə bərabər, Dağıstan MR-da “Sulak Hidro" Elektrik Stansiyasının, Astarxan-İlinkada, Kalmıkiya, AstarxanStavropol-Qamışburun 355 kilometrlik qaz kəmərinin çəkilişi ilə əlaqədar topoqrafiya və geodeziya mühəndisi kimi işləmişdir. Eyni zamanda Astarxan, Volqoqrad, Qurev vilayətlərində və Qazaxıstan SSR ərazisində topoqrafıya və geodeziya işlərinin aparılması ilə əlaqədar müxtəlif vaxtlarda işləmişdir. Az ərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tarixli 460 saylı Fərmanına əsasən Dövlət Geodeziya və Kartoqrafıya Komitəsi və Dövlət Torpaq Komitəsi ləğv edilərək onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2001-ci il tarixli 52 nömrəli əmri ilə Lənkəran Geodeziya Bürosu da ləğv edilmiş və Lənkəran Geodeziya Bürosuna aid maliyyə sənədləri, əməkdaşların şəxsi işləri və digər sənədlər saxlanılması üçün həmin dövrdə yaradılmış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Aerogeodeziya Müəssisəsinə təhvil verilmişdir. X3 və Bakı Kartoqrafiya Fabrikinin birləşmə yolu ilə yenidən təşkili ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 yanvar 2019-cu il tarixli 4/214-01-09 nömrəli müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 12 fevral 2019-cu il tarixli 29 nömrəli sərəncamı ilə “Geodeziya və Kartoqrafıya" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsini təsdiq etmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 1.3-cü bəndinin tələbinə görə, geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafıya-geodeziya, geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çal ışan işçiləri güzəştli yaşa görə pensiyaya çıxa bilərlər. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmağı ilə əlaqədar “Geodeziya və Kartoqrafıya" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək 1988-2001-ci illərə dair (çöl işlərinə görə) müvafiq arayış verilməsini xahiş etmişdir. Lakin həmin idarə tərəfindən verilmiş xx.xx.2021ci il tari xli 281İ-029 nömrəli arayışda çöl iş stajı düzgün göstərilməmişdir. Bu səbəbdən də cavabdeh Filial tərəfindən 16 mart 2022-ci il tarixli **********9 saylı və 22 dekabr 2022-ci il tarixli **********0 saylı məktubları ilə güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 25 gün (xx.xx.1984-xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 1988-2001-ci illər ərzində 877 gün (3 il 5 ay 25 gün) çöl işlərində işlədiyi dövr)) təşkil edir. İddiaçının 1992-ci il tarixdən 2001- ci il tarixədək olan iş stajı onun ümumi iş stajı kimi qəbu l edilərək sosial sığorta stajına əlavə edilmişdir. İşin mübahisəli tərəfi isə bu stajın yalnız 877 gününün çöl iş stajı kimi müəyyən edilərək güzəştli iş stajına əlavə edilməsi olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən ərizəçiyə verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən iddiaçının həmin müəssisədə çöl iş günlərinin 877 gün təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan güzəştli sosial sığorta stajı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-9715/2023 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilərək, iddiaçıya xx.xx.20 18-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixdən ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, Qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə məşğul olan şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də xx.xx.1988-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrü əhatə etməklə 13 il 02 ay 24 gün təşkil edir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 2-1(103)-662/2024 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, K.Əkbərov və İ.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının iş yeri tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 10 gün (xx.xx.1984—xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 19882001-ci illər ərzində 877 gün (3 il 5 ay 25 gün) çöl işlərində işlədiyi dövr) təşkil edir. İddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün zəruri olan ümumi əmək stajı tamamlansa da, xüsusi əmək stajı 3 il 5 ay 25 gün olmuş, bununla da tələb olunan 12 il 6 ay müddət tamamlanmamışdır.
12. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında Qanunun 9.1, 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1, 3.2, 3.6, 4.1.10-cu bəndlərinə istinad etmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, xx.xx.2007-ci ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuş şəxslərin işlədiyi peşələrin zərərli olub-olmamasına dair AR Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli Qərarı mövcud olmuşdur. Həmin qərar ilə təsdiq olunmuş 1 və 2 nömrəli Siyahılarda konkret sahələr və həmin sahələrdə mövcud olan zərərli peşələrin adlı Siyahısı kodlaşdırılmaqla öz əksini tapmışdır. Lakin bu kodlaşdırılmış siyahıdan da əlavə başqa iki əlavə də mövcud olmuşdur. Həmin əlavələrdə kodlaşdırılma aparılmasa da, aid olduqları sahələr və vəzifələr açıq şəkildə qeyd olunmuşdur. Bunlar aşağıdakılardır.
1. Toxuculuq istehsalatı dəzgah və maşmlarırda çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüquqi verən istehsalatların və peşələrin siyahısı;
2. Hava gəmilərində xidmət üzrə mühəndis-texniki heyətə əmək ş əraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin siyahısı; İkinci bənddə qeyd edilmiş siyahının 7 və 8-ci abzasları sırf iddiaçının işlədiyi sahəyə aiddir. Həmin abzaslar bu şəkildə qeyd olunmuşdur: “Geologiya kəşfiyyat işləri (yerüstü) “Ekspedisyaların, qrupların, dəstələrin, sahələrir və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, torpoqrafıya-geodeziya, geofizika, hidroqrafıya, meşə quruluşu və axtarış işlərində çalışan işçiləri’. Göründüyü kimi iddiaçı həmin sahələrdə 2007-ci ilə qədər işlədiyindən ona münasibətdə AR Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş yuxarıda qeyd edilən Siyahıdakı 7ci və 8-ci abzaslar tətbiq olunmalı idi.
15. Məhkəmənin və cavabdeh inzibati orqanın faktiki görülən çöl işi il ə mövqeyinə dair iddiaçı qeyd etmişdir ki, yuxanda göstərilən siyahıdan da göründüyü kini çöl işlərində işləyən işçilərin zərərli iş stajının məhz çöl işlərindəki faktiki günlərinə münasibətdə tənzimlənməli olması adıçəkilən siyahıda qeyd olunmamışdır. Məhkəmənin və cavabdeh inzibati orqanın göstərdiyi mövqelər Azərbaycan Respublikasında mövcud olan 2 sahə üzrə tətbiq edilir. 1) Dalğıclar-bu şəxslər yalnız dalğıcın şəxsi kitabçasında qeyd olunan dalış saatları və həmin saatların qanunla müəyyən edilmiş normalardan çox olduqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. 2) Aviasiya sahəsində uçuş heyəti üzvləri- qanunvericiliklə müəyyən edilmiş uçuş saatları normasını tamamlamış şəxslər güzəştli şərtlərlə y malikdirlər.
16. Kassator “Əmək pensiyaları haqqında” Qanunu n 9.1, 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 2-1(103)-662/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısınd a nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehs alatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı 1.3. Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər
21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə pro ses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Mad də 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı. 23. “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı. Konstitusiya KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını v ə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı onun 13 il 2 ay sığorta stajını geologiyatopoqrafiya mühəndisi ixtisasına aid edilməklə ona 57 yaşdan yəni, xx.xx.2018-ci il tarixdən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunsa da, lakin apellyasiya məhkəməsi iddiaçının 12 il 6 ay güzəştli stajının olmaması əsası ilə iddia tələbini rədd etmişdir.
30. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışı əsas gətirərək qərarında qeyd etmişdir ki, “iddiaçının iş yeri tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 7 ay 10 gün (xx.xx.1984-xx.xx.1987-ci il tarixləri arasındakı dövr və 1988-2001-ci ill ər ərzində 877 gün (3 il 5 ay 25 gün) çöl işlərində işlədiyi dövr) təşkil edir.”
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, bununla da hazırkı qərarın 21 (a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
32. Belə ki, işdən görünür ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdə başlamışdır, xx.xx.1988-xx.xx.2001-ci illər ərzində çöl işləri üzrə mühəndis və Lənkəran Geodeziya Bürosunda rəis peşələrində işləmişdir.
33. İşə əlavə olunan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin xx.xx.2023-c ü il tarixli məktubunda iddiaçının çöl işləri üzrə mühəndis vəzifəsinin (Azərbaycanaerogeodeziya istehsalat birliyi) həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) uyğun olduğu və iddiaçının tutduğu vəzifənin adının Lənkəran Geodeziya Bürosunun rəisi olsa da, əslində həmin vəzifədə çöl işləri üzrə ekspedisiyasının rəhbəri vəzifəsi üzrə öhdəliklər nəzərdə tutulduğu bildirilm işdir.
34. Lakin apellyasiya məhkəməsi qeyd edilənləri nəzərə almadan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya MMC-nin xx.xx.2021-ci il tarixli arayışına istinad edərək iddiaçının 1988-2001-ci illərdə cəmi 877 çöl iş günü olduğunu bildirərək iddiaçının güzəştli stajının toplamadığını qeyd etmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 1.3-cü yarımbəndinə (ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya geodeziya, ge ofizika, hidroqrafiya. meşə quruluşu və axtarış işlərində çalışan işçilər) uyğun olması müəyyən olunur.
36. Adıçəkilən qərarda sözügedən məsələ ilə bağlı “saat” anlayışının tətbiq edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır.
37. Göründüyü kimi, hazırkı işdə bir sıra ziddiyyətli hallar eləcə də, iddiaçının apellyasiya dəlillərini təsdiq edən bir sıra məlumatlar olduğu halda, apellyasiya məhkəməsi, bu istiqamətdə araşdırma aparmamış, sadəcə iddiaçının güzəştli iş stajının olmamasına istinad edərək qərar qəbul etmişdir.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu cur yanaşması Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin tələblərinin pozulmasına, yəni iddiaçının sosial təminat hüququnun məhdudlaşdırması ilə nəticələnə bilər.
39. Qeyd edilənlərdən göründü yü kimi, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır.
40. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. 41. “N.Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar arada n qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfin dən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
43. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir.
44. İddiaçı qərarın ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan hazırda kassasiya şikayəti həmin hissədə təmin edilə bilməz.
45. İşə təkrar baxan apellyasiya i nstansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılaraq müəyyən edilməli və nəticədən asılı olaraq qanuni və ədalətli qərar qəbul edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2024-cü il tarixli, 21(103)-662/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərar qətidir.